Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

179 
Revmatizm zamanı xordanın fibroz və kalsifikasiyası 
Papillyar əzələ anomaliyaları 
Miokard infarktı zamanı papillyar əzələnin yırtılması 
-tam (adətən ölümlə nəticələnir) 
-natamam 
Disfunksional papillyar əzələ 
İsemiya (posteromedial papillyar əzələ birtəfəli qan təhcizatı səbəbi ilə (PDA şaxəsindən) 
daha çox işemik zədələnməyə məruz qalır 
İnfiltrativ proses:amiloidoz,sarkoidoz 
Anadangəlmə:paraşut mitral qapaq 
Patofiziologiyası
7
 
Mitral çatışmazlıqda sistola zamanı qanın bir hissəsi mitral qapaq tayları arasından sol 
ventrikuldan sol atriuma geri qayıdır. Sol ventrikulun sistolik təzyiqi mitral çatışmazlıq 
zamanı adətən normaldır. İzovolemik kotraksiya zamanı təzyiqdə ani artma müşahidə olunur. 
Kəskin mitral çatışmazlıq zamanı sol atriumun təzyiqi çox yüksək rəqəmlərə qədər artır. Bu 
zaman xəstədə ağciyər ödümi inkişaf edir. Xroniki mitral çatışmazlıq zamanı isə sol ölçü və 
həcm genişlətmək qabiliyyətinin artması səbəbindən təzyiqdə çox böyük dəyişikliklər 
müşahidə olunmur. Xroniki mitral çatışmazlıqlı bəzi xəstələrdə sol atrium çox böyük 
ölçülərə qədər genişlənir, atrium divarları fibrozlaşır. Bu xəstələrdə sol atrium təzyiqi çox 
aşağı rəqəmlərdə olur və zəif pulmonar hipertenziya inkişaf edir. Lakin bu xəstələrdə adətən 
səyrici aritmiya müşahidə olunur. Sol atrium təzyiqinin xroniki olaraq artması ağciyər 
venalarında durğunluğa səbəb olur. Ağciyər venalarından uzunmüddətli durğunluq əvvəlcə 
ağciyər arteriyalarında spazma, daha gec dövrlərdə isə damar divarında remodellinqə səbəb 
olur. Bunların son nəticəsi olaraq pulmonar hipertenziya inkişaf edir, ürəyin sağ boşluqları 
böyüyür. Uzunmüddətli xroniki ciddi mitral çatışmazlıqda davamlı olaraq sol ventrikulun ön 
yükünün artması sol ventrikulun diastola sonu təzyiqinin artmasına və son nəticə olaraq 
ventrikulun genişlənməsinə səbəb olur. 
Klinikası
8
 
 Kəskin mitral çatışmazlıq zamanı anidən pulmonar kapillyar tıxama təzyiqi artdığıdan 
ağciyərlərdə durğunluq və ağciyər ödemi inkişaf edir. Bu səbəbdən xəstələrdə ani 
təngnəfəslik, ortopnoye vəziyyəti yaranır və çox hallarda kardiogen çok klinikası inkişaf 
edir. Xroniki mitral çatışmazlıq adətən uzun illər asimptomatik qalır.  Simptomlar inkişaf 
etdikdə xəstələr fiziki yük zamanı yaranan təngnəfəslikdən şikayət edir. Daha irəli 
mərhələrdə niktural dispnoye və ürək çatışmazlığının digər simptomları inkişaf edir.  


180 
Diaqnostikası 
Elektrokardioqrafiya 
Mitrak çatışmazlıqda EKQ dəyişiklikləri qeyri-spesifikdir. Adətən EKQ-də sol atriumun 
böyüməsi və səyrici aritmiya (Şəkil 3) qeyd edilir. Daha irəli mərhələlərdə sol və sağ 
mədəcik hipertrofiyası əlamətləri inkişaf edə bilər. 
 
Şəkil3.Səyrici aritmiya. 
 
Exokardioqrafiya 
Exokardioqrafiya mitral çatışmazlığın diaqnostikası, ciddiliyinin müəyyən olunması, müalicə 
növünün seçilməsi üçün əsas diaqnostik vasitədir. Mitral çatışmazlığın ciddiyyətini 
exokardioqrafik olaraq müxtəlif üsullarla dəyərləndirmək mümkündür.  
1.Vena kontrakta 
Vena kontrakta rəngli dopller ilə müayinə etdikdə requrgitan axımın ən dar yerinin 
ölçüsüdür. (Şəkil 4) Ölçünü daha dəqiq almaq üçün böyütmə modundan istifadə etmək olar. 
Vena kontraktanın ölçülməsində kiçik səhvlər qapaq çatışmazlığının dərəcəsini müəyyən 
etməkdə böyük səhvlərə səbəb ola bilər. Bu görə əgər ölçünü tam dəqiq almaq mümkün 
deyilsə qapaq çatışmazlığının dərəcəsi digər üsullarla müəyyən olunmalıdır. Vena 
kontraktanın daha dəqiq ölçülməsi 3D exokardioqrafiya ilə gələcəkdə mümkün olacaq. Lakin 
hal hazırda temporal çözünürlüyün aşağı olması səbəbi ilə 3D exokardiqrafiya bu məqsədlə 
geniş istifadə oluna bilmir. Vena kontraktanın ölçüsünə görə mitral qapaq çatışmazlğı 
3dərəcəyə bölünür. (Cədvəl 1) 
Cədvəl1. Vena kontraktaya görə mitral qapaq çatışmazlığının dərəcələndirilməsi. 
Yüngül 
Orta 
Ciddi 
<3mm 
3-7mm 
>7mm 
 


181 
 
Şəkil4.Vena contractanın ölçülməsi 
2.PİSA (proximal isovelocity surface area) metodu 
Requrgitan mənfəzə doğru qan axını sürətlənir  
Rəngli dopplerdə aliasing velocitesi (siqnal tezliyinin qeyri-düzgün təyini) bütün 
eritrositlərin hərəkət sürətinin eyni olduğu konturu göstərir (izovelosite) 
Proksimal izovelosite (sürəti bərabər olan)konturun forması adətən yarımkürədir. Bu 
səbəbdən bu yarımkürənin köndələn kəsik sahəsi 2n
2
-dır. 
PİSA daha dəqiq olaraq apikal uzun ox və apikal 4-boşluq görübtülərində ölçülə bilir. 
Böyütmə modu və dar sektordan istifadə olunur. Proksimal sahə yarımkürə formasında 
olmadıqda PİSA-nın təyini çətinləşir. Bu səbəbdən PİSA ekssentrik axımlarla müqayisədə 
mərkəzi axımlar üçün daha doğru nəticə verir. (Şəkil5) 
   PİSA metodu vasiitəsilə aşağıdakə göstəricilər ölçülə bilər: 
1.PİSA radiusu:Mirtal çatışmazlıqda PİSA radiusunun <0.4 olası zəif, >1.0 olması ciddi 
mitral çatışmazlığı göstərir 
2.Ani requrgitan axımı 
3.Effektiv requrgitan mənfəz sahəsini (EROA)(sistolada qapaq tayları arasında qalan və 
requrgitasiyaya səbıb olan boşluğun mənfəzinin sahəsi) :mitral çatışmazlıq üçün EROA 
birincili mitral çatışmazlıqda >40mm
2
, ikincili mitral çatışmazlıqda >20mm
2
 olduqda 
çatışmazlıq ciddi kimi dəyərləndirilir. 
4.Requrgitan həcm:Birincili ciddi mitral çatışmazlıqda >60ml/vurğu, ikincili mitral 
çatışmazlıqda >30ml/vurğu kimi dəyərləndirilir. 
 


182 
 
Şəkil 5.PİSA metodu 
    Mitral çatışmazlığı olan xəstəni exokardioqrafik olaraq müayinə etdikcə əlavə olaraq sol 
atriumun ölçü və bədən səthi sahəsinə uyğun olaraq həcmi, sol mədəciyin atım fraksiyası, 
son diastolik həcmi, pulmonar arterial sistolik təzyiq, pulmonar venalarda geri axım, davamlı 
axım doppler (CW doppler) siqnalının anteroqrad və retroqrad intensivliyinin müqayisəsi 
kimi göstəricilər təyin olunmalıdır. 
Müalicəsi 
Mitral çatışmazlıq dərman, perkutan və cərrahi müalicə üullarla müalicə olunur.  
Kəskim mitral çatışmazlıq. Kəskin mitral çatışmazlıq inkişaf etmiş xəstələrdə sol ventrikulun 
son yükünün azaldılması əsasə məqsəddir. Bunun üçün niroprussid və nitrqliserin istifadə 
olunur. Kardiogen şok inkişaf etmiş hallarda intraaortik balon pompasının implantasiyası 
göstərişdir. Kəskin mitral çatışmazlığı radikal müalicəsi cərrahi müdaxilədir. 
Xroniki mitral çatışmazlıq. Yüngül-orta xroniki mitral çatışmazlıqlarda dərman müalicəsi 
effektivliyi sübut olunmayıb. Sol mədəciyin disfunksiyasına bağlı ikincili ciddi mitral 
çatışmazlıqda müalicəyə beta blokatorlar, son yükü azaldan basitələr, mineralokortikoid 
reseptor antoqonistləri və diuretiklər daxil olmalıdır. Asimptomatik xroniki mitral 
çatışmazlğın müalicəsində AÇF inhibitorlarə və spironolaktonun rolu sübut olunmayıb.   
MitraKlip proseduru 
Mirtaklip proseduru Alfieri əməliyyatına analoq olaraq perkutan yolla mitral qapaq taylarının 
uc-ucua birləşdirilməsi üsuludur. Dünyada 2009-cu ildən bəri MitraKlip proseduru təcrübəsi 
vardır. Kardiologiyaya artıq prosedurun uzunmüddətli nəticələri bəllidir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə