Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

173 
Döyünən  ürəkdə  AKŞ  əməliyyatı  zamanı  sağ  plevranın  açılması  məsləhət  görülür. Bu 
zaman ürəyin sağ plevral sahəyə doğru yer dəyişməsi nəticəsində ürək sağa dönür və zirvəsi 
yuxarı qalxır. Ürəyin bu vəziyyətinin iki əsas texniki üstünlüyü vardır. 
1.
 
Ürəyin  yan,  aşağı  və  arxa  divarlarına  daha  rahat  şəkildə  müdaxilə  edilməsini  təmin 
edir. 
2.
 
Sol mədəciyin daha rahat işləməsini təmin edərək əməliyyat zamanı hemodinamikanın 
stabil qalmasına kömək edir. 
DÜ  AKŞ  zamanı  koronar  arteriyaların  əldə  olunması  üçün  iki  əsas  metoddan  istifadə 
edilir. 
1.
 
Perikard asma tikişləri 
2.
 
Apikal vakum alətləri 
Müxtəlif  koronar  damarlara  rahat  çıxış  əldə  etmək  üçün  perikardın  fərqli  nöqtələrinə 
qoyulmuş  tikişlərin  çəkilib  fiksə  edilməsi  çox  faydalıdır.  Bundan  başqa  ön  divardakı 
damarlarda rahat işləmək üçün ürəyin altına qatlanmış cərrahi tənzif və ya içərisinə ilıq maye 
doldurulmuş  cərrahi  əlcək  istifadə  edilə  bilər.  Zirvəyə  qoyulmuş  vakum  alətləri  isə  ürəyin 
aşağı – arxa səthindəki damarlara cərrahi yanaşma əldə etmək üçün tətbiq olunur. 
 
Miokardın işemiyadan qorunması və ürəyin mexaniki və farmakoloji 
stabilləşdirilməsi 
 
DÜ AKŞ zamanı distal anastomozların icra edilməsi üçün hədəf damarın olduğu sahənin 
yerli immobilizasiyasına ehtiyac yaranır. Bunu icra edərkən miokardın işemiyadan qorunması 
və ürək fiziologiyasının optimal səviyyəsi təmin edilməlidir. Bütün bunlar bir sıra farmakoloji 
və mexaniki müdaxilələrin hesabına həyata keçirilir. 
Farmakoloji müdaxilə zamanı qarşıya qoyulan məqsədlər aşağıdakılardır: 
1.
 
Ürəyin farmakoloji immobilizasiyasını təmin etmək  
2.
 
Miokardın oksigen ehtiyacını azaltmaq 
3.
 
İşemiyaya dözümlülüyünü artırmaq  
4.
 
Kəskin işemiya və infarktın qarşısını almaq 
Əməliyyat zamanı tac damarların xaricdən sıxılaraq qanaxmanın kəsilməsi  miokardda 
ciddi zədələnmələrə gətirib çıxara bilər . Xüsusilə total okluziyanın olmadığı damarlarda qan 
axınının müvəqqəti də olsa kəsilməsi miokardda ciddi zədələnmə törədə bilər. Toxumalarda 
zərərli 
metabolizm 
məhsullarının 
toplanması  reperfuziya  zədələnməsinin  əsas 
səbəblərindəndir.  
Miokardın  oksigen  ehtiyacını  azaltmaq  üçün  yığılma  gücünü,  sürətini,  bədən 
temperaturunu 1-2 dərəcə aşağı salmaq və anesteziyanı dərinləşdirmək lazımdır . Bu məqsədlə 
esmalol kimi qısa müddətli təsir edən beta-blokatorların infuziya şəklində verilməsi ən optimal 
variantdır.  Son  illərdə  bu  əməliyyatlar  zamanı  miokard  perfuziyasının  qorunması  üçün 
intrakoronar şuntlardan istifadə edilir.  
Farmakoloji  immobilizasiya  təmin  etmək  üçün ürək vurğularının sayının dəqiqədə 40-
50-yə  qədər  azaldaraq  bradikardiya  yaratmaq  lazımdır.  Xüsusi  hallarda  isə  qısa  müddətli 
asistoliya yaratmaq ehtiyacı ola bilər. Bu məqsədlə bolus adenozinin İ.V tətbiqindən istifadə 
etməklə  qısa  müddətli  (5-15san-lik)  asistoliyalar  əldə  etmək  olar.  Bu  yolla  əməliyyat 
müddətində  anastomozun  çətinlik  yaradan  bölgələrində  8-10  dəfəyə  qədər  qısa  müdətli 
asistoliyalardan istifadə etmək olar.  
Ürəyin  (hədəf  miokard  sahəsinin)  mexaniki  stabilizasiyası  üçün  mənfi  təzyiqlə  vakum 
yaradan və ya yerli təzyiq tətbiq edən alətlərdən istifadə olunur. 


174 
 
Sol torakotomiya ilə DÜ AKŞ 
 
Sol torakotomiya ilə DÜ AKŞ – birincili şuntlama əməliyyatlarında tətbiq oluna bilsədə, 
xüsusilə  təkrari  koronar  cərrahi  əməliyyatlarında  aktualdır.  Bu  metodlatəkrar  sternotomiya 
aparmadan, mediastinal yapışıqlıqlar, aorta və birinci əməliyyatda qoyulmuş işləyən qreftlər 
zədələnmədən əməliyyat aparmaq mümkündür. Bundan başqa, döş sümüyünün bitişməməsi 
və mediastinit riskinin olmaması , yara sağalması və normal fiziki aktivliyə dönmə müddətinin 
qısalması yolu ilə də torakotomik DÜ AKŞ-nin üstünlükləri vardır. 
Təcili vəziyyətlərdə femoral kanulyasiya ehtiyacı nəzərdə tutularaq femoral bölgə hazır 
olmalıdır.  Təkrari  əməliyyatlarda  əsasən  VSM  və  mil  arteriyası  istifadə  olunaraq,  distalı 
sabitləşdiricilərin  köməyi  ilə  tac  damarlara,  proksimalı  isə  enən  aortaya  və  ya  körpücükaltı 
arteriyaya  anastomoz  edilir.  Beləliklə,  bu  metod  təkrari  koronar  şuntlama  əməliyyatlarında 
ölüm və ağırlaşma faizlərinin azaldılması baxımından ciddi üstünlüklərə malikdir. 
 
MİD CAB – RCL proseduru 
 
Bu  metod  xəncərəbənzər  çıxıntının  üzərindən  başlayaraq  sol  qabırğa  qövsünə  doğru 
paralel kəsiklə aparılır. 
Ürək-ağciyər  aparatının  istifadəsi  riski  yüksək  olan  xəstələr,  təkrari  əməliyyat,  stent 
restenozu, PTKA mümkün olmadıqda və ya uğursuz olduqda RCL proseduru icra oluna bilər. 
Bu metodla ön mədəciklərarası arteriya və sağ koronar arteriya ilə daxili döş arteriyası arasında 
anastomoz icra edilir. Ön mədəciklərarası arteriyanın ölçüsü 2 mm-dən böyük olduqda, geniş 
qabırğaarası sahəli döş qəfəsinə sahib olan insanlarda təkrari əməliyyatlarda icra edilə bilər. 
Təcili , hemodinamik qeyri-stabil xəstələrdə, koronar arteriyaların ölçüsü 1,5 mm-dən kiçik 
olduqda,  diffuz  kalsifik  koronar  arteriyalı  xəstələrdə,  intramiokardial  ön  mədəciklərarası 
arteriyaya sahib olan xəstələrdə, piylənməsi olan xəstələrdə əks göstərişdir. Bu metodla icra 
olunan xəstələrin klassik əməliyyatlara nisbətən birsıra üstünlükləri vardır: 
- süni ürək-ağciyər aparatı istifadə olunmur; 
- əməliyyat müddəti daha qısadır; 
- klassik xəstələrdə sağalma müddəti 3-6 həftə olduğu halda, bu xəstələrdə 1-2 həftədir; 
- əməliyyatdan sonra ağrıya daha az rast gəlinir
- kosmetik baxımdan daha effektivdir.  
 
Ədəbiyyat siyahısı 
 
1.
 
Kolessov VI. Mammary artery-coronary artery anastomosisas method of treatment for angina pectoris. 
JThorac Cardiovasc Surg, 1967;54:535-44. 
2.
 
Benetti FJ, Ballester C. Use of thoracoscopy and a minimal thoracotomy, in mammary-coronary bypass 
to left anterior descending artery, without extractorporeal circulation: Experience in 2 cases. J Cardiovasc 
Surg 1995; 36:159-61. 
3.
 
Subramanian  V,  Stelzer  P.  Clinical  experience  with  minimally  invasive  coronary  artery  bypass 
grafting(CABG). Eur J Cardiothorac Surg, 1996;10:1058-63. 
4.
 
Calafiore AM, Di Giammarco G, Teodori G, et al. Leftanterior descending coronary artery grafting via 
left anterior small thoracotomy without cardiopulmonary bypass. Ann Thorac Surg, 1996;61:1658-65. 
5.
 
Shenip  H,  Mack  MJ,  LeeAGL.  A  survey  on  minimally  invasive  coronary  artery  bypass  grafting.  Ann 
Thorac Surg, 1997;64:110-5. 
6.
 
Andrew  MJ,  Baker  RA,  Kneebone  AC,  Knight  JL.  Neuropsychological  dysfunction  after  minimally 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə