Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə24/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   20   21   22   23   24   25   26   27   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
73 
73 
ola  bilsin  ki,  tat  formasının  təşəkkülündə  iştirak  etmişdir. 
Başqa  İran  dillərində  də  «quyu»  mənasının  ifadəsi  üçün  türk 
dillərindən  alınmaların  olduğu  məlumdur:  tac.  kuduk  (TRS, 
251), kürd. qudi (KRS)
Daq-daq «damcı-damcı» (Kil.). Ə düzd daq-daq xun rixt
– Oğrudan damcı-damcı qan axdı. 
Kür  –  «fərsiz,  zay»  (Kil.).  M.Hacıyev  bu  sözün  Xızı, 
Qonaqkənd,  Mədrəsə  tatlarının  dilində  «bədbəxt,  qara  taleli» 
mənalarında  işləndiyini  qeyd  etmişdir  (Əbülhəsənə  kuki  kür 
dürma – «Əbülhəsənin oğlu kür (fərsiz, zay) çıxdı») (61, 71). 
Əlimizdə  bu  sözün  izah  edə  biləcək  və  İran  dillərinə  aid 
faktlar azdır:  «kənək (çətin) qoz» sözü (qrafemi)  «oğul, uşaq» 
mənasında da işləndiyi məlumdur (PRS, II, 316). 
Azərbaycan  dilinin  dialekt  və  şivələrində  kür  sözü  daha 
geniş  surətdə  təmsil  olunmuşdur.  Hələ  «Kitabi-Dədə 
Qorqud»da  bu  söz  mənfi  mənalı  bir  təyin  kimi  işlənmişdir: 
tanrı  bizə  bir  kür  oğul  vermiş  (KDQ,  72);  Yarımasın-
yarçımasın, sənin oğlun kür qopdu, ərcəl qopdu (KDQ, 36). 
Qeyd  etmək  lazımdır  ki,  kür  sözü  təkcə  «Kitabi-Dədə 
Qorqud»da işlənmir.  Azərbaycan dilinin dialekt və şivələrində 
də  bu  söz  geniş  surətdə  işlənir.  Məsələn,  kür  sözü  Şamaxıda 
«aciz»,  Salyanda  «tənbəl»  mənasında  qeydə  alınmışdır  (13, 
295). 
Azərbaycan dilinin Qafan şivəsində kürlük eləmək ifadəsi 
körpə  uşağın  uzun  müddət  ağlayıb,  haray-həşir  salmasını 
bildirir. 
Kür 
sözünün 
«Kitabi-Dədə 
Qorqud»da  işlənməsi 
ədəbiyyatçılar  və  tədqiqatçıların  bu  sözə  marağını  birə-beş 
artırmışdır. 
Şairlər öz şerlərində kür sözünü və yaxud onun izahlarını 
işlətməyə  çalışmışdırlar.  Məsələn:  Bir  tayfa  günləri  qara, 
taleyi kürdürsə… (R.Rza); Kim deyir taleyi ayazdı,  kürdü, axı, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
74 
74 
gecələr də yarı ömürdü (M.İsmayıl). 
Tədqiqatçıları  hər  şeydən  əvvəl  kür  sözünün  nə  mənada 
işlənməsi  maraqlandırmışdır.  «Kitabi-Dədə  Qorqud»un  izahlı 
lüğətində  o,  «qışqırıqçı»  kimi  izah  edilmişdir  (88,  122). 
R.Məhərrəmova  kür  sözünü  omonim  söz  hesab  edib,  «Kitabi-
Dədə  Qorqud»da  «nankor,  fərasətsiz,  ağlağan,  qışqırıqçı»  mə-
naları ilə yanaşı, «pak, təmiz» mənalarında da işləndiyini qeyd 
etmişdir (101, 192). 
V.Aslanov 
kür 
sözünün 
«Kitabi-Dədə 
Qorqud»da 
«ərkövün»  mənasında  işləndiyini,  müasir  Azərbaycan  dialekt 
və  şivələrində  geniş  şəkildə  işləndiyini  qeyd  etmişdir.  O, 
Kürəçay hidronimini araşdırarkən kür sözünü geniş təhlilə cəlb 
etmişdir (8,  26).  Amma o,  kür sözünü  qor sözü ilə bağlamağa 
çalışmaqla, mətləbdən uzaqlaşmışdır. 
Micilə//midilə//bitilə//pitilə  –  «xırda»,  «balaca»;  «zəif». 
Tat  dilinin  Şamaxı  şivəsində,  eləcə  də,  Qonaqkənd  və  Quba 
ləhcələrində  işlənir.  R.Rüstəmov  bu  sözün  Azərbaycan  dilinin 
şərq şivələrində (Quba, Şamaxı) işləndiyini göstərmişdir (121, 
70-71).  M.Hacıyev  onun  Azərbaycan  dilində  «xırda»,  «çox 
zəif»,  «ölüvay»  mənalarında  işləndiyini  qeyd  etmişdir.  Bu  söz 
tat  dilinin  Məlhəm  şivəsində  bitilə,  pitilə  şəklində  işlənir  (60, 
74).  Talış  dilində  müncilə  (anqıştə)  «çeçələ  barmaq» 
mənasında işlənir (TRS, 290).  
İran  dillərində  çox  gödək  boylu  adamlara,  liliputlara 
«məçul» deyilir. Bu sözün də əsasında «çox xırda, çox balaca» 
mənası  durur.  Bizim  fikrimizcə,  micilə  talış  dilindəki 
münəcilə//mücülə  sözü  ilə  eyni  kökdəndir  və  çox  kiçik 
mənasını  ifadə  edir.  Bu  söz  qədim  sözlər  qrupuna  aid  edilə 
bilər. 
Manca  «ip»  (Kil.).  Mancara  bastand  ə  qeyişi  güllü 
saxtənd  zərva  «İpi  kəmərindən  (kəmərinə)  bağlayıb,  aşağı 
salladılar». 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
75 
75 
Hərşəfin  «qızılı»  (Kil.).  Bi  rav  yeki  rast  imarən  ki,  niştə 
əşrəfin  stola  bə  səri  –  «Bu  vaxt  birinə  rast  gəlir  ki,  oturub 
əşrəfi  stolun  üstündə»  (yaxud:  «Bu  vaxt  qızıl  stolun  başında 
oturmuş bir kişiyə rast gəlir»). 
Tat  dilinin  digər  şivələrində  işlənən  spesifik  sözlər 
müəyyən  toplu  təşkil  edir.  Belə  sözlər  morfoloji  baxımdan 
müxtəlif  nitq  hissələrinə  aiddir.  Onlar  eyni  zamanda  müxtəlif 
leksik-semantik qruplara daxil olur.  Ayrı-ayrı şivələrdə işlənən 
spesifik  sözlər  haqqında  daha  geniş  təsəvvür  əldə  etmək  üçün 
onlarla  bağlı  nümunələri  nəzərdən  keçirmək  maraq  kəsb  edir. 
Bu 
nümunələrin 
cümlə 
daxilində 
işlənməsi 
onların 
semantikasının  açılmasında  əhəmiyyət  kəsb  etdiyi  üçün  hər 
sözün  cümlədə  işlənməsinə  dair  misal  vermək  məqsədəuy-
ğundur.  
Aşdi  birən  –  «barışmaq»  (Ab.).  Ki  bə  id  hadi  nə  saxtən, 
aşdi  imburund  –  «Kim  bayramda  küsülü  olur,  barışır»  («Kim 
bir-birini danışdırmır, bayramda barışır»).  
Baranqu  –  «badımcan»  (Ab.).  Baranqurə  ni  və  nümük 
«Badımcanı duza qoy».  
Bozə  –  «yenə»  (Ab.).  Digər  tat  ləhcələrində,  lah.  avoz
avozgə;  Quba,  Dəvəçidə  bozəm  formasında  işlənir.  Misal: 
Dirim  ki,  bozəm  amares  poyistes  bo  unca.  «Gördük  ki,  yenə 
gəlib orada dayanıb».  
Cora  –  «süpürgə»  (Ab.).  Quba,  Qonaqkənd,  Xaçmaz 
ləhcələrində  coru;  Lahıc  ləhcəsində  «cezi»  formasında  işlənir. 
Məsələn:  Əyal  boş  coru  vozi  saxtən  –  «Uşaq  süpürgə  ilə 
oynayır».  
Dezirən 
– 
«sancmaq» 
(Ab.). 
Lahıc  ləhcəsində 
«fırağıstan»  şəklində  qeydə  alınmışdır.  Ənqə  dezirəni  xub  nə 
əbirən. «Arının sancmağı pis olur/yaxşı olmur».  
Dülə qoğal – «içli qoğal» (Ab.). Bu iki tərkib hissəsindən 
ibarətdir:  Birinci  tərkib  hissəsi  (dül)  «ürək,  iç»,  ikinci  tərkib 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə