Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

199 
    Aortal  stenozun  dərəcəsi  artdıqca  sol  mədəcik  divarında  gərginlik  artır,  bununla  birlikdə  miokardın 
oksigenə  olan  tələbatı  da  artır,  miokardın  işemiyası  yaranır.  Miokard  işemiyasının  yaranmasında  daha    bir 
neçə səbəb var, bunlar sol mədəcikdə diastolik təzyiqin artması, miokard perfuziyasının azalması, sol mədəcik 
divarında  yaranmış  yüksək  gərginliklə  əlaqədar  oksigenə  olan  tələbatın  və  onun  təchizatı  arasında  olan 
uyğunsuzluqdur
2

  
     Gedişi:  
      Aortal stenoz xroniki, proqressivləşən xəstəlikdir. 
1)
 
Latent dövr. Aortal stenoz uzun müddət asimptomatik keçir. Asimptomatik stenoz zamanı ölüm az rast 
gəlinir, hətta ciddi stenoz zamanı il ərzində qəfləti ölüm 1%-dən çox deyil
1
. Latent dövrün müddəti 
müxtəlifdir,  stenozun  etiologiyasından,  yaşdan,  risk  faktorlarından  (ateroskleroz,  siqaret  və  s.), 
zədələnmənin  dərəcəsindən  və  s.  asılıdır.  Simptomların  yaranma  vaxtını  öncədən  təxmin  etmək 
mümkün  olmadığından  xəstələrə  mütəmadi  müayinələrdən  keçməyi  və  simptomlar  yaranan  kimi 
həkimə müraciət etməli olduqlarını bildirmək lazımdır. 
2)
 
Simptomatik dövr. Simptomların inkişafından sonra protezləşmə icra olunmazsa, qəfləti ölüm faizi 
kəskin artır. Sağqalım faizi 5 ildə 15-50%-dir
1
. Stenokardiya inkişaf edərsə, cərrahi müalicəsiz xəstələr 
5 il ərzində, bayılma olduqda 3 il ərzində, ürək çatışmazlığı inkişaf etdikdə 2 il ərzində ölürlər
2
. Ciddi 
aortal stenoz zamanı qəfləti ölüm arterial hipotoniya, ritm pozğunluqları, sol mədəciyin hipertrofiyası 
və sistolik disfunksiyası nəticəsində baş verir.      
     Simptomların  başlanğıcı  anadangəlmə  və  revmatizmal  aortal  stenoz  xəstələrində  50-60  yaşlara, 
degenerativ kalsifik aortal stenoz xəstələrində 70-90 yaşlara təsadüf edir.                                                                             
      
    Klinika:  
       Şikayətlərin yaranması əməliyyat qərarının tez verilməsi üçün göstərişdir, çünki simptomlar başladıqdan 
sonra xəstəliyin proqnozu pisdir. 
1)
 
Stenokardiya - oksigenə tələbatla onun təchizatı arasındakı uyğunsuzluqla əlaqədardır. Bundan başqa 
stənokardiya yanaşı ÜİX ilə də əlaqədar ola bilər, belə ki, ÜİX aortal stenozu çox vaxt müşayət edir. 
Stenokardiya  aortal  stenozlu  xəstələrin  ⅔-də  rast  gəlinir
3
,  ÜİX  zamanı  rast  gəlinən  stenokardiya 
ağrılarına çox bənzəyir, belə ki, hərəkət zamanı artır, istirahət zamanı azalır. 
2)
 
bayılma.-  Aortal  stenozda  periferik  müqavimətin  azalmasına  (fiziki  hərəkət  zamanı, 
vazodilatasyonların  qəbulu  zamanı)  müvafiq  olaraq  ürək  atımı  arta  bilmir,  yaranan  hipotoniya 
bayılmaönü vəziyyət,  bayılma, hətta ölümə  gətirib cıxara bilər. Bundan başqa, bayılmaların səbəbi 


200 
mədəcik və mədəciküstü aritmiyalar, kalsifikasiyanın qapaqdan ürəyin keçirici sisteminə keçməsi ilə 
əlaqədar atrioventrikulyar bloklar da ola bilər
2,3

3)
 
ürək çatışmazlığı- stenoz zamanı inkişaf edən sistolik və diastolik disfunksiya ilə əlaqədar meydana 
çıxır, fiziki gərginlik zamanı təngnəfəslik, ortopnoe, paroksizmal nokturnal dispnoe kimi təzahür edir. 
Ciddi  aortal  stenoz  zamanı  ürək  atımı  nisbətən  yaxşı  qorunduğundan  uzun  illər  boyu  yorğunluq, 
halsızlıq,  periferik  sianoz  kimi  əlamətlər  xəstəliyin  gec  mərhələlərinə  qədər  özünü  göstərmir. 
Bunlardan başqa, zədələnmiş qapaq taylarında infeksion endokardit vegetasiyaları inkişaf edə bilər ki, 
bu hal yaşlıların degenerativ, kalsifik qapaqlarından daha çox gənclərin qapaq deformasiyası zamanı 
rast  gəlinir.  Qalınlaşmış  bikuspid  qapaqlarda  yaranan  mikrotromblar  tranzitor  işemik  həmlə  və  ya 
insulta səbəb ola bilər. Kalsifik qapaqlar həmçinin kalsium embolizasiyasına səbəb ola bilər
2

 
Fiziki müayinə:  
1)
 
Nəbz-aortal  stenoz  zamanı  pulsus  parvus  et  tardus  xarakterli  (yavaş  yüksələn  və  kiçik  nəbz)  nəbz 
müşahidə  edilir.  Stenozun  gec  mərhələlərində  sistolik  və  nəbz  təzyiqi  azalmış  olur,  lakin  stenozu 
müşayət  edən  aortal  çatışmazlıq  olduqda  və/və  ya  yaşlılarda  damarların  elastikliyini  itirməsi 
nəticəsində sistolik təzyiq və nəbz təzyiqi yüksək qala bilər
2,3

2)
 
Palpasiya - sol mədəciyin hipertrofiyası və boşluqların ölçülərinin normal olması zamanı ürək vurğusu 
uzunmüddətli  olur,  lakin  yayılmış  olmur.  İkinci  qabırğaarası  sahədə  sağ  tərəfdə  sistolik  titrəmə 
palpasiya oluna bilər. 
3)
 
Auskultasiya  -  Aortal  stenoz  zamanı  eşidilən  klassik  küy  mezosistolik  küydür,  döş  sümüyünün 
yuxarısında sağ tərəfdə eşidilir, bu küy boyun damarlarına ötürülür. Stenoz nə qədər ciddi olarsa, küy 
bir  o  qədər  uzunmüddətli  olur.  Küyün  yüksəkliyi  stenozun  ağırlığına  uyğun  olmaya  bilər.  Stenoz 
zamanı  I ton  dəyişmir, stenozun dərəcəsi  irəlilədikcə  II  ton  zəifləyir, sonda tamamilə itir.  II tonun 
itməsi aortal stenozun spesifik əlamətidir, lakin sensitiv əlamət deyil
1
. Daralmış aortal dəlikdən qanın 
qovulma müddətinin artması ilə əlaqədar II tonun paradoksal parçalanması qeyd olunur
2
. Stenoz küyü 
adətən atım həcmini artıran oturma hərəkəti zamanı şiddətlənir, Valsalva manevrası və ayaqda durma 
zamanı isə küy azalır
3
. Bikuspid aortal qapağın stenozu zamanı sistolik küydən əlavə qapağın açılma 
səsi də eşidilir. 
     Sol  mədəciyin  çatışmazlığı  inkişaf  etdikdə  və  atım  həcmi  azaldıqda  aortal  stenozun  sistolik 
üfürümü zəifləyir, bəzi hallarda tamamilə itir. Həmçinin  III tonun  yaranması sol mədəciyin sistolik 
funksiyasının  yaranmasının  xəbərçisidir.  IV  tonun  eşidilməsi  də  tez-tez  rast  gəlinir,  sol  mədəciyin 
elastikliyinin(gövşəkliyi) azalması zamanı ilə əlaqədardır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə