Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə193/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   216

mı, avqustun 23-də Füzulini, avqustun 25-də Cəbrayılı, avqustun 31-də 

Qubadlım,  oktyabrın  27-də  Zəngilanı  işğal  etdi.  Respublika  ərazisinin 

artıq  20  faizi  düşmən  tapdağı  altında  qalmışdı.  Müharibədə  20  min 

azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmışdı, 5 min nəfər əlilə 

çevrilmiş, 5 min nəfərə qədər əsir və girov götürülmüşdü. Qaçqınla- nn və 

köçkünlərin sayı milyonu keçmişdi. 

Ordu  bərbad  vəziyyətdə  idi.  Müdafiə  Nazirliyinə  tabe  olmayan 

müxtəlif siyasi ambisiyalı, döyüş qabiliyyəti olmayan, nizam-intizamsız 

hərbi hissələri ləğv etmək, güclü nizami ordu yaratmaq, bunun üçün xalqı 

ayağa qaldırmaq, birləşdirmək, xüsusən paytaxtda siyasi sabitliyi təmin 

etmək  lazım  idi.  Prezident  Heydər  Əliyev  1993-cü  il  noyabnn  2-də 

televiziya və radio vasitəsilə xalqa müraciət etdi və xalqı ölkənin qeyrət 

və azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qabcmağa çağırdı. 

Bütün  xalq  prezidentin  çağınşma  ürəkdən  qoşuldu.  Könüllülərdən 

ibarət  batalyonlar  yaradılıb  cəbhəyə  göndərildi.  Cəbhəyə  gedənlərin 

işlədiyi  müəssisələr  cəbhəçi  ailələrini  himayəyə  götürdü.  Orduya  xalq 

yardımı  genişləndi.  Hospitallarda  yatan  yaralı  döyüşçülərə,  qaçqınlara 

qayğı  artırdı.  Ziyalılar  cəbhə  bölgələrinə  gedib  əsgərləri  qələbəyə 

ruhlandınrdılar. 

Yeni Azərbaycan Ordusu yaranırdı. Köhnə başıpozuq hərbi hissələr 

ləğv  edilir,  siyasi  hoqqabazlar.  xainlər,  düşmənlər  ordudan 

uzaqlaşdırılırdı. Səmərəli hərbi təlim üçün xüsusi proqramlar hazırlanmış, 

ordunun  döyüş  hazırlığının  yüksəldilməsi  işi  dövlət  rəhbərliyinin  ciddi 

nəzarəti altına alınmışdı. 1994-cü ilin sonunda milli ordu sıralarında 54 

min.  əs^ər  və  zabit  vardı.  Silahlı  Qüvvələrin  maddi  bazası  xeyli 

möhkəmlənmişdi. Nəticədə Azərbaycan Ordusu düşmənin respublikanın 

içərilərinə doğru hücumunu dayandırdı. Hətta əks-hücuma keçib bir sıra 

ərazini geri qaytardı. 

1993-cü  il  noyabnn  ortalarında  ermənilər  cəbhələrdə  intensiv 

hücuma başlasalar da, güclü müqavimətə rast gəldilər. Dekabnn ortala- 

nnda  Beyləqan  istiqamətində  milli  ordunun  əsgərləri  böyük  rəşadət 

göstərdilər.  Birinci  tabora  hücum  edən  15  düşmən  tankının  7-si  məhv 

edildi.  Döyüşçülər  əks-hücuma  keçib  30  km  irəlilədilər.  Minamyotçu- 

lann komandiri Akif Xanəliyev bir döyüşdə 50-yə qədər düşmən əsgərini 

məhv etmişdi. Xankəndi tərəfə kəşfiyyata getmiş milli ordunun kəşfiyyat 

qrupu qəfildən düşmənlə üzləşsə də mərdliklə vuruşmuş, ermənilər xeyli 

itki vermişdilər. Döyüş dostlarını xilas etmək üçün Etibar İsmayılov tank 

əleyhinə qranatla özünü düşmənə köməyə gələn 



491 


tankın altına atdı. Tank partladı. Etibar İsmayılov qəhrəmancasına həlak 

oldu. Ona Milli Qəhrəman adı verildi. 

Azərbaycan Ordusu müvəffəqiyyətli əməliyyatlar nəticəsində 

1994-


 

cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz 

qəsəbəsini,  22  kəndi  düşməndən  təmizlədi.  Hücumu  genişləndirib 

Cəbrayıl  rayonu  ərazisinin  bir  hissəsini,  Kəlbəcər  rayonunda  Bozlu, 

Təkaqaya,  Babaşlar,  Qanlıkənd,  Çənli,  Susuzluq,  Qasımbinəsi,  Yan- 

şaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələrini azad 

etdi. Çiçəkli dağı və b. strateji yüksəklikləri ələ keçirdi, Kəlbəcər-Ağdərə 

yolunun  yuxan  sahəsini  və  Kəlbəcər-Laçm  yolunun  tunelə  qədərki 

hissəsini nəzarət altına aldı. Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 

zirehli texnika,  15 artilleriya  qurğusu  və  s. itirdi.  Azərbaycanın itkiləri 

bunlardan 1-1,5 dəfə az idi. 

Ordunun  möhkəmlənməsi,  NATO-ya  tərəf  əməli  addımlar 

respublikada müstəqilliyin dönməzliyinə şərait yaradırdı. Nəyin bahasına 

olursa-  olsun,  bunun  qarşısını  almaq  istəyən  nüfuzlu  imperiyapərəst 

qüvvələr  ermənilərə  köməyi  daha  da  artırdılar.  Rusiya  1994-cü  ilin 

aprelində  regionda  mövqelərini  qoruyub  saxlamaq,  qoşunlannı  atəş 

xəttinə yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə etmək 

üçün hüquqi əsas yarada bilən və Azərbaycana münasibətdə alçaldıcı bir 

saziş  la3dhəsi  təklif  etdi.  Azərbaycam  artıq  Ermənistan  tərəfindən 

bəyənilmiş bu layihə ilə razılaşmağa məcbur etmək üçün aprelin 10-dan 

bütün  cəbhələrdə  ermənilərin  güclü  hücumu  başlandı.  Goranboy 

rayonunun Talış  və  Gülüstan  kəndləri  uğrunda  döyüşlərdə  Azərbaycan 

əsgərləri  qalib  gəldilər,  düşmən  150  əsgər  və  zabit  itirib  geri  çəkildi. 

Tərtər rayonunun llxıçılar və Göyarx kəndləri istiqamətində gedən ağır 

döyüşlərdə  düşmənin  200-dən  çox  canlı  qüvvəsi  məhv  edildi.  Lakin 

ermənilər Ağdam rayonunun daha 18 kəndini, Ağdəıə bölgəsi kəndlərini 

işğal edə bildilər. Bərdə üçün ciddi təhlükə yarandı. Azərbaycan Ordusu 

buraya əlavə qüvvələr gətirməklə düşmən hücumunun qarşısını aldı və 

əks-hücuma  keçib  bir  neçə  yaşayış  məntəqəsini  geri  qaytardı. 

Azərbaycan  suverenliyinə  hörmət  çərçivəsində  qonşu  Rusiyanın 

münaqişəni  həll  etmək  sahəsindəki  səylərindən  də  imtina  etmədi. 

1994-cü  il  mayın  8-də  münaqişədə  iştirak  edən  tərəflərin,  o  cümlədən 

Yuxan  Qarabağın  erməni  və  azərbaycanlı  icmalannın  və  Rusiya 

Federasiyasının  bu  niyyətini  təsdiq  edən  Bişkek  protokolu  Azərbaycan 

Respublikası tərəfindən də imzalandı. 

Azərbaycan Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası, milli 

ordunun güclənməsi nəticəsində düşmən və onun havadarları artıq 

492 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə