Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə32/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   28   29   30   31   32   33   34   35   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
98 
98 
ayrılması  nəticəsində  əmələ  gəldiyini  göstərmişdir  (163,  15). 
Omonimlərin bu şəkildə yaranmasının təsdiqi üçün nümunələr, 
bir  qayda  olaraq,  geniş  şərh  və  izah  tələb  edir.  Ümumiyyətlə, 
dilin  tarixi  inkişafı  prosesində  çoxmənalı  sözün  mənalarından 
birinin  ayrılması  və  əvvəlki  məna  ilə  əlaqəsini  itirməsinin 
təsdiqi  sözün  ilk  variantlarının  və  ilkin  semantika  ilə 
bağlılığının  aşkara  çıxarılmasını,  ilk  kökün  bərpasını  istəyir. 
Tat  dilinin  omonimləri  arasında  belə  bir  nümunəni  nəzərdən 
keçirək.  
Gində  –  «qalın»,  «kündə».  Qalın  və  kündə  mənaları 
arasında semantik yaxınlıq var.  Qalın sözündə sıxlıq, qatılılıq, 
çoxluluq,  doluluq,  materialın  çoxluğundan  əmələ  gələn 
dəyirmilik mənaları özünü göstərir. Qalın sözü çoxmənalıdır.  
Tat  dilində  gində  xəmirin  çörək  üçün  ayrılmış  parçası 
(kündə)  anlamındadır.  Gində  dəyirmi  formada  olur,  qalınlığı 
ilə  seçilir.  Çörəyi  bişirmək  üçün  təndirə  və  ya  sobaya  daxil 
etdikdə  gində//kündə  yastı  formaya salınır,  yəni kündə  yayılır. 
Bundan başqa, lüğətlərdə fars dilindən alınma kündə  keçmişdə 
(qaçmasın  deyə),  dustaqların  ayaqlarına,  boyunlarına  və  ya 
əllərinə  vurulan  ağır şey  mənasını ifadə  edir. Xəlil paşa hökm 
elədi,  üçünün  də  ayağına  kündə  vurub,  zindana  salsınlar 
(«Koroğlu»). 
İran  dillərində  kündə//kındə  ağacdan  kəsilmiş  yumru 
əşyanı bildirir. Qəssab ağacı da bu formada olur, onun üstündə 
ət doğrayırlar. Tat dilində kündə sözünün «yumru, qalın» ilkin 
mənasının  ayrılması  nəticəsində  formalaşması  qənaətinə 
gəlmək  mümkündür.  İ.Tahirov  kündə  sözünün  omonim 
olduğunu  göstərir  və  omonimliyin  sözün  «kötük»  və  «bir 
çörəklik  xəmir  parçası»  mənaları  əsasında  formalaşmasını 
qeyd  edir  (130,  81).  Kündə  sözü  Bakı,  Masallı  və  Yardımlı 
dialektlərində  «üzərində  ət  doğranan  kötük»  mənasında 
istifadə  olunur.  İran  dillərində,  o  cümlədən  tat  və  talış 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
99 
99 
dillərində  kündə  sözü  məcazi  mənada  da  işlənir.  Bu  halda  söz 
köməkçi  fellə  işlənir.  Çımı  lınq  kındə  bə.  Ayağım  kündə  olub 
(keyləşib). 
T.M.Əhmədov,  Z.S.Peysikova  istinad  edərək,  yazır  ki, 
«Sözlərin  məna  tutumunun  genişlənməsi  və  omonimlərin 
yaranması  əsas  nitq  hissələri  olan  isim,  sifət  və  fellərdə  daha 
aydın  müşahidə  olunur  (47,  214).  Kündə  sözünə  aid  təhlil  bu 
fikri təsdiq edir. 
Omonimlərlə çoxmənalı sözlərin fərqi haqqında dilçilikdə 
belə  bir  fikir  mövcuddur  ki,  çoxmənalı  sözün  bütün  mənaları 
bir-biri 
ilə 
əlaqədardır 
və 
bu 
mənalar 
müəyyən 
qanunauyğunluqlar  əsasında  bir-birinə  keçə  bilir.  Omonim 
sözlərinsə  hər  biri  müstəqil  şəkildə  xarici  aləmin  hadisələrini 
əks  etdirir  və bu  sözlər arasında  assosiativ  əlaqə  yoxdur (143, 
149).  Bu  fikri  nümunə  əsasında  aydınlaşdırmağa  çalışaq.  Tat 
dilində  biyə  sözünün  iki  mənası  qeydə  alınır:  «buz»;  «dul». 
Biyə  sözünün  bu  mənaları  arasında  heç  bir  semantik  əlaqə 
yoxdur. Bunlar tamamilə fərqli mənalardır. 
Başqa  İran  dillərində  müvafiq  mənaların  tamamilə  ayrı 
şəkildə  ifadə  olunduğunu  görürük.  Fars  dilində  bivezen  «dul 
qadın»,  bivemerd  «dul  kişi»  formaları  işlənir.  Kürd  dilində 
müvafiq olaraq  cina bi, külfeta bemar işlənir (RKS, 78). Puştu 
dilində  dul  qadına  kvanda,  dul  kişiyə  kvand  deyirlər  (RPDS, 
90).  Talış dilində  «dul» mənası vev sözü ilə əmələ gəlir: vevə 
cen (dul qadın), vevə merd (dul kişi) (255, 40).  
Göründüyü  kimi,  tat  dilində  omonim  sıra  yaradan  biyə 
«buz»,  biyə  «dul»  sözləri  ayrı-ayrı  semantik  xətlər  üzrə  əmələ 
gəlmişdir.  Dul  sözü  inkarlıq  bildirən  bi//be  ön  şəkilçisi  ilə   
sözünün  birləşməsi  əsasında  yaranmışdır.  Biyə  isə  müstəqil 
sözdür.  Biyə  «buz»  sözü  tat  və  talış  dillərində  işlənir.  Bir  sıra 
İran  dillərində  buz  «yox»  sözü  ilə  ifadə  olunur.  Biyə  «buz», 
biyə  «dul»  sözlərinin  omonimləşməsi  çoxmənalı  sözün 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
100 
100 
mənalarından  ikisinin  bir-birindən  ayrılması  nəticəsində  baş 
verməmişdir. 
Dilçilik  ədəbiyyatında  omonimlər  mənşəyinə  görə  iki 
əsas qrupa bölünür: 1. Mənşə cəhətdən müxtəlif olan, yəni bir-
biri  ilə  qohumluğu  olmayan  omonimlər.  2.  Mənşə  etibarilə  bir 
olan, çoxmənalılıqdan yaranan omonimlər. 
Bir-biri ilə  qohumluğu olmayan  omonimlər alınma sözlər 
hesabına yaranır. Tat dili üçün omonimlərin mənşəcə aşağıdakı 
növlərini  ayırd  etmək  olar:  1)  omonim  sözlərin  hər  biri 
mənşəyinə görə tat dilinə məxsusdur; 2) omonim sözlərdən biri 
tat  sözü,  digəri  alınma  söz  olur;  3)  omonim  sözlərin  hamısı 
alınma olur. 
Dildə  leksik  və  qrammatik  omonimlər  fərqləndirilir. 
Leksik  omonimlər  mənaca  müxtəlif,  səslənməyə  görə  eyni 
olub,  eyni  nitq  hissəsinə  aiddir.  Məsələn:  çiran  «yığmaq»; 
«qırxmaq».  Pur  «dolu»;  «şişman».  Hər  iki  söz  nitq  hissəsi 
kimi sifətdir. 
Omonimlərin 
xüsusi 
fərqlənən 
növlərindən 
biri 
funksional  omonimlikdir.  Belə  omonimlər  müxtəlif  nitq 
hissələrinə  aid  olduğundan  oxşar  sözdəyişmə  planında 
fərqlənir.  Sintaktik  mövqelərinə  görə  bunları  asanlıqla  seçmək 
mümkün  olur.  Ürə  bə  xordan  qiyə  zərund,  güfti  ki,  sirum
«Onu  yeməyə  çağırdılar»,  «toxam»  dedi.  Ərüs  dı  sər  sir  nuho 
bə süfrə. «Gəlin iki baş sarımsağı süfrəyə qoydu».  
Saqat//saqot «dəhrə», «üçqat» (Lah., Məl.).  
Saqat  «üçqat».  Sözün  Azərbaycan  dilindəki  qarşılığı 
mürəkkəb  sözdür:  üç+qat.  Tat  dilindəki  sözün  ikinci  hecası 
Azərbaycan  dilindəki  sözün  ikinci  komponentinə  müvafiq 
gəlir.  Bunların  mənaca  müvafiqliyi  də  aşkardır.  Qat  sözünün 
izahlı lüğətdə dörd mənası verilmişdir. Bunlardan «dəfə, kərə» 
semantikası  mürəkkəb  söz  üçün  qəbul  olunandır.  «…qat 
qoşulduğu  sayın  göstərdiyi  qədər  çox  mənasında  mürəkkəb 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə