KBT Я25
UOT (059)
Baş redaktor:
K.M.Tahirov,
professor,
Əməkdar mədəniyyət işçisi
Məsul katib:
N.Alışova
Redaktor: Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət işçisi
Əlamətdar və tarixi günlər
təqvimi - 2016 /baş red. K.Tahirov;
red. G.Səfərəliyeva; məsul katib
N.Alışova;
M.F.Axundov
ad.
Azərbaycan Milli Kitabxanası.-Bakı,
2015.-430 s.
© Azərbaycan Milli
Kitabxanası, 2015
ISBN 978 9952 504 20 0
2016
ƏZİZ OXUCULAR!
Sizə təqdim etdiyimiz “Əlamətdar və tarixi günlər
təqvimi” 1961-ci ildən nəşr edilir. Əvvəllər 3 aydan bir -
ildə 4 dəfə nəşr edilən təqvim, 1970-ci ilin oktyabr ayın-
dan etibarən “Kitabxana işçisinə kömək”, 2005-ci ildən isə
yenidən “Əlamətdar və tarixi günlər təqvimi” adı ilə nəşr
olunur.
Bu illər ərzində təqvim daha da təkmilləşdirilmiş, mövzu
üzrə bölmələrin sayı artırılaraq həcmi genişləndirilmiş, ge-
niş məlumat mənbəyi kimi formalaşdırılmışdır.
Təqvimi nəşr etməkdə əsas məqsəd geniş oxucu kütləsinə
və mütəxəssislərə respublikanın ictimai-siyasi, iqtisa-
di, mədəni, elmi həyatında baş verən mühüm əlamətdar
hadisələri və başqa dəqiqləşdirilmiş məlumatları çatdırmaq-
dır. Mədəniyyət işçiləri, müəllimlər, kütləvi informasiya
vasitələri və əsasən də kitabxana işçiləri üçün nəzərdə tu-
tulan bu vəsaitin hər buraxılışının müqəddiməsində nəşrin
məzmunu, forması geniş şəkildə açılır.
Təqvimin bu sayı dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuşdur.
Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcı-
lığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ay-
rılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı
və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın
və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta
Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə
bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya
poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş et-
mişdir.
Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar
poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü
elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti
görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin
məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının
zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sıra-
sında layiqli yer tutur.
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fik-
rinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri
dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanı-
dılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar
meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk
dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır.
Təqvimdə Nizami Gəncəvinin həyat və fəaliyyətinə dair
zəngin məlumatlar öz əksini tapmışdır.
Təqvimdə 2016-ci ildə yubileyləri qeyd olunacaq görkəmli şəxsiyyətlər haqqında məlumatlar və
əlamətdar hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir:
Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-
ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə. İqtisadiyyat. Hüquq;
Mədəniyyət.Maarif.Təhsil; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.
Biologiya. Tibb; Texnika; Kitabxanaşünaslıq. Biblioqrafiya; Tarixdə bu gün.
Təqvimə milli və dünya ədəbiyyatının, incəsənətin, elmin, texnikanın və müxtəlif elm sahələrinin ən
görkəmli nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilmişdir.
Hər bir məlumatda yubileyi qeyd olunacaq şəxsin doğulduğu gün, ay, il, əlamətdar hadisənin
başvermə tarixi göstərilmişdir.
2016-cı ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr” bölməsindən
məlumat əldə etmək olar.
Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk səhifəsində mündəricat ve-
rilmiş, təqvimin sonunda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir.
Təqvim materialları üçün ədəbiyyat seçilərkən yeni və məzmunca ən uyğun kitablara, jurnal və qəzet
məqalələrinə, ən çox müraciət olunan internet resurslarına və Milli Kitabxananın nəşrlərinə üstünlük
verilmişdir.
Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı
bildirir, fikir və iradlarını Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş edirik.
Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 57;
Е-mail: metodik@anl.az
Təqvim - 2016
3
Yaponiyada və digər Şərq ölkələrində qəbul edil-
miş təqvimə əsasən 12 illik dövr daxilində hər bir il
müəyyən heyvan işarəsi altında keçir. Şərqdə çox
məşhur olan bu təqvimə əsasən 2016-cı il Meymun
ilidir. İl 2016-cı ilin fevral ayının 8-də başlayacaq.
Meymun ilində dünyaya gələnlərin xarakteri aşağı-
dakı kimidir:
Meymunda yumor hissi güclü olsa da o, bic və
hiyləgərdir. Ünsiyyətcildir, elə təəssürat yaradır ki,
bütün heyvanlarla yola gedir. Meymun zahirən çox
lütfkar və xidmətkar olsa da başqaları haqqında ne-
qativ düşünür və fikirlərini başqalarına qarşı mehri-
ban münasibəti ilə gizlədir. O, digər bütün heyvan-
lara nifrət edir və özünü hamıdan yüksək sayır.
Meymun ilində anadan olanlar intellektualdırlar.
Onlarda öyrənmək, bilik qazanmaq ehtirası güclü-
dür. Çox oxumuşdurlar, məlumatlıdırlar, gözəl yad-
daşları var.
Onlar ən etibarsız və ziddiyyətli adamlardır.
Ağıllı, çevik, zirək və orijinaldırlar, ən mürəkkəb
problemləri asanlıqla həll edirlər. Meymunun in-
sanları ələ salmaq, axmaq yerinə qoymaq sahəsində
xüsusi məharəti vardır. Ən güclü, dözümlü və diri-
baş olan Əjdahanı belə ələ sala bilir. Demək olar elə
fəaliyyət meydanı yoxdur ki, meymunlar orada ra-
hat olmasınlar. İstənilən işi təcili görmək istəyirlər.
Lakin onları işlərindən ayırmaq və fikirlərindən
daşındırmaq asandır. Ən yüngül maneə belə qan-
larını qaraldıb planlarını poza bilər. Bir çoxları öz
qətiyyətsizlikləri ilə fərqlənirlər. Onlar tempera-
mentli və öz bildiklərini edən, tez qızışan, lakin yola
Meymun ili
Ə d ə b i y y a t
Meymun ili //Ulduzlar və talelər.- Bakı, 2010.- S.141.
Meymun ili //Ulduz falları: Druidlərin falı. Qərb zodiak falı. Şərq Yapon falı. Şərq Çin falı /tərc. ed. İ.İsgəndərov,
M.İsgəndərova; red. T.Məmmədov.- Bakı, 2006.-S.75-76.
Meymun ili //Bürclər taleyimizdən xəbər verir /tərc. və tərt. ed. R.Nəbioğlu.- Bakı, 2010.- S.145-146.
gələn olurlar. Qərar qəbul etməyi bacarır, sağlam
düşüncəyə malik olurlar. Maneçilik olmadıqda
bir çoxları şöhrət qazana bilərlər.
Çox hiyləgər və diplomatik olan meymun ən
çətin vəziyyətlərdən çıxa bilir. O, müstəqildir,
fərdiyyətçidir. Ona heç bir təsir göstərmək olmur,
özü müəyyən bir variantı seçir. Bir sıra mənfi
xüsusiyyətlərinə baxmayaraq (şöhrətpərəstlik,
yalançılıq, məsxərəçilik) xoşa gəlməyi bacarır.
Meymun istənilən sahədə (siyasət, diploma-
tiya, kommersiya, sənaye, maliyyə) uğur qazana
bilər.