Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

186 
dəyişikliklər qapaq sahəsinin fibroz obliterasiyasıdır. Normal qapaq sahəsi 4-6sm
2
-dır. 
Qapaq sahəsi <2sm
2
 olduqda sol atriumla ventrikul arasında təzyiq qradiyenti yaranır və get-
gedə qradiyent artır. 
Klinikası 
   Xəstələr uzun illər asimptomtik qalır. Simptomlar inkişafa başladıqda ilk simptom fiziki 
yük zamanı yaranan təngnəfəslikdir. Vaxt keçdikcə fiziki yük təngnəfəsliyinin paroksizmal 
gecə dispnoyesi və ardından ortopnoye əvəz edir. Bronxial venaların yırtılmaı nəticəsində 
hemoptiz inkişaf edı bilər. Pulmonar hipertenziya inkişaf etdikdən sonra simptomlara sağ 
ventrikul çatışmazlığı qoşulur.Bundan əlavə xəstələrdə sol atriumda yaranmiş trombun distal 
embolizasiyasına bağlı simtomlar inkişaf edə bilər.  
Müalicəsi 
Dərman müalicəsi 
Asimptomatik zəif mitral darlığı olan xəstələrdə xüsusi müalicəyə ehtiyac yoxdur. Bu 
xəstələr illik təqib olunmalı, şikayətlər yarandıqda təkrar exokardioqrafik müayinədən 
keçməlidirlər. 
Fiziki yük zamanı təngnəfəsliyi yaranan xəstələr diuretik və duzsuz pəhrizlə müalicə oluna 
bilər. Bu xəstələrdə beta-blokatorlar fiziki yükə tolerantlığı yaxşilaşdıra bilir. Arterial 
vazodilatatorlardan qaçınılmalıdır. 
Xəstələrdə səyrici aritmiya inkişaf etdikdə digitalis və beta-blokatorlarla sürət kontrolu 
olunmalı, K vitamini antoqonistləri ilə antikoaqulyasiya olunmalıdırlar. 
Ciddi mitral çatışmazlıqlı xəstələr cərrahi və ya perkutan yolla müalicə olunmalıdırlar.  
Perkutan mitral balon valvuloplastika 
Perkutan mitral balon valvuloplastikasının icra etmək üçün göstərişlər cədvəldə verilmişdir. 
(Cədvəl) 
 
   Perkutan mitral balon valvuloplastikanı icra etməmişədən əvvəl xəstəyə trnastorakal 
exokardioqrafiya olunur və Vilkons skoru hesablanır. Bu zaman qapaq taylarının 
hərəkətliliyi, subvalvular strukturlarən qalınlaşması, kalsifikasiyası və subvalular aparatın 
prosesəsə qoşulmasə müəyyən olunur. Göstərilən 4 göstərici 4dərəcyə bölünür. Toplam 16 
dərəcə alınır. Daha sonra dərəcələr toplanılaraq skor hesanlanır. Porseduru icra etmək üçün 
ən optimal rəqəm skorun 8 və 8-dən daha aşağı olmasıdır. 


187 
   Porsedura hazırlıq dövründə xəstəyə transezofagial exokardioqrafiya icra olunur. 
Trnasexokardiqoqrafiyanın icra olunmasıının səbəbi sol atriumdan və sol atrium 
appendiksində trombun inkar edilməsidir. Əgər tromb aşkarıanarsa xəstə K vitamini 
antaqonistləri ilə 1 ay müddətinə antikoaqulyasia olunur. 1ay sonra təkrar transezofagial 
exokardioqrafiya icca olunur.  
Perkutan balon mitral valvuloplastikasının icra etmək üçün femoral vena punksiya olunur. 
Xüsusi kateterlərlə sağ atriuma keçilir. Qulaqcıqlararası çəpər punksiya olunur. Oradan 
ucunda balon olan kateter mitral qapaq səviyyəsinə qədər yeridilir. Balon şişirdilir və 
boşaldılır. (Şəkil 8) Prosedur transezofagial exokardioqrafiyanın nəzarəti altənda aparılır. 
Porsedurdan əvvəl və soonra mitral çatışmazlığın dərəcəsi və qapaq sahəsi hesablanır. 
Prosedur sonrası ilk 24-48 saat ərzində PHT üsulu ilə qapaq  sahəsinin təyininin doğruluğu 
azdır. Proseduru icra etməmişdən əvvəl qaapq sahəsi adətən 1sm
2
 olur. Balon şişirdildikdə 
trnasmitral qradiyentin 50-60% azalması qapaq sahəsində ikiqat artmaya səbəb olur. 
Perkutan mitral balon valvuloplastika üçün göstərişlər cədvəldə verilmişdir (Cədvəl 3) 
Uyğun exokardioqrafik göstəriciləri olan simptomati xəstələrdə göstərişdir 
Cərrahi əməliyyata əks-gəstərişi olan və ya əməliyyat üçün yüksək riskli olan 
simptomatik xəstələrdə göstərişdir.  
Perkutan mitral balon valvuloplastika asimptomatik və aşağıdakı göstərici 
əri rast gəlinməyən xəstələrə icra olua bilər: 

 
Yüksək tromboemboliya riski olanlar 

 
Hemodinamik dekompensasiya üçün yüksək riski olanlar 
 
Cədvəl 3. Qapaq sahəsi <1.5sm
2
 olan xəstələrdə perkutan mitral balon valvuloplastikası üçün 
göstərişlər. 
 Proseduru icra etmək üçün bir sıra  əks göstərişlər vardır.(Cədvəl 4) 
Mitral qapaq sahəsi >1.5sm
2
 
Sol atriumda tromb 
Zəif mitral çatışmazlıqdan daha ciddi mitral çatışmazlıq 
Ciddi  və ya bikommisurl kalsifikasiya 
Kommissuraların bitişməsinin olmaması 
Yanaşı ciddi aortal xəstəlik və ya ciddi trikuspud çatışmazlıq 
Aorta-koronar şuntlamaya ehtiyacı olan yanaşı koronar arteriya xəstəliyi 
Cədvəl 4. Perkutan mitral balon valvulopastikası üçün əks-göstərişlər 


188 
 
Şəkil 8. Perkutan mitral balon valvuloplastika 
Perkutan mitral balon valvuloplastikasının bir sıra ağırlaşmaları vardır.Bunlara daxildir: 
1.Mitral çatışmazlıq (3-8% hallarda baş verir) 
2.Kardiak perforasiya (2-4% halda) 
3.Embolizasiya (2%) 
4.Rezidual aterial septal defekt (adətən prosedurdan 6 ay sonra qapanır, xəstələrin 10%-ində 
davamlı olaraq qalır, adətən kiçikdir və ciddi problemlər yaratmır) 
 
 
Exokardioqrafiya 
 Mitral stenozu olan xəstənin exokardioqrafik müayinəsində ilk əvvəl mitral qapağın 
morfologiyasına diqqət edilməlidir. Parasternal uzun və qısa oxlar revmatik mitral qapaq 
xəstəliyinin bəzi xüsusiyyətlərini aşkar etmək üçün istifadə olunur:  
1.Diastolik dominq hərəkətinə səbəb olan kommissural bitişmə (Şəkil9) 
2.Xoraların qısalması və bitişməsi 
Qapaq taylarının hərəkətliliyi, qalınlığı, kalsifikasiyası və subvalvular strukturların prosesə 
qoşulub qoşulmaması müəyyən olunur. Bütün bu göstəricilərə əsasən Vilkons skoru hesabla 
bilər.  
Ardından qapaq sahəsi hesablanılır. Qapaq sahısi planimetrik və PHT üsulları ilə hesablanıla 
bilər. Qapaq sahəsinə görə mitral stenoz 3 dərəcəyə bölünür. (Cədvəl 5) 
Mitral stenozun ciddiliyinin təyininin digər ən önəmli göstəricisi sol qulaqcıqla sol mədəcik 
arasındakı ortalama təzyiq qradientidir. Təzyiq qradienti CW doppler vasitəsilə hesablanır. 
Ortalama təzyiq qradientinə görə stenozun cidddiliyi dəyərləndirilir (Cədvəl). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə