A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.

səhifə1/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   171


 

 

A N A R  



 

 

 

Əsərlər 

I   

hekayələr, povestlər 

 

 



 

 

 



 

 

Bu kitabın çapı 

 

 

 

Ekson Azərbaycan Əməliyyat Şirkəti,  

MMM EksonMobilin törəmə şirkəti 

 

tərəfindən maliyyələşdirilmişdir 

 

 

Bakı — 2003 

 

 

downloaded from KitabYurdu.org




 2 

 

 



 

 

 

Redaktor: 

Arif Əmrahoğlu 

 

Ön sözün müəllifi: 



Rahid Ulusel 

 

Rəssam: 

Azər 

 

 



 

 

 



 

ANAR. Əsərlər. I cild,  

Nurlan, Bakı, 2003, 578 səh. 

 

 

 



Müəllif bu cildlərin nəşrinə vəsait ayırmış  

Ekson Azərbaycan Əməliyyat Şirkətinə,  

MMM EksonMobilin törəmə şirkətinə  

dərin minnətdarlığını bildirir 

 

 

downloaded from KitabYurdu.org




 3 

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN ANARI 

 

İyirminci yüzil Azərbaycan mədəniyyətinin özünəqədərki və 



özündənsonrakı    çağlarının ilgəyini yaradıban bütövlüyünü təmin 

edən bir orqanik zamandır. Məhz XX yüzildə Azərbaycan 

mədəniyyəti özünütəşkil prinsiplərini müəyyənləşdirdi, hansı 

köklərdən gəlib hansı yönlərə budaqlandığını aydınlatdı, tarixin 

hansı çağlarında siyasi-mədəni epiqonçuluğa varıldığını, hansı 

yolların səhv gedildiyini, nələrdə büdrədildiyini, hansı istiqamətlərdə 

düzgün addım atıldığını, hansı  səmtlərdə irəli getməyin mümkün və 

gərək olduğunu sezdi. Azərbaycan mədəniyyətinin onurğa sütunu XX 

əsrin güclü birləşdirici "fəqərəsi" ilə  bərkiyib qayım oldu. 

Azərbaycan mədəniyyətinin bu tarixi-genetik bütövlüyünün dərk 

olunması  və yaradılmasında müstəsna xidmətləri olan mütəfəkkir 

sənətkarlarımızdan biri də, şübhəsiz ki, Anardır. 

 

ÖMÜR ZAMAN HÖRGÜSÜNDƏ 

 

Xalq yazıçısı Anar 14 mart 1938-ci ildə Bakıda xalq şairləri Rəsul 



Rza və Nigar Rəfibəylinin ailəsində anadan olub. Azərbaycanın  ən 

köklü soylarından ikisinin yetirməsidir o. Ata tərəfdən uluları 

Məmmədxanlılardır. Bayat boyundan, Şahsevən tayfasından olan, 

Çiyni və bir para başqa kəndlərin mülkədarı  Məmmədyar oğlu 

Məmmədxan ‘IX  əsrin ortalarında rus əsgərləriylə toqquşmadan 

sonra zindana atılır və orada zəhərlənərək öldürülür. Məmməd xanın 

nəticəsi - Rəsul Rzanın atası  İbrahim Məmmədxanlı Göyçayda 

mirzəlik edər və ticarətlə məşğul olarmış. Anarın anası Nigar xanım 

məşhur Rəfibəylilər nəslindəndir. Ulu babası Ələkbər bəy Rəfibəyli - 

el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyasi partiya olan "Difai" 

partiyasının yaradıcılarından idi. Babası - ilk ali təhsilli Azərbaycan 

cərrahlarından olan, 17 il Gəncə  xəstəxanasının baş  həkimi və 

həkimlər cəmiyyətinin sədri kimi çalışan, Xudadat bəy Rəfibəyli 

1918-ci ilin mayında Gəncədə ilk müstəqil Azərbaycan cümhuriyyəti 

qurulandan sonra ‘ətəli xan Xoyskinin hökumətində ilk səhiyyə 

naziri olmuş, bir il sonra isə  Gəncənin general-qubernatoru 

vəzifəsinə təyin edilmişdir. 1920-ci ilin Aprel bolşevik çevirilişindən 

sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində suçlandırılaraq 

güllələnmişdir.  

downloaded from KitabYurdu.org




 4 

Anarın atası  Rəsul Rza və anası Nigar Rəfibəyli XX yüzil 

Azərbaycan ədəbiyyatının klassikləri sırasına daxil olmuşdur. 

‘əal yaradıcı ailə-sənət mühitində böyüyən Anar 1960-cı ildə 

Azərbaycan Dövlət Universitetini bitirib. Həmin il Nizami 

Muzeyində kiçik elmi işçi, 1961-62-ci illərdə Dövlət Radio və 

Televiziya Komitəsində redaktor işləyib, 1962-1964-cü illərdə 

Moskvada Ali Ssenari Kurslarında təhsil alıb, yenidən RTK-də 

böyük redaktor (1964-1967) işləyib. 1964-cü ildən Yazıçılar 

İttifaqının , habelə Kinematoqraflar, Jurnalistlər və Teatr Xadimləri 

İttifaqlarının üzvüdür. 1968-1987-ci illərdə "Qobustan" incəsənət 

toplusunun baş redaktoru olub. 1987-ci ildə Azərbaycan Yazıçılar 

İttifaqı  İdarə heyətinin birinci katibi, 1991-ci ildə Yazıçıların 9-cu 

qurultayında yekdilliklə Yazıçılar Birliyinin sədri seçilib. 1987-ci 

ildə Azərbaycan Ali Sovetinin deputatı, 1989-cu ildə SSRİ xalq 

deputatı, SSRİ Ali Sovetinin üzvü seçilib. 1995 və 2000-ci illərdə 

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, MM-in elm, təhsil, 

mədəniyyət (sonralar yalnız mədəniyyət) komissiyasının sədri 

seçilib. Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin sədridir. 

Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvüdür. 

1976-cı ildə  Əməkdar  İncəsənət Xadimi adına, 1980-ci ildə 

Azərbaycan Dövlət mükafatına layiq görülmüş, 1998-ci ildə 

Azərbaycan  ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə 

"İstiqlal" ordeni ilə təltif edilmişdir.  

Anarın Bakıda, Moskvada, Türkiyədə,  İranda, Almaniyada, 

İsveçrədə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Bolqarıstanda, 

Estoniyada, Gürcüstanda, Qazaxıstanda, Tacikistanda 60-a yaxın 

kitabı çap olunub. "Ağ liman" Moskvada (1973, 1980, 1988), 

Polşada (1978), Magarıstanda (1972), Bolqarıstanda (1973), 

Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), 

"Beşmərtəbəli evin altıncı  mərtəbəsi" Moskvada (1980, 1988), iki 

dəfə müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya 

Demokratik Respublikasında (1979), Almaniya ‘ederativ 

Respublikasında (1989), Çexoslovakiyada (1980-ci ildə çex, 1984-cü 

slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), 

Estoniyada (1989), Gürcüstanda (1997), "Əlaqə" povesti üç dəfə 

Moskvada, Polşada (1981), Macarıstanda (1982), Almaniyada 

(1986), ‘ransada (1995), Estoniyada (1981), "Dantenin yubileyi" üç 

dəfə Moskvada, Estoniyada (1975), Bolqarıstanda (1973), 

downloaded from KitabYurdu.org






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə