Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə15/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   11   12   13   14   15   16   17   18   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
46 
46 
terminlər:  ataş  «od»;  hüzüm  «odun»;  dürə  «tüstü»;  niməsuxt 
«kösöv»;  21)  cəhrə  hissələrinin  adları:  dük  «cəhrənin  iyi»; 
müq.et:  azərb.  dükcə  «iyin üstünə  sarınmışdır»;  sələ  «cəhrənin 
hissəsi»; 
sənq 
«cəhrənin 
müvazinətini 
saxlayan  daş»; 
guşə//guşək  «qulaqcıq»;  22)  əl  iyi,  hana  və  onun  hissələrinin 
adları:  dəstədük  «iy,  əl  iyi»;  dük  «iy»;  xonəçu  «hana  ağacı»; 
şuna  «daraq»;  23)  kotan,  xış  və  kirşənin  hissənin  adları:  bazu 
«bazu»;  gousun  «gavahın»;  toykirşə  «kirşə  tayı»;  24) 
boyunduruq  və  onun  hissələrinin  adları:  cüft  «boyunduruq»; 
tamasa  «tamasa»;  25)  coğrafi  və  astronomik  adlar:  aftə 
«günəş»;  sal  «il»;  ruz  «gün»;  astarə  «ulduz»;  xəzri  «xəzri», 
variş//vəruş  «yağış»;  26)  qohumluq  terminləri:  piyər  «ata»; 
moy  «ana»;  xuvar  «bacı»;  şüvər  «ər»;  27)  oyun  adları:  sənq-
sənq  «daş-daş»;  əs-əs  «at-at»;  tiriq-tiriq  «oyun  növü»;  28) 
insanın  bədən  üzvlərinin  adları:  sər  «baş»;  çüm  «göz»;  ruş 
«saqqal»;  dandü  «diş»;  nuxum  «dırnaq»;  cigər  «ciyər»;  kəmər 
«bel»;  29)  dini  terminlər:  xudə  «allah»;  nimaz  «namaz»;  pir 
«pir»; 30) əlamət və keyfiyyət bildirən sözlər: isbi «ağ»; kohur 
«göy»;  zərd  «sarı»;  kələ  «böyük»;  güdək  «gödək»;  31)  miqdar 
bildirən  sözlər:  yek  «bir»,  to  «iki»;  sə/to  «üç»;  32)  əvəzliklər: 
mən  «mən»;    «sən»;  ü  «o»;  imun//amun//əmun  «biz»;  33)  iş, 
hal  və  hərəkət  bildirən  sözlər:  lərzirən/lərz  «titrəmək»; 
ləngüstən/ləng «axsamaq»; güştən/güş «öldürmək»; piçirən/piç 
«bükmək»;  vələisrən/vələs  «yalamaq»;  34)  iş  və  hərəkətin 
tərzini,  zamanını,  yerini  və  kəmiyyətini  bildirən  sözlər:  zü 
«tez»;  dürüst  «düz,  düzgün,  dürüst»;  aşkar  «aşkar»,  xos/xob 
«yaxşı»; dir «gec»; par «keçən il»; imruz «bu gün»; pişə//puşə 
irəli,  «qabaq,  əvvəl»;  pusovo  «geri,  dala»;  sivora//binla  «bəri, 
bu tərəfə»; suvora//bunla «o tərəfə» və s. (47, 22-29). 
Tat  dilinin  Quba  ləhcəsinin  lüğət  tərkibinə  daxil  olan  və 
«dilin  özünəməxsus  sözləri»  kimi  ümumiləşdirilmiş  sözlərin 
təklif  olunan  bölgüsünün  əsasında  duran  meyarlar  qeyri-


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
47 
47 
müəyyəndir.  Tədqiqatçı  sözləri  leksik-semantik  qruplara 
ayırmağa  çalışmışdır.  Daha  doğrusu,  o,  tematik  söz  qruplarını 
müəyənləşdirmişdir.  Məlumdur  ki,  «mənaca  bir-birinə  yaxın 
olan  tematik  söz  qruplaşmaları»na  semantik  sahə  deyilir. 
Semantik  sahəyə  daxil  olan  sözlər  bir-biri  ilə  etimoloji 
cəhətdən  bağlı,  əlaqədar  olmayıb,  ifadə  etdikləri  əşya  (hadisə) 
və məfhumların yaxınlığına görə qruplaşır» (140, 314). 
Lüğət  tərkibinə  daxil  olan  sözlərin  qruplaşdırılması, 
bütün  leksik-semantik  qrupların  təyini  dilçiliyin  mürəkkəb 
məsələlərindən  biridir.  Bu  problem  leksikologiya  ilə  bağlı 
tədqiqat  işlərində,  xüsusən  lüğət  tərkibinin  semantikaya  görə 
təsnifində həmişə  ön plana  çıxır.  Nəticədə  çoxsaylı leksikoloji 
tədqiqatlarda  müxtəlif  təsnifatlar  nəzərə  çarpır.  Müasir 
dilçilikdə  dilin  lüğət  tərkibinin  sözlər  deyil,  məfhumlar 
əsasında  təsnifinə  üstünlük  verilir.  R.Hallinq  və  V.Vartburqa 
görə,  lüğət  tərkibi  üç:  «kainat»,  «insan»,  «kainat  və  insan» 
bölgüləri  əsasında  təsnif  oluna  bilər  (140,  314).  Bu  bölgünün 
əsasında  duran  ümumiləşdirici  məfhumun  hər  biri  yeni 
ümumiləşdirici 
məfhuma 
bölünür. 
Məsələn, 
kainat 
aşağıdakıları  əhatə  edir:  göy  və  atmosfer,  yer,  bitkilər  aləmi, 
canlılar aləmi. İnsan məfhumu üzrə insan canlı bir varlıq kimi, 
insanın  daxili  aləmi  və  ağlı,  insan  ictimai  varlıq  kimi,  insan 
ictimai  hadisə  və  proseslərin iştirakçısı  kimi  təsniflər  aparmaq 
mümkündür. 
Sözlərin  məfhumlar  əsasında  qruplaşdırılması  zamanı 
ümumidən  xüsusiyə  doğru  getdikcə  budaqlanmalar  artır. 
Məsələn,  bitkiləri  ağaclar,  kollar,  dənli  bitkilər,  tərəvəz, 
meyvə,  yem  bitkiləri,  dərman  bitkiləri  və  s.-ə  ayırmaq  olur. 
Bütün  bunlar  leksik-semantik  qruplara  bölmənin,  təsnifin 
çətinliyini  göstərir.  Lakin  mürəkkəblik  təsnifatın  ixtiyari 
şəkildə aparılmasına əsas vermir. Quşlar bir məfhumdursa, çöl 
quşları və ev quşları bu məfhum qrupuna daxil edilməlidir. Tat 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
48 
48 
dilinin  Quba  ləhcəsinin  lüğət  tərkibinin  təsnifatında  ev  və  çöl 
quşlarının  adları  bir  qrup,  quşların  bədən  üzvlərinin  adları 
başqa  bir  qrup  kimi  verilmişdir.  Yaxud  həmin  təsnifatda  ev 
heyvanları (X qrup), çöl heyvanları (XI qrup), başqa heyvanlar 
(XII  qrup)  şəklində  verilir.  Zənnimizcə,  təsnifatda  heyvanlar 
qrupunu  ayırmaq,  onun  tərkibində  ev,  çöl  və  başqa  heyvanlar 
yarımqruplarını ayırd etmək daha məqsədəuyğun olardı. Başqa 
bir  irad  çarıq  və  onun  hissələrini  bildirən  sözlərin  ayrıca  qrup 
kimi  qeyd  olunması  ilə  bağlıdır.  Belə  çıxır  ki,  bütün  ayaq 
geyimlərinin  (ayaqqabı,  qaloş,  çəkmə  və  s.)  hər  biri  bir  qrup 
təşkil  etməlidir.  Geyimlərin  bir  qrupda  birləşdirilməsi  daha 
məqsədəuyğun sayılmalıdır. Qeyd edilən cəhət leksik-semantik 
qrupların düzgün təyin edilmədiyini göstərir. 
Leksik-semantik təsnifat dilin ümumişlək sözləri əsasında 
aparılır.  Leksik  sistemin  vahidlərini  isə  müxtəlif  şəkildə 
qruplaşdırmaq  olar.  Məsələn,  S.Cəfərov  Azərbaycan  dilinin 
leksik sistemini forma və məzmun etibarı ilə söz qrupları, dilin 
mənşə  etibarı  ilə  lüğət  tərkibi,  aktiv  və  passivliyə  görə  lüğət 
tərkibi, istifadə dairəsinə görə lüğət tərkibi, üslubi leksika kimi 
ayrı-ayrı bölmələrdə tədqiq etmişdir (33, 17, 63, 72, 83). 
H.Həsənov  Azərbaycan  dilinin  lüğət  tərkibini  işlədilmə 
dairəsinə görə üç qrupa bölür: 1) ümumişlək sözlər; 2) məhdud 
dairədə işlədilən sözlər; 3) xüsusi leksika. 
Tədqiqatçı 
ümumişlək 
sözləri 
nitq 
hissələrinin 
xüsusiyyətləri əsasında leksik-semantik qruplara ayırmışdır: 1) 
ad bildirənlər; 2) əlamət və keyfiyyət bildirənlər; 3) miqdar və 
qeyri-müəyyən  kəmiyyət  bildirənlər;  4)  bu  və  ya  digər  nitq 
hissəsinin  yerində  işlənənlər;  5)  hal  və  hərəkət  bildirənlər;  6) 
məkan və zaman bildirənlər (67, 168-170). 
Biz  belə  düşünürük  ki,  tat  dilinin  Quba  ləhcəsinin  lüğət 
tərkibinin  leksik-semantik  qruplara  ayırd  edilməsi  işi  tam 
həllini 
tapmamışdır. 
Bu 
ləhcənin 
lüğət 
tərkibinin 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə