Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə20/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   16   17   18   19   20   21   22   23   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
61 
61 
edə  bilərik:  anaştö  «ac-susuz»;  bəsti  «səhəng»;  varaşist 
«toyxərci»;  vər  «səhəngin boğazaqədərki hissəsi»;  vərd  «xalça 
dəzgahında  çubuq  hissə»;  vəyəsiran  «yapışmaq»;  vic/vic  «tut 
çırpmaq  üçün  parça»;  qaqalaxırdi  «dəvədabanı»;  qırsa  «bərpa 
olunmuş,  lazımi  formaya  salınmış  mis»;  qilində  «boyunbağı»; 
daranoy  «ling  növü»  (misgərlikdə  işlənir),  durozmun  «əriş»
əssəli  «yonca  növü»;  zınqavod  «mismarı  girdələmək  üçün 
alət»;  ilmanqu  «ilıq  (su)»;  kəəb  «səhəngin  alt  hissəsi»;  korsü 
«çəkic»  (misgərlikdə  işlənir);  kiləstun  «ərsin»;  kolanun 
«yarpız  qatılmış  çörək  növü»;  küləxır  «bulud»;  kürmüri 
«novruz  bayramında  yandırılan  kol  növü»;  leşzan  «dəri 
təmizləmək  üçün  dəryaz»  (alət);  məbrəd  «yeyə»;  nuntari 
«kartof  şorbası  (şiləsi)»;  nüne  «arı  yuvası»,  obiyə 
«lehimləmə»;  övərə  «qədimdə  hamam  kimi  istifadə  olunan 
yer»;  ödrang  «ocağı  qarışdırmaq  üçün  koğaşəkilli  maşa»;  pəs-
töyi  «yarımfabrikat»  (misgərlikdə);  pısgiri  «cırcırama»; 
ruğanmü  «vazelin»;  ruzinə  «qədimi  evlərdə  işıq  düşmək  üçün 
nəfəslik»;  sixan  «söz»;  tülə  «yunu  qırxılmış  qoyun  dərisi» 
müq.et:  azərb.  Tükümü  tüləmək;  futolı  «əvəlik»;  ləşgər  «işçi 
arı»;  hinərəbun  «xinayaxdı»;  çıx  «öskürək»  (Ab.  sürvə); 
çimnüri «alma növü» və s. 
Lahıc  ləhcəsinin  lüğət  tərkibində  saylar,  əvəzliklər  və 
fellərin,  demək  olar  ki,  əksəriyyəti  ümumiran  mənşəlidir. 
Ümumiran  mənşəli  leksikaya  aid  aşağıdakı  nümunələri  qeyd 
etmək  olar:  a)  fellər:  diran  «görmək»;  xundan  «oxumaq»; 
xordan  «yemək»;  doran  «vermək»;  giriftan  «tutmaq»;  zəran 
«vurmaq»;  ustoran  «almaq»;  umoran  «gəlmək»;  uftoran 
«düşmək,  yıxılmaq»;  biriştan  «bişmək»;  bıstan  «bilmək»; 
bafan  «demək»;  beyistan  «donmaq»;  varastan  «qurtarmaq»; 
vəçiran  «yığmaq»;  vədoran  «işləmək»;  vəşmərdan  «söymək»; 
vir  biran  «itmək»;  voğundan  «soxmaq»;  vöyistan  «istəmək, 
arzulamaq»; 
voyəştan 
«qayıtmaq»;  vaxıştan  «durmaq, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
62 
62 
oyanmaq»; 
qequndan 
«sıxmaq»;  daxsiran  «islanmaq»; 
dəyəsundan  «yandırmaq»;  dəyiftan  «geyinmək»;  dənişiran 
«baxmaq»; osi biran «darıxmaq, əsəbiləşmək»; qiyə zəran «ça-
ğırmaq»  müq.et:  azərb.  giyyə  çəkmək;  şundan  «atmaq»; 
firmundan  «aldatmaq»;  fiçərundan  «dağıtmaq»;  fidoştan 
«işlətmək»;  xuta  birən  «öyrəşmək,  alışmaq»;  xısiran 
«yatmaq»;  tosiran  «boğulmaq»;  tö  doran  «tovlamaq»;  sinəöü 
biran  «çimmək»;  rıjından  «dağıtmaq»;  ləngistan  «axsamaq»; 
qəhri  umoran  «acığı  gəlmək»;  b)  əvəzliklər:  man  «mən»;  tı 
«sən»;  ü  «o»;  umun  «biz»;  işmun  «siz»;  unun  «onlar»;  ki 
«kim»;  çi  «nə»;  xıştan  «öz»;  yeki  «biri,  birisi»;  in  «bu»;  un 
«o»;  komin  «hansı»;  c)  saylar:  ye  «bir»;    «iki»;    «üç»;  çor 
«dörd»;  panc  «beş»;  şeş  «altı»;  haft  «yeddi»;  həşt  «səkkiz»; 
nih  «doqquz»;  dəh  «on»;  bist  «iyirmi»;  sid  «otuz»;  çil  «qırx»; 
pəncoh  «əlli»;  şast  «altmış»;  haftod  «yetmiş»;  navad 
«doxsan»; sad «yüz»; hazor «min»; ç) sifətlər: diricd «iri»; dir 
«gec»;  dür  «uzaq»;  şəft  «əyri»;  firəh  «geniş»;  qutəh  «qısa»; 
duroz  «uzun»;  xəst  «qatı»;  təhl  «acı»;  tic  «iti»;  pur  «dolu»; 
nüg  «təzə»;  d)  isimlər  və  bir  sıra  qohumluq  münasibətləri 
bildirən  söz  və  terminlər:  xuvar  «bacı»;  sər  «baş»;  dəst  «əl»; 
pişt  «arxa,  kürək»;    «saç»;  ru  «üz,  sifət»;  zuhun  «dil»;  si 
«alma»;  gəndim  «arpa»;  əs  «at»;  səy  «it»;  biz  «keçi»;  cısband 
«qoyun»;  afto  «günəş»;  asimun  «asiman»;  mah  «ay»;  zimin 
«yer»;  vərf  «qar»;  vorış  «yağış»;  sol  «il»;  ruz  «gün»;  şö 
«gecə»;  zumustuni  «qarpız»;  xuna  «ev»;  divor  «divar»;  dər 
«qapı»; libos «libas»; nun «çörək»; şurbo «şorba» və s. 
Lahıc  ləhcəsinin  leksikasında  alınmalar  müəyyən  yer  tutur. 
Onların arasında Azərbaycan dilindən alınmış söz və terminlər 
çoxluq 
təşkil 
edir.  Eyni  zamanda,  Lahıc  ləhcəsində 
Azərbaycan  dili  vasitəsi  ilə  başqa  dillərdən  alınmalar  da  az 
deyil.  
Azərbaycan  dilindən  alınmaların  əksəriyyəti  adlardır. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
63 
63 
Buraya  əsasən,  hərbi  ləvazimat  və  silah  adları,  məişət 
əşyalarının  adları,  ticarət,  kənd  təsərrüfatı  və  heyvandarlıqla 
bağlı  olan  terminlər,  meyvə  və  bitki,  heyvan,  quş  adları  və  s. 
daxildir. 
Lahıc  şivəsində  Azərbaycan  dilinin  qədim  dövrlərinə  aid 
bir  sıra  sözlərdə  qalmışdır.  Bunlardan  bəzilərini  nəzərdən 
keçirək.  
Ostin  –  Lahıc  ləhcəsində  bu  söz  «paltarın  qolu» 
mənasında  işlənir:  Pəncəkə  ostini  qutəhi  «Pencəyin  qolu 
qısadır». 
Qədim  türk  dilində  bu  söz  astïn  formasında  işlənmiş, 
«aşağı» mənasını bildirmişdir (DTS, 61) 
Çığrığ  –  Lahıc  ləhcəsində  bu  söz  «qarqara,  makara,  sap 
çarxı»  mənasında  işlənir.  Umhəli  nəneman  əzin  çığrığhon 
bafuruxtanbı «O vaxtlar nənəm bu sap çarxından satırdı». 
Bu söz türk dillərində müəyyən fonetik dəyişikliklə, čıɣрï 
həmin mənada formasında işlənmişdir (DTS, 148). 
Qırt  –  Bu  söz  «az,  kəsik»  mənasında  qeydə  alınmışdır. 
Məs: Mü sərə qırt-qırt soxte «Başının saçını kəsik-kəsik edib». 
Həmin  söz  türk  dillərində  eyni  fonetik  tərkibdə  və 
mənada  işlənmişdir  (DTS,  442).  Müq.et:  azərb.  ucundan 
qırtmaq (kəsmək). 
Dağar  –  Bu  söz  ləhcədə  «qurudulmuş  mal,  qoyun,  keçi 
dərisindən  tikilmiş  kisəyə  deyilir.  Məs.:  Dağara  biyor  bərə 
«Kisəni bura gətir». 
Bu  söz  lüğətlərdə  müəyyən  fonetik  dəyişikliklərlə 
Azərbaycan  dili  şivələrində  dağar/daqar  formalarında  qeydə 
alınmışdır  (ADL,  116-117),  formasında  «kisə,  torba» 
mənasında qeydə alınmışdır (DTS, 526). 
Tuş  –  «Tuş  gəlmək»,  «rast  gəlmək»  mənasında  işlənir. 
Məs.:  tuş  umoran.  Qədim  türk  dillərində  də  bu  söz  tuş 
formasında, həmin mənada işlənmişdir (DTS, 590). 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə