Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə4/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   2   3   4   5   6   7   8   9   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
12 
12 
etdirmişdir  (235).  Sonuncu  kitab  tat  dilinin  Lahıc  ləhcəsinin 
materiallarını  əhatə  edir.  Vs.F.Miller  1907-ci  ildə  «Tat 
etüdləri»  əsərinin  ikinci  hissəsini  nəşr  etdirmişdir.  O,  bu 
əsərdə  ilk  dəfə  olaraq,  tat  dilinin  ləhcələri  haqqında  məlumat 
vermiş,  ləhcələrarası  fərqləri  araşdırmağa  cəhd  göstərmişdir 
(231). 
A.L.Qrünberq  «Şimali  Azərbaycan  tatlarının  dili»  adlı 
monoqrafiyasında 
diqqəti 
tat 
dilinin 
fonetikası 
və 
qrammatikası  üzərində  cəmləşdirmiş,  leksikologiyaya  kifayət 
qədər yer ayırmamışdır (181). 
Tat  dilinin  leksikası  ayrıca  monoqrafik  tədqiqat  obyekti 
olmamışdır.  Bu  dillə  bağlı  tədqiqatlar,  əsasən,  dilin  müxtəlif 
ləhcə  və  şivələrini  əhatə  etmişdir.  Hər  bir  ləhcə  və  şivənin 
öyrənilməsi  prosesində  tat  dilinin  leksikasına  aid  müəyyən 
həcmdə  materialdan  istifadə  olunmuşdur.  M.Hacıyev  tat  dili-
nin  Qonaqkənd  ləhcəsini  öyrənərkən  bu  ləhcənin  leksikasına 
da  müəyyən  yer  ayırmışdır.  Müəllif,  əsasən,  ləhcədə  işlənən 
sözlərin  mənşəcə  növləri  məsələlərini  əhatə  etməyə  səy 
göstərmişdir.  Həmin  müəllifin  «Azərbaycan  tatlarının  dili» 
monoqrafiyasında tat dilinin leksikası da araşdırılmışdır. Bura-
da  da  diqqət  leksik  sistemdə  işlənən  vahidlərin  mənşəcə 
növləri üzərində cəmləşdirilmişdir (59; 60). 
T.Əhmədovun  tədqiqatında  Azərbaycan  və  tat  dillərinin 
qarşılıqlı  təsiri  ilə  bağlı  məsələlər  tat  dilinin  Quba  ləhcəsinin 
materialları  əsasında  araşdırılmışdır.  Müəllif  tat  dilinin  Quba 
ləhcəsində  işlənən  sözlərin  tematik  qruplara  bölünməsi 
məsələsini də nəzərdən keçirmişdir. Bu işdə də Azərbaycan di-
lindən  və  Azərbaycan  dili  vasitəsi  ilə  tat  dilinə  keçmiş  alınma 
sözlərə xüsusi yer verilmişdir.  
Monoqrafiya  müəllifinin  tat  dilinin  Lahıc  ləhcəsi 
əsasında  apardığı  tədqiqat  işində  də  tat  dilinin  bu  ləhcəsinin 
leksikasına  dair  məsələlərə  ümumi  şəkildə  toxunulmuşdur. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
13 
13 
Göstərilən tədqiqat işləri, qeyd olunduğu kimi, əsasən, ləhcələr 
əsasında aparılmış, dilin leksik sistemini bir tam kimi  əhatə et-
məmiş, 
müxtəlif 
ləhcələrdəki 
leksik 
xüsusiyyətlərin 
müqayisəsinə yer verilməmişdir. 
Tat  dili  ilə  bağlı  yazılmış  məqalələrdə,  İran  dillərinə  aid 
tədqiqat  işlərində  tat  dilinin  leksik  məsələləri,  demək  olar  ki, 
tədqiq  edilməmişdir.  İran  dillərinə  aid  tədqiqat  işlərində, 
əsasən,  tat  dilinin  fonetikası  və  qrammatikasına  dair  bir  sıra 
məsələlər  ümumi  şəkildə  izahını  tapmışdır.  Bütün  bu  göstəri-
lənlər  bir  daha  sübut  edir  ki,  tat  dilinin  leksikası,  xüsusən  də, 
Azərbaycanda  yaşayan  tatların  dilinin  leksikası  monoqrafik 
tədqiqat  obyekti  olmamış  və  dilçiliyimizdə  işlənməmiş 
sahələrdən biri kimi qalmaqdadır.  
 
 
 
 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
14 
14 
I FƏSİL  
 
TAT DİLİNİN LEKSİK SİSTEMİNDƏ  
DİFERENSİASİYANIN XÜSUSİYYƏTLƏRİ 
 
Tat dilinin yayılma arealları və tədqiqat tarixi. 
 
Müasir  dövr  dilçilik  tədqiqatları  özünün  əhatəliliyi,  həll 
olunan problemlərə kompleks yanaşılması, görülən işlərin daha 
qlobal və fundamental xarakteri ilə seçilir.  
Azərbaycan Respublikası müstəqillik  əldə etdikdən sonra 
ölkədə  ciddi demokratik dəyişikliklər  baş verməkdədir. Həmin 
dəyişikliklər  ölkənin  ərazisində  yaşayan  azsaylı  xalqların  və 
etnik  qrupların  dilinə  və  mədəniyyətinə  olan  münasibətdə  də 
özünü  göstərir.  Son  illərdə  respublikanın  müxtəlif  elm  mər-
kəzlərində  azsaylı  xalqların  və  etnik  qrupların  dilinə  aid 
aparılan  elmi  araşdırmaların  sayı  son  illərdə  xeyli  artmışdır. 
Bu 
baxımdan, 
Azərbaycanda 
yaşayan 
tatlarla 
bağlı 
araşdırmalar  da  kəmiyyət  baxımından  seçilir  (284;  192,  171-
172;  217-220;  355;  231;  235;  236;  246;  283;  59;  60;  61;  90). 
Tatların  mənşəyi,  tarixi,  etnoqrafiyası,  mədəniyyəti  və  dilləri 
haqqında müxtəlif tədqiqatlar mövcuddur (59; 60; 90; 183). 
Tatlar  irandilli  xalq  olub,  Xəzəryanı  ərazilərdə,  əsasən 
İranda,  Azərbaycanın  şimal-şərq  rayonlarında,  Abşeron 
yarımadasında,  Dağıstanın  cənub-şərqində,  Dərbənd  və 
Mahaçqala 
şəhərlərində 
məskunlaşmışlar. 
Azərbaycan 
ərazisində tatlar, əsasən, respublikanın İsmayıllı, Xızı, Şamaxı, 
Quba,  Dəvəçi  və  Abşeron  ərazilərində  daha  kompakt  şəkildə 
yaşayırlar.  Q.Qeybullayev  hazırda  Dağlıq  Şirvanda,  Quba, 
Dəvəçi  və  Abşeron  rayonlarında  məskunlaşmış  tatların 
Albaniyada  yaşamış  irandilli  tat  tayfalarından  olmasını,  on -
ların VI əsrdə İrandan bura köçürülməsini qeyd etmişdir (174, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
15 
15 
73).  N.Quliyeva  göstərir  ki,  «XIX  əsr  yazılı  mənbələrində 
Cavad,  Naxçıvan  və  Zəngəzur  qəzalarında  tatların  yaşaması 
haqqında  məlumata  təsadüf  edilir»  (90,  8).  M.Hacıyevin 
tədqiqatlarında da tatların  yayıldığı  ərazilər haqqında məlumat 
verilir  (56,  60).  «Azərbaycan  tarixi»ndə  bu  barədə  oxuyuruq: 
Azərbaycan  ərazisində  yayılmış  tat  ləhcələri  pəhləvi  və  fars 
dillərinin  şivələri  olmuşdur.  Tatlar  erkən  orta  əsrlərdə 
cənubdan  Azərbaycanın  ərazisinə  köçürülmüşlər.  Azərbaycan 
tatları  türk  dilini  də  bilirdilər.  Belə  düşünmək  olar  ki,  erkən 
orta  əsrlərdə və  sonra  Azərbaycan  ərazisində (Abşeron zonası) 
məskunlaşmış  tatlar  ikidilli  olmuşlar.  Yeni  şəraitdə  onlar 
ikinci  dil  olan  tat  dilini  tədricən  yadırğamış  və  türk  dilini 
saxlamışlar.  Ancaq  Quba  zonasında  yaşayan  tatların  ana  dili 
tarixən  fars  ləhcəsi  olmuşdur.  Onların  ikinci  dili  Azərbaycan 
dilidir.  Cənubi  Azərbaycanda  yaşayan  tatlar  da  Azərbaycan 
dilindən  ünsiyyət  vasitəsi  kimi  istifadə  edirlər.  Bu  dili  bəzən 
«Midiya  dili»nin  qalığı  kimi  qələmə  versələr  də,  bunların 
hamısı pəhləvi ləhcələri olmuşdur (24, 227). 
A.Qrünberq  tat  dilinin  İran  dilləri  arasında  yeri 
məsələsindən  bəhs  edərkən  İran  alimlərinin  bir  qisminin  onun 
fars  dilinə  yaxın  ləhcə  olduğunu  göstərir.  Onun  fikrincə,  bu 
alimlərin başqa bir hissəsi Abşeron tatlarının dilinin Gilyan və 
Mazandaran  dilləri  ilə  Mərkəzi  İran  dialektləri  arasında  aralıq 
mövqe tutduğunu söyləyir.  Onlar talış və semnan dillərinin də 
belə bir mövqedə olmasını qeyd etmişlər.  Bu nöqteyi-nəzərləri 
xatırladan  tədqiqatçı  Azərbaycanın  şimal-şərqi  rayonlarında 
yaşayan  müsəlman  tatlarının  dil  materialı  əsasında  belə  bir 
qənaətə  gəlmişdir  ki,  tat  dilinin  talış,  gilyan  və  mazandaran 
dilləri  ilə  yaxınlığını  inkar  etmək  əsassızdır.  A.Qrünberqə 
görə,  tat  dilinin  bir  tərəfdən  fars,  digər  tərəfdənsə  tacik  dilinə 
genetik bağlılığı var (177, 106). 
Tat  dilinin  İran  dilləri  arasındakı  yeri  haqqında  bir-


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə