Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71

203 
kateterizasiya  zamanı  ağırlaşma  riski  də  artır.  Əgər  kliniki  və  ExoKQ  göstəriciləri  arasında  uyğunsuzluq 
olarsa,  ürəyin  kateterizasiyasından  istifadə  edilir.  Angioqrafiya  -  əsasən  yaşlı  şəxslərdə(kişilərdə  40, 
qadınlarda 50 yaşdan yuxarı) yanaşı koronar xəstəliyi olan xəstələrdə icra olunur. 
     Kardiak  maqnit  rezonans  müayinəsi  –  sol  mədəciyin  divarlarının,  funksiyasının,  həcminin  təyinində 
istifadə oluna bilər, əsasən Exokardioqrafik müayinə informativ olmadıqda icra olunur. 
    Biomarkerlər  –  Natriumuretik  hormon  asimptomatik  xəstələrdə  simptomsuz  yaşamın  və  nəticənin 
proqnozlaşdırılmasında müəyyən əhəmiyyətə malikdir. 
 
     Müalicə: 
       Ciddi  aortal  stenozu  olan  xəstələr  ağır  fiziki  gərginlikdən  uzaq  durmalıdırlar,  lakin  yüngül  dərəcəli 
stenozlarda belə məhdudiyyətlər qoyulmur. 
     1).    Aortal  stenozun  medikal  müalicəsi  effektiv  deyil.  Yaşlıların  skleroza  bağlı  aortal  stenozunda  bəzi 
retrospektiv  çalışmalarda  AÇF  ingibitorları  və  statinlərin  stenozun  proqressivləşməsinin  qarşısını  aldığı 
göstərilmişdir, hal-hazırda bu dərmanların effektivliyi böyük çalışmalarda öyrənilir.  
      Medikal müalicə cərrahi müalicəsi mümkün olmayan xəstələrdə (yanaşı xəstəliklər səbəbindən və s.) ürək 
çatışmazlığı inkişaf etdikdə kiçik qan dövranında ödemi aradan qaldırmaq üçün diuretiklər ehtiyatla istifadə 
edilir.Sol mədəciyin disfunksiyası zamanı, qulaqcıq fibrilyasiyası zamanı diqoksin istifadə olunur. Nitratlar 
və digər vazodilatatorlar aortal stenozda əks-göstərişdir, belə ki, bu preparatlar periferik damar müqavimətini 
azaldaraq bayılmalara səbəb ola bilərlər., lakin çalışmalarda sol mədəcik disfunksiyası olan xəstələrdə AÇF 
ingibitorları faydalı olduğu göstərilmişdir. AÇF ingibitorları aşağı dozalardan başlanılmalı, hedef doza yavaş-
yavaş qaldırılmalıdır. B-blokatorlar miokardın funksiyasını azalda bilər və sol mədəcik çatışmazlığına səbəb 
ola biləcəyindən onların istifadəsindən qaçınılmalıdır. 
     2). Aortal balon valvuloplastika- pediatrik populyasiyada əhəmiyyətə malikdir. Anadangəlmə aortal stenoz 
zamanı, qapaqların kalsifikasiyası olmadıqda təhlükəsiz və effektiv müalicə metodudur, lakin çox vaxt təkrari 
müdaxilələrə  ehtiyac  olur.  Böyüklərdə  isə  balon  valvuloplastikasının  effektivliyi  aşağıdır,  ağırlaşma  faizi 
yüksəkdir (>10%), xəstələrin çoxunda 6-12 ay ərzində restenoz və kliniki pisləşmə inkişaf edir.Bununla belə, 
valvuloplastika  ağır  xəstələrdə  protezləşdirmədən  öncə  xəstənin  vəziyyətini  stabilləşdirmək  üçün 
(hemodinamik  qeyri-stabil  xəstələrdə),  əməliyyata  əks-göstərişlər  olduqda  (yanaşı  xəstəliklər  səbəbindən 
yüksək əməliyyat riski, xəstənin əməliyyatdan imtinası hallarında) palliativ müdaxilə kimi, hamiləlik öncəsi 
və ya hamiləlik zamanı, ürəkdənxaric əməliyyatlar zamanı istifadə edilir
2

    3).  Transkateter  aortik  qapaq  implantasiyası  (TAQİ)-  aortal  stenozun  müalicəsində  invaziv  müalicə 
metodudur, son dövrlərdə istifadəsi gətdikcə artan bu metodun özünəməxsus əks-göstərişləri və ağırlaşmaları 


204 
mövcuddur. TAQİ-nin icrası transfemoral, transapikal, bəzən subklavian və birbaşa transaortik yollarla icra 
olunur,  anatomik  əks-göstərişlər  yoxdursa,  transfemoral  yola  üstünlük  verilir
1
.  TAQİ-dən  sonra  bir  illik 
sağqalım  səviyyəsi  60-80%-dir  və  bu  göstərici  birbaşa  yanaşı  xəstəliklərdən  asılıdır
3
.  Prosedurdan  sonra 
xəstələrin vəziyyəti və həyat keyfiyyətləri xeyli yaxşılaşır, Prosedurun 3-5 illik nəticələri ümidvericidir
3

    Çalışmalara  görə,  30  günlük  ölüm  faizi  5-15%-dir.  Prosedurla  əlaqəli  ağırlaşmalara  beyin  qan  dövranı 
pozğunluğu (təxminən 1-5%), atrio-ventrikulyar blok (təxminən 7%) və vaskulyar ağırlaşmalar ( 20%-ə qədər) 
aiddir. Bu ağırlaşmalardan başqa xəstələrin təxminən 6%-də miokardın perforasiyası, miokard infarktı, ciddi 
aortal çatışmazlıq kimi ciddi ağırlaşmalara rast gəlinir. Bu səbəbdən TAQİ icra olunan mərkəzlərdə mütləq 
kardiak  cərrahiyyə  komandası  olmalıdır,  çünki  TAQİ  icra  olunan  xəstələrin  1-2%-i    ciddi  ağırlaşmalar 
səbəbindən təcili əməliyyat olunmalıdırlar. Paravalvulyar requrqitasiya çox rast gəlinir, lakin  yüngül və  ya 
orta dərəcədə olduğundan xəstənin həyat keyfiyyətinə çox təsir etmir. 
   Qapaq  protezləşdirilməsi  əməliyyatı  ilə  müqayisədə  TAQİ  zamanı  serebrovaskulyar  hadisələr,  vaskulyar 
ağırlaşmalar, paravalvulyar requrqitasiya daha çox rast gəlinir. Əməliyyat zamanı isə qanaxma, postoperativ 
atrial fibrilyasiya ən çox rast gəlinən ağırlaşmalardır. 
      TAQİ-yə əks-göstərişlər 
 
 Mütləq əks-göstərişlər 
   “Ürək komandası”nın və kardiak cərrahiyəsinin olmaması 
1)
 
   Klinik əks-göstərişlər: 
-gözlənilən yaşam müddətinin 1 ildən az olması 
-yanaşı xəstəliklər səbəbindən TAQİ-nin effektiv olmaması 
-digər qapaqlarda ciddi lezyonlar 
2)
 
 Anatomik əks-göstərişlər: 
             -aortal annulusun qeyri-adekvat  ölçüsü(<18mm, >29mm) 
             -sol mədəcikdə tromb olması 
             -aktiv endokardit 
             -koronar ostiumların obstruksiya riski (qapaqların asimmetrik kalsifikasiyası, annulus 
və            koronar ostiumlar arasındakı məsafənin qısalığı, kiçik aortik sinuslar) 
             -qalxan aorta və ya aorta qövsündə hərəkətli tromb varlığı   
 Nisbi əks-göstərişlər 
            -bikuspid qapaqlar 
            -revaskulyarizasiya olunmamış koronar arteriyalar 
            -qeyri-stabil hemodinamika 
            -sol mədəciyin atım fraksiyasının 20%-dən aşağı olması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə