Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   71

76 
 
 
 
Proqnoz üçün 
stenozu 

İstənilən proksimal LAD 
stenozu>50% 

 

Azalmış LV funksiyası 
(LVEF<40%)  və iki- ya 
üç-damar xəstəliyi 

 

Böyük işemiya sahəsi 
(>10% LV) 

 

Stenozu >50% olan tək 
patent koronar arteriya  

 

 
 
Simptomlar 
üçün 
Stenokardiya və ya 
stenokardiyaya ekvivalent 
klinika yaradan, 
medikamentoz müalicəyə 
dayanıqlı >50% koronar 
arteriya stenozu 

 

 
Bundan  başqa,  tibbi  qrupda  xəstələrin  40%-i  müşahidə  zamanı  AKŞ  əməliyyatı 
olunmuşdular. Son metaanalizlərdən biri tibbi müalicəyə nisbətən AKŞ ilə ölüm riskinin 
azalması barədə (HR 0,62; 95% Cİ-si 0,50-0,77) məlumat vermişdi. 
 MASS  II  tədqiqatı, PKM  və  AKŞ ilə tibbi  müalicəni  müqayisə  etdi. On  ildə, tibbi 
müalicə ilə müqayisədə, AKŞ ürək ölüm hallarının, miokard infarktının və stenokardiyanın 
azalmasına səbəb oldu. STICH tədqiqatında, ÜİX vəsol mədəcik atım fraksiyası  (LVEF) 
<35% olan 1212 xəstədə tibbi terapiya və AKŞ müqayisə edildi. LM stenozu olan xəstələr 
tədqiqatdan  xaric  edildi, tibbi terapiyada xəstələrin 17%-i  AKŞ keçirtdi, xəstələrin  6%-i 
sonrakı dövrdə PKM oldu. Analiz aparıldıqda toplam ölüm hallarında AKŞ tibbi müalicəyə 
görə ciddi azalma göstərmədi (36% vs 41%; HR0,86; 95% CI 0,72-1,04; P = 0,12); buna 
baxmayaraq, koronar ölüm halları və ya hospitalizasiya AKŞ qrupunda (58%, 68%-ə qarşı; 
HR0,74; 95% CI 0,64-0,85; P < 0,001) daha az rast gəlindi. Digər klinik nəticələrə görə də, 
AKŞ daha üstün görüldü.  
 
1.3. Perkutan koronar müdaxilə və koronar şuntlamanın 
qarşılaşdırılması 
 
Bu  iki  revaskulyarizasiya  metodumüqayisəli  şəkildə  araşdırılmışdır.  Lakin  məlum 
olmuşdur  ki,  nə  PKM,  nə  də  AKŞ  revaskulyarizasiyaya  ehtiyacı  olan  koronar  arteriya 
xəstələrində, problemin tam həll yolu deyildir. 
 
1.3.1. Proksimal LAD koronar arteriya xəstəliyi 
 
İki  metaanaliz  –  biri  izolə  proksimal  LAD  darlığı  olan  1210  xəstədən  ibarət  9 


77 
randomizə çalışmanın 5illik təqibində, digəri 6 randomizə çalışmanın və 2 qeyri-randomizə 
çalışmanın tərkibində cəmi 1651 izolə proksimal LAD damar xəstələrinin 4illik təqibində 
ölüm, miokard infarktı və serebrovaskulyar hadisədə əhəmiyyətli dərəcədə fərq qeydə alın-
mamışdır.  Lakin  AKŞ  ilə  müqayisədə  PKM  ilə  revaskulyarizasiya  qrupunda  rekurrent 
stenokardiya  3  dəfə,  təkrari  revaskulyarizasiya  isə  5  dəfə  çox  müşahidə  olunmuşdur. 
Yuxarıda qeyd olunan araşdırmaların coxunda PKM-də metal örtüklü stentlərdən istifadə 
edilib, hansı ki, dərman örtüklü stentlər təkrari revaskulyarizasiyanı əhəmiyyətli dərəcədə 
azaldır. İzolə proksimal LAD stenozu olan xəstələrdə cəmi bir neçə tədqiqatda AKŞ-nin 
uzunmüddətli  nəticələri  barədə  məlumat  verilmişdir.  Daxili  döş  arteriyasının  (İMA-nın) 
angioqrafik açıqlığının ilk iki onillikdə 90%-dən yuxarı olduğu qeyd edilmişdir. Bundan 
əlavə, çoxsaylı damar zədələnməsi olan ÜİX xəstələrində tək İMA ilə sağqalma əvvəllər 
10-illik müşahidədə qeyd olunurdusa, hazırki  dövrdə  bu xüsusən ikitərəfli İMA istifadə 
olunanlarda 2-3-cü dekadalara qədər uzanıb. 
 
1.3.2. Sol ana koronar arteriya xəstəliyi  
 
Bir  neçə  onilliklərdir  ki,  sol  ana  koronar  arteriya(LMCA)  xəstəliyi  olanxəstələrdə 
uyğun standart müalicə AKŞ-dır. Bu fikir kardiocərrahların geniş tədqiqatlarına əsaslanıb. 
Bu  tədqiqatlarda  xəstələrdə  PKM-nin  sol  ana  koronar  arteriya  uğursuzluğunun  iki  əsas 
xüsusiyyəti qeyd edilir:  
1. 80% hallarda LMCA darlıqları bifurkasiya nahiyəsini tutur və bu tip darlıqlarda 
restenoz riski çox  yüksəkdir. 
2.  LMCA  xəstəliyi  olan  xəstələrin  80%-də  çoxsaylı  damar  tutulmaları  olur  və  bu 
xəstələrdə AKŞ  ilə sağqalma üstünlüyü daha çoxdur.  
Son  araşdırmalar  göstərir  ki,  PKM  sol  ana  koronar  arteriyanın  ciddi  olmayan 
zədələnmələrində AKŞ-ya ekvivalent (bərabər) ola bilər. 
SYNTAX tədqiqatında, LMCA xəstəliyi olan 705 xəstədə AKŞ və ya PKMilə müalicə 
olunanların analizi aparılıb. Birinci ilin sonunda əsas kardiyovaskulyar hadisələr (MACCE) 
– ölüm göstəricisi, miokard infarktı, insult, təkrari revaskulyarizasiya strategiyası müqayisə 
edilib. 5 illik müşahidədə ölüm göstəricisi (CABG = 14,6 %, PCİ = 12,8%; P=0,53) və 
miokard infarktında (CABG = 4,8%, PCİ = 8,2%;P=0,10) əhəmiyyətli fərq yoxdur. Ancaq 
AKŞ-də  yüksək  insult  riski  (4,3%-ə  qarşı  1,5%)və  daha  az  təkrari  revaskulyarizasiya 
ehtiyacı ilə (15,5%-ə qarşı 26,7%) əlaqədar olaraq ümumi MACCE faizində əhəmiyyətli 
dərəcədə fərq olmamışdır (31,0%-ə qarşı 36,9%; P=0,12). AKŞ və PKM-yə görə MACCE 
nəticələri, aşağı (0-22:30,4%-ə qarşı 31,5%; P=0,74) və orta (23-32: 32,7%-ə qarşı 32,3%; 
P=0,88) SYNTAX skoru olanlarda oxşar idi. SYNTAX skoru >32 olan xəstələrdə AKŞ 
yüksək insult riskinə baxmayaraq ( 4,9%-ə qarşı 1,6%;P=0,13) aşağı ölüm halları (14,1%-
ə qarşı 20,9% P=0,11) və daha az təkrari revaskulyarizasiya ehtiyacı (11,6%-ə qarşı 34,1%; 
P <0,001) ilə əlaqəli görüldü.  
AKŞ  əməliyyatına  qarşı  dərmanlı  stent  ilə  angioplastikanı  müqayisə  edən  ilkin 
randomizə PRECOMBAT tədqiqatına 600 sol ana koronar arteriya xəstəsi daxil edilmişdir. 
İlkin nəticələr – bir illik ölüm, miokard infarktı, insult və təkrari revaskulyarizasiyaAKŞ 


78 
qrupunda  6,7%  və  PKM  qrupunda  8,7%  olmuşdur  (P=0,37).  Bir  illik  ölüm  göstəricisi, 
miokard infarktı və ya insult AKŞ-də 4% və PKM-də 3,3 % olmuşdur ( P=0,66). İki qrup 
arasında  2  ildən  sonra  da  əhəmiyyətli  dərəcədə  fərq  gözlənilmir  və  bu  ölüm  göstəricisi 
(AKŞ qrupu üçün 3,4% və PKM üçün 2,4%; P=0,45), miokard infarktı və ya  insult (AKŞ 
qrupunda 4,4% və PKM qrupda 4,7%; P=0,83) üçün də keçərlidir. SYNTAX nəticələrinə 
zidd olaraq insult halları PKM (0,4%) və AKŞ (0,7%) qruplarında oxşardır.  
Üç  böyük  RKT-dan  ibarət  meta-analiz  və  bir  böyük  RKT-da  LMCA  darlığı  olan 
xəstələrdə PKM və AKŞ qarşılaşdırılması aparıldı. Metaanalizdə əsasən 1611 xəstənin 1 
illik nəticələri dəyərləndirilib. Ölüm göstəricisi, miokard infarktı, insult və ya hədəf damar 
revaskulyarizasiyası AKŞ qrupunda 11,8% və PKM qrupunda 14,5% (P=0,11) müşahidə 
olunub;  ölüm  göstəricisi,  miokard  infarktı  və  ya  insult  AKŞ  qrupunda  6,8%  və  PKM 
qrupunda  5,3%  (  P=0,26) olub. Buna baxmayaraq, ölüm  (AKŞ qrupunda 4,1% və  PKM 
qrupunda  3,0%;  P=0,29)  və  ya  miokard  infarktında  (AKŞ  qrupunda  2,8%  və  PKM 
qrupunda  2,9%;P=0,95)  əhəmiyyətli  fərq  olmayıb.  AKŞ  qrupunda  insult  riski 
yüksək(1,7%-ə  qarşı  0,1%;  P=0,01)  ancaq,  hədəf  damar  revaskulyarizasiya  sıxlığı  aşağı 
(5,4%-ə qarşı 11,4%; P < 0,001) olmuşdur. 
ASAN Tibb Mərkəzi - Sol ana koronar revaskulyarizasiya qeydiyyat şöbəsi  sol ana 
koronar  arteriya  xəstəliyi  olan  xəstələrdə,  PKM  ya  da  AKŞ  ilə  müalicə  alan  xəstələrin 
nəticələrini müqayisə edib. İki analizdə - birincisi, 100 xəstənin metal stentlə müalicəsinin 
və  250  xəstənin  AKŞ  ilə  müalicəsinin  10  illik  nəticəsi,  digəri  isə,  176  xəstənin  dərman 
örtüklü stent ilə və 219 xəstənin AKŞ ilə müalicəsinin 5illik nəticəsində nə ölüm göstəricisi, 
nə də miokard infarktı və ya insultda bu iki müalicə yanaşması arasında əhəmiyyətli fərq 
aşkarlanmamışdır. Hər iki tədqiqatda AKŞ qrupunda təkrar revaskulyarizasiyaya daha az 
ehtiyac olmuşdur. LMCA xəstəliyi ilə 810 xəstə daxil edilən tədqiqatda AKŞ (335 xəstə) 
və  ya  PKM  (475  xəstə)  ilə  müalicə  edilən  xəstələrinölüm,  miokard  infarktı  və  insult 
nisbətlərində 2 il ərzində heç bir əhəmiyyətli fərq qeydə alınmamışdır, ancaqAKŞqrupunda 
təkrar revaskulyarizasiya ehtiyacı ciddi şəkildə az müşahidə olunmuşdur. 
 
1.3.3. Üç damar koronar arteriya xəstəliyi 
 
Metaanalizlərin  spesifik  xəstələr  üzərində  apardığı  tədqiqatlara  əsasən,  dərmanlı 
stentlərin tətbiqinə qədərki dövrdə ölüm göstəricisinə təsirdə PKM və AKŞ arasında fərq 
qeyd  edilməmişdir,  baxmayaraq  ki,  yaşı  65-dən  yuxarı  və  şəkərli  diabeti  olan 
xəstələrdəAKŞ ilə ölüm faizi azalmışdır. 6055 xəstənin daxil olduğu 6 randomizə olunmuş 
tədqiqatdan ibarət metaanalizdə arterial qreft ilə AKŞ və PKM ( balon angioplastika, MÖS 
və DÖS) müqayisəsində mortalitə ( RR 0,73;95% Cl0,62-0,86), miokard infarktı (RR 0,58; 
95%  Cl  0,48-0,72)  və  təkrari  revaskulyarizasiyada  (RR  0,29;  95%  Cl  0,21-0,41  )  AKŞ 
lehinə  əhəmiyyətli  azalma  qeydə  alınmışdır.  Burada  AKŞ-yə  bağlı  insultlarda  artım 
olmuşdur. Bir neçə RKT və metaanalizlər göstərir ki, AKŞ-də PKM-ə nisbətən insult riski 
yüksəkdir, lakin uzunmüddətli təqibdə bu göstərici azalır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə