Downloaded from KitabYurdu org


Partnyorunuzun hətta belə hiss etmədiyi qabiliyyət və



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix26.05.2023
ölçüsü2,12 Mb.
#113139
1   2   3   4   5   6   7   8   9   ...   64

Partnyorunuzun hətta belə hiss etmədiyi qabiliyyət və 
bacarıqlarınız varını? 
4 nömrəli səhvi edən qadınların əksəriyyəti bunu 
bilmir. Kişimizi qorxutmamaq və onun özünə olan inamını 
sarsıtmamaq üçün öz intellektimizi, bacarığımızı, 
uğurlarımızı, gözəlliyimizi və istedadımızı gizlədirik. 
Bunu bir neçə yolla edirik. 
ı. Ən kiçik səhvə görə özümüzü danlayır və 
ətrafdakılara özümüzdən razı olmadığımızı nümayiş 
etdirərək, özümüz haqqında alçaldıcı tonda danışırıq. 
"Axı dünən sənin işgüzar görüşünün olduğunu necə 
yadımdan çıxara bilərdim? Bəzən heç yadımda qalmır”. 
"Rəisim məruzəmdən çox razı qaldı, ancaq onu, 
həqiqətən də, yaxşı etdiyimi düşünmürəm. Maliyyə 
layihəsindən danışanda bir az özümü itirdim, elə alındı ki, 
sanki mən nə dediyimi bilmirəm”. 
"Belə kökəlməyimdən o qədər pis olmuşam ki. Sən bir 
bu kök qadına bax!” 
2. Kişilər bizə komplimeııt deyəndə biz etiraz edirik
bizim hər hansı bir bacarığımızdan söhbət düşəndə, söhbəti 
davanı etdirmirik. 
"Doğrudan? Bu paltar xoşuna gəlirini? Təəccüblüdür, 
Downloaded from KitabYurdu.org


74 
axı bu paltarın iki yaşı var. Düşünürəm, onun fasonu 
köhnəlib, mən onun üzərindən bir şey geyinərəm. Hər 
halda, təşəkkür edirəm”. 
"Əzizim, sənin şərəfinə keçirilən bu gecədə heç 
yorulmadım. Elə də çox vaxt sərf etmədim, axı dostların 
da kömək etdilər. Mənə belə təşəkkür etməyə dəyməz”. 
“Çıxışım xoşuna gəldimi? Ancaq mənə elə gəlir ki, 
axırıncı çıxış etdiyim üçün onlar məni belə yaxşı 
qarşıladılar. Danışdıqlarımın hamısının dinləyicilərə 
çatdığından ənıiıı deyiləm. Məncə, mənə elə ürəkdən əl 
çalmalarının səbəbi iclasın bitməsinə sevinmələri oldu”. 
3. Kişilərimizdən istedadımızı və uğurlarımızı 
gizlədirik. 
Sandra 4 nömrəli səhvi etmiş qadının ən gözəl 
nümunəsidir. O, Qreqlə yeddi il evli olmuşdu və bu illər 
ərzində özünü Qreqdən az savadlı və ağıllı göstərməyə 
çalışıb. “Qreq özünü diqqət mərkəzində hiss etməyi 
xoşlayırdı, - Sandra mənə etiraf etdi, - bu səbəbdən də elə 
ilk görüşümüzdən özümü bir az kiçiltməyə qərar verdim”. 
Sandra bunu bilərəkdən edirdi - o heç vaxt Qreqə kolleci 
əla qiymətlərlə bitirdiyini və aspiranturada təhsilini davam 
etdirmək üçün təqaüdə layiq görüldüyü haqda heç vaxt 
deməmişdi. Saııdramn fransız dilində sərbəst danışdığını, 
ya da onların görüşündən öncə böyük müvəffəqiyyət 
qazanmış fransız biznesmeni onu Parisə işə dəvət etməsi 
Downloaded from KitabYurdu.org


75 
haqqında azacıq da olsun məlumatı yox idi. 
Sandra Qreqə bu haqda danışmaqdan “imtina edir", belə 
ki, o "bunun əhəmiyyəti olmadığım" söyləyirdi. 
Otuz yeddi yaşlı Ellen və onun əri otuz doqquz yaşlı 
Endi maraqlı cütlük idi. Hər ikisi karyeralarını qururdular. 
Endi nəhəng dəllal firmasında investisiya məsələsi üzrə 
məsləhətçi, Ellen isə məşhur geyiııı istehsalçısının mətbuat 
katibi idi. Ər- arvad münasibətlərinin pisləşməsini hiss 
edəndə məsləhət üçün mənə müraciət etdilər. "Hesab 
edirəm ki, Endi məni lazımi qədər qiymətləndirmir, - Ellen 
şikayət etdi. - Mən də onun kimi çox işləyirəm, ancaq 
həmişə yalnız onun problemlərini müzakirə edirik". 
"Bu düzdür, həqiqətən də, biz vaxtımızın çox hissəsini 
mənim işimdən danışırıq, - Endi təsdiqlədi, - ancaq hesab 
edirəm ki, bu tamamilə təbiidir, çünki mənim işim olduqca 
vacibdir”. Ərinin işini daha vacib hesab etməsi Elleni 
sadəcə özündən çıxardı. 
Problemin mənbəyini miiəyyənləşdirənə kimi Ellen və 
Endi ilə söhbət etdim. Ellen daim uğurlarını Endidəıı 
gizlətməklə, Endinin özünün əhəmiyyətini daha çox hiss 
etməsi üçün işinin vacibliyini azaldaraq, 4 nömrəli səhvi 
edib. Sözsüz ki, o bunu bilərəkdən etməyib. Bu, sadəcə 
onun adəti idi. Elleıı bu adəti böyük övladı olduğu ailədə 
və balaca qardaşı ilə müqayisədə daha bacarıqlı olması ilə 
qazanmışdı. Valideynləri həmişə deyərdilər: “Elleıı, 
Downloaded from KitabYurdu.org


76 
məktəbdəki uğurlarından Coııatana danışmaya da bilərdin 
- axı onun qiymətlərində problem olduğunu bilirsən”. 
Elleıı özünü əri ilə də belə aparmaqda davam etdi. O 
heç vaxt işində vacib müştərilərlə işlədiyindən, firma 
rəhbərliyinin onun əməyini yüksək qiymətləndirməsindən 
söz açmazdı, nadir hallarda onunla xəyallarını və 
məqsədini 
bölüşərdi. 
"Eııdiniıı 
məni 
layiqincə 
dəyərləndirməməsi təəccüblü deyil, - 4 nömrəli səhv 
haqqında ona danışdıqdan sonra Elleıı etiraf etdi. - Mən 
özümü yetərincə qiymətləndirməmişəm. Uğurlanmı ondan 
gizlətdiyim üçün o, bunlardan necə xəbər tuta bilərdi ki?” 
Aramızda milyonlarla Elleıı və Sandralar var - kişilərə 
əzəmətlərini nümayiş etdirməkdən qorxan bacarıqlı, 
istedadlı, inadla çalışan qadınlar. 
UGUR VƏ BACARIQLARIMIZI NİYƏ 
GİZLƏDİRİK 
ı. Uğur və bacarıqlarımızı gizlədirik, belə etdikdə kişilərin 
bizi daha çox sevəcəklərini lıesab edirik. 
Yadınıza salın, yəqin ki, balaca qız olanda bunları 
eşitmiş olardınız: 

“Oynayarkən, həmişə oğlana udıııaq imkanı 
verin. Onda sən onun daha çox xoşuna gələcəksən”. 

“Kişilərə bacarıqlarını nümayiş etdirməyə 
çalışma, yoxsa, onlar sənə pərəstişkarlıq etməzlər. Sən 
onların nüfuzunu yüksəltməyə çalışmalı, səndən daha 
Downloaded from KitabYurdu.org


77 
bacarıqlı olmalarını hiss etmək iıııkam verməlisən”. 
2. Qadın olaraq biz kişilərə bizdən üstün olmağı hiss 
etmək imkanı verəndə, mütləq onun məhəbbətini 
qazanacağımızı fikirləşməyə alışmışıq. 
Qarşılıqlı əlaqəyə başlayanda kişinin gözündə olduqca 
yaxşı göründüyümüz halda onun bizimlə olmaq istəyinin 
yox olacağını düşünürük və bu səbəbdən də onun 
olduğundan da yaxşı görünməsinə, özümüzün isə 
olduğumuzdan pis görünməmizə çalışırıq. 
3. Özündənrazı və ya özünə inanan kimi görünməkdən 
qorxduğumuzdan uğur və bacarıqlarımızı gizlədirik. 
Yadınıza salın, yəqin ki, sizə bu məsləhətləri veriblər: 
"Hə, Syuzi, bu yarını illikdə yalnız əla qiymətlər 
almağından çox şadam, ancaq bunun barəsində elə də çox 
danışmağını məsləhət görmürəm. Lovğalanmaq yaxşı 
deyil, qızlar sadə olmalıdırlar”. 
"Ciımi, güzgüdə özünə az bax. Qızlar xarici 
görünüşlərdə 
elə 
də 
çox 
qürrələnməməlidirlər. 
Lovğalananları sevmirlər". 
Yuxan siniflərdə oxuyanda, yadımdadır, anam mənə 
deyərdi: "Daha böyük uğurlar əldə etdikcə, daha çox sayda 
adamlar sənə paxıllıq edir və dostlarının sayı da azalırdı, 
odur ki, "istedadınla" adamları qorxutmağa dəyməz. Bütün 
analar kimi o da mənə yaxşılıq arzulayırdı və həyatımda 
belə reaksiyalara rast gəlmədiyimi söyləyə bilmərəm. O, 
Downloaded from KitabYurdu.org


78 
sadəcə, 
ona anasının aşılamış olduğu “özünü 
dəyərləndirmənin 
azaldılması" fəlsəfəsini lıəyata keçirirdi və bizim çoxumuz 
bu fəlsəfəni uşaqlığımızda öyrənmişik. 
Qadın elə də yaxşı olmamalıdır — bu qadın 
incəliyindən və cəlbediciliyindən uzaqdır. 
"Yaxşı qız" olmağa can ataraq, qadınlar gözəlliklərini 
gizlədirlər. 
BACARIQLARIMIZI GİZLƏTMƏKLƏ NİYƏ ARZU 
ETDİYİMİZ NƏTİCƏLƏRƏ 
NAİL OLMURUQ 
ı. 
Bacarıqlarımızı 
gizlətməklə 
biz 
qarşılıqlı 
müııasibətimizdəki ehtirası öldürürük. Uğurlarımızı 
kiçiltmək və kişilərimizdən bacarıqlarımızı gizlətməklə 
biz sevimlimizin gözündə daha az qorxunc və daha çox 
cəlbedici görünəcəyimizə iiıııid edirik, əslində isə nəticə 
tam əksinə olur. 
Kişiləri gözəllik və mükəmməllik həyəcanlandırdığı 
halda, zəiflik heç cəlb etıııir. 
Kişilər qadınlarda kamilliyi sevirlər. Onlar özləri buna 
can atmağı öyrəniblər və bu keyfiyyətləri başqalarında 
qəbul edirlər, onları bacarıqlı və parlaq şəxsiyyətlər cəlb 
edir. Bu kitabın 
üzərində işləyərkən yüzlərlə kişi ilə sorğu apardım və 
demək olar ki, lıamısı bildirdi ki, özünə inanan qadınlar 
Downloaded from KitabYurdu.org


79 
son dərəcə cəlbedici olurlar. Kişilər bu qəbildən olan 
qadınlara hörmətlə yanaşır və ciddi qəbul edirlər. 
Təəssüfləniləsi cəhət odur ki, qadınlar bacarıqlarını 
gizlədərək, özlərini sadə aparmağa çalışır, bununla da 
böyük sevgiyə layiq olacaqlarına ümid edirlər, ancaq məhz 
belə bir davranış münasibətlərdə ehtirası öldürür. 
2. Kişilərdən bacarıqlarını gizlətməyə alışmaqla, siz 
sonda onları özünüzdən də gizlətməyə başlayırsınız. 
Təsadüfən deməyiblər: görmədiyin şeyi tez unudursan. 
Başqalarının gözündə uğurlarınızı kiçiltıııəklə, tədricən 
gözəlliyinizi itirənəcən, siz onları daha az yada salırsınız. 
Həlli: öz bacarıqlarınızı gizlətməkdən əl götürün. 
Bacarıqlarınızın, istedad, uğur və məziyyətlərinizin, 
sadəcə yaxşı keyfiyyətlərinizin siyahısını tərtib edin və 
onu həyat yoldaşınıza göstərin. Seminarımda iştirak edən 
qadınlardan 
bunu etməyi xahiş etdim və onun nəticələri haqqında 
olduqca maraqlı hekayətlər eşitdim. Bacarıqlarının və 
uğurlarının siyahısını tərtib etməklə, qadınlar tamamilə 
unutduqları və heç vaxt həyat yoldaşlarına söyləmədikləri 
bir çox şeyləri yada saldıqlarını təsdiq etdilər. Kişilər isə 
sevdikləri qadınların belə gözəl keyfiyyətlərə malik 
olmalarından heyranlıqlarını və təəccüblərini bildirdilər. 
Komplimeııtləri qəbul edin, bacarıq və uğurlarınızı 
kiçiltməkdən əl çəkin və gözəlliyinizdən həzz alııı. Dərk 
Downloaded from KitabYurdu.org


80 
etmədən, şübhələnmədən tez-tez 4 nömrəli səhvi etməmiz 
təəccüblüdür. Özünüzü təqib edin və davranışınızda 
bacarıqlarınızı gizlətmədən nümayiş etdirməyə başlayın. 
Və növbəti dəfə sizə kompliment deyəndə, dərindən nəfəs 
alın və sadəcə deyin: “Təşəkkür edirəm!” Yalançı 
təvazökaıiığımzı "pəncərədən bayıra atııı”. 
3 Sizin seçilmənizi istəyən kişini axtarın. Kişilər var ki, 
müxtəlif səbəblər üzündən güclü və özünə inanan 
qadınlarla yaşaya bilmir. Sizin açılmanızı istəməyən 
adaııım yanında özünü rahat hiss etmək çətindir. 
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə