Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə22/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   18   19   20   21   22   23   24   25   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
67 
67 
dilində  «arxadan»  zərfi  az  poşte  kimidir.  Bu  dildə  «bel,  arxa» 
poşt  sözü  ilə  ifadə  olunur.  Qeyd  olunan  sözlərin  eyni  əsaslı 
olması  «peşdə»  lekseminin  sırf  tat  mənşəli  deyil,  ümumiran 
mənşəli  söz  olmasını  təsdiqləyir.  Təbiidir  ki,  tat  dilinin  leksi-
kasında  bu  söz  spesifik  leksem  hesabında  deyil.  Tat  dilinin 
lüğət  tərkibini  formalaşdırarkən  İran  dillərinin  bir  çoxunda 
sözün  eyni  və  yaxın  fonetik  variant  forması  rast  gələrsə,  onu 
ayrıca  bir  dilin,  o  cümlədən  tat  dilinin  lüğət  tərkibinin  özünə 
məxsus vahidi olmasını iddia  etmək düzgün deyil.  Bu söz  İran 
dillərindən  hər  hansı  birinə  aid  ola  bildiyi  kimi,  dillərin 
diferensiasiyasında  əvvəlki  dövrdə  istifadə  edilmiş  söz  də  ola 
bilər.  
Tousdum –  «yay». Bə tousdum bağ lap pirvayı birənü. – 
Yayda  ora  lap  qiyamət  olur.  «Yay»  mənası  tat  şivələrində 
hamin//homin sözləri ilə də  ifadə  olunur.  Başqa  İran dillərində 
«yay»  mənası  aşağıdakı  şəkildə  ifadə  olunur:  fars.  «təbestən» 
(RPS, 252), kürd. havin (KPS, 298), tacik. tobiston (TSL, 285) 
talış.  tovson  (toson,  tobiston,  toboston)  (TRL,  216),  gilyan. 
«təbəstən»  (QRS,  350),  puştu.  «dobay»,  «oray»,  dəri. 
«təbistan»  (RPDS,  320).  Qeyd  edilən  dillərin  əksəriyyəti  üçün 
«təbistan» səciyyvidir.  
Turmux  –  «yumurta».    Tat  dilinin  Abşeron  şivəsində 
qeydə 
alınmışdır. 
Bu 
söz 
digər 
tat 
ləhcələrində 
xayəkərq//xoyəkərg  formasında  işlənir.  Nümunə:  Bə  id  Novruz 
turmux  qırmızi  musaxtim  –  «Novruz  bayramında  yumurtanı 
qırmızı rəngə boyayardıq» və s
Bu  söz  digər  İran  dillərində  fars.  toxm  (RPS,  806),  tac. 
tuxm,  tuxmi  murğ  «quş  yumurtası»  (TPS,  854),  dəri.  toxm 
(RPDS,  763),  talış.  moğnə  (moqnə),  kaği  moğnə  «toyuq 
yumurtası»  (TPS,  145),  gil.  morğanə,  tuxm  (QRS,  465). 
Əsasən,  «tuxm»  şəklində  qeydə  alınan  bu  sözün  talış,  gilyan 
dillərində  fərqli  formaları  vardır.  Talış  və  gilyan  dillərində 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
68 
68 
moğnə  və  morğanə  formalarında  fonetik  yaxınlıq  hiss  olunur. 
Tat.  turmux  sözünün  tuxm  sözündən  olmasını  düşünmək  olar. 
Lakin  burada  «p»  samitinin  olması  bir  qədər  işi  çətinləşdirir. 
Bizcə,  Abşeron  şivəsində  toyuq  yumurtası  «turmux»  adlanır. 
Bunun  ilkin  forması,  yəqinki,  tuxmi  murğ  olmuşdur  (yəni,  söz 
birləşməsi 
sözə 
çevrilmişdir).  Qeyd  edək  ki,  sözün, 
informatorun  tələffüz  xüsusiyyətləri  və  toplayanın  səhvi 
nəticəsində təhrifi olunması da mümkündür. 
Usqu    «tonqal».  Bə  həyat  usqu  müsaxandim  ə  səri 
müşanandim. – Həyətdə tonqal yandırıb, üstündən tullanardıq. 
Abşeron  şivəsi  üçün  xarakterik  olan  bu  söz  kürd  dilində  agir 
şəklində  işlənir  (KRS,  280).  Həmin  anlayış  fars  dilində  atəş 
(PRS, 236), puştu. or, dəridə atiş (RPS, 306), tacik dilində qul-
xan,  alov,  otaş  sözləri  ilə  verilir.  Talış  və  gilyan  dillərinin 
lüğətlərində  tonqal  sözü  yoxdur.  Belə  olan  surətdə  usqu  tam 
başqa  mənşəli  söz  olduğu  aydınlaşır.  O,  tat  dilinə  məxsus 
spesifik sözlər sırasına aid edilə bilər.  
Həmsiya  –  «qonşu».  Balaxanı  tatlarının  dilində  qeydə 
alınmışdır. Məs.: Həmsiya qunağ amara  büründ bə xuneymun. 
– Qonşular bizə qonaq [hərfən: bizim evə] gəlmişdilər. 
Bu  söz  fars  dilində  «hamsaye»  (PRS,  661),  tacik. 
«hamsaya»  (TRS,  719),  kürd.  cinar,  gil.  «həmsoyə»  və 
«həmsəvar»  sözləri  ilə  verilir  (QRS,  432);  talış.  «hamsuə» 
(225,  311),  puştu.  qəvənday,  həmsoyə,  dəri.  həmsavar  (RPDS, 
655)  şəklində  qeydə  alınmışdır.  Müxtəlif  İran  dillərinin 
materialları  əsasında  onu  demək  olar  ki,  ümumiran  mənşəli 
həmsoyə  «qonşu»  sözü,  iki  sözün  birləşməsindən  əmələ 
gəlmişdir.  Burada  birinci  komponent  «həm»,  ikinci  «so» 
sözüdür.  Azərbaycan  dilində  həmyerli  mənasına  uyğun  gəlir. 
Həmcəvar  variantı  həmcivar  fonetik  variantından  inkişaf 
etmişdir.  Civar  «yaxın  yer,  ətraf»  ərəb  dilindən  alınmadır.  Bu 
söz  Azərbaycan  dilində  «sərhəd»,  «yaxınlıq»  mənalarında 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
69 
69 
işlənmişdir.  Beləliklə,  aydın  olur  ki,  «həmsiya»  sözü 
ümumiran  mənşəlidir.  Onu  tat  şivəsinin  özünə  məxsus  vahid 
hesab etmək düzgün olmazdı.  
Vəcə  –  «necə».  Malla  Nusradin  dənşi,  di  ki,  cəmaət  nə 
bəstən  vəcə  bigrarund.  –  Molla  Nəsrəddin  baxıb  gördü  ki, 
camaat  bilmir necə  keçsin.  Xaçmaz şivəsi üçün səciyyəvi olan 
bu söz İran dillərində müəyyən fonetik dəyişikliklə işlənir:  
Fars. çənd (PRS, 632), tacik. çand (TRS, 698), kürd. çiça, 
zefe,  çiqaş  (KRS,  622),  puştu.  tso,  dəri  çand  (RPDS,  639), 
gily.  çənd,  çand  (QRS,  426).  Göründüyü  kimi  iran  dillərindən 
«neçə»  mənasında  olan  sözün  fonetik  variantları,  demək  olar 
ki,  eynidir.  Abşeron  şivəsində  işlənən  söz  isə  bunlardan  heç 
birinə  uyğun  gəlmir.  Onun  mənşəyi  qaranlıq  qalır.  Fikrimizcə, 
həmin söz «bə çənd» söz birləşməsi əsasında formalaşmışdır.  
Çak  –  «yaxşı».  Tat  dilinin  Kilvar  şivəsində  işlənir.  Çak
bra  bu  xunə,  bü  künc  ye  söz  histi,  ta  ba  dun  hərşəfi  puru.  – 
«Yaxşı, get evə, evin küncündə bir kuzə var, ağzunadək qızılla 
doludur». 
«Yaxşı» mənasında gilyan dilində xob, xoş, xürəm sözləri 
işlənir  ki,  bunlar  keyfiyyəti,  ürəyəyatımlılığı,  xarakterin 
keyfiyyətini  bildirmək  semantikalarına    görə  fərqlənirlər 
(QRS,  456).  Puştu  dilində.  xu,  dəri  dilində  isə  xub  sözləri 
«yaxşı»  mənasını  ifadə  edir  (RPDS,  725).  Fars  dilində  həmin 
mənada  xub  sözü  işlənir  (PRS,  770).  Kürd  dilində  pak,  ere  və 
baş (zərf məqamında) sözündən də istifadə olunur. Yalnız talış 
dilində «çok» sözü işlənir ki, bu da gilvar şivəsindəki çak sözü 
ilə  səsləşir.  Belə  hesab  edirik  ki,  çak  sözü  türk  mənşəlidir. 
Müq.et: azərb. yaxşı. Bu söz Azərbaycan dilinin özündə alınma 
olub, özbək dilindən keçmişdir. 
Fülfül//fulful – «istiot». Hadi həst asti şirinə fulfül, hadi 
həst  asti  tahlə  fulful.  –  Söz  var  şirin  istiot  kimi,  söz  var  acı 
istiot  kimi.  Bu  söz  gily.  filfil  (QRS,  385),  fars.  felfel  (PRS, 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə