A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə4/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   2   3   4   5   6   7   8   9   ...   171

 11 

sabaha yürüşdə start meydanı, irəliyə  hərəkətdə  mənəvi mühərrik 

kimi fəal və diridir". Anar təkcə nəsr əsərlərində deyil,həm də tarixi-

publisistik esse və  məqalələrində, digər səpgili yazılarında tarixi - 

çağdaşlığın təməli kimi qavradır. "Zalım bir dövrdə" insani kamilliyə 

və  qəlb intibahına səsləyən, kosmik əxlaqın möhtəşəm poeziyasını 

yaradan Nəsimi, tarixin Azərbaycan mənasını açmış  Şah  İsmayıl 

Xətayi, Ortaçağ Azərbaycan türkcəsini Şərqin üç böyük dilindən biri 

kimi sənət meydanına  gətiribən bu dildə  əbədiyyət duyğularını 

dilləndirən ‘üzuli, "Şərqin mədəni irsiylə Qərbin mütərəqqi fikrinin, 

vahid bəşəri dəyərlərin rəmzi", yeni ideyaların, "sübhün səfiri" Mirzə 

‘ətəli Axundzadə, "min illik bir ənənənin axarında öz yönünü 

taparaq", xalq mənəviyyatı  və zövqünün dərinliyini, milli-estetik 

zənginliyini aşıq  şerində kükrədən Aşıq  Ələsgər, bütün ədəbi 

fəaliyyəti ilə tənqidi və milli-demokratik düşüncənin əsasını qoymuş 

Cəlil Məmmədquluzadə  və  əsrini tərpədən mollanəsrəddinçilər, 

"sənətimiz tarixinə əlvan, romantik bir səhifə yazmış" Hüseyn Cavid, 

milli  ədəbiyyatımızda tarixi roman janrının  ən qüdrətli 

yaradıcılarından biri Yusif Vəzir Çəmənzəminli, əsgi - yeni çağ, Şərq 

- Qərb musiqisinin praktika və  nəzəriyyədə klassik vəhdətini 

yaratmış Üzeyir bəy Hacıbəyli Anarın "Şairin hünəri", "Şairin 

zəfəri", "Şairin kədəri", "Sübhün səfiri", "Aşıq gördüyün çağırar", 

"Anlamaq dərdi", "Molla Nəsrəddin - 86", "Qəm pəncərəsi", "Böyük 

ömrün bir əsri", "Yusif Vəzir haqqında söz", "Üzeyir ömrü" 

əsərlərinin ona görə araşdırma mənbəyi, örnək obrazıdır ki, bu böyük 

insanların hər birinin şəxsiyyəti, yaradıcılığı, fəaliyyəti, mücadiləsi 

ilə Azərbaycan mənəvi düşüncəsi və  mədəniyyətinin bütövlüyü, 

varisliyi, yaşam qüdrəti, indi və indən belə  də  hər çağda varolma 

qabiliyyəti, hüququ yaradılmış olur. Bu - daha geniş  və gerçək 

mənada Azərbaycanın fiziki və etnik coğrafiyasının üst-mənəviyyat 

qatıdır. Məhz bu qat yırtılanda Vətən torpağının  əldən getməsi 

doğrulanır.  

Anar bütün yaradıcı  həyatı boyu bu milli mənəviyyat qatını 

möhkəmlətməyə, güclü və deşilməz etməyə çalışıb. "Qobustan" 

incəsənət toplusuna redaktorluq etdiyi dönəmdə isə bu ümummilli 

problemin dil mədəniyyəti çevrəsinə xüsusi bir həssaslığın 

yaranmasına nail olub. Bu gün daha da aktuallaşan milli dil siyasətini 

XX əsrin son çərəyində seçkin və ardıcıl səpgidə, əngəllərlə dirəşə-

dirəşə, ancaq milli mənəviyyat təməlini yalnız Azərbaycan 

downloaded from KitabYurdu.org




 12 

türkcəsinin tükənməz törədiçilik potensialı  əsaslarında quraraq 

yeritməyin, qətiyyətlə bu yolu davam etdirməyin bünövrəsini 

Qobustan incəsənət - milli düşüncə  hərəkatı qoydu.  Dünya 

mədəniyyəti ilə  sıx  ilgilənmə, qaynaqlanmanı da içinə alan bu 

hərəkat milliliyin və  bəşəriliyin harmoniya xəttini  ən təbii  əsaslarla 

yaradırdı. Bu çağdan dil yenilikçiliyi məqsədyönlü  şəkil aldı, 

mədəniyyətimizi gəlişdirməyin özül daşına çevrildi. Bu çağdan 

Azərbaycan türkcəsinin nəfəsi xeyli genişləndi, onun elmi-humanitar 

tutarı gücləndi, bu təkanla onun gələcək inkişafına da perspektiv 

açıldı. XXyüzilin ilk çərəyində "Molla Nəsrəddin" jurnalının həyata 

keçirdiyi böyük missiyanı həmin yüzilliyin son çərəyində yeni tarixi 

situasiyada Anarın "Qobustan"ı (əlbəttə, həm də onunla çiyin-çiyinə 

"Azərbaycan", "Ulduz", "Xəzər", "Gənclik" dərgiləri…) daşıyırdı.  

Mədəniyyətin inkişafı - yalnız bütün cinahlardakı hərəkatla təmin 

olunur. Ona görə  də klassik mədəniyyət qurucuları milləti 

silkələmək, milli düşüncəyə  təpər vermək üçün onun bütün 

cəbhəsində fədakarlıqla çalışmışlar. Bu ənənə, göründüyü kimi, Anar 

üçün də məram və örnək olub. 

Yeni çağın klassik əsərlərini yaradan Anar ötəni - itən saymayan, 

keçmişlə bugünün (ötənlə bitənin) ulu doğmalığına söykənc verən, 

tarixin arxitekturasına öz naxışlarını, oymalarını yapan, sərt doğruları 

ilə ürəyimizdən tikan çıxardan bütün yaxşı  sənətkarlar kimi həqiqi 

mənada adamı xoşbəxt edən yazıçıdır. Yazıçı Anarın yaradıcılığı 

sanki bu hikmətli fikri bir daha təsdiq edir: "Öz nöqsanlarını duyan, 

görən, düşünən, yazan xalq yetkin xalqdır!" "Aşağılıq 

kompleksi"ndən  sıyrılıban öz üstünlüklərini pasdan təmizləyib, 

bülövləyib, itiləyib, parıldadıb kəsərli, etgili, gərəkli edən xalq da 

eləcə. 

 

MƏNƏVİYYATIN ƏKS DƏRİNLİKLƏRİNDƏ: 



OKEANINDA VƏ KOSMOSUNDA 

 

Anarın nəsri,  şübhəsiz onun çoxşaxəli yaradıcılığının nüvəsini 

təşkil edir. Yazıçının nəsri 60-cı illərdən ta günümüzədək 

özünəməxsus zənginləşmə, dərinləşmə yolu keçmiş, gəlişməsində 

yeni çalarlar, özəl keyfiyyətlər qazanmışdır. Onun nəsr 

yaradıcılığındakı poetik təkamülün ritmlərini sanki bir-birindən 

doğulan, fəqət ayrı-ayrı dünyalardan keçən  əsərlərin ümumi 

downloaded from KitabYurdu.org




 13 

arxitektonikasında aydınca bəlirləmək olur. Yazıçının daim gərilən 

üslubu, birərli-analitik təhkiyəsi, öz daxili enerjisinə güvəncli süjet-

obrazyaratma çəmləri, yorulmaz ideya axtarışları onun nəsr 

poetikasının dinamikasını təmin edir.  

Anarın bir əsərindən o birinə qapı açılır. Hər bir əsərin mövzu, 

üslub və forma bitkinliyi olduğu üçün bu "poetik məkana" sığdırılan 

hər bir detal incəliklərinə  qədər işlənildiyindən həmin "poetik 

məkana" sığmayanlar da yeni bir əsərin obraz potensiyasına çevrilir. 

Dərinlik genişlənmə, budaqlanma, dürləşmə situasiyası yaradır. Bir 

əsərin ötəri cizgisi, epizodik obrazı yeni bir əsərdə fokuslaşdırılır, 

mayalanmış bədii hüceyrənin orqanizmə çevrilməsi, doğuluşu, həyat 

qazanması kimi təbii bir proses baş verir. Bu mənada Anarın bütün 

nəsr  əsərləri bütöv, sürəkli bir romandır. Dünya ehramının  şüuraltı  

labirintlərində hörümçək torlarını  yırta-yırta gedən,  əlindəki lampa 

ilə qaranlıqları  işıqladan kahin bilib-bilmədiklərimizi bizə sirr 

gözəlliyi ilə açır… 

Anarın antik fəhmi onun bədii dünyagörüşü və düşüncə 

texnologiyasını klassik nəsrdən (məsələn, Lukian, Rable, Servantes 

satirasından, "Kəlilə  və Dimnə" müdrikliyindən) çağdaş  nəsrin 

modern axtarışlarınadək dünya bədii mədəniyyətinin  bütün buğum 

nöqtələrinə qaynaqlayır. Çağdaş  nəsr prosesi XX əsrin ikinci 

yarısından günümüzədək olan dövrü əhatə edir ki, bu  dövrün bədii 

atlasında Azərbaycan  nəsri həm də Anar yaradıcılığı ilə  dəyərincə 

təmsil olunmaqdadır. Çağdaş nəsr axtarışlarında Anarın yeri seçkincə 

görünür. Bu fikri ayrı variasiyasında belə də demək olar: Anar çağı 

ilə bütöv, dolğun, ahəngdar görünür. Anar nəsrində Zaman - saat 

kimi çıqqıldayır, hər Anın - əbədiyyət qədər zəngin və  ləzzətli 

olduğu duyğusu yaradılır. Altmışıncılar sırasında Anar dövrünün 

yazarları ilə  bənzəyişlərindən daha çox bənzəməzliklərinə görə 

nəsildaşdır. Yazıçı özü də "Nəsrin fəzası" adlı dəyərli araşdırmasında 

"Yeni Azərbaycan nəsrinin" yaradıcılarını ortaq bir müstəviyə 

gətirməyə çalışsa da, yenə  məhz onların bənzərsizliklərində, 

problemə ayrı  tərzdə yanaşmalarında "Yeni nəsrin"  ədəbi ruhunu 

görürdü.  

İnsanın daxili aləminə enməyin Balzak, Tolstoy, Dostoyevski, 

Unamuno bədii üsulundan ayrı bir səpkidə, ancaq gələnəkli bir 

bağlantıda təzahürü Yeni Çağ dünya nəsrinin estetikasını müəyyən 

etdi. Buradakı realizm mistika və sürrealizmə varmasında da, sosial 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə