Gülsüm Hüseynova. Tat dilinin leksikası
95
95
(Xətai). Nalədəndir ney kimi avazeyi – eşqim bülənd (Füzuli).
Avaz sözünün «səs» mənası Vaqifdə də var: Dindirərsən,
dinməz, ağırlıq satar, Sinəsində şıq-şıq pul avaz edər. Tat
dilində bu məqamda səs və sədo sözlərindən istifadə edilir. Ə
küçə səs omə. «Küçədən səs gəldi». Bə quşi sədo umo.
«Qulağına səs gəldi» və s.
Tat dilində avoz «yenə» mənasında çox işlənir. Tı avoz
bara rəfte? «Sən yenə oraya getmisən?» Fariz avoz ürə
bəqəştan. «Fariz yenə onu axtarırdı». Nümunələr avoz sözünün
tat dilində omonim cərgə yaratdığını təsdiq edir.
Omonimlər müxtəlif səbəblərdən yaranır. Həmin səbəblər
onların
təsnifində
də
əsas
götürülür.
Omonimlərin
yaranmasının başlıca iki səbəbi xüsusi qeyd olunur: 1)
mənşəcə müxtəlif sözlərin fonetik cildinin təsadüfi eyniliyi
zəminində omonimlərin yaranması; 2) dildəki söz yaradıcılığı
nəticəsində omonimlərin əmələ gəlməsi (330). Omonimlər həm
yaranma səbəblərinə, həm də omonim sıranın vahidlərinin
qrammatik və leksik xüsusiyyətlərinə görə təsnif edilir.
Omonimlər qrammatik və leksik olmaqla, iki əsas qrupa
ayrılır. Müasir Azərbaycan dilində omonimlərin beş növünü
qeyd edirlər: 1) leksik-semantik omonimlər; 2) morfoloji
omonimlər-omoformalar; 3) leksik-qrammatik omonimlər; 4)
fonetik omonimlər, yaxud omofonlar; 5) omoqraflar (45, 57-
58). Müasir Azərbaycan dilində omonimlərin leksik və
qrammatik olmaqla iki əsas qrupa bölünməsi, omofon və
omoqrafların yarımçıq omonim olması qeyd edilmişdir (44,
178).
Leksik
omonimlər
bütün
formalarda
(hallanmada,
təsrifdə və s-də) şəkilcə eyni olmalıdır. Leksik omonimlər
üçün etimoloji xüsusiyyət əsasdır.
Qrammatik omonimlər (omoformlar) üçün qrammatik
dəyişmələr nəticəsində yaranan oxşarlıq şərtdir. Tat dilində
Gülsüm Hüseynova. Tat dilinin leksikası
96
96
omonimlərin bir qurpunu təşkil edən, lakin müəyyən dərəcədə
onlardan fərqlənən şəkilcə eyni, mənaca müxtəlif olan sözlərə-
omoformlara da rast gəlirik. Omoformalar yazılışca eyni,
tələffüzcə və mənsub olduqları morfoloji kateqoriyalara görə
müxtəlif olan sözlərdir (172, 34).
Tədqiqatçılar dildə ifadə planları üst-üstə düşən, lakin
məzmun planlarında heç bir ümumi cəhət olmayan sözlərin
kifayət qədər çoxluğunu qeyd edirlər. Dilçilikdə omonimlərə
geniş planda və dar planda yanaşma özünü göstərir. Geniş
planda yanaşma zamanı leksik omonimlər, omofonlar,
omoqraflar və omoformlar da omonim sözlər sırasına daxil
edilir (330).
Müxtəlif yazılışa, lakin eyni səslənməyə malik olan
sözlərə omofonlar deyilir.
Rus dilində kot-kod, poroq-porok-parok, lev-Lev, orel-
Orel kimi sözlər omofon sıralar yaradır. Bu tipli nümunələr tat
dilində də substantivləşmənin nəticəsi kimi özünü göstərir:
Həvo (şəxs adı – Həvva), həvo (hava), cılxıs (şəxs adı – cılxıs),
cılxıs – qızılgül və s.
Ləhcədə təsadüf olunan bu cür söz qruplarını yaranma
yollarına görə müxtəlif şəkildə təsnif etmək mümkündür.
T.Əhmədov tat dilinin Quba ləhcəsinə aid omoformları belə
təsnif edir: 1) biri və ya bir neçəsi dilin özünə məxsus,
qalanları isə alınma sözlər hesabına yaranan omoformlar; 2)
ancaq alınmalar hesabına yaranan omoformlar; 3) dilin özünə
məxsus və alınma sözlərlə nidalar və təqlidi sözlərin fonetik
uyğunluğu nəticəsində törənən omoformlar (47, 223). Bu
bölgüdə üçüncü qrup birincisinin tərkibinə daxil olur.
Zənnimizcə, nida və təqlidi sözlərə görə omoformları ayırmaq
vacib deyil. Çünki bu halda digər nitq hissələrinə aid bölgü
tələbi meydana çıxır.
Ümumiyyətlə, omoformalar tat dilində alınmaların
Gülsüm Hüseynova. Tat dilinin leksikası
97
97
hesabına əmələ gəlir. Tat dilində omoformaların bir qismi
T.Əhmədov
tərəfindən
Quba
ləhcəsi
üzrə
toplanıb-
qruplaşdırılmışdır. Tədqiqat prosesində eyni omoformaların
başqa ləhcələrdə də özünü göstərməsi aşkara çıxmışdır.
Omoformlarla bağlı konkret nümunələri nəzərdən keçirək.
Tat dilindəki ki sual əvəzliyi, ki bağlayıcısı ilə omoform
olur. Cır «qışqırıq, çığırtı, bağırtı, çığırtı bağırtı səsi» – cır
«peyvənd olunmamış», «yabanı» sözü ilə omoform təşkil edir.
Cır sözü dərən «vermək», xardən «yemək» felləri ilə işlənib,
mürəkkəb felin birinci tərkib hissəsi kimi «cırmaq, cırılmaq»
mənalı fel əmələ gətirir.
Şəxtə – adətən birən «olmaq», saxtən «etmək» köməkçi
felləri ilə işlənərək, – «çiləmək», «çilətmək»; «çilənmək»
mənalarını ifadə edir. Bu söz şəxtə «şaxta, bərk soyuq», şəxtə
«şaxta, kömür mədəni» sözləri ilə omoform əmələ gətirir.
Əxtə tat dilində müraciət məqsədilə işlədilən ay düxtər
(«ay qız») ifadəsinin qısaldılmış formasıdır. Bu söz əxtə
«axta» sözü ilə omoform cütü təşkil edir.
Nöğül «dərin» və nöğül omoform təşkil edir.
Qir «əyri, düz olmayan» – qir (qırov) (göz xəstəliyi) –
qir «qır» sözləri omoformlar kimi çıxış edir.
Tat dilində alınma sözlərin tərkibindəki səslərdən biri və
ya bir neçəsinin zəifləməsi, bəzi hallarda isə tamamilə düşməsi
nəticəsində dilin özünə məxsus leksemləri ilə omoformalaşma
hadisəsi də özünü göstərir. Məs.: sərin/səri «üstdəki, üstdə
olan» və sərin//səri.
Omofonlar və omoqraflar yarımçıq omonim sayılır və bir
sıra dillər üçün, o cümlədən tat dili üçün çox da səciyyəvi
deyil.
Qeyd olunduğu kimi, dildə omonimlərin yaranması bir
sıra amillərlə bağlıdır. R.A.Budaqov omonimlərin çoxmənalı
sözlərin parçalanması, sözün mənalarının bir-birindən tam
Dostları ilə paylaş: |