Gülsüm Hüseynova. Tat dilinin leksikası
116
116
müəyyən əlavə məna çalarlığı ilə fərqlənməlidir» (39, 125).
Tat dilində dubletlər də müəyyən qrup təşkil edir.
Dubletlərin yaranmasında alınmalar xüsusi yer tutur.
Mənaca eyni, fonetik tərkibcə və mənşəyinə görə
müxtəlif olan sözlər dublet və variantların əsas bazasıdır.
Eynimənalı sözlər o zaman dublet və ya variant kimi işlədilir
ki, onlardan biri əsl sözlə mənaca eyniləşir, işlənmə sahəsi
daralır, getdikcə işlədilmir.
Eynimənalı sözlərin bir sıra özünəməxsus xüsusiyyətləri
var. Bunları belə qruplaşdırmaq olar: 1) eynimənalı sözlər
terminlə əlaqədar olduğu üçün nominativ xarakterlidir; 2)
eynimənalı sözlər məna və üslubi çalarlığa malik olmayıb, bir
üslubda işlədilir; 3) eynimənalı sözlərin fəaliyyəti dilin
sinxronik vəziyyəti ilə bağlıdır.
Variantlar
təsadüfi
olaraq
deyil,
dilin
inkişaf
qanunauyğunluqları ilə əlaqədar meydana gəlir. Yeni
mənaların, növ və formaların yaradılmasında və inkişafında
onların xüsusi rolu olur.
Variantlar, əsasən, eyni sözlərə paralel şəkildə işlənən
şəkilçilər artırıldıqda əmələ gəlir. Variantlar eyniköklü
sözlərin leksik-semantik eyniliyi münasibətinə əsaslanır.
Paralel qrammatik vasitələrlə eyniköklü sözlər variantlaşır.
Eyniköklü sözləri iki qrupa ayırmaq olar: 1) mənaca
fərqli olan eyniköklü sözlər; 2) mənaca eyni olan eyniköklü
sözlər.
Mənaca fərqli olan eyniköklü sözlər bir sözün variantları
kimi yox, ayrı-ayrı müstəqil sözlər kimi qəbul edilir. Onlar
müxtəlif sözdüzəldici şəkilçilərlə düzəlir.
Eyniköklü sözlər o zaman müstəqil sözə çevrilir ki, sözün
variantları arasında leksik-semantik eynilik pozulur. Eyniliyin
pozulması mənanın dəyişməsinə və ya variantlardan birinin
semantik cəhətdən diferensiallaşmasına səbəb olur. Paralel
Gülsüm Hüseynova. Tat dilinin leksikası
117
117
işlədilən sözlərdən biri o birinin variantı kimi çıxış edir.
Dubletlə variant arasında ifadə etdikləri mənaların
eyniliyi baxımından uyğunluq olsa da, onları eyniləşdirmək
olmaz. Variantlar eyniköklü sözlərdən, dubletlər isə, əsasən,
müxtəlifköklü sözlərdən törəyir.
Dubletlər eyni anlayışı, eyni məfhumu adlandıraraq,
mənaca fərqlənməsələr də, «bunlar arasında əsas məna
etibarilə tam eynilik olsa da, üslubi fərqin, potensial məna
fərqinin olması şübhəsizdir» (104, 54).
Forma və mənşəcə, əsasən, müxtəlif, mətnə görə neytral,
mənaca bir-birinin tam eyni kimi işlədilən, müxtəlif şəraitdə
məna fərqi yaranmadan bir-birini əvəz edən, işlədilmə şəraiti
məhdud olan, tam emosional və ekspressiv xüsusiyətlərə malik
olmayan sözlər dublet adlanır.
Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir; onlar
mətnə görə neytral olur, çünki mənaca bir-birinin tam eyni
olan sözlərdir. Buna görə də müxtəlif şəraitdə (mətn, nitq,
situasiya) məna fərqi yaratmır və bir-birini əvəz edə bilir (34,
79).
Dubletlər nitqdə təkrarlardan qaçmağa imkan verir; dildə
onların mövcudluğu qanunauyğun haldır. Dilin leksik sistemi
variantlar arasındakı münasibətləri tənzimləyir. Tat dilinin
Azərbaycan dili dialektləri əhatəsində fəaliyyət göstərməsi bu
dildən alınmaların leksik dubletlərin içərisində çoxluq təşkil
etməsini şərtləndirir. Azərbaycan və tat dilləri arasındakı
əlaqələrin müntəzəm xarakter daşıması tat dilində yeni
dubletlərin meydana çıxmasında başlıca rol oynayır. Belə ki,
tat dilində işlənən dubletlərin müəyyən qismi Azərbaycan
dilindən hazır şəkildə alınmışdır.
1.
Azərbaycan dilində olduğu kimi, tat dilində də, eyni
və ya yaxın mənalı sözlər qoşa işlənir. Bu tipli dubletlər həm
tat sözləri, həm də Azərbaycan dilindən alınmalar hesabına
Gülsüm Hüseynova. Tat dilinin leksikası
118
118
yaranır. Məsələn: siya(h) – tarik «zülmət – qaranlıq»: Qəyhayə
dəri bəstə bü, qəyhayə rişneyiyi siyə-taruk bü. «Çoxlarının
qapısı bağlandı, çoxlarının işığı zülmət qaranlığa çevrildi»;
şad-xürrəm «şad-xürrəm»: Bə axır hamə şad-xurrəm birund.
«Axırda hamı şad-xürrəm oldu» (Ab.); zahlə-zibər «zəhlə-
zibər»: Tı məgü, xəlifrə ə təhləsir zəhlə – zibəri biraftanbı
«Sən demə, xəlifənin sarımsaqdan zəhlə-zibəri gedirmiş»
(Lah.); koşti-kari «əkib-becərmə»: İmu bə koşti-kari bə may-
piyər küməg saxtenim. «Biz əkib-becərmə işində ata-anamıza
kömək edirik» (Dəv.); laif-cöcə «yorğan-döşək»: Mənə bə
xune man hozira ləif-cöcə hi «Mənim evimdə hazır yorğan-
döşək var» (236, 57); xorum-bərum «yeyib-içmə»; tar-tamiz
«tər-təmiz» və s.
2.
Tat dilində işlənən sinonimlərin tədqiqi göstərir ki, bu
tipli sözlər tat dili leksikasının ayrılmaz tərkib hissəsidir.
Sinonim cərgələr və leksik dubletlər tat dilinin leksik
sistemində baş verən dəyişiklikləri bu və ya digər dərəcədə əks
etdirir. Tat dilinin tarixinin və bu dilin başqa dillərlə, xüsusilə
də, Azərbaycan dili ilə əlaqələrinin öyrənilməsində semasioloji
kateqoriya kimi sinonimlik hadisəsinin tədqiqi mühüm
əhəmiyyət kəsb edir. Azərbaycan dilinin təsiri ilə tat dilində
müxtəlif sinonim cərgələr əmələ gəlir: xuşbaxt//bəxtəvər; güş
daştan «qulaq asmaq», dinləmiş biran «dinləmək»; çiləm
«necə», çi cür «nə cür»; bobət «babat», miyona «miyanə»;
duymiş biran «duymaq», hiss soxtan «hiss etmək»; qe «çox»,
xeyli; ye ruz «bir gün», ye vaxt «bir vaxt»; ye qoş «bir az», ye
qədər «bir qədər»; hiç kəs «heç kəs», hiç ki «heç kim»; üzgə
«özgə», qeyri, savayi; amo, ancağ; insan, odom «adam» və s.
Bu sinonim cərgələrdən bəziləri Azərbaycan dilində də sino-
nim cərgə kimi çıxış edir. Qeyd etmək lazımdır ki, alınma
vasitələr hesabına Azərbaycan dilində sinonim cərgələrin
düzəlmə xüsusiyyətləri tat dilində də özünü göstərir.
Dostları ilə paylaş: |