Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

189 
 
Şəkil9. Diastolik dominq hərəkəti (oxlarla təsvir olunub) 
Cədvəl 5. Mitral stenozun dərəcələri 
 
Yüngül 
Orta  
Ağır 
Qapaq sahəsi 
>1.5sm
2
 
1-1.5sm
2
 
<1.0sm
2
 
Ortalama təzyiq 
qradiyenti 
5mmHg 
5-10mmHg 
>10mmHg 
 
Mitral stenozla birgə çox zaman yanaşı olaraq mitral çatışmazlıq müşahidə olunur. Bu mitral 
çatışmazlığı mitral çatışmazlığı exokardioqrafik kriterilərinə görə dəyərləndirmək lazımdır. 
Mitral çatışmazlıqlı bir xəstəni exokardioqrafik müayinə etdikdə ən son olaraq mitral 
obstruksiyanın yaratdığı dəyişikləri müəyyən etmək lazımdır. Bunlara: 
1.Sol atriumun ölçüsü 
2.Sağ  ventrikulun ölçü və funksiyası 
3.Pulmonar arteriya təzyiqi 
4.Sol atriumdan tromb 
daxildir. 
 
 
Ədəbiyyat 
 
1.
http://eurheartj.oxfordjournals.org/content/ehj/35/8/490.full.pdf
 (The Year in Cardiology 2013: valvular 
heart disease (focus on catheter-based interventions) 
2.
http://eurheartj.oxfordjournals.org/content/ehj/37/8/703.full.pdf
 (One-year outcomes and predictors of 
mortality after MitraClip therapy in contemporary clinical practice : results from the German transcatheter 
mitral valve interventions registry 


190 
3.
http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC491797/pdf/brheartj00378-0031.pdf
 (The functional and 
clinical anatomy of the mitral valve) 
4.
http://eurheartj.oxfordjournals.org/content/early/2011/05/22/eurheartj.ehr101
 (Percutaneous edge-to-edge 
MitraClip therapy in  the management of mitral regurgitation) 
5.Guidlines on the management of valvular heart disease (version 2012) 
6.Echocardiography review guide.Otto,Schvangler,Freeman,2008. 
7.Valvular Heart disease.Otto.2004. 
8.Manual of Cardiovascular Medicine.Griffin,Topol.2009 
 
 
 
MİTRAL QAPAQ CƏRRAHİYYƏSİ . 
 
Mitral  qapaqda     ilk cərrahi müdaxilə   Eliot Cutler ve Samuel Levine  tərəfindən  
1923- cü ildə  icra edilən  qapalı   mitral komissurotomiya  (barmaqla genişletme) ilə 
başlamıştır. İlk  müvəffəqiyyətli     qapalı  əməliyyat  - mitral komissurotomiya  isə 1948’ ci  
ildə  Charles Bailey  tərəfindən  həyata keçirilib. İlk  müvəffəqiyyətli    qapaq protezləşməsi 
isə   1959- da  Nina Braunwald ve 1960 –cı ildə    Starr  tərəfindən icra edilmişdir. Starr 
ve Edwards ilk   -dövrünə  görə ən yaxşı  qapaq   protezini  1961  ildə inkişaf etdirərək  
istifadə  etmişdirlər. İlk nəsil  qapaqlardan   olan Starr-Edwards  toplu qəfəsli qapaq  illlərcə 
istifadə edilib . Lakin  tromboembolik  fəsadlar tez tez rastlandığından  və  dar anulusu  olan 
xəstələrdə  istifadəsi  çətin olması səbəbiylə  Smeloff-Cutter adıyla bilinen daha kiçik    toplu 
qapaq  yaradılıb .Daha sonra yapon cerrahı  Juro Wada tərəfindən   qıvrım  diskli  qapaq  
inkişaf etdirilib . Nəticələr  pis olmasa da   bu qapaqlarda  aşınma cox rastlanmışdır . 1970-ci 
illərdə ikinci nəsil  qapaqlar-  Björk-Shiley  qıvrım  diskli qapaqlar istifadəyə verilmişdir.  
Bu 
qapaqlarda   tromboemboliya və  aşınma  daha  az   müşahidə edilmişdir . Texnologiyanın 
inkişafı  ilə  1977 – ci ildə üçüncü nəsil  ikitaylı  qapaqlar  istifadəyə verilmişdir. 
Mitral  qapağın   qapaqaltı    aparatının  funksiyasının   həm qapağın işləməsində həm də sol 
mədəcik funksiyasının   icrasında    vacib  rol oynadığından    1962-ci ildə    Liellehei, Levy 
ve Barnabeu ilk dəfə    mitral  qapağın posterior lifletini ,xordalarını və  papillyar  əzələni 
qoruyaraq  həyata keçirmişlər.Mitral qapaq  əməliyyatları  günümüzdə  mitral həlqələrin 
cərrahların  istifədəsinə verildikdən sonra  daha cox  mitral qapaq tamamən təmiri  icra 
olunur.       
 
Mitral qapaq əməliyyatı- cərrahi texnika  
 
Xəstə standart olaraq arxası üstə cərrahi  masada  yerləşdirilir.Anesteziya və monitorizasiya  
Işləmləri yekunlaşdıqdan sonra median sternotomiya icra olunur.Perikard açılır Aorta ,yuxarı  
Aşağı    boş  venalar  kanyulyasiya  edilir.Anteqrad  və  retroqrad  kardioplegiya  kanyulları 
qoyulur,cərrahın  seçiminə  görə  sağ  yuxarı pulmonar  venadan əlavə çəkici kanyula yerləşdirilə 
bilər.Kross  sıxıcı  qoyulduqdan  sonra  kardioplegiya  verilərək  ürək  durdurulur.Mitral  qapağa 


191 
yaxınlaşmaq  üçün sol qulaqcıqda kəsik aparılmalıdır. Sol atrium açıldıqdan sonra alətlə atrium 
divarı cəkilərək mitral qapağa  görüş təmin edilir. 
Atrial  kəsiklər. 
Klassik sol atrial giriş interatrial  şırımdan icra edilir.  Buradan sağ pulmonar  venaların    
birbaşa  önündən  sol qulaqcığa  giriş  təmin edilir. Lakin bu  girişte mitral  qapaq   alt və   
dərində  qalır və özellikle  genişlənmiş  atriumlarda  çətinlik  yaranır. İnteratrial şırımdakı  yağ  
toxumasından  girilerek   interatrial  birləşməni görüb  buradan sol atrium doğru  parallel kəsik  
aparılır .Bu səviyyəden  aparılan kəsiklə  ilə  mitral qapaq   daha yaxın ve daha geniş görüntü 
təmin edilmiş olur. Digər kəsik olaraq  çəp - transeptal (transatrial) sol atriotomiya  icra oluna 
bilər  ki , bu zaman da birbaşa qapaq üzərinə cıxmış oluruq Mükemmel bir görüş sahəsi  təmin 
olunur, kəsik sağ süperior venadan  sağ atrium boyunca oblik olarak icra olunur. Transeptal  
yol  istifadə olunarsa aparlcl  yolları  zədələməmək  üçün  kəsiyin qulaqcıq daxilindəki davamı  
fossa    ovalis  üzərində  olmalıdır,  buradan  kaudal  istiqamətə  icra  edilərsə  koronar  sinus  və 
aparıcı yollar zədələnə bilər. Transseptal kəsik bilateral da icra oluna  bilər .İlk dəfə  1966 ci 
ildə  Dubost tərəfindən təklif edilmişdir. 
Bu  giriş:      1)  Perikardial  yapışıklıkların  tam  açıla    bilmədiyi    mitral  redo 
operasiyalarında 2) Kiçik  atriumlarda  seçilə bilər.  Bu  cərrahi metodla  sağ atriuma çəp   
girilir.Fossa ovalis perpendikulyar  açılır və septumda aparılan kəsik   sağ üst pulmoner venaya  
qədər  uzadılır, bu kəsiyin 2. Qolu  ise transvers olaraq  koroner sinüsün 2 cm arxasına  qədər   
uzadılır.  
Uzadılmış    transeptal  (atriotomiya)  kəsik  redoəməliyyatlarda    ,triküsbid  və  mitral 
qapaq əməliyyatı eyni vaxtda icra olunduqda seçilə  bilər.Kəsik   sol appendiksin  iç tərəfindən  
vertikal olaraq icra edilir  və sağ atriuma girilir, sağ atriumun septumu eyni   şəkildə  foramen 
ovaleden    vertikal    kəsilərək      sol  atriuma  düşülür.  Biatrial  inferior  transeptal  müdaxilədə   
kəsik  interatrial şırımdan icra olunan  standart kəsiklə eynidir. Bu kəsik  distalda  sağ atrium 
üzərindən   VCI ağzına yaxın  yuxarı  doğru uzadılır , içəridən  də septum  kəsiyi  koronar    
sinus  ağzına doğru uzadılır.   
Mitral qapaq  əməliyyatlarında adətən   3 cür  atrial kəsiklər  istifadə olunur. Bunlar sağ 
lateral,  superior-  septal  ve  transeptal    yoldur.  Bu    kəsiklər      içində  Mitral  qapağa  ən  yaxşı  
görüntü təmin edən  superior -septal giriştir. Reoperasiyalarda  ,kiçik  atriumlarda ,döş qəfəsi   
dərin   olanlarda  bu kəsiyin seçilməsi daha məqsədəuyğundur.  
 
 
MİTRAL TƏMİR  
Mitral qapaqda      funksional  çatmazlığa səbəb olan xəstəliklər ,revmatizm, Barlow 
xəstəliyi,  fibroelastik    .çatmamazlıq,  bacterial      endokardit  və    miokardın  işemiyasıdır.Bu 
xəstəliklərin əmələgətirdiyi   funksional çatmamazlıqlar  3 tipə bölünə bilər. 
 1)Tayların   hərəkəti  normaldir. 
 2) Tayların hərəkəti daha sərbəstdir və prolaps  vardır.  
 3) Tayların hərəkəti  ciddi məhdudlaşmışdır.     
 
Mitral  qapağın    təmirində    əsas    məqsədimiz  qapağın  anatomik  bərpasından  əlavə 
qapağın funksional bərpasıdır ki , bura da tayların  bərpası ilə yanaşı mitral anulusaanulusu 
normal  ölçülərə  gətirmək  və  tayların  bağlanma  anında  eyni  səviyyədə  bib  biri  ilə 
görüşməsini təmin etməkdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə