Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə30/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   26   27   28   29   30   31   32   33   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
92 
92 
Tat  dilindəki  dəkardan  felinin  üç  mənası  var:  «tökmək 
(suyu)»;  «geyinmək»;  «örtmək».  Verilmiş  mənalardan  sondan 
ikisi arasında bağlılıq var.  Geyinmək  «paltarla bədəni  örtmək» 
anlamını  verir.  Ona  görə  də  «geyinmək»  və  «örtmək 
mənalarının 
dəkardən 
feli 
ilə 
ifadə 
olunması  sözün 
çoxmənalılığını  təsdiqləyir.  Lakin  dəkardən  felinin  «su 
tökmək»  mənasının  əvvəlki  iki  məna  ilə  bağlılığı  yoxdur.  Bu 
baxımdan  dəkardən  feli  tat  dilində  həm  omonim,  həm  də 
çoxmənalı söz kimi qəbul oluna bilər. 
Çoxmənalı  sözlər  müəyyən  cəhətdən  bir-birinə  oxşar 
əşya,  əlamət  və  hərəkət  bildirən  söz  qruplarıdır.  Tat  dilində 
çoxmənalılığın  daha  geniş  yayılmasında  alınma  sözlər  xüsusi 
rol  oynayır.  Bir  çox  hallarda  çoxmənalılıq  alınma  sözlərin 
hasabına  yaranmışdır.  Aşağıdakı  misallarda  bunu  aydın 
görmək  mümkündür:  aman//amon  –  «bağışlama»,  «rəhm 
etmə»;  ağrıdan  çıxarılan  səs  (nida);  aftarəm//uftoran  –  «yola 
düşmək»;  «başa  düşmək»;  «fikrə  düşmək»;  «gözü  düşmək»;  
kuk//kük  –  «oğul»;  «dolu,  kök»;  «kefi  kök»;  mol//mal  – 
«əmlak,  varidat»;  «satılmaq  üçün  bazara  çıxarılan  şey»; 
«iribuynuzlu 
mal-qara»; 
rast//rost 
  «üz-üzə  gəlmək, 
rastlaşmaq»;  düz  (sifət);  düz  danışmaq;  hava//həvo  –  «hava»; 
«mahnı»,  «musiqi»;  «dəli  olmaq»,  «havalanmaq»;  «göy», 
«səma»; həlim//həlüm –  «xoşxasiyyət»; «düyü suyu»,  «həlim»; 
«yaxşı  bişmiş  xörək»;  şur//şür  –  «duzlu»;  «şor  (ağartı 
məhsulu);  keşirən//kəşiran  «şəkil  çəkmək»;  «dərd  çəkmək»;  
«dözmək»; «sürümək (şeyi, kisəni və s)»; xarə//xorə – «güvə»; 
«parça»;  «dərz  tayası»,  «bərdək»;  zəran//zərən  –  «qırxmaq»; 
«vurmaq»; «çalmaq (musiqi alətində)» və s. 
 
Tat dilində omonimlər. 
 
Tat  dilinin  lüğət  tərkibinin  zənginləşməsində  digər 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
93 
93 
leksik-semantik  söz  qrupları  ilə  yanaşı,  omonimlər  də  xüsusi 
yer  tutur.  Omonimlik  sözlər  arasında  semantik  münasibət 
tipidir. Omonimlik zamanı sözlərin mənaları bir-biri ilə heç bir 
əlaqəyə malik olmadığı halda, onlar eyni fonetik tərkibə malik 
olur.  Ona  görə  də  dilçilikdə,  adətən,  eyni  səs  tərkibinə  malik 
olub,  bir-biri  ilə  əlaqəsi  olmayan  mənaları  ifadə  edən  sözlər 
omonim  sözlər  adlandırılır.  Bəzi  tədqiqatçılar  bu  tərifi  bir 
qədər  genişləndirir,  onu  daha  da  açmağa  çalışırlar.  Məsələn, 
S.Cəfərov  «bir-biri ilə əlaqəsi olmayan və ya məna əlaqələrini 
çoxdan itirmiş məfhumları ifadə edən eyni səs tərkibinə malik 
sözləri»  omonim  kimi  səciyyələndirir  (33,  24).  Aydındır  ki, 
omonimləşmə  dilin  tarixi  inkişafı  prosesində  baş  verir. 
Müəyyən  mənası  olan  sözdən  bu  məna  ilə  heç  bir  əlaqəsi 
olmayan  başqa  bir  məfhumu  adlandırmaq  üçün  istifadə 
olunması  fikri  özünü  doğrultmur.  Bunun  müqabilində  sözün 
ilkin  mənasının  zaman  keçdikcə  inkişaf  etməsi,  bu  məna 
əsasında  yeni,  bir  qədər  fərqli  mənaların  meydana  çıxması 
hadisəsi  baş  verir  ki,  bu  da  sözün  polisemantikliyə  doğru 
inkişafıdır.  Elə  ona  görə  də  omonimlər  şəkil  və  məna  etibarı 
ilə  çoxmənalı  sözlərə  oxşayır.  Lakin  bu  leksik-semantik 
kateqoriyalar  arasında  ciddi  fərqlər  mövcuddur.  Onların 
yaranması  müəyyən  hallarda  eyni  leksik-semantik  prosesin 
davamı  kimi  baş  versə  də,  forma  və  məzmun  münasibətinə, 
yazılışına  və  tələffüzünə,  nitq  hissələrinə  aidiyyətinə  və  s. 
cəhətlərə görə omonimlərin bir sıra spesifik xüsusiyyətləri var. 
Həmin 
xüsusiyyətləri 
H.Həsənov 
aşağıdakı 
şəkildə 
müəyyənləşdirir: 1. Mənaca müxtəliflik. 2. Formaca eynilik. 3. 
Tələffüzcə  eynilik.  4.  Qrafik  cəhətdən  eynilik.  5.  Eyni  və 
yaxud  müxtəlif  nitq  hissələrinə  aidlik.  6.  Eyni  və  müxtəlif 
sintaktik  funksiyalılıq.  7.  Eyni  və  müxtəlif  mənşəlilik.  8. 
Omonim cərgələrdə tərkib hissələrinin həm kök, həm də leksik 
və qrammatik əlamətlərə görə eyniliyi (67, 44).  


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
94 
94 
Omonimlər  kontekst  daxilində  müxtəlif  söz  əhatəsində 
işlənir.  Bu  cəhət  onları  omonim  sözlər  kimi  ayırmağa  imkan 
verir.   
Bun  –  «O»  (işarə  əvəzliyi);  Bun  –  dam.  Ban  sözü 
«Kitabi-Dədə  Qorqud»da  da  işlənmişdir.  R.Məhərrəmova  bu 
sözü  omonim  xarakterli  hesab  edərək  yazmışdır:  Ban  omonim 
xarakterlidir,  isim  kimi  azan  mənasında  işlənib  –  «hündür», 
«yüksək»  mənası  da  azan  sözü  ilə  bağlıdır.  Azan,  adətən, 
minarədən, yerdən yuxarıda damlarda verilir» (101, 11). 
H.Həsənov  da  ban  sözünü  omonim  sayır,  bu  sözün 
«hündür»  və  «səs»  mənalarını  qeyd  edir  (65,  289-290).  Lakin 
qeyd  olunan  mənalarda  ban  sözü  tat  dilində  işlənmir.  «Altun 
başlı  ban  evlər»,  «altun  ban  ev»  kimi  ifadələrdə  ban  sözünün 
tat dilindəki «bun», «dam» mənasında işlənməsi haqqında fikir 
irəli sürmək, zənnimizcə, düzgün deyildir. 
İ.Tahirov  ban sözünün Azərbaycan dialekt və şivələrində 
«baca,  nəfəslik»  (Sal.),  «arabanın  korpusu»  (C.,  M.,  Sal.,  Y.) 
mənalarında  işlənərək,  İran  dillərində  «dam»  mənasında 
işlənən  ban  sözü  ilə  omonim  cərgə  yaratdığını  qeyd  etmişdir 
(137, 80). 
Ban  sözü  tat  dilində  «səs»  mənasında  işlənmir.  Bu 
mənada tat dilində avaz sözündən istifadə olunması məlumdur: 
avaz//avoz  –  səs.  Avaz  sözü  Azərbaycan  dilinə  fars  dilindən 
keçmişdir və  «səs, səda» mənasını verir. Lakin bu məna  «səs» 
mənası ilə tam üst-üstə düşmür. Daha çox  «xoş səs»,  «ahəngli 
səs» anlamlarını verir. Bu mənada atalar sözünün tərkibində də 
özünü  göstərir:  Avazın  yaxşı  gəlir,  oxuduğun  Quran  olsa. 
«Avozti  xub  umoran,  xundeti  Quroun  boşe».  Bu  söz  eyni 
mənada tat dilində də işlənir. Ürə avozi və ödomin xuş umaran. 
«Onun avazı adama xoş gəlir». 
Avaz  sözünün  «səs,  səda»  mənasında  Xətai  və  Füzulinin 
əsərlərində işlənir. Ta əzəldən var mənim guşimdə eşq  avazəsi 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə