Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə7/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   2   3   4   5   6   7   8   9   10   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
22 
22 
Bu  bölgü  təkcə,  Azərbaycan  Respublikası  deyil,  başqa 
ölkələrdə  yaşayan  tatlar  üçün  də  səciyyəvidir.  Dini  baxımdan 
üç  müxtəlif  qrupa  bölünmədən  asılı  olmayaraq,  tatlar  eyni  bir 
dildə 
–  tat  dilində  danışırlar.  Bununla  belə,  dini 
mənsubiyyətinə  görə  fərqlənən  qrupların  dillərində  oxşar 
cəhətlərlə  yanaşı,  fərqli  xüsusiyyətlər  də  az  deyil.  Məhz  belə  
fərqlər  həmin  qrupların  dillərinin  ayrı-ayrılıqda  öyrənilməsini 
zəruri etmişdir. 
Zənnimizcə,  tat  dilinin  bu  bölgü  üzrə  tədqiqinə  əsas 
yaradan  amillərdən  biri  də  tədqiqatçıların  eyni  qrupa  mənsub 
dil  daşıyıcılarının  kompakt  şəkildə  yaşadıqları  ərazilərdən 
materiallar  toplaması  olmuşdur.  Lakin  bu  cəhət  müxtəlif 
qrupların  dillərinin  ayrı-ayrılıqda  tədqiqinin  elmi  dəyərini 
azaltmır,  əksinə,  artırır.  Çünki  belə  olduqda  müqayisəli 
tədqiqat  aparmaq  üçün  daha  əlverişli  zəmin  yaranır.  Mövcud 
araşdırmalar  göstərir  ki,  bu  qrupların  daşıdıqları  dil  eynidir. 
Belə  olan  halda,  mövcud  materiallar  əsasında  oxşar  və  fərqli 
dil  hadisələrini  təyin  etmək,  bunların  əsasında  ləhcə  və 
şivələrə ayırmanı dəqiqləşdirmək daha düzgün olardı.   
M.Hacıyev 
yazır: 
«Maraqlıdır 
ki, 
bəzi 
alimlər 
Azərbaycan  ərazisində  işlənən  və  bir-birindən  fərqlənən 
müxtəlif  tat  dili  ləhcə  və  şivələrini  qəbul  etmir,  bunların 
hamısını düzgün olmayaraq «Bakı tat dili» adı altında birləşdi-
rir» (60, 30). 
Şivənin  yaranması  (təşəkkülü)  dildə  baş  verən 
dəyişikliklərdən  irəli  gəlir.  Cəmiyyətdə  yaşayan  hər  bir  fərdin 
özünəməxsus  danışıq  şivəsi  var  və  bu  başqalarının  nitqindən 
seçilir.  Bu  cəhət  nitqin  fərdiliyi  ilə  bağlıdır.  İctimai  hə yat 
şəraitinə  görə  fərdlər  bir-biri  ilə  dil  əlaqəsində  olurlar  və 
onların  nitqlərindəki  fərqlər  bu  birlik  üçün  ümumi  bir  fonetik, 
qrammatik  və  leksik  sistemdə  yekcins  forma  almış  olur. 
Bilavasitə, birbaşa dil əlaqələri bəzən ayrı-ayrı qrupların, kiçik 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
23 
23 
ərazidə  yaşayanların  arasında  olduğundan,  onların  dili  ilə 
başqa  ərazilərdə  yaşayanların  dilləri  arasında  fərqlər  üzə 
çıxmış  olur  (330,  78).  Azərbaycanda  yaşayan  Lahıc  tatları  ilə 
Abşeron 
ərazisində  yaşayan  tatlar  arasında  tat  dili 
səviyyəsində  dil  əlaqələri  yoxdur.  Bu  baxımdan  Lahıc  tatları-
nın istifadə etdiyi tat dili ilə Abşeronda istifadə olunan tat dili 
arasında  fərqlər  yaranmış  olur.  Eyni  sözləri  Quba,  Şamaxı, 
Xaçmaz,  Xızı  tatlarının  dilləri  haqqında  da  demək  olar. 
Beləliklə, bir-biri ilə birbaşa dil  əlaqələrinin  olmaması tatların 
istifadə  etdiyi  dildə  müxtəlif  səviyyələrdə  –  fonetik,  qramma-
tik, leksik fərqlər özünü göstərir.  Bu fərqlərin ləhcə və ya şivə 
səviyyəsində  olmasını  dəqiq  müəyyən  etmək  çətindir.  Nəzərə 
alsaq  ki,  şivə  daha  kiçik  dil  kollektivlərinin  dilləri  arasındakı 
fərqlərdir,  onda  Lahıc,  Quba  və  Abşeron  tatlarının  dilindəki 
fərqlər  ləhcə  səviyyəsində  qəbul  edilə  bilər.  Belə  olan  halda 
Quba,  Dəvəçi,  Xızı,  Qonaqkənd,  Şamaxı,  Xaçmaz,  Kilvar 
tatlarının  dillərinin  hər  birini  tat  dilinin  ayrıca  şivəsi  və  ya 
ləhcəsi  kimi  qəbul  etmək  müəyyən  mübahisələr  doğurur.  Bu 
məsələnin  elmi  həlli linqvistikada ləhcə  və şivəni bir-birindən 
ayırmaq  üçün  istifadə  olunan  əlamətlər  əsasında  mümkündür. 
Dialekt,  ləhcə  və  şivələri  bir-birindən  ayırmaq,  təbii  ki, 
fərqləndirmə meyarlarını tələb  edir. Dialekt  ərazi, sosial,  peşə 
ilə  bağlı  bir-biri  ilə  əlaqədə  olan  bütün  dil  daşıyıcıları  ilə 
müqayisədə  istifadə  olunan  ümumxalq  dilinin  bir  formasıdır 
(330,  94).  Ləhcə  ümumi  dil  hadisələri  ilə  bağlı  olan  şivələr 
qrupunu  birləşdirən  böyük  dil  kollektivinin  dilidir.  Şivə  kiçik 
ərazidə  istifadə  olunan  ümumxalq  danışıq  dilinin  fərqlənən 
formasıdır (330, 79). 
Dialektlərarası  leksik  fərqlərin  müəyyən  edilməsi  üçün 
bir  sıra  meyarlardan  istifadə  olunur.  Təcrübədə  üç  əsas  meyar 
tətbiq  olunur:  1)  qarşılıqlı-ekvivalent  dil  faktlarının  müxtəlif 
şəkildə adlandırılması; yeni anlayışın, predmetin fərqli sözlərlə 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
24 
24 
adlandırılması;  2)  qarşılaşdırma  bilməyən  leksik  dialekt 
fərqləri;  bir  ərazidə  mövcud  olan  gerçəkliyin  başqa  ərazidə 
olmaması  səbəbindən  doğan  leksik  fərqlilik;  3)  qarışıq  leksik 
dialekt  fərqləri;  leksik  vahidlərin  ifadə  planında  fonetik 
fərqlilik (167, 153). 
Y.Listrova  leksik  dialekt  fərqlərini  təyin  etmək  üçün  bir 
meyarından  istifadə  ounmasını  vacib  sayır.  O  belə  hesab  edir 
ki,  funksional,  təyinat  baxımından  eyni,  lakin  forma,  quruluş 
və hazırlanma texnikasına görə fərqlənən əşyaların adlarındakı 
fərqlər  dialekt  fərqləri  sayılmamalıdır.  Məsələn,  rus  dilinin 
ayrı-ayrı  yayılma  ərazilərində  istifadə  olunan  sarafan  və 
onunla eyni funksiya yerinə yetirən andarak quruluşlarına görə 
müxtəlif olduqlarından fərqli əşyalardır. Deməli, sarafan ədəbi 
dil sözü, andarak isə dialektizm ola bilməz (290, 48-54). 
L.Peysikov  bir  sıra  sözlərin,  o  cümlədən  osmon  «göy», 
əsb  «at»,  kuh  «dağ»  kimi  sözlərin  semantik  sabitliyinin  nisbi 
səciyyə daşıdığını söyləmişdir (252, 117). Bu sözlərin müxtəlif 
İran  dillərində  eyniliyi  həmin  dillərə  dialekt  səviyyəsində 
yanaşmağa  əsas  vermir.  Eyni  hadisə  türk  dillərində  də  özünü 
göstərir. Dilin tarixən daha qədim dövrlərinə  aid olan sözlərdə 
oxşarlıq, ümumilik aydın görünür. 
İran  dillərinin,  o  cümlədən  tat  dili  tədqiqatçılarının 
ümumiran  mənşəli  sözləri  ayrıca  qrupa  daxil  etməsinin 
səbəbini  də  bu  amillə  bağlamaq  olar.  Ümumiran  mənşəli 
sözlərin tarixən hansı  İran dilində  yaranması və  ya bu sözlərin 
hansı İran dilinin leksik vahidi sayılması mübahisəli məsələdir.   
V.Rastorquyeva  İran  dillərinin  özünün  çoxəsirlik  inkişaf 
tarixində  sintetik  quruluşdan  tədricən  analitik  quruluşa 
keçməsini,  analitik  fel  formalarının  bu  dillərdə  çoxalmasını, 
təsviri  fellərin  ikinci  sintez  hadisəsi  nəticəsində  sadələşməsini 
qeyd  edərək  yazmışdır:  «Sürətli  danışıq  dilində  çoxsözlü  bir-
ləşmələr  yığılmağa  və  qısalmağa  başlamışdır.  Yığılma  və 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə