Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71

205 
 
AORT QAPAQ ÇATMAMAZLIĞI 
Aort yetersizliyi - diastolada qanın aortadan sol mədəciyə geri qayıtmasıdır. Aort yetərsizliyi aort qapaq 
kuspislərinin birincil xəstəliyi və/və ya aort kökü anomaliyası səbəbindən qaynaqlanır 
Aort qapağı sol mədəcik ilə aorta arasında yerləşən, 3 kuspisdən (leaflet ) ibarət qapaqdır. Aorta - 
oksigenləşmiş qanı sol mədəcikdən orqanlara daşıyan əsas damardır. Aortanın sol mədəcikdən çıxıb 
yuxarıya doğru uzanan hissəsinə - qalxan (asenden ) aorta, dönən hissəsinə - aorta qövsü (arcus ), aşağıya 
doğru uzanan hissəsinə - enən aorta ( descending ) deyilir.  
Revmatizm aort yetersizliyi yaradan yayılmış xəstəlikdir. Bu zaman kuspislər fibroz toxuma ilə infiltrasiya 
olur və nəticədə qapaqda qaçış yaranır. Digər səbəb infeksion endokardit zamanı kuspislərdən bir və ya bir 
neçəsinin perforasiyası və ya vegetasiyanın kuspisləri zədələməsi səbəbindən yaranır. Anadangəlmə 
bikuspid aorta daha çox stenoza səbəb olsa da , qapaqların tam qapanmaması və/vəya prolapsusu qaçış 
yarada bilər.Proqressiv aorta yetərsizliyi geniş ventrikulyar septal defekt, aort balon valvulotomiyası, 
radiofrekans kateter ablasiyasının ağırlaşması nəticəsində ola bilər. Aort yetərsizliyinin daha az rast gələn 
səbəbləri unikomissural və ya 4 kuspisli aort qapaq, lupus eritematozus, ankilozlaşan spondilit, revmatoid 
artrit, Takayasu xəstəliyi, Crohn xəstəliyidir.  
Son illərdə aort kökü dilatasiyasına bağlı ikincili aort yetersizliyi, primer aort yetərsizliyinə nisbətən daha 
çox rast gəlinir. Aort kökü xəstəliyinə yaşla bağlı aort dilatasiyası (degenerativ), Marfan sindromu, aort 
disseksiyası, sifilitik aortit, Ankilozlaşan spondilit,Behçet sindromu, Reyter sindromu və digərləri aiddir. 
Aort kökü dilatə olduğunda aort qapaq kuspisləri bir birindən uzaqlaşır və aort yetərsizliyi yaranır.  
Aort yetərsizliyi kəskin və xroniki olaraq ayrılır. 
Xroniki aort yetərsizliyi. 
Etilologiyası : Revmatizm ən başlıca səbəbdir. Aort stenozu olan xəstələrin 75%-ində aort yetməzliyi 
görünür. Digər səbəblər yuxarıda qeyd edilib.  
Patogenez : Aort yetərsizliyi sol mədəcik həcminin, atım həcminin və aortik sistolik təzyiqin artmasına 
səbəb olur. Sol mədəcik sistolik funksiyasını mədəcik dilatasiyası və divar hipertrofiyası ilə qoruyur. 
Zamanla aort yetərsizliyi irəlilədikcə divar qalınlığı hemodinamik yükü kompensə edə bilmir və nəticədə sol 
mədəcik dilatasiyası yaranır və atım fraksiyası azalır.  
Klinika : Əsas simptomlar fiziki aktivlikdə yaranan təngnəfəslik, ortopnoe, noktural dispnoe – dir. Şikayətlər 
tədricən yaranır, xəstəliyin gec dövrlərində anginal ağrılar yaranır. Xroniki , ciddi aort yetməzliyi olan 
xəstələr asemptomatik olsalar belə sol mədəcik tədricən genişlənir. Adətən dördüncü və beşinci dekadda 
ciddi kardiomeqaliya və miokardial disfunksiya yarandıqdan sonra azalmış kardiak rezerv və miokardial 
işemiya semptomları yaranır. Ciddi aort yetməzliyi olan xəstələr daha çox uzanmış vəziyyətdə yaranan 
ürəkdöyünmədən və ürəyin döş qəfəsinə doğru hərəkətindən şikayət edirlər. 
Fiziki müayinə : Xroniki,ciddi aort yetməzliyi olan xəstələrdə baş hər sistolada önə əyilir ( Müsse 
simptomu) və ani sıçrayıcı nəbz (Corrigan nəbz) olur. Bisferiens nəbz ola bilər, karotis arteriyalara nisbətən 
braxial və femoral arteriyalarda daha aydın hiss olunur. Durozies əlaməti – proksimaldan basdıqda femoral 
arteriya üzərində eşidilən sistolik küy, distaldan basdıqda femoral arteriya üzərində eşidilən diastolik küy bu 


206 
xəstələrdə görülür. Sistolik arterial təzyiq yüksəlmiş, diastolik arterial təzyiq anormal dərəcədə aşağı olur. 
Ürək çatışmazlığı yarandıqca periferik vazokonstruksiya hesabına diastolik təzyiq yüksəlir.Auskultasiyada 
A2 səsindən sonra başlayan diastolik küy eşidilir. Küy stetoskopun diafraqması ilə xəstə oturan və ya önə 
əyilən vəziyyətdə dərin ekspiriumda daha yaxşı eşidilir.  
Elektrokardioqramma : Xroniki, ağır aort yetməzliyində sol aks və I,avL,V3-V6 aparmalarında Q dalğası ola 
bilər. Sol prekordial aparmalarda ST seqment depressiyası ilə birlikdə neqativ T dalğaları olur. Bütün bunlar 
qeyri-spesifik əlamətlərdir, belə ki, EKQ aort yetməzliyinin dəqiq müayinə metodu deyil. 
Rentgen : Xroniki aort yetməzliyində nəzərə çarpan kardiak böyümə görünür. Ürək çatışmazlığı olmadan 
əhəmiyyətli sol qulaqcıq böyüməsi aort yetməzliyi ilə birlikdə mitral yetərsizlik olduğunu düşündürməlidir.  
Exokardioqrafiya : Aort yetərsizliyinin diqnozunun qoyulmasında və yetərsizliyin dərəcəsini müəyyən 
etməkdə ən vacib müayinə üsuludur. İki ölçülü görüntü ilə (2D) aort qapağı ,aort kökü və sol mədəciyin 
ölçüsü dəyərləndirilir. Diastolada mitral qapağın ön tayının erkən qapanması həm kəskin həm də xroniki 
aort yetməzliyi üçün tipikdir. Xroniki aort yetərsizliyi zamanla sol mədəcik dilatasiyasına və tipik olaraq 
sferik şəkil almasına gətirib çıxarır. Sol mədəciyin dolma və boşalma həcmləri bərəbər olmadığından, sol 
mədəciyin həcm yükü hiperdinamik interventrikulyar septum hərəkəti yaradır. Bu ən yaxşı M- mod 
iləgörünür, normal izlənən septumun erkən çökmə və arxa divara görə artma izlənilir. İki ölçülü (2D ) 
görüntüləmə ilə aort qapağın anatomik özəllikləri görünsə də dəqiq diaqnoz Doppler müayinə ilə qoyulur. 
Bəzi xəstələrdə aort qapaqları “ anatomik ” olaraq normal dəyərləndirilə bilər, bu zaman diaqnoz ancaq 
rəngli Doppler müayinə ilə qoyulur. Aort yetərsizlik jeti rəngli dopler, sürəkli dalğa Doppler və nəbz dalğa 
Doppler ilə dəyərləndirilir. Aort yetərsizlik jetini nəbz dalğa Doppler ilə dəyərləndirmək ilk addım olaraq 
istifadə oluna bilər. Ancaq bu müayinə ancaq mərkəzi jeti olan aort yetərsizliyində əhəmiyyətlidir, əksinə 
ekssentrik jet olan aort yetərsizliyində olduğundan daha az yetərsizlik dərəcəsi göstərir. Aort yetməzliyi 
dəyərləndirmədə hər zaman sürəkli dalğa dopler gərəklidir. Sürəkli dalğa dopler xüsusilə turbulent axımın 
aort yetməzliyi və ya mitral darlıqdan qaynaqlandığını ayırd etməkdə kömək edir. Jetin axın sürəti və 
kənarları bu ayırımı göstərir. Aort yetərsizliyini müəyyən etməkdə daha üstün olan metod rəngli Doppler 
görüntüləmədir. Bu yöntəmin həssaslığı 95%, spesifikliyi isə 100% olaraq dəyərləndirilir. Aort 
yetməzliyində sol mədəcik çıxış yolunda turbulent axın izlənilir, axın adətən bütün diastola boyu davam 
edir. Aort yetməzliyinin ciddiyətini dəyərləndirmədə təzyiq yarılanma zamanı parametrindən istifadə olunur. 
Yüngül aort yetməzliyi təzyiq yaralanma zamanı 500msn üzərin olduqda, ciddi aort yetməzliyi təzyiq 
yarılanma zamanı 200msn altında olduqda qəbul edilir. Digər üsul jetin qalınlığının sol mədəcik çıxış yoluna 
olan nisbətinə görə dəyərləndirilir. Jetin sol mədəcik çıxış yolunun 60%-dən çox olması ciddi aort 
yetərsizliyini göstərir. Vena contraktanın  0.6sm-dən çox olması ciddi aort yetərsizliyini göstərir. Bundan 
başqa enən aortada pulsed dopler ilə holodiastolik geri axın izlənməsi ciddi aort yetməzliyini göstərir. 
Müalicə : Bütün aort yetməzliyi olan xəstələr antibiotik profilaktikası almalıdır. Yüngül-orta aort yetməzliyi 
olan və asemptomatik xəstələr ürək boşluqları genişləməmiş və ya yüngül genişləmiş xəstələrdə müalicəyə 
ehtiyac yoxdur. 12 və 24 ayda bir exokardioqrafik müayinədən keçməlidirlər. Xroniki, ağır asemptomatik və 
normal sol mədəcik böyüklüyü olan aort yetməzlikli xəstələr 6 aylıq ara ilə müayinə edilməlidir. Sistemik 
arterial diastolik hipertoniya mövcuddursa requrgitasiyanı artdırdığından müalicə edilməlidir;nifedipin və 
angiotenzin çevirici ferment inhibitorları gibi vazodilatatorlar təyin edilir. Xroniki ağır aort yetməzliyi və 
ciddi həcm yükləçəsi olan xəstələr vazodilatator müalicəsi yönündən dəyərləndirilməlidir. Bir çalışmada ağır 
asemptomatik aort yetməzliyi olan xəstələrdə nifedipin (69) və digoksini (74) sol mədəcik funksiyaları və 
semptomlarına olan effekti yönündən 6 il izlənmişdir. Nifedipin cərrahi müalicəni gecikdirmişdir.  ilin 
sonunda nifedipin alan xəstələrin 85%-i normal atım fraksiyası nilə birlikdə asemptomatik qalmışdır. Bunun 
əksinə digoksin qrupunda bu dəyərlər 65% xəstədə izləndi. Bu səbəbdən ağır, xroniki aort yetməzliyi olan 
xəstələr üçün vazodilatator müalicəyə göstəriş vardır. Ancaq bu müalicə aort qapaq replasmanı üçün göstəriş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə