Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   71

126 
 
 
Şəkil 1. Sol daxili döş arteriyası 
 
 
ANATOMİK VARİASİYALAR  
 
DDA-nın anatomik variasiyası, xüsusilə başlanğıc nöqtəsində çox görülməkdədir və 
bu  da  angioqrafiya  zamanı  bəzən  çətinliyə  səbəb  olur.  75%  hallarda  başlanğıc  nöqtəsi 
klassik olaraq körpücükaltı arteriyanın ilk seqmentinin alt səthindən başlayır. Hadisələrin 
19%-də  DDA  tiroservikal  gövdənin  bəzi  və  ya  bütün  arteriyaları  (inferior  tiroid, 
supraskapular və transversal servikal arteriyalar) ilə eyni yerdən və ya skaleneus anteriorun 
dərhal  medialında  körpücükaltı  arteriyanın  üst  səthindən  mənşə  alır.  Daha  sonra 
körpücükaltı  arteriyanın  arxasında  medialda  davam  edir,  beləcə  qabırğa  qığırdağının 
arxasında normal yolunda gedir. 6% hallarda isə, supraskapular arteriya və ya hətta inferior 
tiroid arteriya birinci qabırğa qığırdağının arxasında DDA-dan şaxələnir.  
Variasiya eyni zamanda qabırğa qığırdağının arxasında aşağıya vertikal olaraq davam 
edərkən DDA ilə sternumun lateral sərhədi arasındakı məsafədə də vardır. Bu məsafə 10 
ilə 23 mm arasında dəyişməkdədir. Kişilərdə və sağ tərəfdə də daha böyükdür. Lateral DDA 
və  ya  lateral  kostal  şaxə  ümumiyyətlə  ya  DDA-nın  proksimal  qismindən  ya  da  birbaşa 
olaraq körpücükaltı arteriyadan mənşə alır. Bu arteriya DDA-ya paralel olaraq seyr edir, 
üstdəki  4-6  qabırğaarası  aralığa  şaxələr  verərək  lateral  sinə  divarını  qidalandırır.  Bəzən 
DDA-nın superior epiqastrik arteriya və muskulodiafraqmal arteriyaya ayrılma səviyyəsi 
yeddinci qabırğa qığırdağının vəya altıncı qabırğaarası aralıqda-ola-bilər.  
 
 


127 
 
 
Şəkil 2. Daxili döş arteriyası müxtəlif mənşələrə malik ola bilir: 
(a) a.thyrocervicalis gövdəsindən; (b) suprascapular arteriyası ilə birlikdə;  
(c) inferior thyroid arteriyası ilə birlikdə 
 
 
Şəkil 3. İnferior thyroidarteriyası və suprascapular arteriya ilə daxili döş  
arteriyasının ümumi mənşəyinin angioqrafik nümayişi 
 
 


128 
 
Şəkil 4. Lateral kostal şaxənin angioqrafik nümayişi 
 
 
Şəkil 5. DDA-nın KT angioqrafik görüntüsü 
 
HİSTOLOGİYA 
 
DDA incə intiması və yaxşı inkişaf etmiş daxili elastik təbəqəsi olan bir arteriyadır.  
 


129 
 
 
Şəkil 6. DDA-nın proksimal hissəsinin köndələn kəsiyi: İ, t. intima; M, t. media; (·), Lamina elastica 
interna; (³), lamina elastica externa; (>), elastik lamina  
(Van Gieson ve Werhoff boyası; ×256) 
Media  təbəqəsi,  internal  elastik  lövhələrdən  və  aralarına  dağılmış  əzələ 
hüceyrələrindən əmələ gəlmişdir. DDA-nın sabit elastik seqmentin en kəsiyi sahəsi, daha 
proksimal və distal elastomuskulyar seqmentlərdəkilərdən daha böyükdür və intiması daha 
incədir. Adventisyada vaza vazorum görülməkdədir, lakin orta təbəqədə çox azdır. DDA 
və  arteria  gastroepiploica  (AGE)  tac  arteriya  qrefti  (koronar  şuntlamadan  sonra)  kimi 
funksional  olaraq  19-47  ay  çalışdıqdan  sonra  yalnız  yüngül  bir  intimal  hiperplaziya 
müşahidə edilmişdir. 
 
 
QREFTİN HAZIRLANMASI  
 
CƏRRAHİ METODİKA 
 
SOL DAXİLİ DÖŞ ARTERİYASI 
 
Sol DDA, qonşu venaları, fassiyası və yapışmış olan plevrası ilə birlikdə pediküllü 
olaraq və ya skeletonizə olaraq çıxardılır.  
 


130 
 
 
Şəkil 7. Daxili döş arteriyasının çıxarılması 
 
Plevranın  geniş  olaraq  açılması,  konduitin  sol  ağciyərin  hilusuna  yaxın  olaraq 
posteriorda  uzanmasına  imkan  verir.  Konduit  perikardiuma  diafraqmal  sinirin 
anteriorundan olacaq şəkildə bir pəncərədən keçirdilərək sol ön enən arteriya (LAD) ilə 
anastomoz  edilir.  Alternativ  olaraq  conduit  perikarda  diafraqmal  sinirin  posteriorundan 
keçirdilərək dolanan arteriyanın marginal şaxələrinə anastomoz edilir. 
Sternum açıldıqdan sonra sol tərəf retraktor ilə elevasiya edilir, endotorasik fassiya, 
plevra  və  ekstraplevral  yağ  toxuması  görünür.  Plevra  DDA  pedikülünün  medialında 
qalacaq şəkildə açılır. Plevral kəsik birinci qabırğaarası aralıqdan başla-yaraq beşinci və 
altıncı qabırğaarası aralığa qədər uzadılır. Plevra və transvers torasik əzələ posteriora doğru 
retraktə  edilərək,  DDA-nı  müşayiət  edən  venalar  ilə  birlikdə  elektrokoterlə  endirilir. 
Perforant  olan  və  anterior  qabırğaarası  əzələlərə  gedən  şaxələr  DDA-ya  yaxın  tərəfdən 
kliplənir  və  elektrokoter  ilə  arteriyaya  zərər  vermədən  kəsilir.  DDA  superiordan 
körpücükaltı  venanın  inferior  sərhədinin  səviyyəsinə  qədər  mobilizasiya  edilir,  pedikül 
hilus  yanında  ağciyərin  medialında  ola  biləcək  şəkildə  mobilizə  olunur.  Bu,  ağciyərin 
medial  qisminin  həddindən  artıq  ventilyasiya  əsnasında  transplantatın  dartılmasını 
əngəlləyir. Disseksiya inferiora doğru altıncı qabırğaarası aralıq səviyyəsinə qədər superior 
epigastrik  arteriya  və  muskulodiafraqmal  şaxələr  ekspozisiya  olana  qədər  davam 
edilməlidir.  Transversus  torasik  əzələ,  endotorasik  fassiya  və  plevra,  pedikülə  lateral, 
sternotomiya xəttinə paralel olaraq bölünür. Beləliklə, 1,5 sm enində bir pedikül meydana 
gəlməkdədir.  DDA-nın  terminal  şaxələri  kliplənərək  bifurkasiya  kənarında  bölünür. 
Arteriyaya  papaverin  hidroxlorid  (2  mmol/l)  sıxılır,  bəzən  pedikül  bölündükdən  sonra, 
DDA-nın distal ucundan papaverin (1 mmol/l) və qan qarışığı verilir. Sol DDA, normalda 
proksimal  qismi  ayrılmadan,  pediküllü  qreft  olaraq  istifadə  edilir.  Körpücükaltı  arteriya 
xəstəlikli (ateroskleroz) və ya qreftin uzunluğu qeyri-kafi olduğu zaman, DDA-nı ayırmaq 
və  sərbəst  qreft  olaraq  istifadə  etmək  lazımdır.  Bu  vəziyyətdə  DDA  və  onun  venasının 
proksimal ucu körpücükaltı venanın inferior sərhədi səviyyəsində ayrılmalıdır.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə