Downloaded from KitabYurdu org



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix26.05.2023
ölçüsü2,12 Mb.
#113139
1   2   3   4   5   6   7   8   9   10   ...   64

partnyorun 
bəyənməməsinə səbəb olmaq və ya onun tənqidinə lay iq 
görülmək; 

layiq olduğunuzdan olduqca az məhəbbət və 
Downloaded from KitabYurdu.org


85 
diqqətə qane olmaq. 
Hər dəfə kişiyə sizinlə hörmətsiz və ya ləyaqətsiz 
davranmağa icazə verdikdə, özünüzə olan hörmətinizi 
itirirsiniz. 
Nəticədə neqativ özünü dəyərləndirmə adlandırdığını 
qapalı çevrə yaradılır. Bu belə baş verir: Kişiyə sizinlə pis 
rəftar etməsinə icazə verirsiniz - ola bilsin ki, o sizi təhqir 
edir və ya yorğun və ya xəstə olanda sizə qulluq etmək 
istəmir. Ya da münasibətlərinizi onunla müzakirə etmək 
istəyəndə hirslənir və yaxud da hər hansı bir yolla 
hisslərinizə toxunur. Özünüzü müdafiə etmirsiniz, ancaq 
bununla belə psixoloji narahatlıq hiss edir və depressiyaya 
düşürsünüz, nəticədə özünüzü dəyərləndirmə səviyyəniz 
aşağı düşür. Əgər özünüzü dəyərləndirmə səviyyəniz 
aşağıdırsa, kişi növbəti dəfə sizi təhqir edəndə, müdafiə 
olunmaq üçün daha az cəsarətə malik olacaqsınız. 
Beləliklə, dairə qapanır. 
NEQATIV OZUNU
DƏYƏRLƏNDİRMƏNİN QAPALI 
DAİRƏSİ 
Kişi sizi alçaldır 
Sizin özünüzü dəyərləndirmə səviyyəniz aşağı düşür Siz 
psixoloji narahatlıq keçirirsiniz 
Bu məntiqsiz dairəni dağıtmağın yeganə yolu - 
müdafiəyə qalxmaq və şəxsi mənlik hissini qoruyub 
Downloaded from KitabYurdu.org


86 
saxlamaqdan; sənə qarşı hörmətsizlik göstərməyə və 
ləyaqətsiz davranmağa icazə verməməkdəıı ibarətdir. Belə 
etməklə özünüzə hörmətiniz yaranacaq, nəticədə özünüzə 
inamınız artacaq. Növbəti dəfə sizi alçaltmalarına icazə 
verməyəcəksiniz. 
BƏLKƏ KİŞİLƏR TƏRƏFİNDƏN SİZƏ QARŞI OLAN 
ALÇALTMALARA ARTIQ 
ALIŞMISINIZ. 
Yeni maşın alıb, ilk dəfə onun sükanı arxasında oturanda, 
qəfildən kölınə maşınınızı idarə etməyin nə dərəcədə çətin 
olduğunu ağlınızdan keçiribsinizmi? 
Belə bir hal olubmu - yeni, daha geniş mənzilə 
köçdükdən sonra köhnə evinizin olduqca darısqal 
olduğunu düşünməyə başlayıbsınız? 
Yeni ayaqqabı geyinəndə, olubmu ki, köhnənin çox 
narahat olduğunu dərk edibsiniz? 
Anlaya da bilərsiniz, əksi də ola bilər, ancaq ola bilsin 
ki, sadəcə alışqanlıq səbəbindən siz kişinin sizinlə pis 
davranmasına icazə verirsiniz. Canlı insana yaşadığı 
şəraitə adaptasiya olunmaq xüsusiyyəti xasdır və çox vaxt 
şərait dəyişməyincə, biz narahatçılığı hiss etmirik. 
Ayaqqabılar, mənzillər, maşınlar, ya da qarşılıqlı 
münasibətlər arasındakı 
fərqi qəflətən hiss etməklə, nə kimi narahatlıq hiss 
etdiyimizi özümüzə etiraf edirik. 
Downloaded from KitabYurdu.org


87 
Özümüzə qarşı lazımi hörmətin olmadığına elə 
alışmışıq ki, kişiyə layiq olduğumuzdan da bizi az 
sevməyə icazə veririk. 
Son vaxtlara kimi mən münasibət saxladığını hər kişiyə 
tabe olurdum. Mənə dəyər verməməsilə ilə barışırdım; 
müştərilərimdən heç birinin partnyorlarından nə vaxtsa 
çəkməsinə icazə vermədiyim rəftarı kişilərdən görmüşəm; 
həyat yoldaşıma uyğunlaşmağa çalışaraq, arzu və 
tələblərimi qurban vermişəm; mən həmişə bəyənilməmək 
vəziyyəti yaratmaq qorxusu içində yaşamışam. Məhəbbət 
naminə qurban olduğumu güman etmişəmmi? Yox! And 
içə bilərəm ki, özüıııü güclü, özünə inanan qadın kimi 
aparıram. Həqiqət odur ki, mən alçalmağa o qədər 
öyrəşmişdim ki, etdiklərim lıaqqmda belə düşünmürdüm. 
Buna görə həyatımdakı kişiləri 
günahlandınnalıyammı? Əsla, yox. Hər şeydən öncə mən 
özüm özümü sevmir və hörmət etmirdim, onlar isə mənə 
qarşı eyni şeyi edirdilər. 
İndi isə həyatımda ilk dəfə olaraq nəhayət ki, kişilərlə 
qarşılıqlı münasibətdə ləyaqətimi, mənliyimi qoruyub 
saxlamağı öyrəndim, ancaq bıuııı etmək elə də asan 
olmadı! Məhəbbətin qurbanı olmaq adəti özünü hardasa 
göstərir və geri çəkilməyə və məhəbbət naminə nəsə 
qurban verməyə təkan verir. Ancaq bu kitabda hazırlanmış 
metodikanın köməkliyi, rəfiqələrimin dəstəyi və 
Downloaded from KitabYurdu.org


88 
mənliyimi 
qoruyub 
saxlamağımı 
istəyən 
həyat 
yoldaşımdan ilham alaraq, (o mənim özümü kölə kimi 
aparmama 
qatlaşa 
bilmirdi!) 
mən 
qarşılıqlı 
münasibətlərimdə güclü qadına çevrilirəm 
KÖLƏDƏN 
DAVAKARA: 
NECƏ 
OLUR 
Kİ, 
QADINLAR ƏVVƏLCƏ KİŞİLƏRİN YANINDA 
BARMAQLARININ UCUNDA GƏZİRLƏR, SONRA 
İSƏ ONLARIN ƏLEYHİNƏ QALXIRLAR 
Otuz altı yaşlı Luis və otıız iki yaşlı Liııda doqquz ay 
görüşdükdən sonra ııiəsləlıət almaq üçün yanıma gəldilər. 
"Liııda məni dəlilik lıalıııa çatdırır, - Luis şikayətlənməyə 
başladı. - Onunla tanış olanda, gələcək həyatımı keçirməyə 
hazır olduğum mehriban, gözəl, xoşxasiyyətli qadın idi. 
Ancaq iki, ya üç aydan sonra birdən-birə dəyişdi. O 
aqressiv, acıdil, bəzən isə sadəcə soyuq birisi oldu. Onunla 
danışmağa çalışdım, ancaq o heç nə eşitmək istəmədi. 
Bununla heç cür barışa bilmirəm, məndə belə bir hiss var 
ki, o əsl şeytana dönüb". 
Luis bu hekayəti danışdıqca, Liııda divanda oturmuşdu 
və qaşqabaqlı halda önünə baxırdı. Sanki nəsə mənə 
deyirdi ki, 
onunla təklikdə danışsan, lıər şeyi anlayacaqsan, odur İd, 
Luisdəıı çıxmasını xahiş etdiııı. 
Liııda, mənə özündən danış, - ııiən təklif etdim. - Luislə 
olan qarşılıqlı münasibətləriniz haqqında hekayətinizi 
Downloaded from KitabYurdu.org


89 
eşitmək istərdim. 
doqquz yaşını var idi. Onun dərdindən dəli idiııı və onu 
xoşbəxt etmək üçün hər şeyə hazır idim. Yeri gəlmişkən, 
məhz elə bu səbəbdən mən Kaliforniyaya getdim. O, 
Texasdan Kaliforniyaya köçməli idi, mən də işiıııi atıb, 
onunla orda qaldım. O, məndəıı yeddi yaş böyük idi və 
mən ona pərəstiş edirdim. 
Liııda keçmiş dostundan danışdığı vaxt gözləri yaşla 
dolur, sifəti isə həlimləşirdi. 

Aranızda nə baş verdi? - yavaşca soruşdum. 

Mən elə ağılsız idim, - o mənimlə açıq danışdı. - 
O heç vaxt mənimlə yaxşı rəftar etmirdi, ancaq mən 
dözürdüm, yola verirdim... O, toy günümüzü elə hey təxirə 
salırdı. Bir dəfə evə adəti vaxtdan tez gəldim və onu 
ofısdəki katibə ilə yataqda gördüm. Təsəvvür edirsiniz, o 
məni bu epizodun mənasız 
olduğuna inandırmağa başladı, bunun nişanımızın 
pozulmasına səbəb ola bilməyəcəyini söylədi. 
Liııda ürəyini boşaltdıqdan sonra onu qucaqladım. 
Luislə olan münasibətinin məğzini anladını. Liııda uzun 
miiddət keçmiş nişanlısı tərəfindən təhqirlərə məruz 
qalmış, belə bir dərin yara aldığından, bundan sonra, 
instinktiv olaraq, kişilərin ona toxunmasına icazə 
Downloaded from KitabYurdu.org


90 
verməyəcəyini qət etdi. Kölədən davakara çevrildi - 
nişanlısının ətrafında sakitcə fırlandıqdan sonra Luisin 
əleyhinə üsyan etdi. Təəccüblü deyil ki, Luis Liııdada baş 
verən dəyişiklikləri anlaya bilmədi. 
Qadınların çoxu bu yolu keçir. Bir kişidən təhqirlər 
gördüklərindən bundan sonra belə bir təhqirə yol - 
verməyəcəklərinə and içir və nəticədə heç nədən 
şübhələnməyən kişilərə qarşı üsyan edirlər. Sonra belə bir 
rəftarın zərərini dərk edərək, yenidən köləyə çevrilirlər. Və 
beləcə davam edir. 
Oxşar transformasiyanın digər variantı kimi eyni kişiyə 
qarşı kölədən davakara çevrildiyimiz situasiya da ola bilər. 
Rəfiqəm var ki, ərini belə dəyişikliklərlə haldan çıxarır. Bir 
həftə ona tabe olur, onun qulu kimi aparır, sonra isə 
zəifliyinə görə 
qəzəblənir, soyuq və adamayovuşmaz hala düşür, özünü 
növbəti çarəsiz vəziyyətə salır. Onun soyuqluğundan 
boğaza yığılmış partnyor da üsyan edir, o da həmən təslim 
olur, üzrxahlıq edir və yenidən köləyə çevrilir. 
Məhz, belə növ rəftar kişilərə qadınları "havalı", 
“gözlənilməz”, “isterik”, “şeytan” adlaııdırmasma əsas 
verir. Belə bir vəziyyətdən yeganə çıxış - kölə ilə 
davakarın ortasındakı vəziyyəti tapmaq, qiyama tabe 
olmağın dəyişkənliyindən canını qurtarmağa imkan verən 
öz həyat dəyərlərinə uyğun yaşamaqdır. 
Downloaded from KitabYurdu.org


91 
Həlli: kişilərə tabe olmağı dayandırmaq. 
5 saylı səhvə üstün gəlmək üçün sizə yardımçı ola 
biləcək bəzi məsləhətlər: 
ı. Kişilərin ləyaqətsiz münasibətini təşviq etməyi 
dayandırın. 
Veroııika və əri Devid möhkəm dalaşıblar. Hər şey 
Veronikaıım Deviddəıı mətbəx üçün yeni divar kağızı 
seçməyi xahiş etməsindən başlayıb, Devid isə onun bu 
təklifinə azacıq da olsun maraq göstərməyib. Veroııika 
inadla xahiş etdikcə, o 
daha da hirslənib, bu sonda Devidiıı ona bağırması ilə 
nəticələnib. Onu “şeytan” adlandırıb, De\id evdən çıxıb, 
qapını çırpır. 
Budur, Veronika çarpayıya yıxılıb ağlayır, zamanı 
geriyə qaytarmaq və ailəsində əmin-amanlıq istəyir. O, 
Devidiıı evə döndüyünü, qonaq otağına girdiyini və 
televizoru işə saldığını eşidir. O həyəcanlanır, yerindən 
qalxır və tez bir zamanda barışmağa can atır, qonaq otağına 
qaçır, Devidiıı oturduğu kreslonun yanında döşəmədə 
oturur, burnunu çəkə-çəkə başını onun dizinin üzərinə 
qoyur. O isə televizoru seyi' edir. Bir neçə dəqiqədən sonra 
Devidiıı onun başını sığalladığını hiss edir və bilir ki, artıq 
onun hirsi yatıb. Veronika ona tərəf dönür, Devidiıı əlini 
əlinə alır və deyir: "Oh, əzizim, geri dönüşündən elə şadaııı 
ki! Sənin üçün elə darıxmışdım. Səninlə dalaşmaq 
Downloaded from KitabYurdu.org


92 
istəmirəm. - “Mən də”, - köks ötürərək, Devid rahatlaşır. 
Cütlük öpüşür və axşamın qalan saatlarını ailə idilliyasmda 
keçirirlər. 
Şeyroıı və onun dostu Erninin mənzili, onların arasında 
qalmaqal baş verib. Erııi elə indicə Şevrona köhnə qız 
dostu ilə 
birlikdə yemək yeyəcəyini bildirib; onun kölınə dostu 
Eminin Şeyronla yaşadığından xəbərsizdir. Şevron 
Ernidəıı keçmiş sevgilisinə onını barəsində söyləyib-
söyləmədiyini soruşdu, Erni söyləmədiyini etiraf etdi və 
belə bir izalı verdi: bu qız olduqca qərarsız biridir və o
köhnə sevgilisinin hisslərinə toxunmaqdan çəkinir. Şevron 
möhkəm hirslənir. “Səni məndən çox o dəlinin hissləri 
maraqlandırır!”- təhqir olunmuş halda qışqırır. "Mən artıq 
bu sərsəmləmələrə qulaq asmaq istəmirəm!” - Erni 
cavabında qışqırır, qapını çırpıb, işə gedir. 
Bütün günü Şevron pis əhvali-ruhiyyədə gəzir, Erninin 
o qızla yemək yediyini, səhər onunla necə kobud və 
soyuqqanlı davranışını təsəvvüründə canlandırır. Saatlar 
keçir, onun qorxusu artır, heç nə haqqında deyil, yalnız 
Emini itirməsi barədə düşünür. O bilir ki, Emini axşamın 
gec saatlarında görəcək, odur ki, onun üçün xoş sürpriz 
hazırlamaq istəyir. Onun sevdiyi piroqu hazırlayır, yaxşı 
şərab butulkası alır, stolu şamlarla bəzəyir. Axşam on 
ikinin yarısı Erni evə gəlir, Şevron qapıya qaçır və onu 
Downloaded from KitabYurdu.org


93 
qucaqlayır. "Gəl, əzizim, - o pıçıldayır. - Sənin üçün elə 
darıxmışam ki. Mən səninlə heç ayrılmaq 
istəmirəm”. - “Mən də səninlə ayrılmaq istəmirəm”, - 
Şeyronun əhvali-ruhiyyəsinin yaxşı olduğımıı görən Emi 
rahat nəfəs alaraq, ona cavab verir. Onlar çox gözəl axşam 
keçirirlər. 
Siz bu iki hekayət haqqında nə düşünürsünüz? Bunun 
xoşbəxtliklə sonuclanacağını hiss edirsinizmi? Necə 
düşünürsünüz, bu qadınlar kişilərlə münasibət yaratmağı 
bacarırlarını? Əgər onların düzgün hərəkət etdiklərini 
düşünürsünüzsə, böyük səhv edirsiniz! Veronika və 
Şeyroıı ola bilsin ki, bir-birlərinə qarşı anlayış, 
mehribanlıq və iltifat göstərdiklərini düşünsünlər, ancaq 
həqiqətdə onlar məhəbbət naminə ən pis formada özlərini 
əsl kölə kimi apardılar. Onlar partnyorlanm onlara qarşı 
hörmətsiz münasibətlə mükafatlandırdılar! 
Qadınlar pis münasibətin müqabilində kişilərə şəfqət və 
məhəbbətlə cavab verməklə ən böyük səhvlərindən birini 
etmiş olurlar. 
Axı bunu necə edirik? Bizimlə hörmətlə danışmayan 
kişiləri qucaqlayıb öpürük; bizə qışqıran kişini nəinki 
dayandırırıq, özündən çıxartdığımıza görə lıələ üzr belə 
istəyirik; bir neçə saat bundan əvvəl bizə qara yaxan və heç 
üzr istəməyi xəyalından belə keçirməyən kişi ilə eşqlə 
məşğul oluruq; hisslərimizi təhqir etmiş kişiyə nə olur 
Downloaded from KitabYurdu.org


94 
olsun sevdiyimizi nümayiş etdirmək üçün onu mehribanlıq 
və qayğı ilə əhatə edirik. 
Bizim belə davranışımızdan kişilər nə nəticə çıxarırlar? 
Mənimlə necə rəftar edirsən et, hər şeyə rəğmən, səni 
yenə də sevəcəyəm. Bundan başqa, mənimlə daha pis 
rəftar etdikcə, daha çox qorxutduqca mən bir o qədər zərif 
və səmimi olacağam. 
Belə bir hərəkəti aşağıdakı şəkildə təsəvvür etmək olar: 
evinizdə küçük var; bir gün evə gələndə, itinizin sevimli 
divanınızı batırdığını görürsünüz. Bunu görəndə mətbəxə 
gedir 
və mükafat olaraq itinizə sevimli yeməyini gətirirsiniz! Siz 
xətrinizə dəymiş kişini öpərək, eyni hərəkəti edirsiniz. 
Heyvan təlimçisi itlər üçün intizamın vacib olduğunu 
həmişə vurğulayıb - siz mütləq itinizin burnunu onun 
batırmış olduğu gölməçəyə soxub, qəzetlə onun burnuna 
vuraraq deyəcəksiniz: "Bundan belə divanı batırmağa 
qalxma!” 
“Özlərini pis aparanda” qəzeti qatlayıb, kişinin burnuna 
vurmağı məsləhət görmürəm. Sadəcə, bir məsələyə 
diqqətinizi çəkmək istərdim: sizə olan pis münasibətinə 
görə oııu mükafatlandırmaqla, siz gələcəkdə onları eyni 
hərəkəti etməyə təhrik edirsiniz. 

Ona incikliyinizi və qəzəbinizi bildirin; 

onun reaksiyasını gözləyin, sizin hisslərinizi 
Downloaded from KitabYurdu.org


95 
anladığını və rəftarına görə vicdan əzabı çəkdiyini öyrənin; 

gələcəkdə təkrar baş verərsə, oxşar vəziyyətdə 
özünü necə aparacağını müzakirə edin; 

və yalnız bundan sora onu öpün. 
2. 
iki siyalıı tutun: “Nələrdə kişiyə tabe oluram”; 
“Kölə rolıuııı necə ovnavıram". 
Bütün bunları kağız üzərinə köçürmək olduqca 
vacibdir. Belə olanda, bəlkə də ilk dəfə siz məhəbbət 
naminə qurban kimi rolunuzu anlayacaqsınız, bu, xoş 
olmayan bu vərdişin aradan qaldırılması yolunda atılan ilk 
addımdır. Bu siyahını rəfiqənizə göstərin, özünüzü başqa 
cür aparacağınıza söz verin; siz artıq kənardan birinin sizə 
nəzarət etdivini bilirsiniz. 
3. 
Kişi ilə qarşılıqlı münasibətdə nəyə yol verib- 
vermədiyinizi müəyyən edən davranış qaydalarının 
siyahısını tərtib edin. Bu barədə kitabın sonuncu fəslində 
ətraflı söhbət açacağam. 
4. 
Ləyaqətinizi qoruyun! Bu ifadəni çox sevirəm. 
Onu balaca kağız vərəqlərində yazıb, evdə hər yerə 
yapışdırmışdım. Yenidən mənə məhəbbət qurbanı olmaq 
hissi gələndə, diqqətlə bu ifadəyə baxır, onun şüuruma 
nüfuz etməsinə səy göstərirəm. Demək olar ki, hər belə 
davranışdan sonra mən yenidən özümə hörmət hiss edirəm. 
Burada təkcə bu ifadənin mənasını dərk etmək deyil, həm 
də qadın ləyaqətini qoruyub saxlamaq da əhəmiyyətlidir. 
Downloaded from KitabYurdu.org


96 
Yadda saxlayın! Kişilərə qarşı münasibətdə mənliyini 
qoruyub saxlamaq heç də partnyoru mütəəssir etmək 
anlamına gəlmir. Bu özünüzə sevgi və hörmətlə 
yanaşmağmızla, kişinin də sizə mütləq eyni münasibət 
bəsləməsinə əsas yaratmaq deməkdir. 
SƏHV 
No 

QADINLAR 
KİŞİLƏRDƏN 
İSTƏDİKLƏRİNİ ALMAQ ÜÇÜN ÖZLƏRİNİ KİÇİCİK 
QIZ KİMİ APARIRLAR 
Balaca qız olanda, sözsüz ki, biz gözəlliyimiz, şirinliyimiz 
və köməksizliyimizlə diqqət çəkmişik. Bəlkə də bizlərdən 
çoxıı kişilərlə özünü uşaq kimi aparır, xüsusilə də onlardan 
bir təmənnaları olanda. Qadınların belə fəiıdlərə əl 
atmalarını görmək mənə ağır gəlir, ancaq kişilərin onları 
cəzalandırmalarını görmək bundan da kədərlidir. 
Bu özünü necə göstərir? 
ı. Özümüzü sadəlövh aparır və aıılayışsızlıq nümayiş 
etdiririk, halbuki baş verənləri çox yaxşı başa düşürük. 
Belə vəziyyətdə kişilər özlərini daha təcrübəli, adamları 
yaxşı tanımaq qabiliyyətinin olmasını hiss etməyə 
başlayırlar. Qadınların belə davranışı kişilərin özlərinə 
verdiyi dəyəri süni 
şəkildə artırır və sizinlə münasibətində ralıat atmosfer 
yaradır, ancaq ona görə yox ki, sizə hörmət edirlər, ona 
görə ki, sizin üzərinizdə üstünlüyə ıııalik olduqlarını hiss 
edirlər. 
Downloaded from KitabYurdu.org


97 
2. 
Biz incikliyimizi ifadə edirik, əslində isə qəzəb 
hissi keçiririk. 
Təhqir olunduqda ağlayırsınızmı? 
Kişiyə özünü heyvan kimi aparmasını və ya bu 
hərəkətdən boğaza yığıldığınızı söyləmək əvəzinə, 
hirslənirsiniz? 
Durub, çıxıb getmək lazım olduğu halda siz 
əsəbiləşirsiniz? 
Çoxları qızların hirslənməsinin yaxşı olmadığını 
aşıladıqları üçün biz əsəbiləşməyi boğur, içimizdə qəzəb 
aşıb- daşdığı halda daha çox “qadın" hisslərini - 
qəmlənmə, qorxu və ya günah hissini nümayiş etdiririk. 
Bunun daha təhlükəsiz olduğu, həmçinin kişilərin də 
xoşuna getdiyi üçün belə davranırıq. 
3. 
Özümüzü itirmiş kimi göstəririk, halbuki heç 
belə bir hiss keçirmirik. Bu ən ziyanlı qadın vərdişlərindən 
biridir. Biz hisslərimizdən xəbərsiz kimi davranırıq, onları 
bilmək istəmirik, ya hisslərimizi başa düşə bilmirik, ya da 
nə etdiyimizi 
anlamırıq. Bütüıı görünüşümüzlə köməyə çağırırıq və 
budur kişi peyda olur və bizi xilas edir. Necə böyük sevinc! 
Necə böyük fərəh! O özünü elə bacarıqlı, elə ağıllı, elə 
qayğıkeş hiss edir ki! 
Tam dolğun, ancaq daha az xoş olan hissləri - hirs, 
narazılıq, inciklik və ya qorxu - gizlətmək üçün bu üsula əl 
Downloaded from KitabYurdu.org


98 
atırıq. Yanıma məsləhətə gələn qadınlardan bu kimi şeyləri 
olduqca çox eşidirdim: “Qarşılıqlı münasibətimizdə belə 
problemlərin olmasını izah edə bilmirəm. Onları sorğu-
suala tutanda, məlum oldu ki, əri ona xəyanət edir, artıq iki 
ildir ki, onların arasında cinsi əlaqə yoxdur, o özünü 
lazımsız və itirmiş hiss edir. Sözsüz, qadın vəziyyəti çox 
yaxşı anlayır, ancaq onun tərəfindən nümayiş etdirilən 
çaşqınlıq taleyi üçün daşıdığı məsuliyyətdən, qərar qəbul 
etməyin ağırlığından qaçmaq imkanı verir. 
4. 
Qadınlar kişilərlə ataları kimi rəftar edirlər. 
Sevdiyiniz kişiyə arada bir sizə qarşı atalıq qayğısı 
göstərməsinə icazə verməkdə elə də bir qəbahət yoxdur. 
Yox, əgər siz onunla həmişə ata kimi rəftar edirsinizsə, 
onda bu, 
təhlükəli əlamətdir. Bu əsasən aşağıdakılarda özünü 
göstərir: sevdiyiniz insanı “atacığım” adlandırırsınız; onuıı 
dizinin üstündə oturub, qaşqabağınızı sallayırsınız; ona bu 
güıı "pis qız” olduğunuzu etiraf edirsiniz; ərinizə ailə 
büdcəsinə nəzarət etməyə icazə verir və ondan cib xərcliyi 
üçün pul istəyirsiniz. 
Belə davranışın ciddi psixoloji tərəflərinin təhlilini 
aparmayacağam. Bir məsələni qeyd edim ki, ərinizlə ata 
kimi rəftar etməkdə davam etdikcə, siz bir o qədər uşaq 
olaraq qalacaqsınız. 
5. 
Kişilərlə incə uşaq səsi ilə danışırıq. 
Downloaded from KitabYurdu.org


99 
Biz buna aşağıdakı hallarda əl atırıq: fikirləşdiyimizi 
deməkdən çəkinirik; kişilərin reaksiyasından qorxuruq; 
narazılıqla üzləşəcəyimizi düşünürük. 
Qızları təqlid edirmiş kimi kişi ilə danışırıq: 
"Bax. Mən balaca qızcığazam. 
Xətrinlə dəymə, mənə acıqlanma”. 
6. 
Kişilərə bizi xilas etmək imkanı vermək üçün 
həyatımızda qarmaqarışıqlıq yaradırıq. 
Siz böhrandan bölıranamı yaşayırsınız? 
Sizinlə həmişə fövqəladə şeylər baş verir və kişilərin 
köməyinə, məsləhətinə ehtivacmızım var? 
Kiçik qız oyununun tərəflərindən biri də kişilərin 
köməyinizə gəlmələri, sizi xilas etmələri üçün işlərinizi 
bilərəkdən müvəffəqiyyətsizliyə uğratmanğınzdır. Bunu 
etməyinizin səbəbi, bəlkə də, uşaqlıqda ata qayğısı 
görməməyinizdir. Bəlkə, siz partnyorunuzu “yoxlamaq”, 
ona etibar etməyin mümkünlüyünə inanmaq istəyirsiniz. 
Hər nə olursa olsun, diqqət çəkmək üçün siz aranı 
qarışdırırsınız, - balaca qız oyununun tipik taktikasıdır. 
UŞAQ OYUNUNUZ KİŞİLƏRLƏ MÜNASİBƏTİNİZƏ 
NECƏ TƏSİR EDİR. 
Kişilər heç vaxt sizə hörmət etməyəcək. Kişilər balaca qıza 
reaksiya verəcəklərmi? Heç vaxt. Onlar özlərini lazımlı, 
güclü, məsuliyyətli hiss edəcəklər. Onlar oyuna daxil ola 
bilərlər. Çox güman ki, onlar bundan həzz alacaqlar. Onlar 
Downloaded from KitabYurdu.org


100 
sizə hörmət etməyəcək, sizinlə qadın kimi deyil, balaca qız 
kimi davranacaqlar. Bütün bunların nəticəsi olaraq, 
münasibətlərinizdə ehtiras və əsl sevgi azalacaq. 
Həlli: özünüzü kişilərlə balaca qız kimi aparmağı bir 
kənara qoyun. 
ı. Siyalıı tərtib edin: “Qız rolunu oynamağım özünü 
nədə göstərir". Bu siyahını tərtib edərkən çox güman ki, 
utanacaqsınız, ancaq mənə inanın ki, bu, sizə 6 nömrəli 
səhvi aradan qaldırmağınıza kömək edəcək. Növbəti dəfə 
saçınızı barmağınıza dolayanda və yaxud da sözləri uzada-
uzada 
danışanda, ya da bunlara oxşayan digər hərəkətlər edəndə, 
nifrət 
hiss 
edəcək 
və 
belə 
hərəkət 
etməyi 
dayandıracaqsınız. 
2. 
Ağlayarkən 
qəzəblənməyinizin 
səbəbini 
özünüzdən soruşun. Əgər siz bu hissi olduqca qəlbinizin 
dərinliyinə qovub saxlamısmızsa, bunu heç unutmaq 
olıııaz. Ola bilsin ki, siz, həqiqətən də qəzəbləndiyiniz 
üçün özünüzdə olmadığınızı aşkarlayacaqsımz. Onda əsl 
hissinizi göz yaşlan arxasında gizlətmək əvəzinə, 
bildirməyə üstünlük verəcəyiniz də mümkündür. Sözsüz, 
bu heç də o demək deyil ki, siz ağlamamalısınız, ya da 
əksinə, həmişə hirslənəndə ağlamalısınız. Sadəcə buna 
fikir verin. 
3. 
Çaşqınlıq və ya köməksizlik hissi keçirəndə 
Downloaded from KitabYurdu.org


101 
özünüzdən soruşun: "Həqiqətən, çaşqınam? Yoxsa..." Bu, 
çox mürəkkəbdir. Ümidsizləşmək və kişiləri köməyə 
çağırmazdan 
öncə 
bu 
vəziyyətin 
səbəbini 
müəyyənləşdirin. Qız rolu oynamanıza məcbur edən bəzi 
vərdişlər, ola bilsin, çoxdandır ki, sizinlədir və asanlıqla 
onlarla vidalaşa bilmirsiniz. Ancaq özünüzdə qadınlığı 
sevməyə çalışın. 
Altı səhvi sizə göstərməklə, kişilərlə münasibətinizi 
daha yaxşı anlamağa kömək etdiyimə ümid edirəm. Onları 
heç də psixoloji jurnalları oxumaq və sorğu aparmaqla 
müəyyənləşdirmədiyimi anladığınızı düşünürəm. Bu altı 
səhvin altısını da mən özüm dəfələrlə etmişəm! Qadınların 
çoxu kimi mən də səhvləri kişilərin sevgisini qazanmaq 
üçün etmişəm və bu yolda bir çox əzab-əziyyətə 
qatlaşmışam. Bəlkə də, sizin üçün indi bir az asan olar, belə 
ki, rast gəlinəcək bəzi çətinliklər, habelə onların ortaya 
çıxmaması üçün özünüzü aparmaq qaydaları lıaqqmda 
bəzi məqamları artıq bilirsiniz. 
Nə qədər çox istəsəniz də, köhnə vərdişləri silib atmaq 
çox çətindir. Növbəti günlər və həftələr ərzində təzəcə 
oxuduğunuz səhvləri etdiyinizi hiss edəcəksiniz. Belə 
hallarda 
özünüzü 
itirməyin. 
Unutmayın: 
özünü 
təkmilləşdirməkdə atılan ilk addım - səhvlərinizi 
anlamaqdır. Odur ki, bu altı səhvi yadda saxlayın, 
məsləhətlərimə riayət edin, əldə etdiyiniz məlumatı 
Downloaded from KitabYurdu.org


102 
dostlarımzla bölüşün, lazım olduqda, onları köməyə 
çağırın, bax, onda siz gözəl qadın ola bilərsiniz. 
3. 
Emosional boşluğun doldurulması. Sevgiyə 
aldığınızdan çox verməyinizi necə 
dayandırmalı 

“Mən özümü sevgimə həsr edirəm, edirəm və 
buna görə o məni sevir, ancaq bəzən özümdən belə bir sual 
soruram: əgər bunu etməsəm, o məni yenə də sevərmi? 

“Mən həmişə məni sevənlərdən onları daha çox 
sevmişəm. Arzum - elə bir kişi tapmaqdır ki, ona verdiyim 
sevgi qədər o da məni sevsin, ancaq mənə elə gəlir ki, belə 
kişi yoxdur”. 

“Bəzən özümü münasibətlərimizin bütün 
emosional yükünü daşıyan adanı kimi hiss edirəm. 
Yükdaşıma işinin möhkəm olması işini bir az yavaşıtsam, 
ərim sadəcə nə edəcəyini bilməyəcək və nikahımız 
dağılacaq". 
Siz də eyni şeyləri nə vaxtsa hiss etıııisinizmi - siz də 
sevginizdə çox verib, qarşılığında az almısmızmı? 
Qəlbinizin 
dərinliyində kişinizi sevdiyiniz qədər sizin də çox 
sevilmənizi arzulayıbsınızmı? 
Bu fəsil qadınların etdikləri ən böyük səhvdən - biz 
qadınların kişiləri onların bizi sevməsindən daha çox 
sevməmizdən bəhs edir. 
Downloaded from KitabYurdu.org


103 
Kitabda bu problemə xüsusi fəsil həsr etməyi qərara 
aldım, çünki onu olduqca vacib hesab etdiyimdən, onun 
lıaqqmda ayaqüstü danışmaq istəməzdim. 
Bu mənim üçün ən vacib fəsildir. Onu yazmaq çətin və 
ağır idi, çünki bütün bu məsələlər mənə yaxın və tanışdır. 
Bu fəslə ciiıııə günü başlamağı planlaşdırmışdım. Cümə 
axşamı yatdım və bütün gecə qorxulu yuxular mənə 
əziyyət verdi. Dəhşətli yuxular bir-birini əvəz edirdi, ancaq 
hamısı cəhalət, kədər, qorxu və itki hissi ilə dolu idi. 
Oyananda belə dəhşətli, yuxusuz gecələrin səbəbini heç 
cürə anlaya bilmirdim. Ancaq kompüterin arxasında 
oturub, bu fəslin adını yazan kimi, gözyaşımı saxlaya 
bilmədim. Çap edilmiş sözlərə daha çox baxdıqca, göz 
yaşlarım da bir o qədər güclənirdi və qəfildən gecələr 
gördüyüm dəhşətli yuxuların və axan göz yaşlarının 
səbəbini anladım: bu, qırılmış ürəyimin, daha çox sevgi 
verib, əvəzində az sevgi görmək ağrısı idi. Daim kişilərlə 
münasibət qurmaq cəlıdi göstərdiyim, onlardan isə heç bir 
kömək almadığım illəri yada salınaq mənə çox ağır gəlirdi. 
Başqalarını sevmək, özünü isə sevməyi öyrənməmək 
üzrə mütəxəssisə çevrildiyimi dərk etmək də ağır idi. 
Ancaq bu göz yaşları təkcə mənim göz yaşlarını deyildi. 
Bu lıəm də sizin göz yaşlarınız idi, çünki bir çox qadınların 
kifayət 
qədər 
sevilmədiklərinə 
görə 
ürəklərinin 
paramparça olduğunu öz təcrübəmdən bilirdim. Saysız-
Downloaded from KitabYurdu.org


104 
lıesabsız ağlayan qadınları dinləmişəm. 
"Anlamıram... Onıı elə çox serirəııı ki. Bacardığımı ona 
verirəm, ancaq o yenə də mənim onu sevdiyim qədər 
sevmir. Görəsən, nəyi səhv edirəm? Və hər dəfə 
seminarlarımda qadınlar arasından biri ayağa qalxır, 
gözləri yaşla dolu halda, ərinə tərəf dönərək derir: 
“Əzizim, səni necə sevdiyimi bilirsən. Ancaq mənə qarşı 
olan sevginin sübutunu səndən yalvararaq almaq qəlbimi 
parçalayır; məndən aldığın sevginin müqabilində mənə 
verdiyin sevgi olduqca azdır”. 
Dünyada sevməyi ən çox arzulayan qızın 
hekayəti 
Biri vardı, biri yoxdu, diiııyada hər şeydən çox xoşbəxt 
olmağı arzulayan bir qız vardı. O, şahzadələr, əsl məhəbbət 
lıaqqmda nağıllar oxuyurdu. O, böyüyəndə kitablarda 
təsvir edilən məhəbbətlə qarşılaşmaq üçün əlindən gələni 
edəcəyini qət etdi. Və o, bu romantik məhəbbətə lap elə 
indidən hazırlaşmağın ən yaxşı yol olduğuna qərar verir. 
Ətrafına baxdıqda ən böyük sevgiyə layiq olacaq şəxsin 
atası olduğunu görür. Qızların çoxu kimi o da atasını kamil 
insan hesab edir və ona böyük sevgisi var. Və xoşbəxtliyini 
onunla bağlaması tamamilə təbiidir. 
Ancaq bir gün balaca qızın atası çamadanını yığdı və 
getdiyini bildirdi. Onu çox sevdiyini, ancaq anası ilə artıq 
yaşaya bilməyəcəyini və məcbur getməli olmasını bildirdi. 
Downloaded from KitabYurdu.org


105 
Balaca qız otağına qaçdı, çarpayısına uzanıb hönkürtü ilə 
ağlamağa başladı. "Axı o necə məni atıb gedə bilər? - öz-
özünə sorıırdmı. - Əgər o həqiqətən məni sevsəydi, 
getməzdi. Ola bilsin ki, mən onu az sevmişəm”. Və onda 
qızcığaz yaxşı qız olacağına, atasını geri qaytaracaq güclü 
sevgi ilə onu sevəcəyinə söz verdi. 
Beləliklə, balaca qız dünyada ən çox sevən qız olmağı 
qət etdi. Atasına xoşbəxtlik və sevinc bəxş etmək üçün 
edəcəklərini götür-qoy edən qız planını həyata keçirməyə 
başladı: məktəbdə yalnız əla qiymətlər aldı; məktəb 
tamaşalarında çıxış edib oynamağı öyrənir; çoxlu kitablar 
oxuyurdu. Ancaq ən çox onunla fəxr etdiyinin atasının 
bilməsinə çalışırdı, çünki o belə bir nəticəyə gəlmişdi ki, 
əgər atası qızının onu çox sevdiyini hiss edərsə, o da qızını 
çox sevər. O, atasının hekayətlərinə diqqətlə qulaq asmalı, 
lazım olan yerdə gülməli və qorxmalıdır; o, atasına 
dünyanın ən ağıllı, ən gözəl kişisi olduğunu deməlidir. Heç 
vaxt atası ilə mübahisəyə başlamamalı və ya onu tənqid 
etməməlidir, çünki o bilirdi ki, bütün bunlar onun xoşıuıa 
gəlməyəcək və onu az sevməyə başlayacaq. 
Balaca qızın atası onsuz da geri dönmədi. Ancaq, 
həqiqətən də, o, balaca qızını sevirdi: axı demişdi ki, o 
“dünyada ən çox sevdiyi varlıq qızdır!" İndi o, böyük 
lıəyata hazır idi. 
YEDDINCI SINIFDƏ OXUYAN
Downloaded from KitabYurdu.org


106 
ŞAHZADƏNİ NECƏ BAŞDAN ÇIXARTMALI 
Qız böyüdü, sevmək vaxtı çatanda, o artıq nə etmək lazım 
oldıığınııı bildiyinə inanırdı. “Sirr ondadır ki, 
- o, yuxarı sinif yoldaşlarına deyirdi, - dostunu elə güclü 
sevməlisən və o dərəcədə yaxşı olmalısan ki, o özünü yaxşı 
hiss etsin və sənsiz yaşaya bilməsin”. O belə də etdi. 
Xoşuna gələn bir oğlan tapdı və onu sevməyə başladı. Hər 
gün soyunma otağındakı şkafda onun üçün məktub 
buraxırdı, hər basketbol məşqində ona maraq göstərir və 
ona çox gözəl və mahir olduğunu deməyi də unutmazdı. 
Onu sevirdi, sevirdi, ta ki, sevgilisindən bu sözləri 
eşidənəcən: “Allah lıaqqı, heç kim, hətta valideynlərim 
belə məni bu qədər sevməyib. Deyəsən, mən də səni 
sevirəm”. 
Bir müddət qız xoşbəxt idi. "O mənimşahımdır, - o öz- 
özünə düşünürdü, - mən isə onunşahzadəsiyəm”. Ancaq 
tədricən oııınıla xoşbəxt olmadığını hiss etdi. Qəfildən qız 
oğlanla şah kimi davranmasına baxmayaraq, onun heç də 
onunla şahzadə kimi davranmadığını müəyyənləşdirdi. 
Otağına çəkilib, çarpayısına yıxılıb, ürəkdən ağladı və 
düşündü: “Mən onu məni sevdiyindən də çox, çox sevirəm. 
Onun üçün bu qədər yaxşılıq etdiyim halda, bu necə baş 
verə bilər?” Və onun bu suala cavabı yox idi. 
ÜRƏKLƏRİN KRALI 
İllər keçdi, qızcığaz qadına, oğlanlar kişiyə döndülər
Downloaded from KitabYurdu.org


107 
lıəvəs sevgi məcrasına və ya evlilik həyatına keçdi. Bu 
hekayətdə bəzi detallar dəyişsə də, mahiyyət eyniylə 
saxlanılıb: o var qüvvəsilə kişini yanında saxlamağa 
çalışır, ona yaxşı və sevən bir qadın olmaq üçün hər şeyi 
edirdi. Əlbəttə, o indi şkafa məktub qoymaq və məktəbin 
idman zalında söylədiyi kompliıııentlər əvəzinə, daha 
giiclii döyüş vasitələri ilə silahlanırdı. O, kişini şeir, kiçik 
hekayələr və esselər selinə qərq edir, hədiyyələr yağdırır 
və sürprizlər təşkil edirdi; dünyada özünü ən sevilən 
kişitək hiss etməyə başlayana kimi ona daim köıııək etmək 
və məsləhət verməklə, əvəzolunmaz olmağa çalışır, 
sevgilisini qayğı və diqqətlə əhatə edir, seksuallığı ilə onun 
diqqətini çəkməyə çalışır. 
Və hər dəfə hər kişi ilə eyni şey baş verirdi. Kişi ona 
necə gözəl olduğunu, onun kimi heç kimin onu 
sevmədiyini, onuıı ürəklərin şalıı və belə bir qadının onun 
yanında olmasının şans 
olduğunu söyləyirdi. Bir gün ərinin ondan məmnuniyyətlə 
sevgisini qəbul etdiyini, ancaq bunun qarşılığında ona 
sevgi 
göstərməməsini 
müəyyən 
edənə 
kimi qız 
fədakarcasma bütünlüklə özünü ona həsr edirdi, o vaxt 
bunun əvəzində qarşılıq olaraq bir şey alması barədə 
düşünməyə nə vaxtı var idi, nə də belə bir sual ağlına 
gəlirdi. Və əgər o, münasibətlərinin ətrafında əlaqə 
bağlarının qurulmasını dayandırırdısa, cütlük uçurum 
Downloaded from KitabYurdu.org


108 
kənarında olurdu. 
Tezliklə kişi etiraf etdi: “Mənə elə gəlir ki, mən səni 
məni sevdiyin qədər sevmirəm” - və “əlvida” deyib gedir. 
Qadın otağına qaçır, çarpayısına yıxılıb, hönkürtü ilə 
ağlayaraq, düşünür: “Axı bu necə belə olur? Necə olur ki, 
bu hər dəfə belə sonuclanır? Dünyada ən çox sevən qadın 
olmaq üçün çox çalışmışam. Axı niyə mən sevdiyim qədər 
məni sevən kişi tapa bilmirəm?” Və bu qədər illərdən, bu 
qədər göz yaşları axıdandan sonra da o, bu suala cavab tapa 
bilmədi. 
SEVGI QAZANMAQ UÇUN
Haqqında yazdığım qadın nə mənim müştərim, nə də 
seminarımın iştirakçısıdır. Bu qadın - mən özüməm və 
onuıı hekayəsi - həyatımın tarixidir. Kişilərin sevgisini 
qazanmağa qərar verəndə, mən balaca qız idiııı. Dostuma 
diqqət və qayğı göstərməyə başlayanda və onuıı mənə 
vurulduğuna inandığım ana kimi ııiən yeniyetmə idim. Son 
zamanlara kimi mən fədakarcasıııa çalışan, kişisinə daha 
çox sevgi verməyə çalışan, qarşılığında istədiyi qədər 
sevgi ala bilmədiyini hiss etməyə vaxtı olmayan bir qadın 
idim. 
Sizlərin çoxıı kimi, mən də kişinin sevgisinə layiq 
olmaq üçün mütləq müəyyən işlər görməli olduğumu 
düşünürdüm. Həmişə onuıı üçün nəsə etməyə can atırdım. 
Və təəssüflər olsun ki, müəyyən mərhələdə bu işə yarayırdı 
Downloaded from KitabYurdu.org


109 
- ııiən kişiyə o qədər sevgi verirdim ki, o da məni sevdiyini 
düşünməyə başlayırdı, əslində isə o, sadəcə, mənim 
səylərimin obyekti olmaqdan xoşlanırdı. 
Təəccüblü deyil ki, mən heç vaxt sevildiyimi hiss 
etməmişəm, kişilərlə olan münasibətim məndə, hətta mən 
özüm çıxıb getsəm belə, boşluq və satqınlıq hissi buraxırdı. 
Bax mən nəticədə nəyi müəyyənləşdirdim: "Mənə uyğun 
olmayan kişilərlə” əlaqəyə girmişəm. 

Kişinin məni nə dərəcədə güclü sevməsindən 
mən o qədər narahat idiııı ki, dayanıb, onu nə dərəcədə 
sevdiyimlə maraqlanmağa vaxt tapmırdım. 

Kişiyə uyğun qadın olmaq üçün var gücümü sərf 
edir və bu kişinin mənə uyğun olması barədə düşünməyə 
vaxtım olmurdu. 

Elə kişilərə vurulurdum ki, onlar mənə yaraşmır, 
onlarla uyuşmurdum, çünki onlara qarşı olan hisslərimi 
təhlil etməyə çalışmırdım. 

Kişilərə mənə qarşı olan hisslərini dərk etməyə 
imkan vermirdim. Özümü kişiyə “zorla qəbul etdirməyə” 
elə cəhd edirdim ki, ona ııiəiıi sevdiyini anlama imkanı 
buraxmırdım. İçinidə olan atılmış o balaca qız - məhz mən 
olduğum üçün 
kişinin mənimlə birlikdə olmasını istəməsinə inanmırdı. 
Və kişiyə mənsiz keçinə bilməməsi üçün lazımlı olmağa 
çalışırdım və lənətlənmiş kimi işləyirdim. 
Downloaded from KitabYurdu.org


110 
Kişilərlə olan münasibətlərindəki emosional boşluğu 
qadınlar necə doldurmağa çalışır 
Etməyə 
alışdıqlanmı 
“emosional 
boşluğun 
doldurulması" adlandırdım. Xəyallarımızda biz ideal 
münasibətləri təsəvvür edirik, kişi tapır və kişinin özünü 
bu prosesə cəlb etməyə elə də can atmadan, bu 
münasibətləri yaratmağa başlayırıq. Onsuz da, ona belə 
deyərdik: “Sadəcə hər gün yanımda ol, mən isə bizim 
münasibətlərimizi özüm quracağam. Münasibətimizin 
istiqamətlərini müəyyənləşdirəcəyəm, dostlarımızla olan 
əlaqələrin qeydinə qalacağam, söhbətlərimizin mövzusunu 
düşünəcəyəm, intim atmosfer və inam yaradacağam. Sən 
sadəcə mənim tərəfdaşını olmalısan”. Belə bir davranış 
təhlükəlidir: bir dəfə fakt qarşısında qalmalı oluruq - bu 
münasibətləri özümüz yaradırıq. Elə inadla işləyirik ki, 
kişinin də bizimlə birlikdə çalışdığını təsəvvür etməyə 
başlayırıq, əslində isə bu 
tamaşada biz solo çıxış edirik, kişi isə - yalnız birinci 
cərgədə oturmuş tamaşaçıdır. 
Kişilərlə münasibətdə qadınların emosional boşluğu 
doldurması vasitələrinin sivalıısı bunlardır. Ola bilsin ki, 
siz bir yol seçmisiniz, ya da bütün bu vasitələr sizə çox 
yaxındır. 
Ünsiyyətlə və ya hər hansı bir tədbirlə əlaqədar 
problemləri öz üzərinizə götürürsünüz. Məhz, siz birgə 
Downloaded from KitabYurdu.org


111 
işlərin çoxunu planlaşdırırsınız: 
qəzet oxuyursunuz, sizin fikrinizə görə şəhərdə gedən 
tamaşa və ya sərgilərin ən maraqlısını qeyd edir və həyat 
yoldaşınızı 
onları 
buraxmamağa 
inandırırsınız; 
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə