Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə184/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   216

dı.  Seçki  komissiyalarına  cəbhənin  və  başqa  ictimai  təşkilatlann 

nümayəndələri də daxil oldu. Seçkilər alternativ əsasda keçirilirdi. 360 

Azərbaycan  SSR  xalq  deputatı  mandatım  almağa  1200  nəfər  namizəd 

irəli sürülmüşdü. Seçkilər sentyabnn 30-da keçirildi. Bəzi dairələrdə okt- 

yabnn  14-də  və  dekabnn  16-da  təkrar  seçkilər  oldu.  Kommunistlərin 

qüvvələri  səfərbər  etməsi,  habelə  fövqəladə  vəziyyət,  repressiyalar 

seçkilərin nəticəsinə ciddi təsir göstərdi. Azad və ədalətli rəqabət təşkil 

etmək mümkün olmadı. Qeyri-demokratik olan seçki qanununun özünü 

də rəhbər dairələr biabırçı şəkildə pozurdular. Bu yolla onlar seçkilərin 

nəticələrini  saxtalaşdırıb  parlamentdə  yerlərin  çoxunu  kommunistlərə 

verdilər.  «Demblobıun  cəmi  30  nümayəndəsi  Azərbaycan  SSR  xalq 

deputatı seçildi. 

İqtidarın və xalq cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda 

mübarizəyə  qanşdığı  bir  vaxtda.  Heydər  Əliyev  Naxçıvandan 

Azərbaycan  xalqının  azadlıq,  müstəqillik  uğrunda  mübarizəsinə 

rəhbərlik edirdi. O, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə 

deputat  seçildi.  Heydər  Əliyev  müdrik,  uzaqgörən  siyasəti  ilə  xalqın 

azadlıq  mübarizəsini  istiqamətləndirdi.  1990-cı  il  noyabnn  17-də 

Naxçıvan  parlamentinin  onun  sədrliyi  ilə  keçirilən  sessiyası  Muxtar 

Respublikanın  adından  «Sovet  Sosialisb)  sözlərinin  götürülməsi, 

AXC-nin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu 

barədə  Azərbaycan  parlamenti  qarşısında  qanunvericilik  təşəbbüsü 

qaydasında  məsələ  qaldınlması  haqqında  tarixi  qərarlar  qəbul  etdi. 

Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabnn 21-də 20 yanvar hadisəsinə 

düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, 

respublika  rəhbərləri  Vəzirovun,  Mütəllibovun  və  b-nın  günahkar 

olduqlannı qeyd etdi, xalqa indi kimlərin ona rəhbərlik etmək istədiyini 

göstərdi. 

Heydər  Əliyev  Azərbaycan  SSR  Ali  Sovetinin  1991-ci  il  fevralın 

5-də  açılmış  sessiyasındakı  çıxışında  mövcud  siyasi  vəziyyəti  əhatəli 

təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, 

SSRİ  və  respublika rəhbərlərinin  yol  verdiyi  ciddi  qüsurlan  və on-  lan 

aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən 

çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını 

hakim  dairələr  qulaqardına  vursa  da,  xalq  ruh  yüksəkliyi  ilə  qarşıladı. 

Naxçıvanda  həyata  keçirilən  demokratik  tədbirlər  bütün  Azərbaycana 

nümunə olmuşdu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin 

sessiyası  demokratik  qüvvələrin  tələbi  ilə  bir  sıra  tarixi  qərarlar  qəbul 

etdi. Dövlətin adı dəyişdirilərək «Azərbaycan Res 

468 



publikası»  adlandınidı,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  üçrəngli, 

ay-ulduzlu  bayrağı  bu  respublikanın  da  dövlət  bayrağı  kimi  təsdiq 

olundu. 

Respublikada  kommunist  rejimi  hələ  də  yaşayırdı.  Lakin  onun 

arxalandığı partiya artıq daxildən parçalanmağa başlamışdı. 1990-cı ilin 

əvvəllərindən  SSRt  Konstitusiyasının  6-cı  maddəsini  ləğv  etmək  şüan 

altında demokratik hərəkatın genişləndiyi vaxt partiya daxilində müxtəlif 

cərəyanlar əmələ gəlmişdi. Azərbaycanın rəhbər kommunistləri, demək 

olar ki, «Sov.İKP-də demokratik platforma»nın mövqeyində dururdular. 

«Demokratik platforma» kommunizmə yetmək kimi utopik son məqsədi 

inkar  edir,  idarəçilikdə  mövcud  inzibati  amirliyin  tədricən  demokratik 

metodlarla  əvəz  olunmasını  vacib  bilirdi.  Lakin  respublika 

kommunistləri  içərisində  SSRİ-də  qurulmuş  eybəcər  cəmiyyətin 

sosializmlə heç bir əlaqəsi olmadığını bildirən, marksizm mənbələrindən 

öyrənməyə  qayıtmağı  təşkil  edən  «Sov.İKP-də  marksist  platformasının 

mövqeyində dayananlar da var idi. Hətta onlann bir qrupu hələ 1989-cu 

ilin  yayında  təşkilatlanmış,  «Hümmət»  adlı  dərgi  buraxaraq  öz 

məqsədlərini  elan  etmişdilər.  Bu  qrup  idarəçilikdə  yol  verdikləri  ciddi 

qüsurlara,  cəmiyyəti  böhrana  saldıqlarına  görə  kommunist  rəhbərləri 

tənqid  edir,  bütün  kommunistləri  xalqın  xoşbəxt  gələcəyi  uğrunda 

mübarizə aparmağa çağın rdı. 

«Humanist,  demokratik  sosializm»  şüan  altında  keçən  Sov.  İKP 

XXVIII  qurultayında  (1990,  iyul)  M.Qorbaçov  mühafizəkarların  güclü 

müqavimətinə  baxmayaraq,  «demokratik  platforman»!  müdafiə  etdi, 

qurultayın  yekun  sənədlərinə  partiyanın  sosial-demokratikləşdirilmə- 

sinə dair ideyalan sala bildi. O, Mərkəzi Komitə Siyasi Bürosunun res- 

publikalann 

partiya 


rəhbərlərindən 

birinci 



katiblərdən 

formalaşdırmasına nail oldu, bu orqanı ali hakimiyyət funksiyalarından 

məhrum etməklə partiyaya güclü zərbə vurdu. Lakin hələ qüvvətli olan 

«mühafizəkarlar» sürətlə qruplaşmağa başladılar. Azərbaycanda da belə 

oldu. 

Hakimiyyəti əlində saxlamağa çalışan Qorbaçov «mühafizəkarlar»! 



bir növ neytrallaşdırmaq, hakim dairələrdə mübarizəni səngitmək üçün 

«SSRİ-nin  taleyi»  məsələsini  ortaya  atdı.  Azərbaycanda  demokratik 

qüvvələr,  öncə  Heydər  Əliyev  milli  respublikaların müstəqilləşməsinin 

qarşısını  almağa  yönəlmiş  bu  siyasəti  ifşa  etdi,  xalqı  SSRİ-nin 

saxlanmasına  münasibət  üzrə  referendumda  iştirak  etməməyə  çağırdı. 

Lakin, 1991-ci il fevralın 5-də Azərbaycan parlamentində «demblokun» 

ciddi  təkidinə  baxmayaraq,  kommunistlər  birləşib  SSRİ-nin 

saxlanılmasına 



469 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə