Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə10/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   6   7   8   9   10   11   12   13   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
31 
31 
hüdudlarından  kənara  çıxmasına  əsas  verən  heç  bir  şey  yox-
dur» (226, 81-82). 
Azərbaycanın  qədim  yaşayış  məskənlərindən  biri  olan 
Lahıcın əsasının erkən orta əsrlərdə qoyulması ehtimal olunur. 
Bura  XVIII-XIX  əsrlərdə  Azərbaycanın  misgərlik  və  silah 
istehsalı  mərkəzlərindən  biri  kimi  tanınmışdır.  Azərbaycanda 
yaşayan  irandilli  etnik  qruplardan  biri  lahıc  adı  ilə  tanınır. 
Lahıcların  Sasanilər  dövründə  İranın  Lahican  əyalətindən 
Azərbaycana köçürüldüyü ehtimal olunur.  
Respublikada  onları  həm  tat,  həm  də  lahıc  adlandırırlar. 
Maraqlıdır  ki,  bu  etnik  qrupun  üzvlərinin  bir  qismi  özünü  tat, 
digər  qismi  isə  lahıc  hesab  edir.  Əslində,  lahıcların 
adlandırdığı «Lahıc dili» tat dilinin lahıc ləhcəsini təşkil edir. 
A.Martine 
göstərir 
ki, 
«dil 
hətta 
insanların 
məskunlaşmadığı  yeni  bir  əraziyə  gətirildikdə  belə  onun  yeni 
mühitdə  necə  inkişaf  edəcəyi  maraqlı  bir  problemə  çevrilir» 
(226, 82). Tat  dili də  Azərbaycanın  müxtəlif  ərazilərinə  gəlmə 
dil olub, bu ərazilərdə yayılmış digər dillərlə qarşılıqlı əlaqələr 
zəminində  inkişaf  etmişdir.  Azərbaycan  tatlarının  dini 
mənsubiyyətə görə qruplar eyni bir dildə, tat dilində danışsalar 
da,  onların  ölkə  daxilində  yaşadıqları  ərazilər  də  fərqlidir.  Bu 
fərq  Azərbaycan  tatlarının  dilində  ləhcə  və  şivə  fərqlərinin 
yaranmasında  əsaslı  rol  oynamışdır.  Eyni  zamanda  tatların 
məskunlaşdığı  ərazilərdə  Azərbaycan  tatlarının  dilinin  bu  və 
ya  digər  ləhcəsi  yaxud  şivəsi  Azərbaycan  dilinin  müxtəlif 
dialektləri  ilə  təmaslı  əlaqədədir.  Təbii  ki,  bu  mənzərə 
Azərbaycan-tat dil əlaqələrinə öz təsirini göstərir.  
Tat  dilinin  müəyyən  bölgü  üzrə  tədqiqinə  əsas  yaradan 
amillərdən  biri  tədqiqatçıların  eyni  qrupa  mənsub  dil 
daşıyıcılarının  kompakt  şəkildə  yaşadıqları  ərazilərdən 
materiallar toplaması  olmuşdur.  Lakin bu cəhət müxtəlif qrup-
ların  dillərinin,  onların  dil  əlaqələrinin  ayrı-ayrılıqda 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
32 
32 
tədqiqinin  elmi  dəyərini  azaltmır,  əksinə,  artırır.  Çünki  belə 
olduqda  müqayisəli  tədqiqat  aparmaq  üçün  daha  əlverişli 
zəmin yaranır.  
Tat-Azərbaycan  dil  əlaqələri  çox  qədim  tarixə  malikdir 
və  bu  məsələ  haqqında  tat  dilinin  ilk  tədqiqatçıları  müəyyən 
fikir söyləmişlər.  
Vs.Miller  «Tat  etüdləri»  kitabına  yazdığı  ön  sözdə  Lahıc 
kəndi  və  tat  dilinin  Lahıc  ləhcəsi  haqqında  əlavə  məlumat 
verir.  Müəllif  göstərir  ki,  lahıcların  və  onlarla  qonşuluqda 
yerləşən  kəndlərdə  yaşayanların  başlıca  ünsiyyət  vasitəsi  tat 
dilidir. Lakin bu dil öz yerini böyük sürətlə tatar (Azərbaycan) 
dilinə  verir.  Dilin  öz  yerini  başqa  dilə  verməsi  ifadəsi  dil 
əlaqələri  sistemində  dominant  dilin  işlənmə  sferalarının 
çoxluğu  ilə  bağlıdır.  Məsələn,  Azərbaycan-tat  dil  əlaqələri 
prosesində  iştirak  edən  iki  müxtəlif  dil  daşıyıcısı  ünsiyyət 
üçün  dominant  dildən  –  Azərbaycan  dilindən  istifadə  edirlər. 
Bu  proses  heç  də  bir  dilin  öz  yerini  başqa  dilə  verməsi  deyil. 
Dil müəyyən ərazidə işlənən dillər arasında və öz dil ailəsində 
müəyyən yeri tutur.  
A.L.Qrünberqin  1961-ci  ildə  dərc  olunmuş  məqaləsində 
tat  dili  və  onun  İran  dilləri  ailəsində  yeri  təhlil  olunur. 
Qrünberq  bu  məqalədə  tat  dilini  genetik  cəhətdən  fars  dilinə 
çox  yaxın  bir  dil  kimi  səciyyələndirir.  O,  tat  dilinin,  xüsusən, 
onun  müsəlman  şivələrinin  az  öyrənilməsini,  özünəməxsus 
fərqli  xüsusiyyətləri  ilə  seçilən  lahıc  ləhcəsinin  Vs.Miller 
tərəfindən  qismən  tədqiq  edilməsini  qeyd  edərək,  belə  bir 
qənaətə gəlir ki, tat dili heç də fars dilinin bir dialekti deyil, o, 
talış,  mazandaran,  gilək  və  digər  İran  dilləri  ilə  qohum,  yaxın 
dil olmaqla yanaşı, müstəqil dildir (177, 106). 
Mövcud  tədqiqatlar  göstərir  ki,  Xəzərətrafı  ərazidə 
yayılmış tat dili ilə digər İran dillərinin dialekt və ləhcələrinin 
fərqləndirilməsi  barəsində  dilçilər  arasında  müxtəlif  fikirlərə 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
33 
33 
rast gəlmək olur. Tat dilinin İran dilləri ailəsində yeri, bu dilin 
ləhcələrinin  fərqləri  məsələsi  də  dilçilər  arasında  mübahisə 
obyekti  olmuşdur.  Lakin  fərqlər  dil  əlaqələri  müstəvisində 
nəzərdən  keçirilməmiş,  dil  əlaqələrinin  təsiri  ilə  bağlı  fərqlərə 
münasibət  bildirilməmişdir.  Dil  əlaqələri  prosesində  həm 
fonetik, həm qrammatik, həm leksik sistemdə dəyişikliklər baş 
verir.  Ən  sürətli  təsirə  leksik  sistem  məruz  qalır.  Qrammatika 
və  fonetikada  dəyişikliklər  həm  az  qeydə  alınır,  həm  də  çox 
gec meydana çıxır. 
V.S.Sokolova  1948-ci  ildə  Bakının  Balaxanı  və  Suraxanı 
qəsəbələrində,  Dəvəçi  rayonunda  və  Qonaqkənddə  yaşayan 
tatların  ləhcələrinə  aid  materiallar  toplamış  və  bunun  da 
əsasında  tat  dilinin  fonetikasını  öyrənmişdir  (283,  280).  Əsər 
toplanmış  materialın  təsviri  əsasında  yazılmışdır.  Bu  tədqiqat 
işlərində dil əlaqələrinin dilin fonetik sisteminə təsiri haqqında 
konkret fikirlər söylənilmir.  
Azərbaycan 
tatlarının  dilindəki  fərqlərin  yaranma 
səbəblərini  dil  əlaqələri  ilə  və  bu  əlaqələrin  baş  vermə  tarixi 
ilə bağlayan tədqiqatçılar da var.  
«Müasir tat dilinin bugünkü xüsusiyyətləri ilə təzahürünə 
gəlincə  isə,  aşağıdakı  üç  cəhəti  əsas  götürmək  lazımdır:  a)  tat 
dilinin 
qərbi 
İran 
dillərindən 
təcrid 
olunmasının 
uzunmüddətliliyi;  b)  qonşu  Xəzərətrafı  dillərin  təsiri;  c)  türk 
dilinin təsiri» (177, 106). 
Bu və ya başqa dilin öz qrupu içərisindəki müstəqil və ya 
asılı  rolunu  bu  dilin  özünə  məxsus  olub,  öz  qrupunun  başqa 
dillərində  olmayan  fonetik,  leksik  və  qrammatik  nümunələr 
tapmaqla,  onun  xüsusi  vəziyyətini  tədqiq  etmək  və  qohum 
dillər  içərisindəki  yerini  müəyyən  etmək  olar.  Azərbaycan  di-
linin  tat  dilinə  güclü  təsiri  onu  İran  dillərindən  ayırır,  ona  bir 
növ, xüsusi mövqe verir (121, 13).  
Əlbəttə, tat dilinə Azərbaycan dilinin təsiri heç bir şübhə 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə