Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   71

131 
 
Şəkil 8. DDA-nın pediküllü çıxarılma metodikası 
Ekstraplevral metodika 
 
DDA  LAD-yə  və  ya  diaqonal bir  şaxəyə  anastomoz  edilərkən  ekstraplevral  (plevra 
açılmadan) olaraq hazırlana bilər. Plevranı açmadan, DDA-nı transplantant olaraq dolanan 
arteriyanın  şaxələrinə  anastomoz  etmək  mümkün  olmur.  Bu  texnikanın  plevral 
ağırlaşmaların  yaranmaması  üstünlüyü  vardır.  Lakin  bu  vəziyyətdə,  DDA  ağciyər 
tərəfindən  mediala  doğru  basılmış  olduğu  üçün  mediastinal  təftiş  əməliyyatı  zamanı 
sternumun  təkrar  açılması  və  ürəyin  ekspozisiya  edilməsi  nəticəsində  DDA-nın 
zədələnməsiaşkar edilmişdir. 
 
Skeletonizasiya üsulu 
 
Skeletonizasiya üsulu ilə DDA-nın çıxarılması getdikcə daha da geniş yayılır. Buna 
səbəb  olan  iki  əsas  amil  var,  biri  –  bu  üsulla  hazırlanan  transplantantın  uzunluğunun 
artması,  digəri  isəsternal  vaskulyarizasiyanın  qorunmasıdır.  Hemoklip  və  qayçının 
istifadəsi kollateral dövranın tamlığını qoruyaraq sternumun qan təchizatını pozmamış olur. 
Cohen və həmkarları bu faktı pre- və postoperativ dövrdə 99 Te sümük sintiqrafiyası ilə 
təsdiq etmişlər. Bu tədqiqatların nəticələrinə əsaslanaraq, diabetik xəstələrdə bilateral daxili 
döş  arteriyası  istifadəsi  halları  artmışdır.  Ultrasəs  neştərinin  skeletonizə  DDA-nın 
çıxarılmasında istifadəsi də bu üsulun geniş tətbiq olunmasına təkan vermişdir. 
 


132 
 
 
Şəkil 9. DDA-nın skeletonizə çıxarılma metodikası 
 
              
SAĞ DAXİLİ DÖŞ ARTERİYASI 
 
    
 
 
Şəkil 10. DDA-nın angioqrafik və KT angioqrafik görüntüsü 
 
 
Sağ DDA - sağ tac arteriyası və ürəyin iti kənari (akut marginal) şaxəsini anastomoz 
etmək üçün ayaqcıqlı (pediküllü)qreft olaraq istifadə olunur. Bu arteriya kifayət qədər uzun 
olarsa, sağ tac arteriyanın arxa enən şaxəsini də anastomoz etmək mümkündür. Ayaqcıqlı 
transplantant  tac  arteriyaya  anastomoz  edilməzdən  əvvəl  perikardda  diafraqmal  sinirin 


133 
qarşısında bir pəncərə açılır və transplantant oradan keçirilir. LAD və ya diaqonal şaxələr 
də  pediküllü  sağ  DDA  ilə  anastomoz  edilə  bilər.  Bunu  DDA-nı  sola  aortanın  üzərindən 
keçirərək etmək olar. Transplantant diafraqmal sinirə anterior olacaq şəkildə mediastinal 
plevra  və  perikardiumda  olan  bir  pəncərədən  keçir.Timusun  arxasında  və  aortanın  qar-
şısında inferiora doğru keçirilir, alternativ olaraq pedikül transvers sinusdan keçirilərək sol 
atrial appendiksin yanına çatır. DDA daha sonra LAD-ın diaqonal şaxələrinə, intermediat 
art., dolanan arteriyanın marginal şaxələrinə anastomoz edilə bilər.  
Sərbəst sağ DDA istənilən hər hansı bir tac arteriyanın distalına anastomoz edilə bilər. 
     
 
 
Şəkil 11. İn-situ sağ DDA sağ tac 
arteriyasına anastomoz edilib. 
 
Şəkil 12. İn-situ sağ DDA sol tac 
arteriyasına anastomoz edilib. 
 
 
 
 
 
 
 
DİQQƏT EDİLMƏLİ ASPEKTLƏR 
 
DİAFRAQMAL SİNİRİN ZƏDƏLƏNMƏSİ 
 
Diafraqmal  sinir  DDA-nın  proksimal  sərhədinə  çox  yaxın  yerləşir  və  DDA-nın 
mobilizasiyası  zamanı  diafraqmal  sinirin  zədələnməsi  təhlükəsi  yaranır.  Sol  tərəfdə 
diafraqmal  sinir,  a.subclavia  və  v.  subclavia-nın  arasından  keçir,  toraksa  DDA-nın 
qarşısında lateraldan mediala doğru davam edərək girir. Daha sonra anteriorda seyr edərək, 
ağciyərin hilusuna doğru enir. Sağ tərəfdə də eyni trayektoriyanı izləyir, lakin diafraqmal 
sinir a.subclavia-dan m. scalenous anterior ilə ayrılır. Döş qəfəsinə daxil olduqda, sinir sağ 
braxiosefalik vena, superior vena cava və perikardın lateralında davam edir. Əhəmiyyətli 
anatomik  variasiyalarda,  diafraqmal  sinir  DDA-nın  arxasında  yer  alır.  20%  hallarda 
diafraqmal sinirin lifləri v.subclavia-nın anteriorunda yerləşir və DDA-nın mobilizasiyası 
əsnasında zədələnə bilir.  
 
YANLIŞ İSTİQAMƏTDƏ MOBİLİZASİYA 


134 
 
Əgər  disseksiya  posteriorda  plevra  və  transvers  əzələ  arasında  edilərsə,  DDA-nın 
tapılmasında çətinlik yaranabilər. Endotorasik fassiyanı açıb ekstraplevral piy təbəqəsinə 
girdikdən sonra transvers əzələ təbəqəsini sternumun posterior səthindən ayırmaq lazımdır. 
Bu DDA bərabərindəki venaları və internal qabırğaarası əzələnin üzərində yerləşən anterior 
qabırğaarası sinirləri ortaya çıxarır.  
 
BİRBAŞA ZƏDƏLƏNMƏ 
 
DDA-nın birbaşa zədələnməsi  –  mobilizasiya  zamanı  baş vermiş hissəvi və  ya  tam 
transseksiyası (kəsilməsi) ola bilər. Bəzi müəlliflər bu halda zədələnmiş DDA-nı pedikül 
tam olaraq mobilizasiya edildikdən sonra 8-0 polipropilen fasiləli (interrupted) tikişlər ilə 
təmir  edilməsini  tövsiyə  edirlər. Erkən  dövrdə  spazma  və  digər  ciddi  problemlərə  səbəb 
olduğuna görə biz bu metodu tətbiq etmirik. Bəzən DDA-nın distal ucundan vazodilatator 
maddə (papaverin) inyeksiyası məqsədi ilə kanyulyasiya zamanı DDA-da kiçik disseksiya 
sahəsi yarana bilər. Disseksiya olan seqmentin rezeksiyası tək etibarlı yoldur. 
 
ELEKTROKOTER ZƏDƏLƏNMƏSİ 
 
Diatermiyanın  yüksək  dozada  istifadə  edilməsinə  bağlı  elektrik  zədələnməsi 
başlanğıcda problem olmasa da, uzaq dövr tutulmalarına səbəb ola bilər. Bu tip zədələnmə 
yan  şaxələrin  bir  neçə  millimetr  açıldıqdan  sonra  (DDA-dan  mümkün  qədər  uzaq 
məsafədə) ayrılması ilə önlənə bilər. 
 
QEYRİ-KAFİ AXIN 
 
DDA-da  qeyri-kafi  axına  səbəb  arterial  qan  təzyiqinin  aşağı  olması,  körpücükaltı 
arteriyanın  tıxayıcı  xəstəlikləri,  zədələnmə  və  vazospazım  ola  bilər.  Əməliyyatdan 
əvvəlkörpücükaltı arteriyadakı stenozu, boyundakı küy və zəif periferik nəbzlərdən başa 
düşmək olar. DDA-nın spazmının qarşısını almaq üçün  – ehtiyatlı disseksiya və topikal 
vazodilatatorlardan istifadə etmək lazımdır.  
Normalda  DDA-nın  kəsik  ucundan  məhdudlaşdırılmış  olmayan  axın  80 
mL/dəqiqədən  çox  olur.  Bu  axın  40  ml/dəqiqədən  aşağı  olarsa  qeyri-kafidir.  Əgər 
farmakoloji  müdaxilədən  sonra  axın  kafi  olmasa,  hematom  və  ya  disseksiyadan 
şübhələnilməli  və  arteriya  diqqətli  müayinə  edilməlidir.  Pediküldəki  hematom 
ümumiyyətlə  adventisiya  zədələnməsinə  bağlıdırsa,  bunun  nəticələri  pis  olmaya  bilər. 
Lakin  digər  tərəfdən,  perforasiya  olan  və  ya  anterior  qabırğaarası  şaxələrin  dibdən 
ayrılmasına bağlı intimanın disseksiyası və ya qopması erkən mərhələdə qreft okluziyasına 
səbəb ola bilər.  
Əgər  axın  qeyri-kafidirsə,  pedikülün  diqqətli  bir  şəkildə  araşdırılması  lazımdır. 
Disseksiya  və  ya  hematom  alt  uca  yaxın  olduğu  təqdirdə  arteriyanın  distal  seqmentinin 
rezeksiyası ilə həll edilir. Əgər zədə üst uca yaxındırsa, o zaman da transplantat transsektə 
edilməli və sərbəst transplantat olaraq istifadə edilməlidir. Əgər zədələnmə orta qisimdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə