Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   71

144 
 
 
Şəkil 27. Qarnın ön divarının düz əzələsinin yatağının açılması 
Bilateral istifadə edilə bilər, ancaq əsasən sağ AEİ istifadə edilir. İki müşayiət edən venası 
və preperitoneal yağ toxuması ilə birlikdə çıxarılır.  
 
 
 
Şəkil 28. Pediküllü AEİ çıxarılması 
 
 
 
 
Şəkil 29. AEİ transplantatı 
 
AEİ(11,9±2,6 sm) DDA-dan (16,5±l,0 sm) daha qısadır.  
 
 
HİSTOLOGİYASI 
 
Schroeder  və  əməkdaşları  erkən  dövrdə  97,4  %,  12  ayda  isə  91  %  açıqlıq  nisbəti 


145 
bildirmişlər.  AEİ-nin  RDP-yə  istifadə  edildiyində  pis  run-off,  RDP  və  RPL-yə  istifadə 
edildiyində orta dərəcədə, RCA-ya istifadə edildiyində yaxşı run-off müşahidə edilmişdir. 
 
 
Şəkil 30. AEİ-nin köndələn kəsiyi: A, t. adventisia. M, t. media. (·),  
lamina elastica interna. (³), lamina elastica externa. 
 
AEİ transplantantından istifadə zamanı orta dövr nəticələri sərbəst DDA-ya görə heç də 
pis  olmamışdır.  AEİ  istifadəsindənsonra  bir  sıra  ağırlaşmalar(yara  ağırlaşmaları,  hematom, 
AEİ-nin iliak kötükdən qanaması, əzələ nekrozu) müşahidə edilmişdir. Erkən dövr açıq qalma 
nisbəti  57,0-97,8%  təşkil  etmişdir.  Tector  konduitdən  konduitə  T  qreft  şəklində  istifadə 
edilənlərdə 96% açıq qalma nisbəti bildirmişdir.  
AEİ-nin  istifadəsinin  orta  dövr  nəticələri  “sərhəddə”  olaraq  bildirilmişdir.  Bu  damar 
transplantant olaraq “istifadə edilə bilməz və ya mütləq istifadə edilməlidir” demək üçün daha 
çox təcrübə və nəticələrə ehtiyac vardır. 
 
 
 
Cədvəl 3. DDA ilə müqayisədə AEİ istifadə edilən xəstələrdə  
miokard infarktı aşkar olunmadan keçən dövr (aylarla) 
DİGƏR ARTERİAL QREFTLƏR 
 
Bəzi  xəstələrdə  müxtəlif  səbəblərdən  ənənəvi  arterial  və  venoz  transplantantlardan 
istifadə edilməsi mümkün olmur. Belə hallarda digər nadir istifadə edilən arteriyalara müraciət 
olunur.  Bunlardan  tibbi  ədə-biyyatda  əsasən  dirsək,  sol  qastrik,  dalaq,  torakodorsal  və  sol 
lateral  femoral  circumflex  arteriyaların  konduit  kimi  istifadə  edilməsi  barədə  məlumatlar 
vardır. Lakin bu konduitlərin əməliyyatdan sonra yaxın dövr nəticələri qənaətbəxş olsa da, orta 
və uzaq dövr nəticələri bir o qədər də yaxşı olmadığı üçün onlardan imkan dərəcəsində istifadə 


146 
edilmir. 
 
 
 
Şəkil 31. Sol qastrik arteriya (1) ilə sağ tac damarın distal hissəsi (3) arasında icra olunmuş və postoperativ 
5-ci gündə əsas anastomozu (2) nümayiş etdirən angioqrafiya 
 
 
VENOZ QREFTLƏR 
 
Venoz  qreftlərin  13-14  %-də  əməliyyatdan  sonrakı  ilk  aydatromboz  səbəbilə  okluziya 
meydana gəlir.  
Əməliyyatdan sonrakı birinci ildə vena divarının intimasında saya əzələ hüceyrələrində 
proliferasiya  başlayır.  Bu  vəziyyət  angioqrafik  olaraq  transplantant  diametrinin  25-30% 
daralmasına səbəb olur. Hər növbəti ildə intima hiperplaziyası inkişaf edərək il ərzində qreft 
okluziyası 2% artmaqdadır. 
     
 
 
Şəkil 32. Yeni implantə edilmiş böyük dərialtı vena şuntunun içindəki trombunangioqrafik və İVUS vasitəsi 
ilə əldə edilmiş görüntüsü 
 
HİSTOLOGİYASI 
 
Böyük dərialtı vena (BDV) mediası çox qalın dairəvi saya əzələ hüceyrələrindən əmələ 
gəlmişdir.  Damardaxili  təzyiq  artanda,  DDA  ilə  müqayisədə  BDV  daha  çox 
intimalvəmedialzədələnməyə məruz qalır. Transplantant hazırlanması və istifadəsi ilə əlaqədar 


147 
olan  cərrahi  manipulyasiya  nəticəsində  endotelial  və  medial  zədələnmələr  yarana  bilər. 
Qoruyucu  endotelial  baryerlərin  itirilməsi  tromboz,  hiperplaziya  və  okluziya  ilə  nəticələnə 
bilər. 
 
 
 
Şəkil 33. BDV-ya aid köndələn kəsik: İ, t. intima; M, t. media; A, t. adventisia 
 
Holt  və  əmək.  apardıqları  tədqiqatda  cərrahi  olaraq  hazırlanan  BDV  qreftlərində 
neointimal qalınlaşmanın 72±13 mikron, təzə olaraq alınan və disseksiya edilməyən venalarda 
44±8  mikron  və  DDA-da  34±4mikron olduğunu, mediadaproliferasiya  hüceyrəsinin  cərrahi 
venada  2,8±1/mm,  təzə  venada  0,8±0,3/mm,  DDA-da  0,6±0,3mm  olduğunu  aşkar  edərək 
statistic olaraq əhəmiyyətli fərq olduğunu müəyyən ediblər. 
 
 
 
Şəkil 34. 9 il əvvəl AKŞ əməliyyatı olunmuş xəstənin  
BDV transplantantının müxtəlif dərəcəli aterosklerotik dəyişiklikləri.  
Kalsinasiya olmayan hissələri (A), intramural kalsinasiya (B), 
damar divarının (D) əksər hissələri kalsinasiya olub, (C) kalsinasiya sahələri 
 
 
İntimal  hiperplaziya  sahəsində  lipidin  filtrasiyası  və  sonradan  ateroskleroz  inkişaf 
etməkdədir. İntimal hiperplaziyanın qarşısını almaq üçün bir müalicə metodu yoxdur. Ancaq 
bəzi  tədqiqatlarda  cyclic  3ı5ıguanosinemonophosphate-ın  hüceyrədaxili  səviyyə  artışının 


148 
medial  qalınlaşmanı  azaltdığı  təsbit  edilmişdir.  İn-vitroheyvan  tədqiqatlarında  intimal 
hiperplaziyaya qarşı gen müalicəsi (growth factor messenger RNT translation) və fotodinamik 
müalicə araşdırılır.  
 
 
 
 
BÖYÜK DƏRİALTI VENA (BDV) - Vena Saphena Magna (VSM) 
 
 
 
Şəkil 35. BDV-nın anatomiyası 
 
 
Bütün çatışmazlıqlarına baxmayaraq, böyük dərialtı vena (BDV) – vena saphena magna 
koronar şuntlama əməliyyatlarında ən çox istifadə edilən qrefttlərdən biri olaraq qalmaqdadır. 
BDV-nin koronar conduit kimi səciyyələndirən xüsusiyyətləri kimi onun asan çıxarılması, hər 
zaman  əlçatan  olması,  spazma  dayanıqlılığı  və  istifadəsinin  uzun  dövr  nəticələrinin  ətraflı 
öyrənilməsini qeyd etmək olar. Vena saphena konduitlərinin əməliyyatdan sonra erkən dövrdə 
tutulması faktı onların erkən və uzun dövrdə açıq qalması üçün farmakoloji strategiyaların 
işlənib  hazırlanması  istiqamətində  maraq  yaratmışdır.  Prospektiv  randomizə  olunmuş 
tədqiqatlar göstərmişdir ki, erkən təyin edilən aspirin koronar şuntlama əməliyyatından sonra 
ilk ildə venoz transplantantın okluziyasını azaldır. Əməliyyatdan sonra ilk 48 saatda aspirinin 
təyin edilməsi erkən dövr ağırlaşmaları olan ölüm, miokard infarktı, insult, böyrək çatışmazlığı 
və bağırsaq nekrozu hallarını ciddi sayda azaldır.
 
Angioqrafik analizdə müəyyən olmuşdur ki, statinlərin aqressiv istifadəsi (aşağı sıxlıqlı 
lipoproteinlər<100 mg/dL) ateroskleroza məruz qalmış transplantantların sayını üçdə bir qədər 
azaltmışdır. Beləliklə də təkrar revaskulyarizasiya ehtiyacını da azaltmışdır.
 
QREFTİN HAZIRLANMA METODİKASI 
 
Bəzi cərrahlar venanı aşağı ətrafın distal qismindən çıxarılmasına üstünlük verir. Çünki, 
burada venanın diametri və divar qalınlığı daha məqsədəuyğundur və perineumdan (infeksiya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə