Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

135 
əmələ gəlirsə, rezeksiya və reanastomoz edilməlidir. Əgər axın zəifdirsə, səbəb tapılana 
qədər  transplantant  boylama  olaraq  açılmalıdır.  DDA  axınında  bir  şübhə  varsa, 
transplantant istifadə edilməməlidir.  
DDA-nın  distal  ucunun  mediası,  elastinə  nisbətdə  daha  çox  saya  əzələ  hüceyrəsinə 
malikdir. Distal DDA-nın kontraksiyası diametri ilə tərs mütənasibdir; diametr kiçildikcə 
spazma meyllilik artmaqdadır. Arteriyanın nisbətən proksimal hissəsinin isifadəsi, konduit 
spazmını  azaltmaqda  və  arteriyanın  konduit  olaraq  keyfiyyətini  artırmaqdadır.  Sərbəst 
DDA konduitinin açıq qalma nisbəti in situ konduitlər ilə təxminən eynidir. 
 
İllər  RCA/PD

Cx/mar

LAD/

cəmi  
 2 
 0.98  
 1.0 
 1.0  
0.99  
 4 
0.89 
 1.0 
0.98 
0.92  
 6 
 0.89  
 0.91  
 0.98 
0.92 
 8 
0.85 
0.91 
 0.95 
 0.89 
 
Cədvəl 2. Pediküllü sol DDA qreftinin açıq qalma nisbətləri 
 
MİL  ARTERİYASI  QREFTİ 
 
Mil arteriyası ilk dəfə 1971-ci ildə Carpentier tərəfindən konduit olaraq istifadə edildi. 
Broussais  xəstəxanasında  30  xəstəyə  mil  arteriyası  istifadə  edilərək  koronar  şuntlama 
cərrahiyyəsi tətbiq olundu. 4 il sonra Nyu-Yorkdakı illik Toraks Cərrahiyyəsi konfransında 
Carpentier  mil  arteriyası  transplantatlarının  tutulma  nisbətinin  30  %  olduğunu  açıqladı. 
Daha sonra Carpentier bu tutulmanıdenervasiya olan damardakı spazmla əlaqələndirdi və 
bu problem həll edilənə qədər mil arteriyasından transplantant kimi istifadə edilməməsini 
tövsiyə etdi. Qısa müddətdən sonra, bu nəticələr ABŞ-dakı iki fərqli mərkəz tərəfindən də 
təsdiqləndi və mil arteriyasının qreft kimi istifadəsi tamamilə tərk edildi. 
1989-cu ildə 14 il əvvəl əməliyyat (LAD revaskulyarizasiyası) olunmuş bir xəstədə 
icra olunan kontrol koronar angioqrafiya zamanı açıq (patent) mil arteriyası qrefti müşahidə 
edildi. Transplantantda xəstəliyə aid olan hər hansı bir dəlilə rast gəlinmədi. Daha sonra 5 
xəstəyə  edilən  angioqramda  13-18  il  əvvəl  əməliyyat  keçirən  xəstələrdə  mil 
arteriyasınınaçıq olduğu aşkar edildi. 
Tutulmuş konduitləri olan xəstələrdətransplantant çatışmazlığının potensial səbəbi mil 
arteriyasının  hazırlanması  ilə  izah  edildi.  Əvvəllər  mil  arteriyası  onu  müşahidə  edən 
venalardan  ayrı  olaraq  disseksiya  edilirdi.  Vazodilatatorlar  olmadığından  damarların 
proqressiv  dilatasiyası  metal  problardan  istifadə  edilərək  aparılırdı  və  bu  da  intimanın 
zədələnməsinə səbəb olurdu. Uzunluğunun və keyfiyyətinin əvvəlcədən təyin olunması mil 
arteriyasını  koronar  şuntlama  cərrahiyyəsində  mükəmməl  bir  konduit  etmişdir. 
İşemiyanınqarşısını almaq üçün mil arteriyası çıxarılmazdan əvvəl saiddə və əldə dirsək 


136 
arteriyasının kollateral dövranının kafi olduğundan əmin olmaq lazımdır. 
 
ANATOMİYASI 
 
Bazu  arteriyası  dirsək  çuxurunda  –  mil  sümüyünün  boynu  səviyyəsində  və  dirsək 
oynağından  1  sm  aşağıda,  mil  və  dirsək  arteriyalarına  ayrılır.  Mil  arteriyası  bisipital 
aponevrozun  altında  yerləşir.  Saidin  ön  tərəfinin  2/3  proksimal  qismində  mil  arteriyası 
braxioradial əzələnin altında seyr edərək, distal 1/3 qismində isə səthiləşərək dərinin altında 
davam  edir.  Mil  arteriyası  sırayla  biseps  vətəri,  supinator  teres,  pronator  teres,  flexor 
digitorum superficialis, flexor pollicis longus, pronator quadratus və radiusun alt ucunun 
üzərində davam edir. Mil arteriyasının ilk şaxəsi rekurent mil arteriyadır. Bu şaxə dirsək 
oynağının  ətrafındakı  anastomozda  iştirak  edir.  Bir  çox  muskulyar  şaxələr  saidin  radial 
qismindəki əzələləri qidalandırır.  
Palmar  karpal  şaxələr  biləkdəki  dərin  fleksor  tendonların  damarları  ilə  anastomoz 
yaradır. Superfisial palmar şaxələr, dirsək arteriyasının uc qismi ilə bağlanaraq superfisial 
palmar qövsü əmələ gətirir. Dorsal karpal şaxələr, dorsal karpal qövsün əmələ gəlməsində 
iştirak edirlər. Sonlanmasına yaxın baş barmaq və işarə barmağına şaxələr verirlər.Mil arte-
riyası dərin və səthi karpal qövsdə sonlanır. 
 
 
 
Şəkil 12. Saidin böyük arteriya və əzələləri 
 
 
Şəkil 13. Saidin arteriyaları 
 
 


137 
 
Şəkil 14. Səthi və dərin palmar qövsü nümayiş etdirən arteriyalar 
 
 
Damar  quruluşundakı  anatomik  variasiyalar  konduit  hazırlanması  zamanı  mütləq 
nəzərə  alınmalıdır,  əks  təqdirdə  yuxarı  ətrafda  ciddi  işemiya  yarana  bilər.  Xəstələrin 
təxminən 14 %-də mil arteriyasının yüksək nöqtədən ayrılmasına rast gəlinir və xəstələrin 
9%-də  isə  a.  brachialis  superficialis  mövcud  olur.  Bilək  və  əl  ətrafında  çox  sayda 
anastomozlar variasiyası  mövcuddur. Xəstələrin təxminən 6%-də mil arteriyası  əlin qan 
təchizatında  dominantdır.  Buna  görə  də  mil  arteriyası  transplantantı  hazırlanan  zaman 
Allen  testi  vəya  onun  hər  hansı  bir  modifikasiyası  olan  testin  aparılması  çox  vacibdir. 
Pletismoqrafiya,  doppleroqrafiya  və  angiografiya  kimi  daha  mürəkkəb  testlərə  ehtiyac 
olmadan, Allen testi ulnar arteriyadan ələ olan qan axınının kafiliyini təyin etmədə istifadə 
edilən etibarlı bir testdir. Modifikasiyalı Allen testi daha etibarlıdır.  
 
 
Şəkil 15. Modifikasiyalı Allen testi 
 
Buna baxmayaraq, səthi palmar şaxənin yüksək bifurkasiyası və ya səthi və dərin əl 
qövslərinin  ulnar  və  radial  təmsilçilərinin  zəif  əlaqəsi  hallarında  da  mil  arteriyası 
çıxarılması əlin işemiyasına gətirib çıxara bilər. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə