Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə185/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   181   182   183   184   185   186   187   188   ...   216

münasibət üzrə ümumittifaq referendumunda Azərbaycanın iştirak etməsi 

haqqında  qərar  qəbul  etdilər.  Ermənistanın  boykot  etdiyi  referendumda 

Azərbaycanın  iştirak  etməsinin  Ermənistan-Azərbaycan  münaqişəsində 

Moskvanın  mövqeyini  ikincinin  xeyrinə  dəyişəcəyinə  ümid  də  bu 

nəticəyə az təsir göstəıməmişdi. 

Referendumda qanunla iki ay əvəzinə cəmi on gün hazırlıq görüldü. 

Demokratik  qüvvələr  fövqəladə  vəziyyət  şəraitində  bu  üzdəniraq 

«ümumxalq  səsverməsini»  baykot  etdi.  Naxçıvan  MR  əhalisi 

referendumda  iştirak  etmədi.  Referendum  martın  17-də  keçirildi. 

Nəticələr  saxtalaşdırıldı,  guya  səsvermədə  iştirak  edənlərin  95  faizi 

SSRİ-nin saxlanılması lehinə olmuşdular. 

Aprelin sonlarında SSRİ prezidenti ilə referendumda iştirak etmiş 9 

respublikanın  yüksəkvəzifəli  şəxsləri  Moskva  yaxınlığında  Novo- 

Oqoryovadakı  prezident  iqamətgahında  tezliklə  yeni  ittifaq  müqaviləsi 

başlanacağı  haqqında  razılıq  (niyyət)  protokolu  imzaladılar.  Təqdim 

olunan  müqavilə  layihəsi  kompromis  xarakterli  idi.  Müqavilə 

bağlanandan  sonra  altı  aydan  gec  olmayaraq  ittifaq  orqanlanna  yeni 

seçkilər  keçirilməsi  və  bu  yolla  rəqiblərin  siyasi  hakimiyyətdən 

uzaqlaşdırılması  nəzərdə  tutulurdu.  Moskva  may-iyun  aylarında 

Goranboyda  erməni  quldurlarına  köməyi  azaltmaqla,  həm  Ermənistanı 

«cəzalandırdı»,  həm  də  Mütəllibov  rejimini  bir  qədər  populyarlaşdıra 

bildi. Bundan istifadə edən prezident, mövqeyini möhkəmləndirmək üçün 

ümumxalq prezident seçkilərinə getməyi qərara aldı. Seçkilər sentyabrın 

8-nə təyin olundu. 

Heydər Əliyev imperiyanı qoruyub saxlamağa çalışan qüvvələrə, ilk 

növbədə Kommunist Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirdi, 

onlann riyakar siyasətini ifşa etdi və kommunist partiyasının sıralanndan 

çıxdı. O, SSRİ Nazirlər Soveti Partiya təşkilatına ərizəsində qeyd edirdi: 

«Azərbaycanın  dövlət  suverenliyi,  ərazi  bütövlü5di  konstitusiyaya  zidd 

olaraq  kobud  şəkildə  pozulub.  Ermənistanla  Azərbaycan  arasında  elan 

edilməmiş müharibə gedir. Bütün bunlar «humanist ideologiyalı» Sovet 

dövləti üçün adi haldır». Xalq onun bu addımını razılıqla qarşıladı. 

w-  Respublika  rəhbərinin  imperiyanı  qoruyub  saxlamaq  istəyən 

qüvvələrlə dilbirliyi, əməkdaşlığı ümumxalq narazılığına səbəb olmuşdu. 

Naxçıvan MR Ali Məclisi 1991-ci il 4 sentyabr tarixli qəran ilə prezident 

seçkilərini  Naxçıvan  MR  ərazisində  dayandırdı.  Xalqı  yolundan 

döndərmək üçün Azərbaycan rəhbərliyi Naxçıvana ciddi təzyiqlər 

470 



göstərdi.  Muxtar  Respublikaya  silahlı  qüvvələr  yeridildi.  Daxili  İşlər 

Nazirliyinin bir qrup zabiti, Azərbaycan parlamenti deputatlanndan ibarət 

böyük bir dəstə Naxçıvana göndərildi ki, yerli hakimiyyət orqanlarım bu 

qəran dəyişməyə məcbur etsin. Lakin xalqın lideri Heydər Əliyev yerli 

televiziya  vasitəsilə  bəyanət  verdi  və  xəbərdarlıq  etdi  ki,  Naxçıvana 

təzyiq  üçün  gələn  qüvvələr  Muxtar  Respublikanı  tərk  etməlidirlər, 

əks-təqdirdə  bütün  əhali  ayağa  qalxacaqdır.  İqtidar  geri  çəkilməyə 

məcbur oldu. 

Artıq «Dağlıq Qarabağ problemi» ətrafında birləşən müxtəlif siyasi 

qruplar bu problemin yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra 

həll oluna biləcəyi yəqinliyinə gəlmişdilər. Müstəqilliyin əldə edilməsi 

yollannı  isə  onlar  müxtəlif  cür  təsəvvür  edirdilər.  Etibar  Məmmədov 

AXC-nin IV konfransında (1991, 26-27 may) diskussiya açıb milli cəbhə 

yaratmaq,  milli  azadlıq  demokratiyadan  deyil,  demokratiyaya  milli 

azadlıqdan  gəlmək  konsepsiyasını  irəli  sürdü.  İki  platforma:  birincisi, 

müstəqilliyə  doğru  insan  hüquqlannm  aliliyinə  zidd  olmayan  yollarla 

getməyi  vacib  hesab  edən  «liberal-demokratlar»ın,  ikincisi  isə 

müstəqilliyə hər bir mümkün, hətta lazım gələrsə insan hüquqlarına zidd 

olan  yollarla  getməyi  lazım  bilən  «millətçi-vətənpərvərlən>in 

platforması  formalaşdı.  AXC-nin  idarə  heyətində  artıq  fikir  birliyi  yox 

idi.  Cəbhə  daxilində  partiyalaşma  prosesi  başlamışdı.  Buna  görə  də 

AXC-nin I qurultayında (1991, 13-16 iyul) idarə heyəti buraxıldı. Xalqın 

azadlıq mübarizəsinə Heydər Əliyev rəhbərlik edirdi. 

İmperiya  hakimiyyətinin  yuxarı  eşolonlannda  mühafizəkar 

qüvvələrin müqaviməti getdikcə güclənirdi. Onların səmərəli fəaliyyəti 

üçün  inflyasiyanın  sürətlə  artması,  əhalinin  vəziyyətinin  gündən-günə 

pisləşməsi  münasib  şərait  yaradırdı.  1991-ci  ilin  iyununda  SSRİ  Ali 

Sovetinin  gizli  iclasında  mühafızəkarlann  liderləri  Nazirlər  Sovetinə 

fövqəladə  səlahiyyətlər  verilməsini  tələb  etdilər.  Bu,  baş  tutmadı. 

İrticanın növbəti hücumu 18-19 avqust dövlət çevrilişi cəhdində təzahür 

etdi.  Onun  başçıları  Forostda  (Krımda)  istirahət  edən  Qorbaçovu 

«neytrallaşdırıb», Dövlət Fövqəladə Vəziyyət Komitəsi («QKÇP») təşkil 

etdilər  və  «demokratikləşmə»nin,  «yenidənqurma»nm  çıxılmaz 

vəziyyətə saldığı imperiyanı iflasdan qurtarmaq üçün bütün hakimiyyəti 

öz əllərinə aldılar. Lakin qiyamçılar səhv etmişdilər, onlar iri şəhərlərdə 

demokratik  qüvvələrin  güclü  olduğunu  nəzərə  almamışdılar.  Avqustun 

19-da  Rusiya  prezidenti  B.Yeltsenin  başçılığı  ilə  qiyama  qarşı  bütün 

demokratik qüvvələr birləşib ayağa qalxdı. Azərbaycanda da demokra 



471 


tik  qüvvələr,  o  cümlədən  Heydər  Əliyev  «QKÇP»-nin  qanunazidd 

fəaliyyətinə  qarşı  çıxdılar.  Lakin  respublikanın  əvvəlki  prezidenti 

«QKÇP»-ni müdafiə edərək ciddi siyasi səhvə yol vermişdi. 

Rusiyada demokratik qüvvələrin birgə  fəaliyyəti nəticəsində dövlət 

çevrilişinin qarşısı alındı. Azərbaycanın hər yerində irticaya tərəfdar olan 

qüvvələrə  qarşı  mübarizə,  mitinqlər  başlandı.  Naxçıvanda  da  izdihamlı 

mitinqlər  keçirildi.  Hərəkatı  istiqamətləndirən  Heydər  Əliyev  idi. 

Mitinqlərlə Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti 

tədbirlər görülməsi tələb edilirdi. Azərbaycan Respublikası Ali Sovetinin 

xalqın tələbi ilə çağmlmış növbədənkənar sessiyası 1991-ci il avqustun 

30-da  saat  13.30-da  Azərbaycan  Respublikasının  böyük  müstəqilliyini 

bərpa etmək haqqında bəyanat qəbul etdi. 

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT 

MÜSTƏQİLLİYİNİ BƏRPA ETMƏK HAQQINDA 

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN 

BƏYANNAMƏSİ 

Azərbaycan  Respublikasının  Ali  Soveti  Azərbaycan  xalqının  ali 

dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci 

ildən  1920-ci  ilədək  Azərbaycan  Cümhuriyyətinin  beynəlxalq  birlik 

tərəfindən tamnmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, 

Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının 

suverenliyi  haqqında  və  Azərbaycan  Respublikasının  iqtisadi 

müstəqilliyinin əsaslan haqqında konstitusiya qanunlanna əsaslanaraq

Azərbaycan xalqının müqəddaratı və azad inkişafın təmin olunması 

üçün məsuliyyətini dərk edərək. 

Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan 

Azərbaycan Respublikasının bütün vətendaşlannın beynəbcalq aktlarda 

nəzərdə tutulmuş bütün insan hüquqlarma və əsas azadhqlanna təminat 

verərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün 

təhlükəni aradan qaldırmağa çalışaraq, 

Azərbaycan Respublikasının təhlülmsizliyini və dövlət sərhədlərinin 

toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq. 

Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin 

zəruriliyini dərk edərək, 



472 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə