Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   71

74 
qəbullardan  keçməsinə  səbəb  olur.  PKM  və  AKŞ  ilə  revaskulyarizasiya  sadəcə  tibbi 
müalicə ilə müqayisədə, stenokardiyanı daha effektiv şəkildə yüngülləşdirir, anti-anginal 
dərmanların istifadəsini azaldır və həyat keyfiyyətini yaxşılaşdırır.Koronar angioqrafiya və 
ya  koronar  kompyuter  tomoqrafiya  (KT)  angioqrafiyası  ilə  müəyyən  edilən  koronar 
arteriya stenozunun dərəcəsi və yeri vacib proqnostik faktorlardır.  
 
1.2. Revaskulyarizasiya üçün əsas dəlillər 
 
Tibbi müalicə ilə müqayisədə, PKM və/və ya AKŞ ilə revaskulyarizasiya üçün əsas 
dəlil,  cədvəl  5-də  toplanan  bir  neçə  Randomizə  Klinik  Tədqiqat  (RKT)  hesab  olunur. 
Nəzərə  alınmalıdır  ki,  PKM  ilə  ən  yaxşı  revaskulyarizasiya  nəticələri  yeni  nəsil  dərman 
örtüklü stentlər (DES) ilə, AKŞ üçün arterial qreftlərdən maksimal istifadə etməklə əldə 
edilmişdir. 
 
1.2.1. PKM ilə revaskulyarizasiya 
 
Revaskulyarizasiya  və  Aqressiv  Dərman  Qiymətləndirməsi  Klinik  Tədqiqatına 
(COURAGE)  2287  təsdiqlənmiş  stenokardiya  tutmaları  və  ciddi  ÜİX  olan    xəstə  daxil 
edilmişdir. Bu xəstələr tibbi müalicə və ya dərmansız stentlə PKM və tibbi müalicə alan 
qruplara  ayrılmışdır.  Orta  müşahidə  zamanı  4,6  il  olmuşdur.  Qruplar  arasında  ölüm, 
miokard  infarktı  və  iflicbaxımdanheç  bir  əhəmiyyətli  fərqlər  tapılmadı.  Stenokardiya 
olmaması dərəcəsi 1 il və 3 ildə PKM qrupunda daha böyük idi, ancaq bu üstünlük 5 ilə 
qədər davam etdi. Bu zaman PKM qrupunun 21%-i, tibbi müalicə qrupunun 33%-i yenidən 
revaskulyarizasiya olunmuşdur (P<0,001).  
FAME  2  tədqiqatında,  ən  azı  bir  əhəmiyyətli  stenozu  olan  stabil  stenokardiyalı 
xəstələr sadəcə tibbi müalicə və tibbi müalicə +
 
PKM (FFR≤80) nəticələrinə görə müqayisə 
edilmişdir.  Birincili  dəyərləndirmə  nöqtəsinə  görə  (ölüm,  miokard  infarktı  və  təcili 
revaskulyarizasiya)  PKM-nin  xeyrinə  olduqca  yüksək  əhəmiyyətli  fərqgöstərmişdir. 
Birincili dəyərləndirmə nöqtəsinin PKM qrupunda 4,3% və tibbi müalicə qrupunda 12,7% 
(P < 0,001) olması göstərildi, ancaq iki qrupun arasında ölümün və ya  miokard infarktının 
dərəcələrində fərq olmadı.  
Tibbi müalicə və PKM strategiyasını müqayisə edən əksər meta-analizlərdə sağqalma 
və ya miokard infarktı baxımından invaziv strategiyanın lehinə heç bir dəlil tapılmadı. Son 
zamanlarda aparılan bir metaanalizdə göstərildi ki, ilkin strategiya kimi tibbi müalicə ilə 
müqayisədə,  PKM  bütün  səbəblərə  bağlı  ölüm  hallarında  [risk  nisbəti  (RR)  0,85);  95% 
etibarlıq intervalı (CI) 0,71], qısa vaxt ərzində ürəkdən ölüm (RR 0,71; 95% CI 0,47-1,06), 
miokard  infarktı  (RR0,93;  95%  CI  0,70-1,24)  və  ya  təkrar  revaskulyarizasiya  (RR0,93; 
95%  CI  0,76-1,14)  baxımından  ciddi  bir  yaxşılaşmaya  səbəb  olmur.  5  RKT-nin  5286 
xəstəni  əhatə  edən  metaanalizində  PKM-nin  və  tibbi  müalicənin  ortalama  5-illik 
müqayisəsi  zamanı  ölüm,  miokard  infarktı,  planlaşdırılmamış  revaskulyarizasiya  və  ya 
stenokardiya təkrarlamaları baxımından heç bir fərq aşkarlanmadı. 
 


75 
1.2.2. Açıqmetal stent (AMS) və dərmanla örtülmüş stent (DÖS) ilə perkutan 
koronar müdaxilənin müqayisəsi 
 
Yeni nəsil DÖS-lər, nazik stent platformaları, bioloji uyğunluq göstərən polimerlər və 
limus  əsaslı  antiproliferativ  maddələri  iləerkən  nəsil  DÖS  və  metal  stentlərə  görə 
effektivliyi  və  təhlükəsizliyini  artırmışdır.  DÖS-ün  ilk  nəsli  ilə  müqayisədə  təkrar 
revaskulyarizasiya ehtiyacı 10-20% azalmışdır. Açıq metal stent və DÖS-ün erkən nəsli  ilə 
müqayisədə,  yeni  nəsil  DÖS,  ölüm,  miokard  infarktı  və  stent  trombozları  daxil  olmaqla 
nəticələri  yaxşılaşdırmışdır.  Bir  neçə  tədqiqat  DÖS  erkən  nəsli  ilə  müqayisədə  stent 
trombozuriskinin  təxminən  50%  azalması  barədə  məlumat  vermişdir.  Həmçinin  bəzi 
tədqiqatlar metal stentlərlə müqayisədə də stent trombozu riskinin yeni nəsil DÖS-də daha 
aşağı olduğunu  göstərmişdir. 
DÖS-lər (paklitaksellə örtülmüş stentlərdən başqa) və AMS-i müqayisə edən, 117762 
xəstəni və 76 RKT-niəhatə edən bir tədqiqatda, DÖS qrupunda ölümün daha aşağı olması 
aşkarlanmadı,  ancaq  miokard  infarktı  riskinin  daha  az  (20-35%)  olduğu  qeyd  edildi. 
Randomizə edilmiş Bazel Stent Kosten Effektiveness Trial (BASKET – PROVE) tədqiqatı, 
böyük  damarları  (>3  mm)  olan  xəstələr  arasında  AMS  və  sirolimus  və  everolimus 
örtüklüDÖS müqayisə edərək, ölüm və ya miokard infarktı cəhətdən heç bir əhəmiyyətli 
fərqi göstərmədi; buna baxmayaraq,  müalicənin 2-ci ilində DÖS (BMS və DES: RR0,60; 
95% CI 0,39-0,93; P=0,02) qrupunda miokard infarktının daha az olması göstərildi. Yeni 
nəsil everolimus örtüklü stent ilə erkən nəsil paklitaksel örtüklü stentləri müqayisə etmiş, 
4989  xəstə  daxil  olmaqla  üç  RKT-nin  meta  analizinə  əsasən,  yeni  stentlərdə  3  illik 
müşahidə zamanı toplam ölüm halları daha azdır (3,2% və 5,1%;(HR) 0,65; 95% CI 0,49-
0,86; P=0,003). 
 
1.2.3. Koronar şuntlamanın  istifadəsi ilə revaskulyarizasiya 
 
Stabil ÜİX-in spesifik subqruplarında ilkin  tibbi müalicəyə görə AKŞ-nın üstünlüyü 
yeddi  RKT-nin  metaanalizində  göstərildi.  Bu  tədqiqatlar,  LM  və  ya  üç  damar  SÜİX 
(xüsusilə, proksimal LAD stenozlarında) xəstələrində AKŞ-dən sonra sağqalma nisbətinin 
yüksək  olduğunu  nümayiş  etdirdi.  Simptomlar  şiddətli  olduğunda,  funksional  sınaqlar 
müsbət olduqda və LV funksiyası azalmış xəstələrdə bu fayda daha ciddi şəkildə görünür. 
Onu da qeyd etmək lazımdır ki, erkən AKŞ tədqiqatlarında xəstələrin sadəcə 10%-dədaxili 
döş arteriyası konduit (qreft) kimi istifadə olunurdu. Bu isə AKŞ-nin ən vacib proqnostik 
amillərindən biridir. 
 
Stabil stenokardiya və ya gizli işemiyalı xəstələrdə  
revaskulyarizasiya üçün göstərişlər 
 
ÜİX dərəcəsi (anatomik və/və ya 
funksional) 
Sinif 
Səviyyə 
 
Stenozu>50% olan LM 

 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə