Downloaded from KitabYurdu org


partnyorunuzdan da düşündüyü maddələri əlavə etməsini



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix26.05.2023
ölçüsü2,12 Mb.
#113139
1   2   3   4   5   6   7   8   9   ...   64

partnyorunuzdan da düşündüyü maddələri əlavə etməsini 
xahiş edin. Siyahının belə uzun alınması, bəlkə də, sizi 
təəccübləndirəcək. Əgər siz davranışınızı dəyişdirmək 
istəyirsinizsə, ilk növbədə, edəcəyiniz iş ona diqqət 
yetirmənizdən ibarətdir. 
6. 
Birgə oynadığınız ” Ana-oğul" oyunları barədə 
kişinizlə danışın və böyüklər arasında olan qarşılıqlı 
əlaqələrin qurulması yollarını işləyib hazırlayın. Kişinizə 
oxuması üçün bu kitabı vermənizi təklif edərdim. Bu 
fəsildə oxuduğunuz hər şeyi ciddi şəkildə müzakirə edin, 
bu problemə dair onun fikirləri ilə maraqlanın. Sonra isə 
mükəmməl qarşılıqlı münasibət qurmaq üçün daha yaxşı 
yollar barədə razılığa gəlin. 
7. 
Məntiqli olmağa çalışın. Köhnə səhvlərə yol 
verməmək üçün yeni qaydalara riayət etmək və məntiqli 
olmaq olduqca vacibdir. Nəticədən asılı olmayaraq, 
öhdəliklərinizə sadiq qalın. Məsələn, siz vanna otağında 
ərinizin arxasınca təmizlik işləri aparmamağı, çirkli paltar 
və dəsmalı yığışdırmamağı qət etmisiniz. Bir həftə sonra 
vanna otağında onun bir qalaq çirkli paltarlarının 
toplandığını, paltar şkafında isə təmiz dəsmal və alt 
paltarının qalmadığını görürsünüz. Çirkli paltar qalağına 
Downloaded from KitabYurdu.org


52 
toxunmayın. Təmiz dəsmal və ya alt paltarının 
olmamasından şikayət edənə kimi gözləyin, dəsmal və alt 
paltarlarının hələ də onun atdığı döşəmədə qalmasını 
yadına salın. Verdiyiniz məlumat mümkündür ki, onun 
üçün ürək açan olmasın, ancaq o bunu yadında saxlayacaq. 
Yox, əgər siz təmizlik və səliqəlilik hərisliyinizi yerinə 
yetirməyə başlasanız, o sizin yeni qaydalarınızı ciddi 
saymayacaq və onları hesaba almayacaq. 
Yadda saxlayın: kişi ilə ana rolu oynamaq vərdişini 
aradan qaldırmaq heç də asan deyil, ancaq əgər buna nail 
olsanız, onda özünüzü qadın, partııyonınuz isə özünü kişi 
hiss edəcək. 
SƏHV No 2 QADINLAR KİŞİLƏRİN YOLUNDA 
ÖZLƏRİNİ QURBAN VERİR VƏ ÖZLƏRİNİ 
SEVDİKLƏRİ KİŞİDƏN SONRA İKİNCİ YERƏ 
QOYURLAR 
Bir neçə saatınızı sərf edərək, həyat yoldaşınıza yemək 
- badamlı soıısda qalxan balığının sümüksüz ətini 
hazırlamısımz. Boşqabları masaya düzəndə, balıq 
tikələrinin 
birinin 
digərindən 
böyük 
olmasını 
aşkarlayırsımz. Deyək ki, sizin və ərinizin iştahası eynidir. 
Böyük 
tikəni 
ona 
verəcəksiniz, 
yoxsa 
özünüzə 
saxlayacaqsınız? 
Bu sualı soruşduğum qadınların çoxu dilemma 
qarşısında olmadıqlarını etiraf edir və əlbəttə, böyük tikəni 
Downloaded from KitabYurdu.org


53 
ərlərinə verəcəklərini söyləyirdilər, çünki onlar kişini 
birinci, özlərini isə ikinci yerə qoyduqlarına adət ediblər. 
Bundan başqa, sorğu apardığını qadınların çoxu dedilər ki, 
əgər onlar böyük balığı özlərinə götürmüş olsaydılar, 
buıımı üçün günahkarlıq hissi keçirərdilər; onlar "eqoist”, 
“xəsis” və “sevməyən” sözlərindən istifadə etdilər. 
2 nömrəli səhvin məğzi ondan ibarətdir ki, biz qadınlar 
özümüzü qurban verir, kişilərimizdən sonra özümüzü 
ikinci yerə qoyuruq. Bunu necə edirik? 
ı. Maraqlarımızı, aludəçiliyimizi və işimizi qurban 
veririk. 
Saranın otuz bir yaşı var, ıııeditasiya və yoqanın 
öyrənilməsi və praktikası ilə maraqlanırdı. Bu ona rahatlıq 
gətirir, özünü sağlam hiss edirdi. O, bütün bu məsələlərə 
skeptik yanaşan və onları “şərq cəfəngiyatı” adlandıran 
otuz altı yaşlı kompüter üzrə məsləhətçi işləyən Bili adlı 
kişi ilə tanış olur. Narazılıqlardan uzaq olmaq üçün Sara 
voqa ilə məşğul olmağa getmir və nadir hallarda 
meditasiyaya müraciət edir, soııralar isə tamamilə bu 
məşğuliyyəti də atır. Sevimli məşğuliyyətinin atma 
səbəbini soruşanlara o belə cavab verirdi: "Mənə elə gəlir 
ki, indi həyatımın başqa dövrüdür. Bu kimi işlərə görə mən 
özümü yaşlı hiss edirəm". 
• • 
II yarımdan sonra Sara və Bili ayrıldılar, iki həftədən sonar 
Downloaded from KitabYurdu.org


54 
Sara sevimli məşğuliyyətinə - ıııeditasiya və yoqaya geri 
döndü. 
"ilahi, bunlar üçün necə də darıxmışam!” - dedi. 
Emili həmişə rəqs etməyi sevib. Uşaqlıqda baletlə məşğul 
olub, caza maraq göstərib və istirahət günləri dostları ilə 
rəqsə gedib. Rəqs edərkən o, ruh yüksəkliyi, zəriflik və 
daxili sərbəstlik hiss edirdi. Emilyanm iyirmi beş vaşı 
tamam olanda o, otuz bir yaşlı Endryu ilə tanış oldu. 
Görüşməyə başladılar, bir-birini sevdilər və iki ildən sonra 
evləndilər. Bu yaxınlarda Emili ilə univermaqda 
rastlaşdım, Endryu ilə necə yola getdikləri barədə 
soruşduqdan sonra rəqsi yadına saldım. Emili əvvəlcə 
tutuldu, sonra isə belə cavab verdi: “İndi mən demək olar 
ki, heç rəqs etmirəm”. Səbəbi ilə maraqlandım, o belə izah 
etdi: “Bilirsiniz, Endryu heç vaxt rəqsi, həqiqətən də
sevməyib. 
Əvvəllər mən onu daıtıb kluba aparırdım, amma o, həmişə 
özünü narahat hiss edirdi, bütün gecəni otururdu, rəqs 
meydançasına qalxmaq belə istəmirdi. Onu belə pis əhvali-
ruhiyyədə görmək xoşuma gəlmirdi, odur ki, biz, 
ümumiyyətlə, 
kluba getməyi tərgitdik. O, məni tək getməyə, sevimli 
məşğuliyyətimi 
qurban 
verməməyə 
təhrik 
edirdi. 
Dostlarında bir neçə dəfə getdim, ancaq onu təkcə evdə 
buraxıb getdiyimə görə, daim günahkarlıq hissi keçirirdim. 
Downloaded from KitabYurdu.org


55 
Əlbəttə, rəqs üçün darıxıram. Ancaq, həqiqətən də, bu 
mənim üçün bir o qədər də vacib deyil”. 
Bu qadınlar, etdiklərini bizlərdən də çoxu edir - 
kişilərinin vacib və lazım hesab etdikləri səbəblərdən 
sevimli və maraqlı məşğuliyyətlərini qurban verirlər. 
Bizlər bəzən dərk etmədən belə qurban vermiş oluruq. 
Sevimli məşğuliyyətimiz üçün darıxmadığımıza, bütün 
bunların boş və əhəmiyyətsiz şey olduğuna özümüzü 
inandırırıq. Əslindəsə, bütün bunların əhəmiyyəti var. Çox 
vaxt biz işimizi və maraqlarımızı qurban verdiyimizi 
həmin o kişi ilə qarşılıqlı münasibətlərimiz bitdikdən sonra 
anlamağa başlayır və bundan sonra yenidən sevimli 
məşğuliyyətimizə geri dönürük. Və 
məhz onda 
kişilərimizin maraqlarımızı bölüşmədikləri üzündən 
imtina etdiyimiz ıııeditasiya, rəqs, bağçılıq, velosiped 
sürmək və digər məşğuliyyətlərin bizə verdiyi ləzzəti yada 
salırıq. 
2. 
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə