Gülsüm Hüseynova



Yüklə 0,64 Mb.

səhifə1/80
tarix06.10.2018
ölçüsü0,64 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   80





 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 


ÖN SÖZ 
 
Hər  bir  dilin  leksiklogiyasına  elə  bir  özünəməxsusluq 
xasdır  ki,  bu,  onu  sistem  kimi  tədqiq  edilməsinə  müəyyən 
qədər  mane  olur.  Qeyd  edilən  cəhəd  ondan  irəli  gəlir  ki,  dilin 
leksik  sistemi  həmişə  açıq  və  dəyişkəndir.  Bu  sistemdə  həm 
mövcud  sözlərin  mənalarında  dəyişmələr  baş  verir,  sözün 
semantikası  genişlənir,  sıxılır,  daralır.  Söz  dildə  işlək  qatdan 
çıxıb  lüğət  fondunun  passiv  qatına  keçir.  Bunun  müqabilində 
dilə  yeni  sözlər  daxil  olur.  Dil  başqa  dillərdən  söz  alır,  başqa 
dillərə  söz  verir.  Bütün  bu  hadisələr  dilin  leksik  sistemində 
daim  baş  verir  Bir  hadisə  dilin  inkişaf  tarixinin  müəyyən 
dövründə daha çox müşahidə olunur, başqa bir hadisə isə sanki 
dayanır.  Başqa  dildən  sözalma  və  başqa  dilə  sözün  keçməsi, 
neologizmlərin  yaranması  və  dilin  lüğət  tərkibinə  daxil  olması 
kimi  proseslər  bir-birindən  fərqli  formalarda  baş  verir. 
Məlumdur  ki,  tatlar  irandilli  xalq  olub  Xəzəryanı  ərazilərdə  – 
İranda,  Azərbaycanın  şimal-şərq  rayonlarında,  Abşeron 
yarımadasında,  Dağıstanın  cənub-şərqində,  Dərbənd  və 
Mahaçqala 
şəhərlərində 
məskunlaşmışlar. 
Azərbaycan 
ərazisində tatlar, əsasən, respublikanın İsmayıllı, Xızı, Şamaxı, 
Quba,  Dəvəçi  və  Abşeron  ərazilərində  daha  kompakt  şəkildə 
yaşayırlar.  Bu  baxımdan  tat  dilinin  leksikologiyasının 
Azərbaycan  ərazisində  yaşayan  tatların  dilinə  dair  materiallar 
əsasında  tədqiq  olunmasına  ehtiyac  duyulur.  Doğrudur,  tat 
dilinin  leksikasına  dair  bir  sıra  tədqiqatlar  mövcuddur.  Lakin 
bu  tədqiqatlar  müəyyən  bir  ərazi  ilə  məhdudlaşdırıldığından 
araşdırmanın  başqa  ərazilər  üzrə  aparılması  tələbi  meydana 
çıxır.  Məsələyə  bu  yöndən  yanaşmaq  tat  dilinin  leksik 
fondunun  ümumi  mənzərəsini  aydınlaşdırmaq  üçün  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Azərbaycanda  yaşayan  tatların  dili 
Azərbaycan  dili  ilə  daimi  təmaslı  əlaqədədir.  Bu  əlaqələr, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 


şübhəsiz  ki,  tat  dilinin  leksik  sisteminə  xüsusi  təsir  göstərir. 
Həmin  təsirlərin  müxtəlif  aspektdən  öyrənilməsi  mümkündür. 
Müəllif  əsərdə  tat  dilinin  lüğət  tərkibinə  daxil  olan  sözlərin 
ümumi  fondunun  yaradılması,  bu  sözlərin  mənşəcə  təsnifi,  tat 
dilində 
antonimlərin, 
sinonimlərin, 
omonimlərin 
xüsusiyyətlərinin  əlaqəli  olduğu  dilin  təsiri  prizmasından 
təyini,  tat  dilinin  leksik  qatında  terminlərin  yerini,  terminlərin 
yaranması  və  alınması  məsələlrini    ön  planda  nəzərə 
çatdırmışdır.  Oxuculara,  dilçilərə  təqdim  olunan  bu 
monoqrafiyada  tat  dilinin  leksikasının  kompleks  və 
Azərbaycan  dili  ilə  müqayisəli  şəkildə  araşdırılmasına  cəhd 
edilmişdir.  Məlumdur  ki,  müxtəlif  etnoslar,  xalqlar  arasındakı 
münasibətlərdə  dil  mühüm  rol  oynayır.  İctimai,  mədəni,  sosial 
və  iqtisadi  sahələrdə  əlaqələrin  gerçəkləşməsi  üçün  dildən 
istifadə edilir.  Buradan belə bir nəticə  çıxır ki, dil  əlaqələri də 
ictimai  səciyyə  daşıyaraq  iqtisadi,  siyasi,  mədəni,  dini  və  bu 
kimi  əlaqələr  çərçivəsində  təzahür  edir.  Dil  müxtəlif  dillərlə 
təmaslı  və  təmassız  əlaqələr  zəminində  yaşayır.  Əlaqələr 
təmaslı olduqda dillərin bir-birinə təsiri baş verir.  Bu təsir çox 
zaman qarşılıqlı olur. Deməli, dilin inkişafı xalqın tarixi, onun 
yaşadığı  ərazi  və  onunla qonşu olan xalqların dili və tarixi ilə 
bağlıdır və dilin daşıyıcısı olan xalqın, etnosun başqa xalqlarla 
münasibətlərindən də asılıdır.  
Söz  dilin  əsas,  müstəqil  vahididir  və  lüğət  tərkibinin 
formalaşması  sözlərdən  asılıdır.  Ona  görə  də  lüğət  tərkibinin 
tədqiq  olunmasının  əsas  məsələsi  sözlərin  leksik-semantik  
cəhətdən  araşdırılmasıdır.  Leksikologiyaya  dair  tədqiqatlarda 
lüğət 
tərkibindəki 
sözlərin 
leksik-semantik 
qruplara 
bölünməsi,  sözlər  arasındakı  semantik  əlaqələr,  sözlərin 
çoxmənalılığı,  omonimliyi,  sinonimliyi,  antonimliyi,  lüğət 
tərkibinin  ümumişlək  və  xüsusi  leksik  qatları  kimi  məsələlər 
daim  diqqət  mərkəzindədir.  Bütün  bu  məsələlər  ayrılıqda 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 


götürülmüş  bir  dil  üçün  və  eləcə  də,  müəyyən  dillər  üçün 
müqayisəli şəkildə öyrənilir. Bununla belə, elə dillər vardır ki, 
onların leksikasının qeyd edilən səviyyələrdə kompleks şəkildə 
araşdırılmasına  ehtiyac  vardır.  Tat  dili  də  belə  dillərdən 
biridir.  
Tat  dilinin  Quba  ləhcəsinə  bu  dilin  digər  ləhcələri  ilə 
müqayisədə  daha  çox  tədqiqatçı  müraciət  etmişdir.  Quba 
ləhcəsi  haqqında  bir  sıra  əsərlərdə  məlumat  və  materiallar 
verilmiş, ləhcənin müxtəlif məsələləri haqqında məqalələr dərc 
olunmuş,  leksikası  ayrıca  tədqiqat  obyekti  olmuşdur.  Quba 
ləhcəsinin  lüğət  tərkibini  ləhcənin  özünəməxsus  sözləri  və 
alınma  sözlər  qruplarına  bölürlər.  Bu  zaman  ləhcənin 
özünəməxsus sözlərindən bəhs edilərkən tat və ya İran qrupuna 
aid  olan  sözlər  birləşdirilir.  Müəllifə  görə,  bu  məsələnin 
dəqiqləşdirilməsi üçün tat dilinin digər ləhcələrinə aid sözlərin 
toplanması, qruplaşdırılması, genealoji təsnifinin aparılması və 
sonda  onların  ləhcələrarası  müqayisə  obyekti  olması  daha 
aktualdır.  Bu  halda  tat  dilinin  leksikasının  araşdırılması 
məsələsi  ayrılıqda  götürülmüş  bir  dilin  leksikologiyasına  aid 
tədqiqat  səviyyəsindən  kənara  çıxır  və  dil  əlaqələri  problemi 
müstəvisinə keçir. Bu məsələnin öyrənilməsi, şübhəsiz ki, daha 
vacibdir.  
Lüğət  tərkibinə  daxil  olan  sözlərin  qruplaşdırılması, 
bütün  leksik-semantik  qrupların  təyini  dilçiliyin  mürəkkəb 
məsələlərindən  biridir.  Bu  problem  leksikologiya  ilə  bağlı 
tədqiqat  işlərində,  xüsusən  lüğət  tərkibinin  semantikaya  görə 
təsnifində həmişə  ön plana  çıxır.  Nəticədə  çoxsaylı leksikoloji 
tədqiqatlarda  müxtəlif  təsnifatlar  nəzərə  çarpır.  Sözlərin 
məfhumlar  əsasında  qruplaşdırılması  zamanı  ümumidən 
xüsusiyə  doğru  getdikcə  budaqlanmalar  artır.  Məsələn, 
bitkiləri  ağaclar,  kollar,  dənli  bitkilər,  tərəvəz,  meyvə,  yem 
bitkiləri, dərman bitkiləri və sair qruplara ayırmaq olur.  Bütün 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   80


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə