Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə21/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   17   18   19   20   21   22   23   24   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
64 
64 
Uruğ-turuğ  –  «Nəsil,  nəvə-nəticə»  mənasında  qeydə 
alınmışdır.  Məs.:  Mənə  uruğ-turuğman  həmmeyi  misgəri 
sənətirə  kor  fidoştond.  «Mənim  uruğ-turuğlarımın  hamısı 
misgərlik  sənəti  ilə  məşğul  olmuşdur».  Qədim  türk  dillərində 
uruğ  sözü  «nəsil,  kök»  mənasında  işlənmişdir  (DTS,  588, 
615). 
Ütüg  –  «Zirək,  diribaş»  mənasında  işlənir.  Məs.:  Bə 
borekor  ə  dəst  ütügi.  «İş  barədə  əldən  itidir».  Mahmud 
Kaşğirinin  lüğətində  bu  söz  ütrük  formasında  həmin 
«kələkbaz»  mənasında  qeydə  alınmışdır  (MK,  I, 102). Müq.et: 
azərb. dial. ütük «diribaş»
Kəsüy  –  «yazıq,  fağır,  qəlbi  sınıq  (adam)».  Məs:  Kəsüyə 
mərd  ə  dəmicə  bərə  güzət  bsoxtan.  «Yazıq  kişi  bayaqdan 
burada  gözləyir».  M.Kaşğarinin  lüğətində  bu  söz  kesik/kezik 
şəklində  işlənmişdir  (DTS,  302,  305).  Müq.et:  azər.  o 
kəsix’diř, gərək biz onu yoxlayaq (dan.). 
Azərbaycan 
dilindən 
alınmaları 
leksik-semantik 
qruplarda  birləşdirsək,  onların  aşağıdakı  qruplarını  qeyd  edə 
bilərik:  1.  Hərbi  ləvazimat  və  silah  adları:  tüfəng  «tüfəng»; 
qundoğ  «qundaq»;  quşun  «qoşun»;  fişəng  «fişəng»;  yürüş 
«yürüş»;  yəroğ  «yaraq»;  güllə  «güllə»;  qılınc  «qılınc»; 
tapançö  «tapança»;  2.  Məişət  əşyalarının  adları:  qaşuğ 
«qaşıq»;  buşqob  «boşqab»;  qeyçi  «qayçı»;  çəkmə  «çəkmə»; 
icoğ «ocaq»; itoğ «otaq»; üti «ütü»; 3. Ticarət, kənd təsərrüfatı 
və  heyvandarlıq  terminləri:  tütün  «tütün»;  gümrüg  «gömrük»; 
qaçağ  «qaçaq»;  yeyloğ  «yaylaq»;  qışloq  «qışlaq»;  alaçığ 
«alaçıq»;  töylə  «tövlə»;  əroba  «araba»;  dəryoz  «dəryaz»;  şum 
«şum»;  lək  «lək»;  xış  «xış»;  küton  «kotan»;  4.  Heyvan  və  quş 
adları:  ürdəg  «ördək»;  qaz  «qaz»;  xuruz  «xoruz»;  gömiş 
«camış»;  dayça  «dayça»;  qabon  «qaban»;  bildirçin  «bildir-
çin»;  5.  Meyvə  və  bitki  adları,  onlarla  bağlı  söz  və  terminlər: 
bodımcon  «badımcan»;  kələm  «kələm»;  qeysi  «qaysı»;  üstüüt 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
65 
65 
«istiot»;  bibər  «bibər»;  göyərti  «göyərti»;  samon  «saman»;  6. 
Sənət və peşə adları: qəleyçi «qalayçı»; qərəvülçi «garovulçu»; 
övçi «ovçu»; meşəbəyi «meşəbəyi»; 7. Qohumluq terminləri və 
onlarla  bağlı  sözlər:  nənə  «nənə»;  yeznə  «yeznə»;  bacanağ 
«bacanaq»;  yengə  «yengə»;  bala  «bala»;  xala  «xala»;  bibi 
«bibi»;  əmi  «əmi»;  8.  Xəstəlik  adları:  sarılığ  «sarılıq»,  qızılça 
«qızılça». 
 
 
Tat dilinin digər şivələrinin leksik xüsusiyyətləri. 
 
Yuxarıda  qeyd  olunduğu  kimi,  Azərbaycan  tatlarının 
dilinin  müxtəlif  ləhcə  və  şivələrə  ayrılmasında  mübahisəli 
məqamlar vardır və bu məsələyə münasibətdə coğrafi prinsipin 
əsas  götürülməsi  daha  məqsədəuyğundur.  Belə  olan  halda,  biz 
Abşeron,  Xaçmaz,  Xızı,  Gilvar,  Məlhəm  ərazilərində  yaşayan 
tatların  dilini  müvafiq  olaraq  Xızı  ləhcəsi,  Abşeron  ləhcəsi  və 
s.  adlandırmaq  məcburiyyətində  qalmırıq.  Bu  rayonlar  və  ya 
ərazilər üzrə şivə səviyyəsində təhlil aparmaq mümkün olur. 
Quba,  Qonaqkənd  və  Lahıc  ləhcələrinin  leksikası 
əsasında  aparılmış  araşdırmalardan  aydın  olur  ki,  hər  ləhcədə 
alınma  sözlərin  sayı  az  deyil.  Alınmalar  bilvasitə  Azərbaycan 
dilindəndir.  Eyni  zamanda,  Azərbaycan  dili  vasitəsi  ilə 
alınmalar  da  çoxdur.  Hansı  ləhcənin  söz  almasından  asılı 
olmayaraq,  alınmaların  ümumi  leksik  xüsusiyyətində  əsaslı 
fərqlər  müşahidə  olunmur.  Daha  çox  nəzərə  çarpan  cəhət 
alınma  sözün  fonetik  tərkibi  ilə  bağlı  olur.  Bu  fərq  alınma 
sözün ləhcənin fonetik sisteminə uyğunlaşdırılmasından doğur. 
Azərbaycan tatlarının dilinin fonemlər sistemi və fonetikasında 
ümumiləşdirmə  və  normalaşdırma  aparılmadığına  görə,  dilin 
öz  leksik,  fonetik,  eləcə  də,  qrammatik  normaları  yoxdur. 
Ayrı-ayrı  ləhcə  və  şivələrdən  toplanmış  sözlərin  nizama 
salınması,  normalaşdırılması  tədqiqatçının  məsələyə  mü-


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
66 
66 
nasibəti  ilə  müəyyən  olunur.  Bütün  bu  cəhətlər  ayır-ayrı 
şivələr  üzrə  toplanmış  materialların  sistemləşdirilməsinə  də 
təsirini göstərir.  
Tat  dilinin  leksik  tərkibinin  bir  hissəsini  müxtəlif 
şivələrin  özünə  məxsus  leksikası  təşkil  edir,  bu  isə  tat 
şivələrini  bir-birindən  fərqləndirir.  Ayrı-ayrı  tat  şivələrindən 
toplanmış  materiallar  əsasında  müəyyən  sayda  spesifik  söz  və 
terminlər  qeydə  alınmışdır.  Tat  mənşəli  leksikaya  daxil  olan 
söz  və  terminlər,  əsasən,  təsərrüfatın  müəyyən  sahəsi  ilə 
bağlıdır. Bu qəbildən olan söz və terminlərə bəzən təsərrüfatın 
digər  sahələrində  də  rast  gəlmək  olar.  Həmin  sözlərin 
Azərbaycan  tatlarının  başqa  ləhcə  və  şivələrində  işlənməsi, 
habelə  onların  digər  İran  dillərində  hansı  fonetik  cilddə  özünü 
göstərməsini  aydınlaşdırmaq  bütövlükdə  tat  dilinin  leksikasını 
öyrənmək  üçün  əhəmiyyətlidir  və  qeyd  olunan  məsələ  ümumi 
leksik  məsələlərdən  əvvəl  həllini  tapmalıdır.  Tat  dilinin 
Kilvar,  Xaçmaz,  Abşeron  şivələrində  qeydə  alınan  sözlərdən 
bir qismini nəzərdən keçirək. 
Pəşdə  sözü  Kilvar  şivəsində  «sonra»  mənasında  işlənir. 
Pəsdə  mərd  rafte  dire  ye  Adami  niştə  ustola  bi  səri.  –  «Sonra 
kişi gedib görüb ki, bir adam  stolun başında oturub». 
Bu  söz  gilyan  dilində  «sonra»  mənalı  bad,  badən,  badha 
sözləri  ilə  ifadə  olunur;  talış.  peşo,  puştu.  vrusta,  pas,  dəri. 
bad,  kürd.  paşe,  fars.  bad,  tacik.  bad,  pas  variantları  ilə 
istifadə olunur (397; 255, 301; 273, 525; RKS, 511; RPS, 490). 
Göründüyü  kimi,  bu  söz  İran  dillərinin  çoxunda  «p»,  az  qis-
mində  «b»  fonemi  ilə  başlanır.  Yalnız  puştu  dilində  «vrusta» 
variantı var. Qonaqkənd ləhcəsinə aid qısa lüğətdə bu söz qeyd 
edilməmişdir.  Müxtəlif  İran  dillərindəki  fonetik  variantların 
müəyyən  mövqelərində  (anlaut,  inlaut)  samitlərin  dəyişməsi 
onlarda  b-p,  ş-s  əvəzlənmələrinin  olduğunu  təsdiq  edir.  İran 
dillərində  peş  «arxa»,  peşton  «arxadan»  sözləri  var.  Fars 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə