Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə18/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   14   15   16   17   18   19   20   21   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
55 
55 
olmuşdur: 
yumorist, 
ssenarist, 
jurnalist, 
kommunizm, 
imperializm, kapitalizm, komandir, briqadir və s. Sovet İttifaqı 
dövründə  Azərbaycan  dilinin  lüğət  tərkibinə  rus  dilindən  və 
rus  dili  vasitəsi  ilə  xeyli  söz  daxil  olmuşdur.  Rus  dilindən  və 
onun  vasitəsi  ilə  alınan  sözlər  Azərbaycan  dilinin  lüğət 
tərkibini xeyli zənginləşdirmişdir (9, 21). 
Azərbaycan-tat  dil  əlaqələri  nəticəsində  də  dillərin 
qarşılıqlı təsiri hadisəsi baş vermişdir. Bu təsir daha çox leksik 
sistemdə  iz  buraxmışdır.  Azərbaycan  dilinin  təsiri  tat  dilinin 
Quba  ləhcəsində  də  özünü  göstərir.  Tat-Azərbaycan  dil 
əlaqələri  qədim  köklərə  malikdir.  Bu  baxımdan  Azərbaycan 
dilinin daha qədim dövrlərinə aid sözlər bir zamanlar tat dilinə 
keçmiş və bu dildə işlənmişdir. Tat dilinin Quba ləhcəsində elə 
türk-Azərbaycan  sözləri  var  ki,  onlar  müasir  Azərbaycan  dili 
üçün  arxaikləşmişdir.  Tat  dilinin  Quba  ləhcəsində  isə  həmin 
sözlər işləkliyini saxlamışdır. 
T.Əhmədov  müasir  Azərbaycan  dili  üçün  arxaik  sayılan 
qayğulu,  qajğun,  qazğan,  yalaq,  qabaq,  sırt  sözlərinin  tat 
dilinin  Quba  ləhcəsində  işlənməsini  qeyd  etmiş,  bu  sözlərlə 
bağlı etimoloji təhlil aparmışdır (47, 54-60). 
 
 
Tat 
dilinin 
Qonaqkənd 
ləhcəsinin 
leksik 
xüsusiyyətləri. 
 
M.Hacıyev  tat  dilinin  Qonaqkənd  ləhcəsinin  tatların 
yaşadığı  aşağıdakı  kəndləri  əhatə  etdiyini  göstərmişdir: 
Qonaqkənd,  Cimi,  Xaşı,  Afurca,  Xaltan,  Güləzi,  Dərəkəndo, 
Ərduc,  Gümür,  Dəhnə,  Puçuq,  Çiçi,  Xırt,  Nohurlar,  Kunxırt, 
Çinarlar,  Sərqaravul,  Zeyvə,  Utuq,  Muçu,  Rəngidar,  Nütəh, 
Atuc, Fırıq, Ruçuq, Dürahi, Zıxır (59, 5). 
Müəllif 
Qonaqkənd 
ləhcəsinin 
tat 
dilinin 
digər 
ləhcələrindən  leksik  fərqlərindən  danışarkən,  bir  sıra  sözlərin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
56 
56 
məhz  bu  ləhcədə  qeydə  alınmasını  qeyd  etmişdir.  Lakin  onun 
nümunə kimi gətirdiyi sözlər çox deyil. Qeyri-müəyyən miqdar 
sayı  və  «nə  üçün»  sual  əvəzliyi  kimi  çıxış  edən  qəy,  varaftən 
«döymək»,  «toxunmaq»;  gaf  «söz»,  qaf  saxtən  «danışmaq» 
leksik vahidləri belə spesifik sözlər sırasına daxildir. Müəllifin 
təqdim  etdiyi  spesifik  sözlər,  çox  güman  ki,  bu  ləhcəyə  aid 
olan spesifik sözlərin hamısı deyil. Yəqin ki, belə sözlərin sayı 
çox olmalıdır. 
Qonaqkənd  ləhcəsində  işlənən  sözlərin  bir  qismi 
ümumiran  mənşəlidir,  digər  ləhcə  və  şivələrdə  də  ya  eyni 
şəkildə,  ya  da  müəyyən  fonetik  dəyişikliyə  uğramış  şəkildə 
qeydə  alınır.  Lakin  müasir  fars  dilinə  aid  olan  bir  sıra  sözlər 
Azərbaycan  tatlarının,  demək  olar  ki,  bütün  ləhcələrində 
işləndiyi halda, Qonaqkənd ləhcəsində özünü göstərmir: yaftən 
«tapmaq»,  gereftən  «tutmaq»,  «götürmək»,  rəftən  «getmək», 
amuxtən  «öyrənmək»,  pursirən  «xəbər  almaq»,  dərəvardən 
«çıxartmaq», poxtən «bişirmək» və s. (59, 5). 
Qonaqkənd  ləhcəsində  tat  dilinin  özünə  məxsus  sözləri 
kimi  aşağıdakı  sözlər  göstərilir:  rast  «düz»;  kəllə  «sürü»;  siyə 
«qara»;  tölərzə  «qızdırma»;  bazu  «qol»;  dəs  «əl»;  fərzənd 
«övlad»;  ziba  «gözəl»;  büz  «keçi»;  kələzən/pirəzan  «qarı»; 
kələmərd/pirəmərd  «qoca  kişi»;  xug  «donuz»;  södəgər 
«alverçi»;  pənt  «düymə»;  bibinə  «çimdik»;  ambar  «çoxlu»;  ru 
«surət»,  «üz»;  xunə  «ev»;  çin  «oraq»;  xürs  «ayı»;  çarpa 
«heyvan»  (<  hərfən:  «dördayaqlı»);  dumor  «kürəkən»;  mürs 
«zülm»; tarik «qaranlıq»; mihmun «qonaq» və s. Lakin bu söz-
lərin bilavasitə tat dilinə, o cümlədən Qonaqkənd ləhcəsinə aid 
olması  barədə  mülahizə  düzgün  deyil.  Bu  sözlərin 
əksəriyyətini  müxtəlif  İran  dillərində  tapmaq  mümkündür. 
Şübhəsiz  ki,  həmin  sözlərdən  bəzilərində  fonetik  səs 
dəyişiklikləri  müşahidə  olunur.  Məsələn,  fərzənd  sözü  «uşaq, 
övlad»  mənalarında  gilyan  dilində  də işlənir  (207,  93). Müasir 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
57 
57 
fars  dilində  də  bu  söz  «oğul,  övlad,  uşaq»  mənalarındadır. 
Azərbaycan  ədəbiyyatında  işlənmiş  ərəb  və  fars  sözləri 
lüğətində  fərzənd  sözü  də  var.  Bu  onu  göstərir  ki,  o,  klassik 
ədəbiyyatımızda fars dilindən alınma söz kimi işlənmişdir (56, 
671). Fərzənd tat dilində istifadə olunan sözlərdəndir. Fərzənd 
«övlad» (Quba). Xubə fərzənd çü bəxastən ə mal piyər. «Yaxşı 
oğul neynər ata malını?!». 
Başqa  bir  nümunəni  də  nəzərdən  keçirək.  Qonaqkənd 
ləhcəsinin  spesifik  sözü  kimi  qeyd  olunan  mihmun  «qonaq» 
sözü  gilan  dilində  həmin  mənada  meman/mehman  fonetik 
variantlarında işlənir (207, 160).  
Mehman  sözü  tarix  boyu  Azərbaycan  dilində  də  işlənmiş 
və  hal-hazırda  poeziya  nümunələrində  və  başqa  bədii 
nümunələrdə  «qonaq»  sözü  ilə  müvazi  olaraq  işlənir.  Mehman 
sözünün  derivatı  (törəməsi)  olan  mehmanxana  sözü  müasir 
Azərbaycan dilinin aktiv fonduna daxildir.  Bu söz tacik dilində 
mexmon  (288,  116),  müasir  fars  dilində  isə  mehman  şəklində 
işlənir (272, 114). Maraqlıdır ki, talış dilində mehman sözü və 
ya  onun  başqa  fonetik  variantı  işlənmir.  Bu  dildə  həmin 
mənada  Azərbaycan  dili  mənşəli  ğonəğ//ğünəğ//qonəğ  fonetik 
variantları işlənməkdədir (255, 61). 
Məlumdur  ki,  söz  ikiplanlı  vahiddir.  Onun  həm  səslənmə 
forması,  həm  də  mənası  var.  O,  ətraf  gerçəkliyin  predmet  və 
hadisələrini ifadə edən dil işarəsidir (306, 60). Zaman keçdikcə 
sözün  səs  cildində,  eləcə  də  mənasında  dəyişikliklər  baş  verə 
bilir.  Həmin  dəyişikliklər  eyni  bir  dilin  sözlərində  də  özünü 
göstərir. Qohum dillərdə isə belə fərqlər daha tez-tez müşahidə 
olunur. 
Mehman//meman//mexmon//mihmun 
kimi 
fonetik 
variantlar ayrı-ayrı İran dillərində eyni mənada istifadə olunan 
sözlərdir.  Bu  söz  daha  qədim  dövrlərdə  işlənmiş  və  müxtəlif 
İran dillərində qalmışdır.   
Mihmun  fonetik  variantının  Qonaqkənd  ləhcəsində 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə