Mayın 7-də Azərbaycanın ikinci sənaye şəhəri olan Nuxada sənaye
müəssisələrinin yarısından çoxunda işlər dayandırıldı. Mayın 12-də tətil
ümumi xarakter aldı. Bir neçə dəfə küçələrdə polis dəstələri ilə
toqquşmalar baş verdi, hər iki tərəfdən yaralananlar oldu. Sahibkarlar,
nəhayət, fəhlələrin tələblərini müzakirə etməyə məcbur oldular. Mayın
15-də sahibkarlarla fəhlələr arasında bağlanmış müştərək müqavilə
Gəncə qubernatoru tərəfmdən təsdiq edildi. Müqaviləyə əsasən, iş günü
qısaldıldı və əməkhaqqı artınidı. Tətilçilərin sayına görə Nuxadakı may
tətili imperiyada müvafiq sənaye sahəsində ən böyük tətil idi. Bu tətildə 6
min nəfərdən çox fəhlə iştirak etmişdi. 1912-ci ilin scntyab- nnda
Nuxanın ipək sənayesi fəhlələrindən 3 min nəfəri yenidən tətilə başladı.
Onlar öz tələblərinin yerinə yetirilməsinə nail oldular.
1912-
ci ildə dördüncü Dövlət Dumasına seçkilər keçirildi.
Azərbaycandan vəkil Məmmədyusif Cəfərov Dövlət Dumasına deputat
seçildi. O, Dumadakı çıxışlarından birində göstərdi ki, milli zülm heç
vaxt indiki miqyasda olmamış və rəhmsiz bürokratik aparat milli hislərə
heç zaman indiki qədər laqeyd qalmamışdır.
1913-
cü ilin aprelində neft mədənləri və zavodlarda tətil komitələri
yaradıldı. Fəhlələr bir günlük əməkhaqlarını tətil fonduna keçirdilər.
Ümumi tələblər hazırlandı. 1913-cü il iyulun 22-dən 23-nə keçən gecə
xəfıyyəçilər tətil komitəsinin 9 nəfər üzvünü həbs etsələr də tətilin
qarşısını ala bilmədilər. İyulun 6-dan başlayaraq «Votan» zavodunda,
Xəzər-Qara dəniz şirkətinin mədənlərində, Rotşildin zavodunda, ayın
22-dən etibarən Balaxanıda, Suraxanıda, Qara şəhər və Bibiheybətin
mədən və zavodlannda tətillər baş verdi. İyulun 28-də tətillər geniş vüsət
aldı və tətilçilərin sayı 40 mini keçdi. Avqustun 8-də Bakı fəhlələrinin
90%-i tətilə qoşulmuşdu. İki aya qədər davam etmiş tətil tələblərin
ödənilməsindən sonra dayandmldı.
Əməkhaqlan 25-30% artınidı. Qabaqcıl fəhlələrin bir hissəsi həbs
olundu. Bununla belə, bu tətil fəhlələrin mütəşəkkilliyini və mübariz
ruhunu nümayiş etdirdi, yeni, daha qüdrətli çıxışlar üçün şərait yaratdı.
İyulun 23-də Nuxa ipək sənaye fəhlələri və Gədəbəy metallurqlan da
tətilə başladılar.
1914-
cü ilin fevral-mart aylarından tətil və nümayişlərin sayı xeyli
artmışdı. 1 May nümayişində 30-a qədər sənaye müəssisəsinin və
mətbəənin 10 minə qədər fəhləsi iştirak etmişdi. Nəzərdə tutulmuş ümumi
tətilə rəhbərlik etmək üçün tətil komitəsi yaradıldı. Mayın 28-də başlanan
tətil iki aya qədər davam etdi, tyunun əvvəlində tətilçilərin sayı 50 mini
50
keçmişdi. Təşvişə düşmüş hökumət Bakıda hərbi vəziyyət elan etdi. Bakı
qarnizonu 600 nəfər əlavə kazakla xeyli gücləndirildi. Ayın axırına yaxın
Daxili İşlər nazirinin müavini general Cunkovski Bakıya göndərildi. tki
min fəhlə işdən qovuldu. 3500 nəfər fəhlə Bakıdan sürgün edildi.
Yüzlərlə fəhlə həbsxanalara salındı. Sabunçuda həbs edilmiş fəhlələrdən
300 nəfərinin arvadı körpə uşaqlanni qucaqlanna alaraq nümayişə çıxdı.
Ərlərinin azad edilməsini tələb edən qadınlan və onların uşaqlanni
kazaklar qamçı ilə döydülər. Qadınlardan 40 nəfəri həbs edildi. Birinci
Dünya müharibəsi başlanana yaxın hökumət tətilləri güclə yatıra bildi.
Yeni iqtisadi yüksəliş illərində Azərbaycan qəzalarında kəndli çı-
xışlan da genişlənmişdi. Kəndli çıxışlan 1909-cu ildən etibarən daha da
artmışdı. Gəncə qəzasının Seyfəli və Goranboy-Əhmədli kəndliləri ilə
polis dəstələri arasında toqquşmalar baş vermişdi. Gəncə quberniyasında
üsyankar qaçaq dəstələrindən birinə Kərbalayı Əsgər və digərinə Məşədi
Qədir başçılıq edirdi. Gəncə qəzasının Yuxan Ayıplı kəndindən olan
Əsgərin dəstəsi 1911-1914-cü illərdə kəndliləri iri torpaq sahiblərindən
Qarabəyov, Sultanov, Şamxorski və başqalanmn təzyiqindən qorumuş və
onlann mülklərinə hücum etmişdi. 1914-cü ildə Qara- bəyovlar yerli çar
məmurlannın köməyi ilə Yuxan Ayıplı kəndlilərinin suyunu əllərindən
almışdı. Kəndliləri heç vaxt darda qoymayan Əsgər bu dəfə də öz
dəstəsilə onlann köməyinə gəlmiş, altı saat davam edən döyüşdə
hökumətin və bəylərin silahlı qüvvələrini darmadağın etmişdi.
Bu döyüşdən bir neçə gün sonra polis dəstələrinin mühasirəsinə
düşən Əsgər və onun qaçaq döyüşçüləri bütün günü müqavimət
göstərdilər. Lakin döyüşdə Əsgər və 6 nəfər silahdaşı yaralandı. Onları
tutub Gəncəyə gətirdilər və az sonra Əsgər ömürlük Sibirə sürgün edildi.
Cavanşir qəzasının Qarapirim kəndliləri yerli mülkədann torpaqla-
nnı zəbt etmiş, buraya göndərilmiş polis dəstələri ilə döyüşə girmişdilər.
Qarabağın cənub-qərbində bəylərin və hökumət nümayəndələrinin
qənimi olan qaçaq Süleymanı ələ keçirmək üçün edilən bütün cəhdlər
boşa çıxmışdı. Çünki əhali onu qoruyub-saxlayırdı.
Qaçaq Süleymanın dəstəsi 1913-cü ildə Örənqalada Şuşa polis
rəisinin başçılıq etdiyi böyük silahlı bir dəstə ilə qarşılaşmışdı. Bir neçə
saat davam etmiş döyüşdə qaçaqlar qələbə çalmış, qəza rəisi və
polislərdən bir neçə nəfəri öldürülmüşdü.
Qazax qəzasında atası qaçaq Kərəmin yolunu davam etdirən
Cahangir Salahlı kəndlilərini müdafiə etdiyinə görə hələ 1908-ci ildə
51