A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə2/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   2   3   4   5   6   7   8   9   ...   171

 5 

Tacikistanda (1977), "Dədə Qorqud" Moskvada (1980, 1988), İranda 

böyük tirajlarla, nəfis şəkildə nəşr olunub. "Mən, sən, o və telefon" 

hekayəsi ABŞ-da, Kanadada, Yaponiyada, ‘inlandiyada, ərəb 

ölkələrində və bir sıra başqa ölkələrdə çap olunub. Anarın ayrı-ayrı 

hekayə, pyes və  məqalələri dünyanın bir sıra mətbuat orqanlarında 

ingilis, fransız, alman, ispan, benqal, türk, macar, rumın, bolqar 

dillərində  və keçmiş SSRİ-nin bütün respublikalarında dərc edilib. 

Amma  əlbəttə, Anar ən böyük populyarlığı öz Vətənində - 

Azərbaycanda qazanıb. Xüsusilə 70-80-ci illərdə Anarın 30, 40, 50 

min tirajla çap olunan kitabları, dərgilərdə çıxan əsərləri əl-əl gəzir, 

dürlü polemikalara səbəb olurdu. Anarın nəinki  əsərləri, hətta bu 

əsərlər haqqında dərc olunan məqalələr Azərbaycan ictimaiyyəti 

tərəfindən çox həssaslıqla qarşılanırdı: "Dantenin yubileyi" povesti 

haqqında tənqidçi Nadir Cabbarovun yüksək peşəkarlıqla qələmə 

aldığı  məqaləsi Azərbaycan Elmlər Akademiyasından ucqar bir 

kəndə  qədər geniş aydınlar marağına səbəb olmuşdu. 1974-cü ildə 

"Bakı" axşam qəzetində "Gecə yarısında hadisə" sənədli povesti 

hissə-hissə çap edildikcə bütün Bakı o qəzetin hər sayını arayıb-

axtarır, oxuyurdu… 

Anar, əsərlərində çağının ən aktual problemlərini qaldırdığından, 

ən həssas nöqtələrinə toxunduğundan bu əsərlər təbii ki, əhatəli 

ədəbi-tənqidi münasibətlərə, disskusiyalara hədəf olur, estetik 

qavrayış çevrəsini yaradır. Anarın yaradıcılığı haqqında 

Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yazılan çoxsaylı 

məqalələr, aparılan tədqiqatlar, yəqin ki, bu zərurətin bəhrəsidir. 

Anarın qələmindən çıxan bütün əsərləri oxuyub başa çıxandan sonra 

həmin əsərlər xüsusunda yazılmışları göz önünə gətirdikcə, belə bir 

müqayisəli  qanunauyğunluq ortaya gəlir: Azərbaycanın klassik və 

çağdaş  mədəniyyəti, xüsusilə  ədəbiyyatı bir küll halında Anar 

yaradıcılığında bu və ya digər formada öz əksini tapıb. Şəxsiyyətləri, 

dəyərləri, problemləri, yönləri ilə. Eyni zamanda, çağdaş mədəniyyət 

və ədəbiyyatımızın, tənqidimizin elə seçkin nümayəndəsi yoxdur ki, 

Anar yaradıcılığına bu və ya digər formada, səviyyədə müraciət 

etməmiş olsun. Anar yaradıcılığı    Azərbaycan mədəniyyətinə 

tarixilik və müasirlik baxımından elə qaynaqlanıb ki, bu vəhdətdə 

onların harmoniyasından yalnız ləzzət almaq, heyrətə gəlmək olar. 

Bütövlükdə, Anar yaradıcılığına Azərbaycan tənqidinin dörd 

münasibətini müəyyən etmək mümkündür: iki əks yöndə tənqid, iki 

downloaded from KitabYurdu.org




 6 

əks yöndə təqdir. 

60-70-80-ci illərin tənqidçilərinin bir parası - "dünənkilər" Anarı 

yenilikçiliyinə, irəli getdiyinə, "modernizminə", "formalizminə" və s. 

"izmlərinə" görə  tənqid edirdilər, 90-cı illərin və yeni əsrin 

əvvəllərinin bir para tənqidçi və yazarları - "bugünkülər" isə 

"köhnəliyinə", "geri qaldığına", "antimodernizminə", 

"izmlərsizliyinə" görə suçlayırlar. Anar yaradıcılığının təqdiri də iki 

cürdür: tənqidin səthi, saya üzdəngetmələri: və nəhayət, Azərbaycan 

tənqidinin bu dolğun yaradığılığa ciddi elmi-analitik, namuslu 

münasibəti. Azərbaycan mədəniyyəti və  ədəbiyyatının inkişafı 

fonunda görkəmli siyasi xadimlərimizin, alim, yazıçı, tənqidçi və 

sənətkarlarımızın - Heydər Əliyev, Əbülfəz Elçibəy, Məmməd Arif, 

Sabit Rəhman,  İsmayıl  Şıxlı, Bəxtiyar Vahabzadə, Tofiq Quliyev, 

Toğrul Nərimanbəyov, Arif Məlikov, Xəlil Rza Ulutürk, Bəkir 

Nəbiyev, Araz Dadaşzadə, Yaşar Qarayev, Elçin, Nizami Cəfərov, 

Tofiq Hacıyev, Yusif Səmədoğlu, Rüstəm  İbrahimbəyov, Rəhman 

Bədəlov, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Kamil Vəli 

Nərimanoğlu, Vilayət Quliyev, Kamal Abdullayev, Rəfael 

Hüseynov, Nadir Cabbarov, Vaqif Yusifli və başqalarının Anar 

yaradıcılığını yüksək dəyərləndirmələri, onların bu zəngin sənət 

dünyasına obyektiv baxışları çox mühüm əhəmiyyət kəsb edir. 

Keçmiş SSRİ məkanında və dünya mətbuatında Anar yaradıcılığına 

həsr olunmuş 

məqalələrin müəlliflərinin - L.Anninski, 

B.Perevedensev, D.Urnov, E.Şklovski, V.Kovski, A.Latınina, 

A.Boçarov, N.Boqoslovski, İ.Borisova, Q.Petrova, L.Lavrov, 

A.Tverski, L.Lavrova, A.Zemnova (Rusiya), ‘akir Baykurt, Mustafa 

Qutlu, Adnan Özyalçinər,  Əhməd Bican Ercilasun, Oktay Akbal, 

A.Qədir, Yavuz Onk, Əli Yavuz Akpinar (Türkiyə), Mixael 

‘arenholts, Taqe Zommerfild, ‘riderike Bühner, Stefan Proys, Uli 

Rotfus (Almaniya), Zoltan İslai (Macarıstan), İbrahim Darabi (İran), 

Cövdət Bilal İsmayıl (İraq) və başqalarının müxtəlif milli 

psixologiya və  ədəbi ölçülərdən Azərbaycan yazıçısının  əsərlərinə 

yanaşmaları sayğıyadəyər və  gələcək tədqiqatlar üçün tutarlı 

mənbələrdir. Burası da önəmlidir ki, hələ SSRİ dövründə xarici 

ölkələrin mətbuatında dərc olunmuş bu məqalələrin bəzilərində 

Anarın "sovet həyat tərzinə kəskin münasibəti", "rejimə sığmazlığı", 

"ənənəvi Asiya epik nəqletməsi ilə  ədəbiyyatın Qərbə xas olan 

texniki üsul və formalarını ustalıqla  əlaqələndirməyi bacarması", 

downloaded from KitabYurdu.org



 7 

"Şərq müdrikliyi", "modernist yapqıları" önə  çəkilir (Uli Rotfus), 

Anarın təqdim etdiyi "dünyanın bizim təsəvvür etdiyimizdən (yəni 

isveçrəlilərin - R.U.) qat-qat zəngin, çoxcəhətli və  təzadlı olduğu" 

("Noys Sürixer saytunq" qəzeti, Sürix, 7/8, 1990-cı il) nəzərə 

çarpdırılır.  

Anar  ədəbi-bədii yaradıcılığını ictimai-siyasi fəaliyyəti ilə 

uzlaşdıra bilən nadir şəxsiyyətlərdəndir.  Anarın həm sovet 

dönəmində, həm də indi - müstəqillik çağında bütün yaradıcı 

fəaliyyəti başlıca məqsədilə milli-mənəvi tərəqqiyə yönəkdir. Onun 

Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik etdiyi illərdə  bu təşkilatın 

nəzdində "Tərcümə  və  Ədəbi  Əlaqələr Mərkəzi", "Dədə Qorqud 

Ensiklopediyası" yaradılmış, "Ədəbiyyat və  İncəsənət" qəzeti, 

"Ədəbiyyat qəzeti" adıyla Mədəniyyət Nazirliyi ilə  şərikli nəşr 

olunmaqdan çıxarılaraq Yazıçılar Birliyinin orqanı olmuş, 

"Qobustan" toplusu da  Yazıçılar Birliyinin orqanına çevrilmişdir. 

Yazıçılar Birliyinin təklifi və təşəbbüsü ilə Azərbaycan PEN klubu - 

Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan  bölməsi 

yaradılmışdır. Moskva, Türkiyə, Gürcüstan və Polşanın yazıçılar 

təşkilatları ilə ikitərəfli müqavilələr bağlanmışdır.  

1987-ci ildə erməni fitnəkarlarının təhriki ilə Qarabağ  məsələsi 

ortaya atılandan bəri Yazıçılar Birliyi fəal mövqe tutmuş, ilk dəfə 

Moskvaya etiraz məktubları yazıçılar ocağından, onların imzasıyla 

göndərilmişdir. Yazıçılar Birliyinin Ağdam döyüş bölgəsində  və 

Gəncədə Plenumları keçirilmişdir. Anar Naxçıvan, Abdam, 

Goranboy və Qazaxda döyüşçülərlə görüşmüş, qaçqın ailələrinin 

Yazıçılar Birliyinin Şüvəlandakı Yaradıcılıq evində yerləşdirilməsini 

təmin etmişdir.  

Xalqımız bunu heç zaman unutmayacaq ki, 1988-ci ildən bəri 

Azərbaycanın ən ağır günlərində Azərbaycan Ali Sovetinin deputatı, 

SSRİ xalq deputatı  və SSRİ Ali Sovetinin üzvü Anar istər 

Azərbaycan parlamentində, istərsə  də SSRİ-nin ali məclisində 

Qarabağ problemi xüsusunda dəfələrlə çıxış edib. Başqa Azərbaycan 

deputatları ilə birlikdə bir neçə  dəfə Qarbaçovla görüşüb və ona 

Azərbaycanın haqq səsini çatdırıb. Yanvar hadisələrinin 

günahkarlarının cəzalandırılmasını  tələb edib. 1990-cı ilin Qara 

Yanvar gecəsindən sonra Anar rus dilində "Müsibət" adlı müraciət 

yazıb və səhəri gün yüzdən artıq ünvana - SSRİ xalq deputatlarına və 

Yazıçılar  İttifaqlarına göndərib. Yanvarın 21-də Akademiyada 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə