Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə19/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   15   16   17   18   19   20   21   22   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
58 
58 
işlənməsi bu sözü tat dilinin özünə məxsus sözü hesab etməyə 
əsas vermir. Qeyd olunanlar şivələrarası leksik fərqlərin aşkara 
çıxarılması  zamanı  daha  ümumi  və  ciddi  qanunauyğunluğa 
söykənən,  təkrarlanan  dəyişikliklərə  əsaslanmağın  vacibliyini 
təsdiq edir. 
Zənnimizcə,  Qonaqkənd  ləhcəsində  işlənib,  başqa  tat 
ləhcələrində  işlənməyən  yaxud  qeydə  alınmayan  sözlər  daha 
böyük maraq kəsb edir. 
Qonaqkənd ləhcəsində  işlənən astaran sözü də («almaq») 
qeydə  alınmışdır.  Abşeron  və  bəzi  başqa  şivələrdə  bu  sözün 
ustaran/vustarən/əstaran  fonetik  variantları  var.  Bu  halda  biz 
dilin  ləhcə  və  şivələri  arasında  sözün  səs  cildində  dəyişiklik 
müşahidə  edirik.  Felin  əvvəlində  «v»  samitinin  işlənməsi  İran 
dilləri  üçün  səciyyəvidir.  Əlbəttə,  bu,  fellərin  «a»  fonemi  ilə 
başlanmasını  istisna  etmir.  Lakin  ləhcə  və  şivələrdə  qeydə 
alınan  vustarən/ustaran/astarən ardıcıllığı daha ilkin variantın 
«vustarən»  olması  qənaətinə  gəlməyə  imkan  verir.  Şimal 
şivəsinə  məxsus  olan  bu  söz  cüzi  fonetik  fərqlərlə  cənub 
şivələrində də müşahidə olunur. 
M.Hacıyev 
Qonaqkənd 
ləhcəsində 
spih
espih 
formalarının  muşahidə  olunduğunu  göstərir  (59,  152).  «Ağ» 
anlayışı  gilyan  dilində  səfid/sifid,  talış  dilində  sipi/sıpi,  tacik 
dilində  safed,  fars  dilində  sefid  formasındadır  (274,  35;  251, 
202; QRS, 294; 272).  Aşağıdakı nümunələrdə də sözün fonetik 
cildinin  dəyişməsi  müşahidə  olunur:  kürd.  sipi,  puştu.  spin
dəri. safed//sapid (271, 48; 273, 63). 
H.Şuxardt  yazır:  «Mən  dildə  baş  verən  hər  cür 
dəyişikliklər  kimi,  fonetik  dəyişmələri,  onların  mahiyyətinə 
vararaq,  artma  adlandırıram.  Belə  ki,  burada  yeni  amillər 
ortaya  çıxır.  Başqaları  kifayət  qədər  əsasları  olmadan  buna, 
ixtisar kimi, lazımi diqqət yetirmirlər» (308, 58). «Ağ» mənalı 
sözün  bəzi  İran  dillərindəki  variantlarını  sıraya  vur,  belə  bir 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
59 
59 
mənzərə 
əldə 
edərik: 
sefid/səfid/safed/sapid/sipi/sıpi/subi/isbi/ispi
Tat 
dilinin 
Qonaqkənd  ləhcəsində  anlautda  «i»  saitinin  işlənməsi  digər 
İran dilləri ilə müqayisədə əsaslı fərq kimi gözə çarpır. Burada 
«i»  saiti  ilə  «s»  samitinin  inversiyası  göz  qabağındadır. 
İnversiya başqa təsirlərdən irəli gəlmişdir. Həmin təsirin Azər-
baycan  dili  ilə  əlaqələr  zəminində  yaranmasını  düşünmək 
olmaz.  Azərbaycan  dilində  samitlər  anlautdakı  yerini,  bir 
qayda  olaraq,  dəyişmir.  Bununla  belə,  Azərbaycan  dilində  söz 
başında  yanaşı  gələn  samitlər  kardırsa,  sadə  danışıqda  və 
şivələrdə  sözün  əvvəlinə  «i»  artırılır:  şkaf  –  işkaf,  stəkan  – 
istəkan;  sözün  başında  «r»  samiti  olduqda,  sadə  danışıqda  və 
şivələrdə sözün əvvəlinə «i» saiti sartırılır: rəhm – irəhim, Rza 
– İrza, razı – irazı və s. (42, 143). 
 
Tat dilinin Lahıc ləhcəsinin leksik xüsusiyyətləri. 
 
Lahıc  Azərbaycanın  İsmayıllı  rayonunda  şəhər  tipli 
qəsəbə  olub,  rayon  mərkəzindən  35  km  şimalda,  Girdiman 
çayının  sahilində  yerləşmiş  qədim  yaşayış  məsəkənidir. 
Əsasının erkən orta əsrlərdə qoyulması ehtimal olunur. XVIII-
XIX  əsrlərdə  Azərbaycanın  misgərlik  və  silah  istehsalı 
mərkəzlərindən biri kimi tanınmışdır. Lahıc ustalarının misd ən 
hazırladıqları  dolça,  satıl,  sərnic,  məcməyi,  sərpuş,  güyüm, 
kasa, cam və sair məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, 
İran,  Qərbi  Azərbaycan,  Türkiyə  və  s.  yerlərdə  şöhrət 
qazanmışdır.  Məmulatların  çoxu  incə  və  zərif  naxışlarla 
bəzədilmişdir.  Ehtimala  görə,  XIX  əsrin  ortalarında  Lahıcda 
200-ə  yaxın  misgərlik  emalatxanası  olmuşdur.  Bu  yerin 
ustaları  odlu  və  soyuq  silahlar  da  istehsal  etmişlər.  Onların  iş 
təcrübəsindən  Rusiyanın  İjevsk  silah  zavodunda  da  istifadə 
olunmuşdur.  Ümumiyyətlə,  Lahıcda  30-dan  çox  sənətkarlıq 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
60 
60 
növü 
(dabbaqçılıq, 
çəkməçilik, 
papaqçılıq, 
sərraclıq, 
dəmirçilik,  həkkaklıq,  qalayçılıq,  dulusçuluq,  dərzilik  və  s.) 
inkişaf  etmişdir.  Lahıcda  daş  döşəməli  küçələr,  məhəllə 
məscidləri,  su  kəməri  və  kürəbənd  (kanalizasiya),  Girdiman 
qalası mühafizə olunmuşdur (130, 23). 
Azərbaycanın  Niyaldağ  silsiləsində  suayrıcında  yerləşən 
hündürlüyü  təqribən  1700  m  olan  dar  və  çətin  keçilən  aşırım 
da  «Lahıc  aşırımı»  adlanır.  Azərbaycanda  yaşayan  irandilli 
etnik qruplardan biri «lahıc» adını daşıyır. Respublikada onları 
həm  «tat»,  həm  də  «lahıc»  adlı  ilə  tanıyırlar.  Lahıcların 
Sasanilər  dövründə  İranın  Lahican  əyalətindən  Azərbaycana 
köçürüldüyü ehtimal olunur.  
Bu  etnik  qrupun  bir  qismi  özünü  tat,  digər  qismi  lahıc 
hesab  edir.  Bu  ləhcə  ayrıca  monoqrafik  tədqiqat  obyekti 
olmuşdur  (73).  Həmin  tədqiqat  işində  ləhcənin  leksik 
xüsusiyyətləri də müəyyən qədər araşdırılmışdır. 
Lahıc  ləhcəsinin  leksik  tərkibini,  əsasən  ümumiran 
mənşəli  sözlər  təşkil  edir.  Qeyd  etmək  lazımdır  ki,  bu  leksik 
vahidlərə tat dilinin digər ləhcələrində də  ya heç bir dəyişiklik 
olmadan,  ya  da  müəyyən  fonetik  və  semantik  dəyişikliklərlə 
rast gəlmək olur. Ləhcədə alınma leksik vahidlər də xüsusi yer 
tutur.  Bunlar,  əsasən,  Azərbaycan  dilindən  və  Azərbaycan  dili 
vasitəsilə başqa dillərdən keçən sözlər və terminlərdir. 
Lahıc ləhcəsinin lüğət tərkibinin bir hissəsini dilin özünə 
məxsus  leksikası  təşkil  edir  ki,  bu  cəhət  onu  Azərbaycan 
tatlarının  başqa  ləhcələrdən  fərqləndirir.  Bu  sözlərə  tat  dilinin 
başqa ləhcələrində, demək olar ki, təsadüf edilmir. Bu qəbildən 
olan  söz  və  terminlərin  cüzi  hissəsini  tat  dilinin  başqa 
ləhcələrində və şivələrində tapmaq olur.  
Lahıc  ləhcəsinin  spesifik  leksikasına  daxil  olan  söz  və 
terminlər,  əsasən,  təsərrüfatın  müəyyən  sahələri  ilə  bağlıdır. 
Lahıc  şivəsinin  spesifik  leksikası  kimi  aşağıdakı  sözləri  qeyd 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə