Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   71

192 
Müxtəlif səbəblərdən olan mitral çatmamazlıqda  ilk əvvəl mitral qapaq boş ürəkdə iki  
ədəd ucu  qırmağa bənzər alətlə müayinə edilir. Bu zaman  taylarda olan ,xorda və  papillar 
əzələlərdə olan problemlər aşkarlanır və  qapaq çatmamazlığının səbəbi dəqiqləşdirilir sonra 
isə təmirdə istifadə olunan çeşidli metodikalardan birinə qərar verilir.Daha sonra isə  təmir 
əməliyyatının uzun ömürlülüyünü  təmin etməkdən ötrü   əsas mərhələlərdən olan mitral  
anulusun stabilləşdirilməsi məqsədilə xüsusi həlqə ölçümləri ilə hansı ölçüdə protez həlqə 
qoyulacağı  ölçülür  və    implantasiya  olunur.Qapaq  təmiri  əməliyyatına  başlamadan  öncə 
bizim də xüsusilə diqqət etdiyimiz 3 ana prinsip diqqət mərkəzində olmalıdır. 
1.Qapağın bütün seqmentlərinin normal hərəkətini qorumaq və ya təmin etmək. 
2.tayların kopatasiyası üçün   geniş 7-8 mm məsafə  təmin edilməsi  
3.mitral qapaq həlqəsinin  rekonstruksiyası  və ya stabilizasiyası  
Normal  hərəkətliliyi  qorumaq  üçün  patoloji  toxumaların    -  qopmuş  toxumaların 
kəsilməsi  və ya dekalsifikasiya   icra oluna bilər.  
  
Protez  Həlqə  tətbiqi ilə  anuloplastika 
 
Təmir əməliyyatlarında qapağı müayinə edərkən ilk olaraq qapağın  funksiyasının hansı 
səbəbdən pozulması önəmlidir. Əgər müayinə zamanı qapaqda tip 1  pozulma aşkar edilərsə  
xəstəyə  mitral  həlqənin  rekonstruksiyası  məsləhətdir.Bu  zaman    əsas    mərhələlərindən  biri 
həlqə anuloplastikadır . Anuloplastika  günümüzdə geniş  miqdarda tətbiq olunur ki,bu  zaman 
mitral qapaq sahəsini dəqiq ölçülür və uyğun ölçüdə həlqə tətbiqi ilə qanın  axını üçün yetərli 
mitral qapaq sahəsi bərpa olunur.  Protez həlqə qapaq sahəsindən başqa anulusun formasını da 
stabilləşdirir ki , belecə də tayların qatlanma ehtimalını  və ola biləcək darlıq ehtimallarını da 
aradan qaldırır. Mitral Ring 2/0 etibond tikişlər istifadəsilə implantasiya edilir ki, bu zaman 
tikişlər mitral tayların anulusa birləşmə  yerinin 1-2 mm xaricində fibroz anulusdan olmaqla  
2 mm dərinlikdə, 7-8mm məsafədə olmaqla keçilir .Tikişlər əvvəlcə həlqənin anterior , sonra 
posterior hissəsindən keçilir burada da tikiçləri kecerkən anulustan geniş həlqədən  isə nisbətən 
yaxın keçmək məsləhətdir.Sonra isə həlqə anulusa oturdularaq düyünlər tamamlanır.  
Mitral  Prolaps   Təmiri  
Adətən tip 2  funksional pozulmalar  mitral  qapağın  prolapsında  , tayın  xordalarının  
qopması    və  ya  uzanması  zamanı    meydana  cıxırlar.Anterior    və    posterior    tayların  hər 
ikisinin ayrı ayrılıqda da prolaps etməsi mümkündür ki, buna  uyğun olaraq  da müxtəlif 
təmir üsulları  mövcuddur . Bu zaman qopmuş xorda tayın prolabə olmuş seqmenti ilə  qopan 
və ya uzanan hissəsi dörd bucaqlı və ya üçbucaqlı şəklində kəsilir və yerdə qalan hissə 5/0 
prolen tikişlə tək –tək  keçməklə  plikasiya olunur.Ardından da  protez ring yerleşdirilir. 
Başqa  bir texnikada  isə xordası qopan bölgə sadəcə plikasiya olunur və lefletin ucu qonşu 
ikincili    xordaya  bərkidilir.İkincili    xordalara  tikilməklədə    koaptasiya  zamanı    yaranmış  
prolaps və nəticədə   ortaya cıxmış   mitral çatmamazlıq   ortadan  qaldırılmış olur. 
  
Anterior leflet prolapsusu sadəcə  xorda qopması ilə də baş verə bilər ki , bu  zaman 
süni  xorda  köçürülməsi  məsləhətdir.  Bu  zaman  qopan  xorda  yerinə  5/0  və  ya  6/0  PTFE-
tikiş(süni xorda) istifadə olunur. Bir və ya bir neçə xorda köçürülə bilər . Bunun üçün tikişlər 
əvvəlcə xordanın qopduğu papilyar  əzələdən keçilir ,tikişlərin hər iki tərəfində kiçik plejit 
olur  ki  ,  bu  yavaşca  düyünlənir  ,  sonra  xordalar  paraşüt  saplarına  bənzər  şəkildə  lefletin 
sərbəst  kənarından  keçilir.  Süni    xordanı      papailyar  əzələyə    bərkidərkən    diqqət  etmək 
lazımdır , düyün sərt sıxılarsa  əzələ işemiyası  baş verə bilər.Ardından xorda uzunluğu xüsusi 


193 
alət- xətkeşlə ölçülür və düyünlənərək  fiksasiya olunur , qapaq çatmamazlığı  test  edilir  və 
nəticə  qənaətbəxş  olarsa    əməliyyat  uyğun  ölçüdə    protez  rıng    implantasiyası  ilə 
yekunlaşdırılır.  
 
 
 
 
Mitral  qapaq   taylarının   genişlədilməsi.  
 
Bəzən xəstələrdə tip-3 funksional  qapaq çatmamazlığı qeyd olunur ki,  səbəbi olaraq   
leflet  toxumasının büzülməsi  və ya dəlinməsi  aşkar olunur. Bu zaman cərrahi metod olaraq 
büzülmüş lefletdə koaptasiya zamanı yetərli səth yaranmadığından  tayın  perikard  toxuması 
ilə    genişlədilməsi    tətbiq  edilə    bilər.  Araşdırmalarda    bu  cür  xəstələrin    80%-  də 
çatmamazlığın itməsi və ya ciddi azalması qeyd olunmuşdur. Etiologiyasına baxdıqda  daha 
çox -   revmatizmal 65% , bacterial  endokardit- 17%, anadangəlmə - 8%  ,ventrikulyar   fibroz  
-  4.5%    və travma tik- 1.5%  mənşəli olduğu  görülür.  
Qapaq   toxumasının  artırılması ciddi mitral çatmamazlığı olan xəstələrdə yaxşı nəticə verir. 
Bunun üçün əvvəlcə  zədəli tayın sərbəst kənarı qarşı taya uyğun   şəkildə asılır və bu zaman 
tayın  sərbəst  kənarında  gərilmə  olmamasına  diqqət  etmək  lazımdır  .Bu  zaman  lefletdə  hər 
hansı bir hissə büzülmə səbəbilə gərgin olduğu aşkarlanır bu hissəyə aypara şəklində kəsik 
icra olunur .Təkrarən hər iki tayın sərbəst kənarı uyğunlaşdırıldıqda defektli bölgənin ölçüsü 
ortaya çıxar ki , buraya da perikard yama 5/0 prolen tikişlə tikilir.Qapaq taylarının dəlinməsi 
zamanı da eyni texnika icra olunur. Bu  metodla aparılan təmir  zamanı  uzun dönəm nəticələri  
5 ildə 90 %, 10 ildə 69 %  olaraq  bildirilmiştir.  
 
Taylarda olan hərəkət məhdudluğunun  bərpası  
 
Qapaq  xəstəliklərində  daha  çox  tip-3  funksional  pozulmalarda  taylarda  olan  sərbəst 
hərəkət  məhdudluğu  ortaya  cıxa  bilir.Mitral  qapağın  cərrahi  anatomiyasına  uyğun    olaraq   
Leflet hərəkətlərini  məhdudlaşdıran  patoloji  halları   aşağıdakı kimi  qruplaşdırmaq olar . 
 1) Komisurlarda  yapışma  
 2) Lefletdə qalınlaşma  
 3) Xordalarda qalınlaşma  
 4) Xordalarda  yapışmalardır.  
Eyni zamanda bu cür patologiyalar  mitral qapaqda  çatmamazlıqla bərabər  qapaq darlığına 
da səbəb ola bilirlər. Cərrahi olaraq  bu patologiyaları  aradan qaldırmaq üçün müxtəlif  açıq 
və ya qapalı texnikalar tətbiq oluna bilər. 
 
Komissurotomiya  :  Mitral  qapaqda    komissura    dedikdə    adətən  ön  və  arxa  tayların  
kənarlarının    bitişdiyi    yerdə  seqmentin  -tayların  toxumasından  daha  kontrastlı  və  çuxur 
şəklində olması ilə fərqlənir .Bəzən bu işarələr olmazsa, 
 o zaman nisbi olaraq komissur hər iki tayı əksinə çəkməklə bir çökəklik ortaya cıxar ki , bura 
komissur  adlandırılır.  Mitral  qapaq  sahəsi  nəzərə  alınmaqla    bu  bitişiklik    mitral  qapaq  
annulusa 3 mm məsafə qalana qədər neştər ilə taylar bir birindən ayrılaraq   komissurotomiya   
icra olunur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə