Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

183 
   Prosedur mitral çatışmazlıq halında tətbiq olunur. EVEREST tətqiqatı və bir neçə kiçik 
tədqiqatarın nəticələrinə əsasən perkutan uc-uca mitral qapaq təmiri aşağıdakı hallarda tətbiq 
oluna bilər:
5
 
1.ciddi teterinqi olmayan ciddi ikincili mitral çatışmazlıqda 
2.Tam medikal müalicəyə baxmayaraq(CRT implantasiyası daxil) hələ də simptomtik olan 
ciddi mitral çatışmazlıqda (xəstə inoperabel dəyərləndirilir, mitraklip yerləşdirilməsi üçün 
uyğun exokardoqrafik göstəricilər mövcuddur, xəstədə 1 ildən artıq ömür gözlənilir) 
Prosedur həm degenerativ (anterior, posterior və ya hər iki qapaq tayının prolapsı) və 
funksional mitral çatızmazlıqda geniş tətbiq olunur. Aktiv endokardit, revmatik qapaq 
xəstəliyi və mitral stenozun mövcud olması prosedur üçün əks-göstərişdir. 
Alfieri proseduru zamanı mitral qapaq ucları bir-birinə tikilərək ikimənfəzli mitral qapaq 
sahəsi yaradılır ki, bunun mitral çatışmazlıq ya azaldılır, ya da ortadan qaldırılır. MitraKlip 
cihazı maqnit rezonansa uzlaşan kobalt-xrom tərkibli cihazdır. Cihazın iki qolu və iki 
tutucusu vardır. Bu tutucular vasitəsilə mitral qapaq taylarının ucları bir-birinə birləşdirilir və 
ikimənfəzli mitral qapaq sahəsi yaradılır. Hər qol 4mm enində və 8mm uzunluğundadır.  
Cihaz toxuma inkişağını stimullaşdırmaq məqsədilə poliesterlə örtülmüşdür. (Şəkil6) 
Cihazın tam inkapsulyasiyası 12həftədə başa çatır.  
 
Şəkil6. MitraKlip cihazı 
    Prosedur kateterizasiya laboratoriyasında ümumi anesteziya altında icra olunur. Ümumi 
anesteziyanın istifadəsinin bir neçə səbəbivar. İlk əvvəl bu xəstənin komfortu üçün 


184 
önəmlidir. Çünki prosedur boyu transezofagial exokardioqrafik (TEE) aparılıdır. Bundan 
əlavə ümumi anesteziya xəstənin artıq hərəkətlərini məhdudlaşdırırır, cihazın qapaılması 
zamanı tənəfüüsün dayandırılmasının idarə olunması asanlaşır. Proseduru həyata keçirmək 
üçün femoral vena punksiya olunur. Xüsusi kateter vasitəsilə sağ atriuma keçilir. Daha sonra 
kateter transseptal üsulla sol atriuma yerləşdirilir. Sol atriumdan mitraql qapaqdan keçməklə 
kateter sol ventrikula keçilir. Kateterin daxilindən ucunda mitraklip cihazı olan çatdırılma 
sistemi sol ventrikula doğru yerləşdirilir. Daha sonra həm exokardioqrafiya, həm də 
flüoroskopiya nəzarətində çatdırılma sistemi yavaş-yavaş geri çəkilir. Bu gerçəkmədə 
məqsəd mitral qapaq uclarının mitraklip cihazının tutucu və qolları arasına keçməsidir. Bu 
zaman cihazın qollar açıq vəziyyətdə olmalıdır.Qapaq taylarının mitraklipin qolları arasında 
olduğuna əmin olduqdan sonra cihaz sıxılır və alınan nəticəyə baxılır. Əgər gözlənilən nəticə 
əldə olunubsa bu zaman mitraklip cihazı sərbəstləşdirilir və çatrılma sistemi ilə kateter geri 
çəkilir. Qapaq taylarının tutulması suboptimal olduqda qapaq tayları sərbəstləşdirilir və 
prosedur təkrar olunur.ABŞ-da eyni xəstəyə 2-dən artıq cihazın implantasiyasına icazə 
verilmir. Lakin Avropada 1 xəstəyə 4 cihaz implantasiyası hadisəsi qeydə alınmışdır. Cihaz 
sayının məhdudlaşdırılmasının səbəbi mitral stenozun inkişaf edə bilməsidir. 
MitraKlip implantasiyası zamanı qapaq aparatındakı patologiyadan asılı olaraq kliplər 
müxtəlif lokalizasiyalara yerləşdirilə bilər
4
. (Şəkil7) 
    2011-ci ildə EVEREST 
4
 tətqiqatının nıticələri dərc olunmuşdur. Bu tədqiqata MitraKlip 
implantasiya olmuş 107 xəstə daxil edilmişdir. 3illik müşahidə müddətində xəstələrin 
90.1%-i ölümdən azad, 76.35-i isə cərrahi əməliyyatdan azad müşahidə olunmuşdur. 
32xəstəyə təkrar cərrahi əməliyyat icra olunmuşdur. Bu xəstələrin 84%-də mitral təmir 
əməliyyatını icra etmək mümkün olmuşdur. Bu sübut edir ki, ilkin MitraKlip cəhdi və ya 
implantasiyası sonrası mitral qapaq təmiri etmək uyğundur. 
2013-cü ildə EVEREST tədqiqatının 4illik nəticələrinə əsasən MitraKlip proseduru sonrası 
rezidual mitral çatışmazlığı səbəbi ilə cərrahi əməliyyata daha çox hallarda ehtiyac yaranır. 
(24.8%-5.5%). Lakin ölüm və funksinal yaxşılaşma baxımından MitraKlip və cərrahi mitral 
qapaq təmiri arasında önəmli fərq müşahidə olunmadı
1

Həmçinin 2013-cü ildə Alman mitral qapaq transkateter müdaxilələri registrində 
2
MitraKlip 
prosedurunun bir illik nəticələri tədqiq olunmuşdur. Registra 2010-2013-cü illər arasında icra 
MitraKlip proseduru icra olunmuş  828  pasiyentin məlumatları daxil edilmişdir. Son nəticə 
olaraq registra daxil edilmiş xəstələrin böyük əksəriyyətində kliniki yaxşılaşma müşahidə 
edilmişdir.  
 


185 
 
Şəkil 7. Mitral qapaq uclarının müxtıəif lokalizasiyalarına mitrakliplərin yerləşdirilməsi. 
Qapaq aparatındakı patologiya Karpentier təsnifatına görə aparılmışdır. (Karpentier l tip-
annular dilatasiya, Karpentier ll tip-qapaq taylarının hərəkətinin artması (mitral prolaps), 
Karpentier III tip-sistolada qapaq tayının hərəkətinin azalması (işemik kardiomiopatiya)  
Cədvəl 2. MitraKlip və mitral qapaq təmirinin prosedural müqayisəsi (MÇ-mitral 
çatışmazlıq) 
 
MitraKlip 
Cərrahi mitral qapaq təmiri 
Göstəriş 
MÇ 
MÇ 
İmplant 


Ümumi anesteziya 


TEE rəhbərliyi 


Prosedur zamanı 
2-4saat 
2-4saat 
İntensiv terapiya şöbəsi 
24saat 
24saat 
Xəstəxanada qalma müddəti 
3gün 
4-7gün 
 
Mitral stenoz 
Etiologiyası 
Mitral stenzun bütün dünyada yayılmış ən əsas səbəbi revmatik qızdırmadır. Lakin revmatik 
qızdırma keçirmiş xəstələrin 50-60%-inin revmatik qızdırma keçirməsindən xəsbəri yoxdur. 
Kəskin revmatik qızdırma zamanı əsasə valvulit səbəbi ilə mitral çatışmazlıq inkişaf edir. 
Sonra 2-20 il ərzində qapaqda stenoz yaranmağa başlayır. Bu səbəbdən xəstələrdə illər sonra 
simptomlar başlayır və yavaş yavaş proqressivləşir. Qapaqlarda baş verən patohistoloji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə