Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

201 
      Diaqnostika: 
        EKQ-  Stenoz  zamanı  rast  gəlinən  əsas  EKQ  dəyişikliyi  sol  mədəcik  hipertrofiyasıdır,  bu  əlamət 
xəstələrin  təxminən  85%-də  görülür
2,3
.  EKQ  voltajıyla  obstruksiya  arasında  korrelyasiya  olmaya  bilər,  bu 
uyğunluq  daha  çox  gənc  xəstələrdə  rast  gəlinir.  QRS  voltajının  yüksək  olduğu  aparmalarda  T  dalğa 
inversiyası, ST seqmentinin depressiyasına çox rast gəlinir. Aortal stenoz xəstələrinin EKQ-də 0.2mV-dan 
çox ST seqment depressiyası ciddi sol mədəcik hipertrofiyası haqqında məlumat verir
2
. Bundan başqa ciddi 
izolə aortal stenoz xəstələrinin 80%-də sol qulaqcığın böyüməsinə uyğun EKQ dəyişiklikləri müşahidə edilir
3

Atrial  fibrilyasiya  aortal  stenoz  nadir  və  xəstəliyin  gec  mərhələlərində  rast  gəlinən  EKQ  dəyişikliyidir. 
Qapaqlarda inkişaf edən kalsifikasiyanın keçirici sistemə sirayəti ilə əlaqədar müxtəlif atrio-ventrikulyar və 
intraventrikulyar bloklara səbəb olur.  
       Rentgen müayinəsi - kritik aortal stenozda belə ürəyin konfiqurasiyası norma daxilində ola bilər. Aortal 
çatışmazlıq və ya sol mədəcik çatışmazlığı olmadığı müddətcə radioloji müayinədə nəzərəçarpan dəyişiklik 
olmur.  Çox  vaxt  qalxan  aortanın  poststenotik  dilatasiyasına  rast  gəlinir.  Nəzərəçarpan  aortal  dilatasiya 
bikuspid qapaq və ya yanaşı aortal çatışmazlıq zamanı daha çox müşahidə edilə bilər. 
      Exokardioqrafiya  -  aortal  stenozun  diaqnozunun  qoyulmasında  əsas  müayinə  metodudur,  xəstələrin 
təqibində,  stenoz  dərəcəsinin  dəyərləndirilməsi,  cərrahi  müalicənin  vaxtının  qərar  verilməsində  müstəsna 
əhəmiyyətə  malikdir.  ExoKQ  müayinənin  qapaq  taylarının  sayı,  quruluşu,  hərəkəti,  sol  mədəciyin  sistolik 
funksiyası, divar qalınlğının təyini, yanaşı qapaq xəstəliklərini müəyyən etməkdə böyük rolu var. Həmçinin 
Doppler  müayinə  vasitəsilə  sol  mədəcik-aorta  təzyiq  qradiyentinin  hesablanması,  effektiv  aortal  qapaq 
dəliyinin  sahəsi  də  hesablanaraq  stenoz  dərəcəsi  müəyyən  oluna  bilər.  3D  görüntüləmənin  qapaqların 
quruluşu, hərəkətinin təyinində, stenozun ağırlıq dərəcəsinin müəyyən edilməsində getdikcə rolu artmaqdadır. 
   
  
 
 
ExoKQ göstəricilərinə əsasən aortal stenozun ağırlıq dərəcəsi. 
     Ağırlıq dərəcəsi 
  Aortal qapaq sahəsi, Sm2 
 Orta qradiyent, mm.c.süt. 
 Normal 
                     2.0-4.0 
                   0 
 Yüngül stenoz 
                     >1.5 
                   0-20 
 Orta stenoz 
                     1.0-1.5 
                    20-40 


202 
 Ciddi stenoz 
                     <1.0 
                    40-50 
 Kritik stenoz 
                     <0.75 
                    >50 
 
    Exokardioqrafik  alınan  mədəcik-aorta  təzyiq  qradiyentləri  sol  ürək  kateterizasiyası  ilə  alınan  rəqəmlərlə 
uyğun olur və çox zaman kateterizasiyaya ehtiyac olmur. 
   Sol mədəcik disfunksiyası və aşağı ürək atımı olan xəstələrdə aortal stenozun ciddiliyini təyin etmək, aortal 
stenozun həqiqi və ya yalançı olduöunu müəyyən etmək üçün Dobutaminli Stress Exokardioqrafiya zamanı 
hemodinamik  göstəricilərin  dəyişikliklərin    böyük  əhəmiyyəti  vardır.  Yalançı  aortal  stenoz  -  sol  mədəcik 
disfunksiyası  zamanı  mədəciklərin  yığılmasının  kifayət  qədər  olmaması  nəticəsində  aorta  qapaqları  tam 
açılmır və bu da ciddi aortal stenoz təsəvvürünü yaradır. Bu vəziyyəti, yəni həqiqi və yalançı aortal stenozu 
differensə etmək üçün Dobutaminli Exokardioqrafik müayinədən istifadə edilir. Həqiqi stenozda dobutamin 
infuziyası    zamanı  ürək  atımının  artması  tarnsklapan  qradiyentinin  artması  ilə  müşahidə  olunur,  yalançı 
stenozda isə qradiyent artmır, aorta qapağının sahəsi nəzərəçarpan dərəcədə artır (0.3 sm
2
-dən çox). 
   ExoKQ müayinə xəstələrin təqibində müəyyən aralıqlarla təkrar olunmalıdır, belə ki, ağır stenoz zamanı hər 
il, orta stenoz zamanı 2 ildən bir, yüngül stenoz zamanı isə hər 5 ildən bir təkrar olunmalıdır
2
. Aortal stenoz 
zamanı  Dopplerlə əldə edilən qradiyentlərin hər il 4-8 mm. c. süt. artdığı, qapaq sahəsinin isə hər il 0.2-0.3 
sm
2
 azaldığı göstərilmişdir.  
     Transezofageal  Exokardioqrafiya(TEE)  -  aortal  stenozun  ciddilik  dərəcəsinin  müəyyən  olunmasında  az 
yardımçıdır, belə ki, kalsifikasiyaya uğramış qapaqların planimetriyasını hesablamaq çətin olur. Lakin son 
zamanlarda stenozun müalicəsində istifadə edilən TAQİ-nin artan rolu ilə əlaqədar TEE müayinə metodunun 
da  əhəmiyyəti  artmışdır.  TEE  anulus  diametrinin  dəyərləndirilməsi  və  TAQİ  prosedurunun  gedişatına 
nəzarətdə böyük əhəmiyyətə malikdir. 
     Stress test - simptomatik xəstələrdə əks-göstərişdir, bununla belə stress testin özünəməxsus üstünlükləri 
vardır.  Stress  test  asimptomatik  fiziki  aktiv  xəstələrdə  simptomların  üzə  çıxarılması,  ciddi  stenozlu 
asimptomatik xəstələrin proqnozunun müəyyən olunmasında əhəmiyyətlidir. Fiziki aktiv şəxslərdə Stress test 
zamanı simptomların yaranması yaxın 12 ay ərzində simptomların inkişaf edəcəyinə dəlalət edir
3
. Test zamanı 
qan təzyiqinin anormal dəyişiklikləri və ST seqment depressiyası aşağı proqnostik əhəmiyyətə malikdir.  
     Kompüter  Tomoqrafiya(KT)  -  qapaq  sahəsinin  ölçülməsi,  proqnoza  təsir  edən  koronar  kalsifikasiyanın 
müəyyən olunmasında əhəmiyyətli ola bilər. KT də TAQİ-dən öncə aorta kökünün ölçülməsi, kalsifikasiyanın 
müəyyən olunması, qapaq sayları, qalxan aorta haqqında dəyərli məlumatlar verir.  
      Kateterizasiya və angioqrafiya. Kateterizasiya - əvvəllər ən yaxşı müayinə metodu sayılırdı, lakin indiki 
dövrdə  bu  müayinə  metodunu  çox  vaxt  ExoKQ  tamamilə  əvəz  edir.  Həmçinin  ciddi  aortal  stenoz  zamanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə