12
Dünya ədəbiyyatı
Mixail Saltıkov-Şedrin
1826-1889
YANV
AR
Mixail Yevqrafoviç Saltıkov-Şedrin
(əsl soyadı Saltıkov, təxəllüsü Nikolay
Şedrin) 1826-cı il yanvar ayının 26-da
(bəzi mənbələrdə 15-də) Tver quberni-
yasının Spas-Uqol kəndində anadan ol-
muşdur.
10 yaşında Moskva Dvoryan İns-
titutuna daxil olmuş, 2 ildən sonra isə
nümunəvi tələbə kimi Sarkoselski liseyə
keçirilmişdir. Elə orada da yazıçılıq
fəaliyyətinə başlamışdır. Balaca Mixail
uşaqlıq illərindən mütaliəni çox sevmiş,
Moskva Dvoryan İnstitutunda təhsil
alarkən V.A.Jukovski, A.S.Qriboyedov,
M.Y.Lermontov kimi sənətkarların ya-
radıcılığından bəhrələnmişdir.
Bir çox yaşıdları kimi yaradıcılı-
ğa şeirlə başlamış və ilk yaradıcılıq
nümunələri ara-sıra “Библиотека для
чтения”, “Современник” jurnalların-
da dərc edilmişdir. Şedrinin yaradıcılı-
ğı təhkimçi mütləqiyyət üsuli-idarəsinə
qarşı yönəldilmişdi (“Quberniya oçerk-
ləri”, 1856-1857, “Pompadurlar və pom-
padurşalar” və s.).
Onun satirik obrazları xalqın ictimai
şüuruna daxil olmuşdur. “Bir şəhərin ta-
rixi” (1869-1870) əsərində rəsmi tarix-
çiliyi təqlid edərək, şəhərin böyüklərinin
gülməli satirik obrazlar qalereyasını
yaratmışdır. Sosial-psixoloji “Cənab
Qolovlyovlar” (1875-1880) romanında
zadəganların mənəvi və fiziki iflasını
təsvir etmişdir.
1858-1868-ci illərdə dövlət xid-
mətində çalışan Şedrin sonralar
“Современник” jurnalının redaksi-
ya heyətinə daxil olmuş, senzura
təqiblərinə məruz qalmasına baxmaya-
raq, redaksiyadaxili çəkişmələrdə jurna-
lın redaktoru N.A.Nekrasovla birlikdə
N.Q.Çernışevski və N.A.Dobrolyubov
kimi inqilabçı demokratların siyasi ba-
xışlarını müdafiə etmişdir.
Şedrin 1857-1863-cü illərdə yazdı-
ğı “Nəsrlə satira”, “Günahsız nağıllar”
kimi silsilə hekayə və məqalələrində
Rusiyada çürüməkdə olan rejimi ilkin
göstərənlərdən idi. “Zamanın xüsusiy-
yətləri”, “Əyalət haqqında məktublar”
satirik oçerklər silsi-ləsində Şedrin Ru-
siyanın mütərəqqi fikirli adamlarını xal-
qın siyasi tərbiyəsi ilə məşğul olmağa
səsləyirdi.
“Современник” jurnalı bağlan-
dıqdan sonra N.A.Nekrasov kimi o da
“Отечественные записки” jurnalına
keçərək, taleyini axıra kimi bu jurnala
bağlamış, jurnalın redaktoru olmuşdur.
Bədii yаrаdıcılığının zirvəsi оlаn
“Bir şəhərin tаriхi” (1869-1870), “Nəcib
nitqlər” (1872-1876), “Müаsir idilliyа”
(1877-1881), “Хаlаcığаzа məktublаr”
(1881-1882) əsərlərində mütləqiyyət və
təhkimçilik quruluşu kəskin sаtirа аtəşinə
tutulmuş, о dövr rus cəmiyyətinin sоsiаl
ziddiyyətləri, kаpitаlist münаsibətlərinin
yаrаnmаsı göstərilmişdir. Sаltıkоv öm-
rünün sоn illərində “Nаğıllаr” (1882-
1886), “Həyаtın təfərrüаtı” (1886-1887)
və s. kimi bədii sənət inciləri yаrаtmışdır.
Оnun bədii və publisistik əsərləri rus
ədəbiyyаtındа tənqidi rеаlizmi dаhа dа
inkişаf еtdirmişdir.
Dаhi rus yаzıçısı Mixail Sаltıkоv-
Şеdrin 1889-cu il mаy аyının 10-
dа Sankt-Pеtеrburq şəhərində vəfаt
еtmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/M.Y.Saltıkov-Şedrin;
rus dil. tərc. ed.:
B.Musayev, İ.Vəliyev,
E.Cabbarov; ön söz.
müəl. İ.Vəliyev.- Bakı:
Şərq-Qərb, 2006.- 240
s.
Hekayələr /M.Y.Saltıkov
-Şedrin; [tərc. ed.
B.Musayev].- Bakı:
Gənclik, 1973.- 134 s.
Nağıllar və hekayələr
/M.Y.Saltıkov-Şedrin;
[red. R.Salamova].-
Bakı: Gənclik, 1988.-
195 s.
Господа Головлевы:
[сказки]/М.Салтыков-
Щедрин.- Москва:
АСТ, Транзиткнига,
АСТ Москва, 2006.-
412 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.elibrary.azlib.net
www.kitab.biz
26
190
illiyi
Rus yazıçısı
13
Musiqi.Opera
Tahir Əkbər
1946
YANV
AR
Tahir İsmayıl oğlu Əkbərov (Tahir
Əkbər) 1946-cı il yanvar ayının 20-
də Bakı şəhərində anadan olmuşdur.
1960-cı ildə F.Dzerjinski adına musiqi
məktəbinin fortepiano şöbəsinə daxil
olmuş, 1965-ci ildə oranı bitirmişdir.
Həmin ildə indiki Həmzə Həkimzadə
Niyazi adına Daşkənd Musiqi Kolleci-
nin musiqi nəzəriyyəsi şöbəsinə daxil
olmuş, 1969-cu ildə təhsilini musiqişü-
nas kimi başa vurmuşdur.
1970-ci ildə Muxtar Əşrəfi adına
Daşkənd Dövlət Konservatoriyasının
bəstəkarlıq şöbəsinə daxil olmuş, bu-
rada tanınmış bəstəkar, professor Bo-
ris Zeydmanın sonuncu azərbaycanlı
tələbəsi olmuşdur.
1985-ci ildən Azərbaycan Bəstəkarlıq
İttifaqının üzvüdür. Tahir Əkbər müxtəlif
janrlarda - xor musiqisi, simfonik və
kamera əsərləri yaratmışdır. “Simfonik
rənglər”, ilahiyyat mövzusunda yazdığı
“Amin” əsəri Azərbaycan professional
musiqisində yeni janrlar hesab olunur.
Bəstəkarın bəstələdiyi onlarca mah-
nı, o cümlədən “Dərdin alım”, “Heç
küsməyin yeridirmi?”, “Azərbaycan”,
“Əzizim”, “Heyfim gəldi”, “Qalardım”,
“Bir qız bir oğlanındır”, “Xəzəllərin
rəqsi” və başqa mahnılar görkəmli ifa-
çılarımız Şövkət Ələkbərova, Mirzə
Babayev, Zeynəb Xanlarova və digər
müğənnilər tərəfindən uğurla ifa olun-
muşdur.
Onun mahnıları nəinki Azərbaycan,
hətta qardaş Türkiyə müğənnilərinin
də ifalarında sevilə-sevilə səslənmişdir.
Nəşə Karaböcək bəstəkarın “Heç
küsməyin yeridirmi?“ mahnısını reper-
tuarına daxil etmiş, müntəzəm olaraq
ifa etmişdir. Tahir müəllimin “Amin”
mahnısı müğənni Brilliant Dadaşovanın
ifasında Norveçdə Nobel mükafatının
100 illiyi ilə əlaqədar olaraq diskə salın-
mış və dünya xalqlarını sülhə çağıran bu
disk Avropada geniş yayılmışdır.
Şanxayda keçirilən VIII Beynəlxalq
Asiya müsabiqəsində Tahir Əkbərin
“El oğlu, hay ver...” əsəri 26 ölkədən
finala çıxan qaliblərdən biri olmuşdur.
Bu mahnı dünya azərbaycanlılarına ün-
vanlanan və onları həmrəyliyə çağıran
əzəmətli bir əsərdir. Bunun davamı kimi
Dünya Azərbaycanlılarının II qurultayı
ərəfəsində ulu öndər Heydər Əliyevin
xatirəsinə həsr etdiyi “Həmrəylik” him-
ni xor və simfonik orkestrin ifasında
səslənmişdir.
Bəstəkarın yaradıcılığı dövlət tərəfin-
dən qiymətləndirilmiş, 2006-cı il noyabr
ayının 9-da filarmoniyada Bəstəkarlar
Birliyinin təqdimatı və Azərbaycan Res-
publikası Mədəniyyət və Turizm Nazir-
liyinin sərəncamı ilə Tahir Əkbərin 60
illik yubileyi təntənəli surətdə qeyd edil-
mişdir. 2012-ci il 18 sentyabr tarixində
Milli Musiqi Günü ilə əlaqədar olaraq
dövlət başçısının Sərəncamı ilə Tahir
Əkbər “Əməkdar incəsənət xadimi”
fəxri adına layiq görülmüşdür.
Ə d ə b i y y a t
“Ya Rəbb” (İlahiyyat
duaları, təsəvvüf musi-
qisi) [Notlar]: solistlər,
xor, bədii qiraət və
simfonik orkestr üçün
poema /T.Əkbər; söz.
C.Novruz.- Bakı, 2006.-
31 s.
У мавзолея [Ноты]:
поэма-кантата для
смешанного хора а
capella и колоколов
/Акперов Таир; слова
A.Суркова.- Баку,
1983.- 22 с.
Sarıyeva, İ. Klassik
musiqimiz dünyada çox
tanınan azərbaycançılıq
brendinə çevrilib: Tahir
Əkbər: “Azərbaycan
Şərq və Qərb musiqi-
sinin qovuşduğu bir
məmləkətdir” /İ.Sarıyeva
//Bakı xəbər.- 2011.- 14
mart.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.president.az
20
70
illiyi
Bəstəkar