Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə28/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   24   25   26   27   28   29   30   31   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
86 
86 
birləşməsi  deməkdir  və  omonimdən  omonimik  sözlərin 
mənalarının  bir-biri  ilə  qətiyyən  əlaqəsi  olmaması  ilə 
fərqlənir» (295, 86).  
Tat  dilində  çoxmənalı  sözlər  az  deyil.  Məsələn:  tan//tən
1)  yanına,  bir  şeyin  (şəxsin)  olduğu  yerə;  2)  bərabər,  tən;  3) 
bədən;  alat  –  1)  paltar;  2)  yorğan-döşək;  var  darən:  1) 
çevirmək;  2)  döndərmək;  3)  hərlətmək;  dahar  –  1)  dağ;  2) 
qaya;  dəmkə//yedəmgə:  –  1)  bayaq;  2)  bir  az,  bir  qədər  əvvəl; 
dəgüftən:  1)  geyinmək; 2) örtmək.  Qeyd  etmək lazımdır ki, bu 
sözün  Qonaqkənd  ləhcəsində  dəkərdən  şəklində  işlənməsi 
göstərilmişdir  (59,  145).  Asi  biran//əsi  biran:  –  1)  darıxmaq; 
2)  özünü  narahat  hiss  etmək;  3)  əsəbiləşmək,  hirslənmək  və  s. 
Müq.et: azərb. asi olmaq. 
Fonetik 
tərkibcə 
eyniliyə 
fonemlərin 
kombinator 
xüsusiyyəti kimi baxan V.Solntsev göstərir ki, çoxmənalılıq və 
omonimlik  hadisələrini  birləşdirən  əsas  cəhət  eyni  bir  səs 
kompleksindən  təşkil  olunmuş  sözün  bir  və  ya  bir  neçə  məna 
daşımasıdır. Burada mənalararası bağlılığın mövcudluğu, eləcə 
də,  yoxluğu  əhəmiyyətli  deyil.  Hər  bir  danışıq  aktında 
çoxmənalı  sözün  (yaxud  omonimin)  yalnız  və  yalnız  bir 
mənası  reallaşır  (285,  256-257).  Doğrudan  da,  sözün  məhz 
hansı  məna  daşıması  kontekstdə  üzə  çıxır.  Bu  baxımdan  tat 
dilində  bir  sıra  sözlərin  bütün  mənalarının  təyin  olunub-
olunmamasını  demək  çətindir.  Bu  çətinlik  dildə  olan  yazılı 
mətnlərin  azlığından  irəli  gəlir.  Ləhcələr  üzrə  toplanmış 
materiallarda  qeydə  alınmış  sözlər,  təbii  ki,  tat  dilinin  bütün 
lüğət  fondunu  əhatə  etməməklə  yanaşı,  bir  sözün  müxtəlif 
mənalarda  işlənib-işlənməməsini  də  aydınlaşdırmağa  imkan 
vermir.  Sözün  müxtəlif  mənaları  isə  həmin  sözün  ayrı-ayrı 
sözlərlə  birləşməsi  və  cümlələrdə  işlədilməsi  prosesində  aşkar 
olur.  Uşun  bə  kilon  duzdəh  dəst  olat  cihiz  dora  birund.  – 
«Onlar  qızlarına  on  iki  dəst  yorğan-döşək  cehiz  vermişdilər. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
87 
87 
Həmidə  gedeyi  nüğə  olat  dəyiftabi.  «Həmidin  oğlu  təzə  paltar 
geymişdi». 
Tən  sözü  ilə  bağlı  bəzi  məsələlərə  aydınlıq  gətirmək 
lazım  gəlir.  Tan//tən  sözündə  çoxmənalılıq,  eləcə  də, 
omonimlik eyni sözün, yaxud oxşar,  yaxın fonetik tərkibdə bu 
sözün  müxtəlif  mənalarda  işlənməsi  ilə  əlaqədardır.  Müasir 
Azərbaycan  dilində  tən  sözünün  mənaları  arasında  böyük  fərq 
var.  Türk  mənşəli  söz  kimi  tən  həm  sifət,  həm  də  zərf  olur. 
Onun  mənası  «ölçü,  boy  və  s.  cəhətdən  eyni»  olmaqdır.  Dost 
dosta tən gərək; Tən olmasa, gen gərək (Məsəl); Qalxdın şahin 
kimi  üfuqlərə  tən  (N.Xəzri).  Azərbaycan  dilində  tən  gəlmək 
frazeoloji  birləşmədir  «tam  uyğun  gəlmək»,  «bərabər  olmaq», 
«düz gəlmək» (16, 162). 
M.Kaşğaridə  tən  sözü  «bədən,  vücud»  mənasında  verilir. 
Lüğətdə  tənq  –  tay,  tay-tuş,  yaşıd;  tənqər  –  iki  şeyi  bir-birinə 
müvaziləşdirmək, tən etmək;  təngəş – müvaziləşmək, iki şeyin 
bir-birinə  tən  olması;  tənqlə  iki-şeyi  bir-birinə  tən  etmək; 
tənqləş  –  iki  şeyi  bir-birinə  tənləşdirmək,  bərabərləşdirmək 
sözləri  də  verilmişdir  ki,  bunlar  müasir  Azərbaycan  dilində 
işlənən  «tən»  sözünə  uyğundur  (86,  528).  Müasir  Azərbaycan 
dilində 
işlənən  tənləşdirilmə,  tənləşdirilmək,  tənləşmə
tənləşmək,  tənlik  (riy.)  sözləri  «tən»  kökü  əsasında  əmələ 
gəlmişdir. 
Dilmizdə ərəb dilindən alınma  «tə`n»  müasir  dildəki  tənə 
sözünün  «tən»  variantı  şəklində  klassik  ədəbiyyatda  qeydə 
alınır.  Alma  ağacı  dibində  sayə;  Tən  eylər  idi  bulud  da  ayə 
(Xətai);  Mənə  tən  eyləyən  qafil  səni  görgəc  utanmazmı? 
(Füzuli). 
Müasir  Azərbaycan  dilində  «bədən,  vücud»  mənasında 
istifadə  olunan  «tən»  sözü  fars  dilindən  alınmadır.  Daha  çox 
klassik  ədəbiyyatda  işlədilmişdir.  Can  əgər  çıxsa  tənimdən 
əsəri-mehrin  ilə;  Əsəri-mehrini  sanma  ki,  çıxar  canımdan 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
88 
88 
(M.Füzuli).  
Tən    digər  İran  dillərindən  olan  gilyan  dilində  «bədən» 
mənasında işlənir (QRS, 242). 
Talış  dilində  «bədən,  can»  mənasında  tan  sözü  işlədilir. 
Bu  dildə  tan  karde  feli  «geyinmək,  geymək»  mənasını  verir. 
«Bərabər»,  «eyni»,  «eyni  boyda»  mənasını  vermək  üçün  talış 
dilində  to  sözündən  istifadə  olunur.  Söz  «tay»  mənasını  da 
verir.  Nə  bəziçe,  iştə  to  peydo  vəka  «Eşşək  anqırar,  tayını 
tapar; əv işti to ni «O sənin tayın deyil». To «yaşıd», «tay-tuş» 
mənasına  da  uyğun  gəlir.  Söz  cəm  şəkilçisi  qəbul  etdikdə  ton 
formasını  alır:  Bışi  dıştə  ton  hənək  bıkə  «Get  tay-tuşlarınla 
oyna».  Ton  «istiqamət»,  «tərəf»  məqamında  tat  dilindəki 
ton//tən  sözü  ilə  eynilik  təşkil  edir,  hərəkətin  çıxış  və  ya  giriş 
istiqamətini,  yerini  bildirən  qoşma  kimi  işlənir.  Çəy  tono  şey 
«Onun  yanından  getdi». Çəy  tono  şeydə  «Onun  yanına  gedir». 
Çəy tono mpandə «Onun yanında qalır» (225, 347, 363, 365). 
Fars  dilində  tən  «can»,  «şəxs,  adam»,  «tənbəl» 
mənalarındadır.  Sözün  «can,  bədən»  mənası  tat  dili  ilə  eynilik 
təşkil  edir.  Tən  kardən  «geymək,  geyinmək»  feli  fars  dilində 
də var.  
L.Blumfild  bu  məsələyə  münasibətdə  yazır  ki,  «Biz  çox 
hallarda  verilmiş  formaya  bir  neçə  mənaya  malik  olan  bir 
forma,  yaxud  omonimlər  sırası  kimi  baxmaq  lazım  gəldiyini 
dəqiq  təyin  edə  bilmirik»  (155,  154-155).  Tən  sözünün 
müxtəlif  dillərdən  alınma  olması  ilə  bağlı  aparılmış  təhlildən 
və  verilmiş  nümunlərdən  görünür  ki,  o,  tat  dilində  çoxmənalı 
söz olmayıb, müxtəlif dillərdən alınmış omonimlər sırasıdır.  
A.Reformatski 
çoxmənalılığı 
bir 
sözün 
müxtəlif 
mənalarının  olması,  omonimləri  isə  eyni  fonetik  tərkibə  malik 
müxtəlif  sözlər  kimi  şərh  edir  (269,  84).  Sözün  ilk  və  sonrakı 
mənaları  var.  Dilçilikdə  əsas  və  əlavə  məna  anlayışlarından 
istifadə edilir.  


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə