Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

163 
defibrilyator  və  monitor  ilə  təmin  olunmuş  olmalıdır.  Transfer  əsnasında  resusitasiya 
dərmanları (kalsium, lidokain, adrenalin) hazır olmalıdır. EKQ, arterial və pulmonar arteriya 
təzyiqi ilə SpO
2
 monitorizasiya olunmalıdır. 
 
Postoperativ mərhələ 
 
Koronar  cərrahiyyədən  sonra  reanimasiyaya  transfer  olunan  xəstədə  fizioloji 
dəyişikliklərin olması mümkündür. Bu dəyişikliklər başlıca 2 qrupa bölünür: 
1. Preoperativ mərhələdə mövcud olanlar 
2. Postoperativ və SQD müdaxiləsindən sonra yarananlar 
Əsas məqsəd hemodinamikanın qorunmasıdır. Bunun üçün kardiak funksiyanın normal 
vəziyyətə gətirilməsi vacibdir. Müntəzəm olaraq klinik göstəriciləri, ürəyin ritmi və A/T-yə 
nəzarət olunmalı, miokard disfunksiyası və işemiyasından qorunmaq lazımdır. Cərrahiyyənin 
və SQD-nın travmatik təsiri ürəyin aritmiya həssaslığını artırdığından bu mərhələdə atrial və 
ventrikulyar  aritmiyalar  sıx  görülə  bilir.  Maye  və  elektrolit  nisbətinin  pozulmaları  tez-tez 
görülür. Bu nisbətin pozulması pulmonar ödemə qədər gətirən səbəblərə yol aça bilər. Renal 
çatışmazlıq, nevroloji fəsadlaşmalar, qanaxma, respirator disfunksiya və s. kimi problemlər 
rast gəlinə bilər. Bu xəstələrin monitorizasiyası, mexaniki ventilyasiya dəstəyi, isinmə və ağrı 
müalicəsi də postoperativ mərhələdə reanimasiya komandasının diqqət mərkəzində olmalıdır. 
Monitorizasiya.  Reanimasiyadakı  xəstələrin  monitorizasiyası  klassik  parametrlərlə 
(temperatur,  PS,  A/T,  THS)  yanaşı  kardiak  output  dəyərləndirilməsi  olaraq  miks  venoz 
oksigen  saturasiyası  və  pulmonar  arteriya  təzyiqinin  ölçülməsi  də  aparılır.  Sidik  ifrazı  və 
nevroloji dəyərləndirilmə, huşun kontrolu da monitorizasiyanı tamamlayır. 
Mexaniki ventilyasiya dəstəyi. Xəstə reanimasiyaya köçürülərək mobil STA(vəya ambu) 
dəstəyindən ayrılıb çoxfunksiyalı STA dəstəyinə keçirilir. Hər 2 saatdan bir intubasiya borusu 
aspirasiya olunur, tənəffüs keçiriciliyi və tənəffüs yollarındakı təzyiq kontrol edilir. 
İsinmə. Xəstə reanimasiyaya köçürüldükdə hipotermik ola bilər. Reanimasiyadakı ilkin 
mərhələ  olaraq  yenidən  isinmə  və  vazodilatasiya  gözlənməlidir.  Bu  mərhələdə 
hemodinamikanın stabilliyi üçün əlavə maye köçürülməsinə ehtiyac ola bilər. 
Ağrı kontrolu. Əməliyyatdan sonra ağrının olması labüddür. Ağrı bir çox faktora bağlı 
ola  bilər:  sternotomiya,torakotomiya,  dərialtı  vena  çıxarılan  nahiyə,  perikardiotomiya,  döş 
qəfəsinin  drenaj  borularının  yerləşməsi  və  s.  Postoperativ  mərhələdə  lazımi  analgeziya 
olmadıqda  hemodinamik,  metabolik,  immunoloji  və  hemostatik  qeyri  stabilliyə  səbəb  ola 
bilər. Bu səbəbdən ağrının müalicəsi kardiak cərrahiyyənin nəticələrinə müsbət təsir göstərir. 
Ekstubasiya.  Xəstədə  6-12  saat  ərzində  bədən  temperaturunun  və  periferik 
vazodilatasiyanın optimal, respirator göstəricilərin (SpO
2
,THS), hemodinamikanın son 2 saat 
ərzində mütləq tam stabil, qanaxma protokolunun əməliyyata uyğun olması ilə ekstubasiya 
(vininq) üçün hazırlıqlara başlanılır. Xəstənin təyinat üzrə anesteziya medikamentləri dayan-
dırılır,  spontan  ayılma  sürətinə  müvafiq  olaraq  STA  dəstək  rejimləri  mərhələli  şəkildə 
dəyişdilir. Huşu aydınlaşdıqca nevroloji statusu dəyərləndirilərək xəstə tam spontan nəfəsalma 
aktını yerinə yetirirsə ekstubasiya olunur. Ekstubasiya sonrası SpO
2
, THS və döş qəfəsi rent-
geni çəkilərək dəyərləndirilir. Ekstubasiya olunmuş xəstə reanimasiyada 1-2 gün müalicəsini 
tamamladıqdan  sonra  döş  qəfəsinə  yerləşdirilmiş  drenaj  boruları  çıxarılır,  döş  qəfəsinin 
rentgenoqramı çəkilir. Xəstəyə telemetriya (distansion hemodinamik mobil müşahidə cihazı) 
qoşularaq reanimasiyadan ÜDC stasionar şöbəsinə köçürülür. 
 


164 
ÜDC stasionar 
Stasionara  köçürülən  xəstə  palataya  yerləşdirilərək  ilk  gün  telemetriya  cihazı  ilə 
müşahidə edilir. Ehtiyac olduğu halda digər günlər də telemetriya ilə aktivləşdirilir. Transferin 
ertəsi gün rentgen, hemoqram, EKQ (lazım olarsa digər müayinələr də) müayinələri aparılır. 
Yaraların birincili sağalması təqib edilir. Tam stabil müşahidə olunan xəstə 4-5 gündən sonra 
pace  teli  çıxarılaraq  təkrari  rentgenoqramı  (lazım  olarsa  digər  müayinələr  də)  çəkilir.  Bu 
müddətdəheç bir problemi olmayan xəstələr, 1 həftədən sonra ambulator müayinəyə gəlməsi 
bildirilərək müalicə təyinatı ilə evə yazılır. Əsasən antiaqreqantlar, hiperlipidemiya əleyhinə 
dərmanlar və kalsium kanal blokatorları təyin edilir.  
 
Ədəbiyyat siyahısı 
 
1.
 
Mangano CM, et  al: Cardiopulmonary Bypass and the Anesthesiologist. In: Cardiac Anesthesia. Ed by 
Kaplan JA. Fourth Edition., 1999; P: 1061-1110. 
2.
 
Eagle KA, Guyton RA, Davidoff R, et al. ACC/AHA Guidelines for coronary artery bypass graft surgery. 
A  report  of  the  American  College  of  Cardiology/  American  Heart  Association  Task  Force  on  Practice 
Guideleines. American College of Cardiology/ American HeartAssociation. J Am Coll Cardiol 
3.
 
Kaplan  JA,  Wynands  JE.  Anesthesia  for  Myocardial  Revascularization.  In:  Cardiac  Anesthesia.  Ed  by 
Kaplan JA. Fourth Edition., 1999; P: 689-726. 
4.
 
Mangano CM, et  al: Cardiopulmonary Bypass and the Anesthesiologist. In: Cardiac Anesthesia. Ed by 
Kaplan JA. Fourth Edition., 1999; P: 1061-1110. 
5.
 
Adams DH, Filsoufi F, Antman EM: Medical Management of the Patient Undergoing Cardiac Surgery. 
In: Zipes: Braunwald's Heart Disease: A Textbook of Cardiovascular Medicine, 7th ed., Copyright © 2005 
Saunders, An Imprint of Elsevier. 
6.
 
Eagle KA, Guyton RA, Davidoff R, et al. ACC/AHA Guidelines for coronary artery bypass graft surgery. 
A  report  of  the  American  College  of  Cardiology/  American  Heart  association  Task  Force  on  Practice 
Guideleines. American College of Cardiology/ American Heart Association. J Am Coll Cardiol 1999; 34: 
1262-347 
7.
 
Skubas N, et al. Anesthesia for Cardiac Surgery. In: Clinical Anesthesia, 5th Edition. Ed. By: Barash, PG., 
Cullen, BF., Stoelting, RK. Lippincott Williams & Wilkins. 2006, p:887-932. 
8.
 
Wiedemann HP, Mathay MA, Mathay RA. Cardiovascular- pulmonary monitoring in the intensive care 
unit. Chest 1984; 85: 656-68 
9.
 
Böttiger BW, Rauch H, Haussmann R, et al. Safety and effectiveness of an oral premedication regimen 
before cardiac surgery. Eur J Anaesthesiol. 
10.
 
Nilsson J, Algotsson L, Hoglund P, Luhrs C, Brandt J. Early mortality in coronary bypass surgery: the 
EuroSCORE versus The Society of Thoracic Surgeons risk algorithm. Ann Thorac Surg 2004; 77: 1235–
1239; 
11.
 
Cislaghi F, Condemi AM, Corona A. Predictros of prolonged mechanical ventilation in a cohort of 5123 
cardiac surgical patients. Eur J Anesthesiol 2009; 26: 396-403 
 
 
 
KORONAR ŞUNTLAMA: 
ALTERNATİV METODİKALAR 
 
 
Son zamanlar minimal invaziv metodlarla koronar şuntlama əməliyyatları bütün dünyada 
geniş yayılmış vəfərqli metodikalarla icra olunmağa başlanılmışdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə