A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə6/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   2   3   4   5   6   7   8   9   ...   171

 17 

buraxır…  "Biçarə şair küçəyə çıxdı… Susuzluqdan dodaqları cadar-

cadar olmuşdu. Su istədi, amma nəsrlə istədiyindən ona su verən 

olmadı. Özünə  çəkmə almaq istəyirdi, yeyib qarnını doyurmaq, bir 

yer tapıb dincəlmək istəyirdi. Amma elə  nəsrlə danışırdı. 

Tərsliyindən yox. Bacarmadığından. O, şer yazmağı bacarırdı, amma 

şerlə danışmağı bacarmırdı.  Şairə ya heç cavab vermirdilər, ya da 

şerlə cavab verirdilər. Şair gün ərzində o qədər qafiyə eşitdi ki, gedib 

özünü qayadan atdı." 

Məmləkətində  hər  şeyi qadağan edib qurtarandan sonra padşah 

axırda ölkə  vətəndaşlarına ölməyi də qadağan edir! Yazıçı 

qadağanlar ölkəsinin bu ironik hiperbolasını yaratmaqla, əslində 

totalitar mənəviyyata, diktatura psixologiyasına meydan oxuyur, 

ictimai-siyasi azadlığın mənəviyyat dayaqlarına diqqət yönəldirdi. 

Anar kənardan gətirilən, yad nəzəriyyələrdən diktə edilən 

qondarma azadlıq ülgülərinin deyil, milli mənəviyyatın doğurduğu, 

Azərbaycan insanının içindən baş alıb gələn azadlıq duyğularının 

fərdin və  cəmiyyətin həyatında dönüş yarada biləcəyinə inam və 

güvənc verən bir sənətkar kimi Yeni Çağın yönəldici istiqamətlərini 

düzgün sezmiş və seçib göstərə bilmişdir. Yazıçının nəsr yaradıcılığı 

bu təkamül prosesini izləyib  əks etdirən çox güclü və  dəyərli sənət 

örnəklərindəndir. 

 

DÜNƏNSİZ YAŞAMAĞIN FACİƏSİ 

 

İndi aydın hiss edirik ki, bütövlükdə çağdaş  mədəniyyətimizi 

düşündürən  əsas mətləblərdən, sorunlardan biri - kökündən 

uzaqlaşdıqca özündən uzaqlaşan, özünəyadlaşan insanın yenidən öz 

təbii ilkinliyinə, əzəli saf varlığına qayıtması olmuşdur. Bu problemi 

müxtəlif dünyaduyumuna malik olan sənətkarlar özünəməxsus 

şəkildə - yəni ya mənəviyyatın təbii-instinktiv durulaşması, ya ört-

basdır edilməsi mümkün olmayan əzəli sentimental   -   romantik 

duyğuların insana verdiyi daimi narahatlıq,  əbədi həyəcan, təşviş, 

nəyinsə yerində olmamasının, nəyinsə dolaşıq-çalpaşıq düşdüyünün 

dumanlı, yaxud aydın duyuluşu, ya coşğun temperamentin bütün 

yabançı, yad, qondarma-qurama görünən şeylərə qəfil nifrəti, qəlbin 

hansı bir guşəsindəsə  işaran ilkinlik duyğularının birdən kükrəyib 

üzə çıxması, nəhayət, qəti inkar və doğmalıqdan hədsiz vəcdəgəlmə 

şəklində özünü göstərən xarakter-ruh dəyişmələri ilə açıqlayırlar. 

downloaded from KitabYurdu.org




 18 

Bitkin - tutarlı  əsərlərdə isə bütün təbii hisslərin,  əgər belə demək 

mümkünsə, "kortəbii" özünütəsdiqinə  ağılın, rasional məntiqin 

sübutları da hay verəndə insanın  əxlaqi intibahı, özünəqayıdışı 

qanunauyğun-zəruri mənəviyyat hadisəsi kimi insanı daha dərindən 

düşündürür. Anarın "Macal" povesti (1977) belə  əsərlərdəndir. 

Özünəqayıdışın mürəkkəb psixoloji şərait və münasibətlər zəminində 

təsvirini verən bu povestdə Anarın yazıçı  sənətkarlığının  ən etgili 

xassələri qabarıq görünür... 

Gəlin söhbətə  həmin  əsərin elə bir surətindən başlayaq ki, 

oradakı, demək olar, bütün hadisələr, münasibətlər məhz onun 

düşüncələrindən süzülüb keçirilərək təqdim olunur. Bu ‘uaddır. Bu 

‘uad o ‘uaddır ki, gecənin tən yarısı  məmləkətimizin böyük 

paytaxtının reklamları sönmüş küçələrini "hadılayaraq"  Şövqü 

Şəfizadəgildən gəlir. O Şövqü  Şəfizadə  və o Bilqeyis xanımgildən 

ki... Yox!.. Bunlar çox böyük adamlardır... Onların qızını almış, 

onların qohumu olmuş ‘uad bu xoşbəxtliyin baş verməsinə, artıq 

həyata keçmiş bu həqiqətə inana bilmir. Hey çalışır ki, bu səadətin 

şirinliyinə acı qatan qara-qura fikirləri başından qovsun. Bu zaman 

ürəyinə  əvvəlcədən daman hadisə  də baş verir; lakin o qarşılaşdığı 

cinayət hadisəsini görməməzliyə vurur, ölümü də,  Əzrayılı da 

"aldadır..." Və bundan sonra ta ömrünün yetkin çağlarınacan - 40 

yaşınacan qara-qura fikirləri başından qova-qova, gördüklərini, 

duyduqlarını görməməzliyə, bilməməzliyə vura-vura yaşayır... ‘uad 

öz real yaşayış  tərzinə, həyat, iş haqqındakı öz konsepsiyasına nə 

qədər haqq qazandırmağa çalışsa da, qəlbinə, şüuruna hopmuş əbədi, 

heç cür qarşısı alınmayan narahatlıqdan yaxa qurtara bilmir. Ancaq 

onun, ömrünün keçmişinə boylanmağa, etdiyi işləri necə etdiyini 

götür-qoy eləməyə macalı yoxdur! Bax, burada bizim qarşımızda 

Yeni Çağın tipik bir insanı canlanmış olur. Özü də bu Çağın 

problemlərini əks etdirən bir çox əsərlərdəki "insanın soyuqlaşması", 

"robot-rasional insanın peydası" kimi ənənəvi ideyanı deyil, "dövrün 

vaxt qıtlığı", "ritm uyğunsuzluğu", "götür-qoyların, davamlı 

ünsiyyətin qeyri-mümkünlüyü", nəhayət, "macalsızlıq" kimi başqa 

bir sosioloji ideyanı təmsil edən bu insan özünün "dəqiq məqsədlər" 

konsepsiyasının doğruluğunu hər vasitə ilə sübut etməyə çalışır. Özü 

də kimə sübut etməyə? - Özünün ikinci daxili "mən"inə  və keçmiş 

tələbə yoldaşı Oktaya. ‘uad ardıcıl, davamlı-sürəkli düşüncələr 

axarında bir də ayılıb görür ki, Oktayla əməlli-başlı "ideya davasına" 

downloaded from KitabYurdu.org




 19 

girişib, təəccüblənir ki, Oktay niyə onun belə daxili opponentinə 

çevrilib, niyə özünə belə  mənəvi problem yaradır, niyə Oktayın 

prinsiplərini təkzib eləmək üçün vurnuxur. Ancaq ‘uad Oktayın 

həyat və düşüncə mövqeyinə nə qədər əks olsa da, dəqiq desək, əks 

olmağa çalışsa da, ona əhəmiyyət verməyə bilmir. ‘uadın gündəlik 

işlər dəftərində icra olunmamış bir iş kimi hər gün o biri günə 

keçirilən "özümlə görüş" ifadəsi də  məhz Oktayın ciddi zarafatı, 

təlqini ilə yazılmışdır. "Özümlə görüş!" - bu, "Macal" povestinin 

başlıca ideyasıdır. Vaxt qıtlığından  şikayətlənən ‘uadın ömrü sanki 

tarıma çəkilib: onun üçün zaman bütöv bir vahid kimi yoxdur, onun 

üçün saatlara, dəqiqələrə bölünmüş zaman qırıqları, parçaları var ki, 

bu qırıqlar, bu parçalar heç vaxt böyük, əbədi, ali məqsədə xidmət 

etmir. Hər zaman parçasının üzərinə bir konkret iş düşür, hətta ‘uad 

üçün zamanın bir parçasında gördüyü işin ondan sonra gələn parçada 

gördüyü işlə  əks olmasının da əhəmiyyəti yoxdur. Belə  şəraitdə 

zaman insana yox, insan zamana xidmət eləmiş olur, zaman özü 

parçalandığı kimi insanı da parçalayır, xırdalayır, onu həyatının 

bütünü ilə vahid ali ideal uğrunda  əbədi mübarizə edən insandan, 

prinsip və ideyaca bir-birini tamamlamayan, hətta "dəqiq məqsədlər" 

naminə bir-birinin əksi olan işlər icraçısına çevirir. Belə  şəraitdə 

"İnsan zamanın özündən də  əbədidir" - ideal maksimalizmi süquta 

uğrayır... Maraqlıdır, tənqid obyekti kimi ‘IX əsrin sonu - ‘‘ əsrin 

əvvəlləri üçün (Mirzə  Cəlil, Sabir) nadan, passiv, bekara, əsrin 

ritmindən geri qalan insan ədəbiyyatı düşündürən əsas məsələ idisə, 

indi - Yeni Çağ Azərbaycan nəsri üçün nadan yox, intellektual, 

passiv yox, aktiv, əsrin ritmindən geri qalan yox, əsrin ritmini 

qabaqlayan ("macalsızlıq!") insan əsas problemlərdən olub!.. 

Bəli, insanın bütövləşmədiyi,  əksinə, vaxtın quluna çevrildiyi, 

xırdalandığı bir vəziyyətdə, yəqin ki, özünüdərketmədən, 

özünəqayıdışdan da söhbət gedə bilməz. Bu elə böyük bəşəri faciədir 

ki, ona nə macalsızlıqla, nə Yeni Çağ insanının yaşayış  tərzindən 

doğan vaxt qıtlığı ilə, nə  də bunları  təsdiq edən maddəli-sübutlu 

empirik-sosioloji nəzəriyyə  və  fıkirlərlə haqq qazandırmaq olar. Öz 

keçmişini düşünüb-daşınmağa macalı olmayan ‘uad məhz vaxt 

qıtlığından  şikayət etsə  də, özü də hiss edir ki, bu - macalsızlıqdan 

daha çox, "öz-özündən qaçma"dır. Bu artıq ‘uadın real naqisliyidir, 

əsrin, zamanın, onu əhatə edən mühitin günahı yox, özünün daxili 

əxlaqi-mənəvi çatışmazlığıdır. Bax, bu zaman aydın olur ki, 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə