Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71

209 
orta dərəcədə yüksəlmə olur aort diastola təzyiqləri qorunmuş olur,buna görə də axın sürəti diastola 
müddətində qismən yüksəlir axın sürəti demək olar ki düz görünür. Ciddi aort yetməzliyində isə sol 
mədəcikdə təzyiq artığından, aortada təzyiq çox aşağı düşdüyündən axın sürətində çox sürətli azalma olur və 
axın dik enən şəkildə olur. Aort yetməzliyinin ciddiyətini dəyərləndirmədə təzyiq yarılanma zamanı 
parametrindən istifadə olunur. Yüngül aort yetməzliyi təzyiq yaralanma zamanı 500msn üzərin olduqda, 
ciddi aort yetməzliyi təzyiq yarılanma zamanı 200msn altında olduqda qəbul edilir. Bundan başqa enən 
aortada pulsed dopler ilə holodiastolik geri axın izlənməsi ciddi aort yetməzliyini göstərir.  
Müalicə : Cərrahi əməliyyatdır. 
Semptomatik ciddi aort yetməzliyi xəstələrdə təcili cərrahi əməliyyat göstərişdir. 
Aort kökü ölçüsünün 55mm olması, cərrahi əməliyyata göstərişdir. 
Marfan sendromlu xəstələrdə cərrahi müdaxilə aort kökü 50 mm olduğunda göstərişdir. Əgər xəstədə risk 
faktorları vardırsa (ailə fərdlərində disseksiya,aort ölçüsündə ildə 2mm artış, ciddi aort yetərsizliyi
hamiləlik istəyi) bu zaman aort ölçüsü >45 mm olduğunda cərrahi müdaxilə düşünülməlidir. 
(A) Ciddi Aort yetməzliyi və (B) Aort kökü xəstəliklərində cərrahi əməliyyat göstərişləri. 
A.Ciddi aort yetməzliyinə cərrahi müalicəyə göstəriş. 
Sinif 
 
 
Semptomatik kəskin aort yetərsizliyində təcili cərrahi əməliyyat 
göstərişdir. 
  I 
  B 
 59 
İstirahəttə LVEF < 50% olan asemptomatik xəstələrdə cərrahi əməliyyat 
göstərişdir. 
  I 
  B 
 71 
AKŞ və ya qalxan aorta əməliyyatı və ya qapaq əməliyyatı olunacaq 
xəstələrdə cərrahi müdaxilə lazımdır 
  I 
  C 
 
Asemptomatik , istirahət LVEF > 50% və ciddi sol mədəcik dilatasiyası 
olan xəstələrdə cərrahi müdaxilə düşünülməlidir, SoVDSÇ > 70mm və ya 
SoVSSÇ >50mm 
  IIa 
  C 
 
B. Aort kökü xəstəliyində (aort yetməzliyi ciddiyyəti necə olsa) cərrahi 
müalicəyə göstəriş 
 
 
 
Aort kökü xəstəliyi olan və maksimum qalxan aorta ölçüsü >50mm olan 
Marfan sindromlu xəstələrdə cərrahi müdaxilə lazımdır 
  I 
  C 
 
Aort kökü xəstəliyi və maksimum qalxan aorta ölçüsü: 
Marfan sindromunda, risk faktorlar ilə birlikdə >45mm, 
Bikuspid qapaqlı xəstələrdə risk faktorlar ilə birlikdə >50mm, 
Digər xəstələrdə 55mm olduqda cərrahi müdaxilə düşünülür. 
   
  Iia 
   
  C 
 
 
Medikal müalicə. 
Vazodilatatorlar və inotrop dərmanlar ciddi ürək çatmazlığı xəstələrdə əməliyyata qədər dövrdə istifadə 
oluna bilər.Ciddi aort yetməzliyi və ürək çatışmazlığı olan xəstələrdə cərrahi əməliyyat əks-göstərişdirsə və 
ya əməliyyat sonrası solmədəcik yetməzliyi davam edirsə vazodilatatorlar ( angiotenzin çeviric ferment 
blokatorları (ACE) və angiotenzin reseptor blokatorları (ARB)) faydalıdır. Marfan sendromlu xəstələrdə 
beta-blokerlər aort kökü dilatasiyasını yavaşladır və aort ağırlaşmalarının riskini azaldır. Bu səbəbdən 
əməliyyatdan əvvəl və sonra xəstələrə verilməlidir. Bəzi angiotenzin reseptor blokatorlarının (ARB) elastin 
fibrilləri qoruyaraq aort divarında bir rola sahib olduğunu bildirir.  
 


210 
KORONAR ŞUNTLAMA  ƏMƏLİYYATLARINDA  
SÜNİ QAN DÖVRANI 
 
 
Dünyada  icra  olunan  AKŞ  əməliyyatlarının  80-85%-i  süni  qan  dövranının  (SQD) 
vasitəsilə aparılır. AKŞ əməliyyatları əsnasında ürəyin və ağciyərlərin funksiyaları (ürək və 
ağciyər  fəaliyyətini  durduraraq)  bədən  xaricində  ürək-ağciyər  aparatı  (Kardiyopulmonar 
bypass  –  KPB)  olaraq  adlandırılan  bir  cihaz  tərəfindən  təmin  edilir.  Bu  cihaz  ürəyin  nasos 
funksiyasını  və  ağciyərin  qaz  mübadiləsi  funksiyasını  müvəqqəti  olaraq  təmin  edir. 
Ekstrakorporeal dövran (Extracorporeal Circulation) da deyilən bu sistemdə yuxarı boş venaya 
və aşağı boş venaya qoyulan iki kanyula və ya sağ qulaqcığa qoyulan tək kanyula vasitəsilə 
cazibə  qüvvəsinin  təsiri  ilə  venoz  qan  rezervuarda  toplanır.  Toplanan  qan  oksigenatora 
yönləndirilir  və  soyudularaq  və  ya  isidilərək,  bir  filtrdən  keçirilir.  Sonra  cərrah  tərəfindən 
seçilən uyğun bir arterial damardan (ümumiyyətlə qalxan aorta) bir arterial kanyula vasitəsilə 
xəstəyə geri verilir. 
SQD tətbiq edə bilmək üçün müxtəlif qurğulardan istifadə olunur. 
Bu qurğular aşağıdakılardır:  
 
 
1.
 
Ürək-ağciyər nasosları (roller və ya sentrifuqalı) 
 
 
 
 
 
 


211 
2. Oksigenatorlar (qabarcıqlı və ya membran) 
 
 
Qabarcıqlı oksigenator sistemində qanın toplanması 
 
 
 
 
 
Qabarcıqlı disk oksigenator sistemi 


212 
 
Membran (HOLLOW lif) oksigenator sistemi 
 
3. İstilik tənzimləyici sistem 
 
 
Müasir SQD cihazı 
 


213 
 
 
 
SQD sisteminin sxematik quruluşu 
 
 
 
 


214 
SQD sisteminin iş prinsipi 
 
SQD sistemi əsasən ağciyər funksiyasını icra edən bir oksigenator və ürəyin 
funksiyasını icra edən bir pompadan ibarətdir. Yeni texnologiyaların inkişafı ilə 
bağlı  bu  cihazlar  dövrün  tələblərinə  uyğun  təkmilləşdirilmişdir.  Bugün  istifadə 
edilməkdə  olan  systemlərdə,  axın  sürəti,  axın  miqdarı,  qanın  istiliyi,  qan  qazı 
dəyərləri, hətta qan-elektrolit dəyərləri davamlı olaraq müşahidə edilir və istənilən 
şəkildə idarə edilə bilir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə