Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə23/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   19   20   21   22   23   24   25   26   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
70 
70 
432),  tac.  filfil  «qara  istiot»  (TRS,  480)  sözlərində  öz 
analoqunu tapır.  
Müraciət  etdiyimiz  iran  dillərində  sözün  filfil  variantı 
daha  çox  yayılmışdır.  Sözün  ü  və  i  sait  səsləri  ilə  tələffüzü 
yalnız Abşeron şivəsində müşahidə edilir. 
Cüra  –  «ayrı,  başqa».  Abşeron  şivəsində  işlənilir.  Quba, 
Xızı,  Kilvar  ləhcəsində  cira,  Lahıc  ləhcəsində  bağır,  üzgə 
formasında  qeydə  alınmışdır.  Fars  dilində  «ayrı,  başqa» 
mənası  «digər»  (PRS,  147),  tacik.  «diqar,  ğayr»  (TRS,  154), 
gilyan.  «digər,  ğeyr,  cəyər»  (QRS,  323),  puştu  dilində  «bəl» 
dəri.  «diqər»  (RPDS,  204),  kürd.  «başqe,  dunə,  tain»  (KRS, 
177), talış. «co» sözləri ilə verilir.  
Abşeron  şivəsində  işlənən  «cüra»  sözü  fikrimizcə,  «cür» 
sözündəndir.  Müasir  Azərbaycan  dilində  işlənən  bu  söz  1. 
Növ,  çeşid,  qisim.  2.  üsul,  qayda,  tərz  bildirir  (ADİL,  4,  492). 
Onun  danışıq  dilində  «cürə»  şəklində  istifadə  edilməsi  də 
müşahidə  edilir.  Çox  güman  ki,  məhz  bu  variant  tat  dilinin 
Abşeron şivəsinə keçmişdir.  
Hadi  –  «söz».  Baba  kuti  ki,  yeta  xubə  hadi  ibguyun,  bö 
tü. «Baba dedi ki, bir dənə yaxşı söz deyəcəyəm sənə». Bu söz 
Abşeron  şivəsi  üçün  səciyyəvi  sözlərdəndir.  Hadi  sözünə  bu 
mənada  başqa  İran  dillərində  rast  gəlmədik.  Belə  hesab  edirik 
ki,  o,  Abşeron  şivəsinin  spesifik  leksik  qatına  daxil  edilmə-
lidir.  
Kutirən –  «demək». Molla Nesrəddin kuti ki, sahar miye 
qazqunə  imbəri.  «Molla  Nəsrəddin  dedi  ki,  səhər  gəlib  qazanı 
apararsan». Bu söz Abşeron şivəsində qeydə alınmışdır. Bizcə, 
o, İran dillərinə mənsub olan sözlərdən olub, tac. quftən (TRS, 
695),  gily.  quftən,  dəri.  qoftan  (RPDS,  637),  kürd.  qotin 
xəbərdan (KRS, 143), tal. vote sözləri ilə müqayisə edilə bilər. 
Qartxundum  –  «borclu  olduqlarım».  Yə  ruz  Malla 
Nasradin  fkir  naha  ki:  Mi  ki,  ba  xunə  niştən,  heizim 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
71 
71 
qartxundum  mi  miyayind  ki,  «pul  mənə  bidi!»  –  «Bir  gün 
Molla  Nəsrəddin  fikirləşdi  ki:  «Mən  ki,  evdə  oturmuşam,  borc 
yiyələri gəlib mənə deyərlər ki, pulumu ver!» və s. 
Qartxundum  –  «borclu»,  «borcu  olan»  sözü  Xızı 
şivəsində  işlənir.  Ayrı-ayrı  İran  dillərindən  götürülmüş 
nümunələr  əsasında  demək  olar  ki,  həmin  dillərdə  «borclu» 
mənasını  verən  söz  iki  tərkib  hissəsindən  təşəkkül  tapmış 
mürəkkəb  söz  şəklindədir.  Onu  tac.  karzdor  (TRS,  145),  dəri. 
garzdar,  kürd.  qernzdar  (KRS,  171),  tal.  garzoxo  sözləri  ilə 
müqayisə etmək olar. 
Qeyd  etmək  lazımdır  ki,  «borc  verən»  və  «borc  alan» 
mənalarının  eyni  sözlə  ifadəsinə  Azərbaycan  dilində  rast 
gəlirik.  Məsələn,  müq.  et:  borclu  borclunun  sağlığını  istər 
(Atalar sözü). 
G.Vəliyeva 
tatdilli 
əhalinin 
Azərbaycanda 
məskunlaşması  ilə  bağlı  qeyd  edir:  «Tat  dilində  danışan  əhali 
hələ  çox qədimdən (eramızın  II-VII  əsrlərindən)  Azərbaycanın 
geniş  bir  ərazisində  –  Abşeron  yarımadasının  Balaxanı, 
Suraxanı,  Qala,  Maştağa,  Türkan,  Mərdəkan  qismən  Buzovna 
kəndlərində  Dəvəçi,  Quba,  Xaçmaz,  Şamaxı,  İsmayıllı 
rayonlarında məskunlaşmışlar» (145, 47). 
Müəllif  qeyd  edir  ki,  Abşeronun  əksər  kəndlərində  hal-
hazırda  əslində  qeyri-tatlar  yaşayan,  lakin  öz  ilk  toponimik 
adını qoruyub saxlayan tat məhəllələri mövcuddur. 
Künd  beran  –  «yaxınlaşmaq»  (Kil.).  Künd  «yaxın»  və 
biran  «olmaq»  tərkib  hissələrindən  ibarətdir.  Əz  una  bə  də 
balca  kuk  rəxtə  düzd  künd  birən  kinə,  xancal  iştənə  kənd 
«Bundan  sonra  balaca  oğul  gedir,  oğru  yaxınlaşan  kimi 
xəncərini çıxarır». 
Kund  birən  ifadəsinin  tərkib  hissələrinə  başqa  İran 
dilləndə  rast  gəlmiriksə  də,  həmin  dillərə  bu  ifadənin  ümumi 
mənası  yad  deyil  («yaxın  olmaq»).  Həmin  dillərdə  birinci 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
72 
72 
tərəfdə  «yaxın»  mənasıında  olan  söz,  ikinci  tərəfdə  isə 
«etmək»,  «olmaq»  mənasına  gələn  söz  işlənir  (müq.  et:  fars. 
nazdik  kardən  (PRS,  509),  tac.  nazdik  şudən  (TRS,  567),  gily. 
nazdik  bostən  (QRS,  400),  puşt.  nəmdə  kardən,  dəri.  nəzdik 
şudən (RPDS, 543), kürd. nəzik bün (KRS, 59), tal. nez be. 
Belə  olan  halda,  kund  birən  ifadəsinin  hansı  semantika 
əsasında burada iştirak etməsi qaranlıq qalır. 
Guman  etmək  olar  ki,  künd  ünsürü  «yaxın»  mənasına 
uyğun  gələn  bir  sözdür.  Qonaqkənd  şivəsində  məhz  bu  sözə 
rast gəlirik: kund «dost, aşna». 
Deyə  bilərik  ki,  kund  sözü  azərb.  «yaxın  sözü  ilə 
bağlıdır»  Azərbaycan  dilində  bu  söz  müxtəlif  fonetik 
variantlarda  işlənir:  az.  əd.  yaxın,  dial.  yaxun  yavıq  və  s. 
Türkcə  yakın  variantı  məsələyə  bir  qədər  də  aydınlıq  gətirir. 
Qaldı  kund  sözündə  son  səsin  (d)  olmasına,  söz  sonunda  d/t 
səsartımı  Azərbaycan  dilinin  özündə  də  baş  verir:  hasand  (< 
asan). 
Kund  –  (Qon.  k.)  «dost,  aşna».  Bə  axur  uşun  kund 
birund. «Axırda onlar dostlaşdılar/ dost oldular». 
Çal  –  «quyu»  (Kil.).  Cehil  buri  sər  döve,  kurə  saxt  temiz 
qüzülüne,  çizanə,  yo  xuba  asiş  vəguft,  durma  bə  çal.  –  «Gənc, 
divin  başını  kəsdi,  qızıl  əşyaları,  bir  yaxşı  at  da  götürüb, 
quyuya düşdü». 
Bu söz İran dillərində müxtəlif fonetik variantlarda təmsil 
olunmuşdur.  Bunlardan  aşağıdakıları  qeyd  edə  bilərik:  fars. 
çah  (PRS,  226);  tac.  çah  (TRS,  251);  gily.  ça;  dəri.  çəh 
(RPDS,  296),  puştu.  tsa,  tal.  çol  (TRS,  285).  Bunlardan 
yayılma  arealına  görə  tat  dilinə  olduqca  yaxın  olan  talış 
variantı diqqəti cəlb edir. 
Bundan  başqa,  Azərbaycan  dilində  olan  bəzi  faktlar  da 
diqqətəlayiqdir:  çala,  çala-çuxur.  Bu  söz  (çala)  həm  fonetik, 
həm  də  semantik  cəhətdən  tat.  çal  sözünə  olduqca  yaxındır  və 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə