Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   71

158 
tənəffüs və damar xəstəliklərinin aşkarlanması perioperativ idarəetmədə vacibdir. Damar yolu 
üçün  istifadə  olunan  venaların,  arterial  kateterizasiya  üçün  periferik  arteriyaların 
dəyərləndirilməsi lazımdır. Anesteziya baxımdan bütün xəstələr havayolu keçiriciliyi cəhət-
dən müayinə olunmalıdır. 
Cədvəl 1 
 
Əməliyyatönü fiziki müayinə 
 
Həyat göstəriciləri: 
Boy, çəki 
Dərman dozaları, pompa axını, kardiak indeksin hesablanması 
üçün 
Havayolu 
Ventilyasiya,intubasiya olunması üçün 
Boyun 
Vidaci venanın kateterizasiya baxımdan, venoz dilatasiya(xroniki 
ürək çatışmazlığı), trill (titrək səs), küy,yuxu arteriyalarının 
xəstəliyi 
Ürək 
Küy: patologiyanın xarakteristikası, S3( yüksək LVEDP), 
S4(azalmış komplians) 
Lateral PMİ ( Point of Maximum İmpulse: maksimum vurma 
nöqtəsi) yerdəyişməsi-kardiomeqaliyada 
Tənəffüs 
Ağciyərlər üzərində küylər(xroniki ürək çatışmazlığı), xırıltı və 
vizinqlər (XOAX, astma) 
Qarın 
Palpasiya-pulsativ qaraciyər (xroniki ürək çatışmazlığı, üçtaylı 
qapaq çatışmazlığı), ağrılı palpasiya 
Damar sistemi 
Periferik nəbzlər, venoz və arterial damarların anatomik quruluşu 
Ətraflar 
Periferik ödem(xroniki ürək çatışmazlığı, xroniki venoz 
çatışmazlığı) 
Sinir sistemi 
Hər iki tərəfin simmetrikliyi, motor və hissi defisit 
 
 
Laborator müayinələri. Aşağıdakı laborator müayinələri əməliyyatönü dövrdə mütləq 
aparılmalıdır: hemoqram, qlükoza, urea, kreatinin, ALT, AST, LDH, ü.bilirubin, d.bilirubin, 
albumin, ü.protein, elektrolitlər, TSH, T4, qanama zamanı, laxtalanma zamanı, PTZ, APTZ, 
qan qrupu, serologiya, sidiyin ümumi analizi. 
Diaqnostik  müayinələr.  EKQ, döş qəfəsinin  rentgenoqrafiyası;  exokardioqrafiya, tam 
abdominal USM, karotis arteriyalarının rəngli doppler müayinəsi. 
 
 
 


159 
Əməliyyatönü riskin dəyərləndirilməsi 
 
Koronar şuntlama cərrahiyyəsində risk faktorları və riskin klassifikasiyası 
 
Risk faktorları: 
Qeyri-stabil angina və ya yeni Mİ 
Sol mədəcik disfunksiyası 
Ürək çatışmazlığı əlamətləri 
Ciddi piylənmə (bədən kütlə indeksi>30) 
Təcili cərrahiyyə 
Təkrari əməliyyat 
Ciddi yanaşı xəstəliklər 
Risk klassifikasiyası 
Normal risk: Yuxarıdakılardan heç biri yoxdur. 
Orta risk: Yuxarıdakılardan biri mövcuddur. 
Yüksək risk: Yuxarıdakılardan birdən daha çoxu mövcuddur. 
 
Yanaşı xəstəliklər 
 
Koronar arteriya cərrahiyyəsində ölüm və ağırlaşma faizini artıran yanaşı xəstəliklərdən 
ən çox rast gəlinəni şəkərli diabet və dializ ehtiyaclı xroniki böyrək çatışmazlığıdır. Bununla 
yanaşı, uğurlu əməliyyat üçün hipertoniya, ağciyər xəstəlikləri, piylənmə və digər xəstəliklər 
də nəzərə alınmalıdır. 
Koronar arteriya cərrahiyyəsində xəstələrin 22%-ni şəkərli diabet xəstələri təşkil edir və 
bunların 40%-i insulin istifadə edir. Cərrahi stress, katexolamin (inotrop olaraq), əməliyyat 
zamanı hipotermiya insulinə  rezistentliyi artırdığına görə qanda şəkərin kontrolu çətinləşir. 
Dekstrozlu priming məhlullar da bu təsiri artırır. Adətən diabetik xəstələrdə digər xəstələrlə 
müqayisədə çox damar xəstəliyi mövcud olur. Əlavə olaraq ürəyin atım fraksiyası aşağıdırsa, 
daha yaşlı və qadındırsa ağırlaşma (İABP ehtiyacı, sternum ayrılması, böyrək çatışmazlığı) və 
ölüm faizi daha yüksəkdir. Bu vəziyyətdə intraoperativ qan şəkəri ciddi təqib edilməlidir və 
insulin  infuziyası  ilə  nəzarət  olunmalıdır.  İsinmə  mərhələsində  və  katexolamin  infuziyası 
başlanılarsa  insulin  ehtiyacını  yenidən  dəyərləndirmək  lazımdır.  Bu  xəstələrdə  böyrək 
çatışmazlığı  daha  çox  müşahidə  olunduğu  üçün  sidik  ifrazına  nəzarət  edib,  profilaktik 
(mannitol, diuretiklər və ya renal dozada dopamin) tədbirlər görülməlidir. 
Koronar arteriya cərrahiyyəsindən sonra yaranmış böyrək çatışmazlığının yetərsiz renal 
perfuziyaya  bağlı  olduğu  düşünülməlidir.  Ürək  cərrahiyyəsində  ciddi  renal  çatışmazlıq 
yaranmış  xəstələrdə  ölüm  faizi  yüksək  (65%)  olur.  Koronar  arteriya  cərrahiyyəsində  renal 
çatışmazlıq  yaranması  6%  hallarda  olur.  Yaşlı,  preoperativ  kreatinin  yüksəkliyi  və  qapaq 
cərrahiyyəsi  ilə  yanaşı  olan  koronar  arteriya  cərrahiyyəsində  bu  risk  daha  çox  olur.  Ürək 
cərrahiyyəsindən  sonra  yaranan  renal  çatışmazıqların  yarısına  hemodializ  ehtiyacı  olur. 
Əməliyyatönü dializə bağlı olmaq da ölüm (10%) və ağırlaşma faizinə (71%) mənfi təsir edir. 
Hipertoniya  da  yanaşı  xəstəlik  kimi  ciddi  əhəmiyyət  kəsb  edir.  Bu  xəstələrdə 
intraoperativ  mərhələdə  arterial  qan  təzyiqinin  qeyri-stabil,  yüksək  müşahidə  olunması  ST 
seqmentinin dəyişikliyinəsəbəb olur. Bir xəstəlik kimi hipertoniya aterosklerozu sürətləndirir, 
sol  mədəcik  hipertrofiyası  və  xroniki  ürək  çatmamazlığının  yaranmasına  səbəb  olan  risk 
faktorudur. Hipertrofiyalı sol mədəcik öz kompliansını itirir və diastolik disfunksiya yaranır. 


160 
Həmçinin  relaksasiyası  və  tam  həcmlə  dolma  effekti  pozulur.  Bu  xəstələrdə  mövcud  olan 
taxiaritmiyalar  tədricən  kardiak  output  və  qan  təzyiqini  əhəmiyyətli  dərəcədə  aşağı  salır. 
Antihipertenziv  müalicə  stress  təsirinə  görəeffektli  olmasa  da,  β-blokator  istifadə  etmiş 
xəstələrdə intraoperativ anesteziya induksiyasında ürək ritmi və arterial qan təzyiqinin qeyri-
stabilliyi, miokard işemiyası daha az müşahidə olunur. 
Ateroskleroz sistemik proses olduğuna görə koronar arteriya xəstəliyi olanlarda adətən 
karotis və ya periferik arteriyalarda da aterosklerotik proses inkişaf edir. Bu baxımdan arterial 
kanyulyasiya  və  ya  aortadaxili  kontrpulsator  (İABP)  yerləşdirilməsi  zamanı  bunlar  nəzərə 
alınmalıdır. Koronar arteriya cərrahiyyəsi tətbiq olunan xəstələrin 10%-də karotis arteriyalarda 
stenoz qeyd olunur ki, bunun da yarısı simptomsuz olur. 
 
İntraoperativ mərhələ 
 
Premedikasiya.  Premedikasiyanın  məqsədi  həyəcan  və  qorxunu  farmakoloji  olaraq 
azaltmaq,  induksiyadan  əvvəl  olunacaq  prosedurlarda  (venoz,  arterial  kateterizasiya)  ağrını 
azaltmaq və bir az amneziya yaratmaqdır. Koronar arteriya xəstələrində effektli premedikasiya 
bu mərhələdə yarana biləcək anginoz ağrıların qarşısının alınmasında əhəmiyyətli rol oynayır. 
Premedikasiya  üçün  narkotik  və  ya  sedativ  dərmanlarla  birgə  bəzən  antixolinergiklər  də 
istifadə olunur. 
Monitorizasiya. Əməliyyat otağında xəstəyə ilk olaraq EKQ, qeyri-invaziv arterial qan 
təzyiqi  və  puls  oksimetr  monitorizasiyası  aparılır.  Ardınca  kardiovaskulyar,  pulmonar, 
mərkəzi sinir sistemi və metabolizm monitorizasiyası aparılır. 
 
Orqan/sistem 
İlkin monitorizasiya 
Əsaslı 
monitorizasiya 
Kardiovaskulyar 
EKQ 
Qeyri-invaziv A/T 
İnvaziv qan təzyiqi 
CVP (MVT) 
PAP/PCWP 
Kardiak output 
TEE 
Pulmonar 
SpO
2
 
Kapnoqrafiya 
Havayolu təzyiqi 
Stetoskop 
Oksigen analizi 
Arterial qan qazı 
Mərkəzi sinir 
sistemi 
 
EEQ 
SSEP 
Transkranial 
Doppler 
BOS təzyiqi 
Metabolik 
Bədən temperaturu 
Sidik ifrazı 
Serum elektrolitləri 
Qələvi-turşu 
tarazlığı 
Qlükoza 
Serum osmolyarlığı 
Hematokrit 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə