Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

138 
 
 
Şəkil 16. Saiddə və əldə mil arteriyasının variasiyası 
 
 
Şəkil 17. Saiddə və əldə mil arteriyasının variasiyası 
 
HİSTOLOGİYASI 
 
Mil arteriyasının incə bir laminası və yaxşı inkişaf etmiş bir internal elastik laminası 
var. Genişliyi adventisya qədər olan qalın bir muskulyar media təbəqəsi mövcuddur. Yaxşı 
inkişaf etmiş fibrillər media içərisinə yayılıb. 


139 
 
Şəkil 18. MA-nın proksimal hissəsi köndələn kəsikdə:  
İ, t. intima; M, t. media; (·), Lamina elastica interna 
Eksternal  elastik  laminada  fenestrasiyalar  vardır  və  bunlar  medianı  adventisiyadan 
ayırır. Mil arteriyasının mediası DDA-nın mediasından daha qalındır və çoxlu miqdarda 
leyomiosit ehtiva edir. Adventisiyada vaza vazorum mövcuddur. 
 
CƏRRAHİ METODİKA 
 
Adətən sol mil arteriyası, sol DDA və vena safena maqna eyni vaxtda hazırlanır. Qol 
supin vəziyyətə gətirilir və 70° abduksiya tətbiq olunur. Dirsəkdən biləyə qədər S-şəkilli 
dəri kəsiyi aparılır. Bu dəri kəsiyi yara sağalmasında xətti kəsiyə görə daha yaxşı nəticə 
verməkdədir.  Kəsik  əl  biləyinə  2  sm  qalmış  başa  çatdırılır.  Beləliklə  paresteziya  halları 
azalır və qol saatı istifadə edildiyi zaman narahatlıq yaranmır. Bu kəsik mil arteriya xəttinin 
bir qədər medialında qalır. Mil arteriyası saidin 2/3 proksimal qisimində, braxioradial əzələ 
ilə örtülür və laterala doğru istiqamətlənir. 
 
 
Şəkil 19. Mil arteriyasının çıxarılması üçün aparılan dəri kəsiyi 
 
Arteriyanın  spazmınınqarşısını  almaq  üçün  minimal  toxunma  texnikası  istifadə 


140 
edilərək müşahidə edən venalar ilə birlikdə mobilizesiya edilir. Yan şaxələr metal kliplər 
qoyularaq  ayrılır  və  ya  arteriyaya  yaxından  kliplənərək  uzaqdan  elektrokoter  ilə  kəsilir. 
Şaxələrin  sayı  20  ilə  60  arasında  dəyişməkdədir.  Mil  arteriyasının  distal  ucu  kollateral 
dövranı pozmamaq üçün biləkdən 2 sm yuxarıdan kəsilir. Proksimalda isə braxial arteriya 
bifurkasiyasına  qədər  izlənilərək  1sm  distaldan  kəsilib  ayrılır.  Venoz  kələflə  yuxarı  və 
bayır tərəfə doğru yönələn rekurrent mil arteriyasının ortaya çıxması bifurkasiyadan xəbər 
verir. Mil arteriyasının yuxarı mənşəli olması daha uzun bir qreftin əldə olunmasını təmin 
edir.  
 
 
Şəkil 20. Mil arteriyasının ekspozisiyası 
 
 
 
 
Şəkil 21. Mil arteriyası qrefti 
 
 
Arteriya ayrıldıqdan sonra əvvəlcədən hazırlanmış xüsusi məhlul (15 mq isoptin, 10 
mq  nitroqliserin,  10 000  TV  heparin,  50  ml  ringer  laktat)  qan  ilə  qarışdırılıb  arteriyanın 
içinə  retroqrad  olaraq  yeridildikdən  sonra  distal  ucuna  buldoq  tutqacı  qoyulur.  Arteriya 
implantasiya olunana qədər yuxarıda qeyd olunan məhlul içində saxlanılır.  
Saidin  tikilməsi  əsnasında  yalnız  dərialtı  toxuması  və  dəri  yaxınlaşdırılır. 
Kompartman  sindromu  riskini  azaltmaq  üçün  saidin  əzələləri  yaxınlaşdırılmır. 
Əməliyyatdan sonrakı dövrdə əl diqqətli müşahidə edilməli və əlin isti olduğundan əmin 


141 
olunmalıdır. Xəstəyə 6 ay ərzində kalsium kanal blokatoru təyin edilir. 
 
Şəkil 22. Mil arteriyasının sol ön enən arteriyaya və  
diaqonal şaxəyə ardıcıl anastomozu 
 
 
 
 
Şəkil 23. Mil arteriyası ilə kompozit anastomoz 


142 
ARTERİYA QASTROEPİPLOİKA QREFTİ 
 
 
 
Şəkil 24. Arteriya qastroepiploika qrefti 
 
Arteriya  qastroepiploika  (AQ)  ilk  dəfə  1987-ci  ildə  Pym  və  əməkdaşları  tərəfindən 
istifadə edilmişdir.  
Arteriya  qastroepiploika  a.celiaca-nınqastroduodenal  şaxəsindən  başlayır.  AQ 
konduitinin  disseksiyası  mədənin  böyük  əyriliyinin  distal  2/3  hissəsindən  başlanılır.  AQ 
spazma  meylli  olduğu  üçün  disseksiya  zamanı  damarın  ətrafındakı  yağ  toxumasına 
durulaşdırılmış papaverin (1:20) yeridilir.  
 
 
   
 
 
Şəkil 25. Arteriya qastroepiploikanın hazırlanması 
 
 
Sağ tac arteriyanın distal qisminə çatması üçün AQ-nın boyu kifayət qədər uzun olur. 
Hətta skeletonizasiya olunmuş AQ-nın uzunluğu pediküllü transplantantdan xeyli çoxdur. AQ-
nın diametri hər iki DDA-nın diametrindən böyükdür. Arteriya qastroepiploika dolanan və sol 
ön  mədəciklərarası  arteriyalara  (SÖMA)  boyunun  uzunluğuna  görə  çatır.  Buna  görə  də 
dolanan arteriyaya anteqrad və ya retroqrad şəkildə anastomoz edilə bilər. Sağ tac arteriyanın 
özünə və ya SÖMA-ya edilən anastomozlarda AQ axını təbii tac axınına qarşıdır. Arxa enən 


143 
şaxə  (PDA)  və  ya  dolanan  arteriya  (DA)  anastomozlarında  isə  təbii  tac  damar  axınına 
paraleldir.  Bu  baxımdan  DA  və  PDA  anastomozları  daha  çox  istifadə  edilir.  Anastomoz 
sonrası transplantantlarda dönmə və qıvrılma olmamasına diqqət yetirmək lazımlıdır. AQ-nın 
ardıcıl şəkildə istifadəsi texniki olaraq mümkündür, ancaq arteriyanın kövrək və incə divarlı 
olduğundan tətbiq olunmur. Sərbəst transplantant və ya Y-transplantantı kimi istifadə olunur. 
Lakinkifayət qədər öyrənilmədiyindən geniş şəkildə istifadə edilmir. AQ-nın diametrinin təyin 
edilməsi üçün selektiv gastroduodenal arterioqrafiya və ya superior mezenterik arterioqrafiya 
edilə  bilər.  İntraluminal  papaverin  inyeksiyasından  sonra  DDA-da  sərbəst  axın  
81ml/ dəqiqə,AQ-da isə 91 ml/dəq-dir. DDA istifadəsi mümkün deyilsə, SÖMA üçün istifadə 
ediləcək transplantant AQ ola bilər. Erkən (2 aylıq) açıqlıq nisbəti in-situ olaraq 95%, sərbəst 
transplantat olaraq 80%-dir. Yarışan axın və ya distal run-off vəziyyətində DDA ilə bənzər 
xüsusiyyətlər göstərərək diametri dəyişir . 
 
ARTERİA EPİGASTRİCA İNFERİOR QREFTİ 
 
Arteriya epigastrica inferior (AEİ) - koronar şuntlamada istifadə olunan konduit kimi ilk 
dəfə Puig tərəfindən 1990-cı ildə istifadə edilmişdir. 
AEİ xarici qalça arteriyasından başlayır, obturator arteriyaya anastomotik şaxə ilə davam 
edir. AEİ bu şaxə ilə birlikdə çıxarılaraq uzun bir transplantant əldə edilmiş olur.  
 
 
 
Şəkil 26. Paramedian infraumbilikal kəsik 
 
Qreft qarnın ön divarında aparılan paramedian infraumbilikal kəsiklə hazırlanır.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə